Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8407/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçının nümayəndəsi Könül Xudaverdiyevanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2012-ci il təvəllüdlü uşaq X1 üçün Qaradağ Rayon Məhkəməsinin 2(002)-325/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə ilə müəyyən edilmiş 100 manat alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilsin. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsindən görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aşağıdakı hallardan biri mövcud olduqda alimentin miqdarı dəyişdirilə bilər: 1) tərəflərin ailə vəziyyətində dəyişiklik; 2) tərəflərin maddi vəziyyətində dəyişiklik. Aliment miqdarı 100 manat müəyyən edildikdən (2015-ci ildən) sonra tərəflərin ailə və maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas ola biləcək dəyişiklik baş verməyib. Əksinə, həmin tarixdən sonra cavabdehin ailə vəziyyətində onun öhdəliklərini artıran dəyişiklik baş verib. Belə ki, 2018 və 2019-cu illərdə cavabdehin başqa qadınla faktiki nikahından 2 uşağı doğulub, cavabdeh həmin uşaqların da maddi ehtiyaclarını ödəməlidir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən cavabdeh xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır, bunu təsdiq edən arayış iş materiallarına əlavə edilib. Beləliklə, alimentin miqdarının artırılması barədə tələb əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiası rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8407/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8407/2020
27.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver