Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-841/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Faiq Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair 2(011)-6935/2019 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3244,11 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla, 3244,11 manat penya, cəmi 6518,22 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 3244,11 manat əsas borc, 200 manat penya və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3474,11 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə məlumatlandırılmayıb. Əməliyyat keçirdiyi üçün sübutlar təqdim edə bilməyib. Məhkəmə işi araşdırmadan iddianı təmin edib. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə çıxardıqdan sonra da cavabdeh ödəniş etməyi davam etdirib və hal-hazıərda artı 1843 manat borcu qalıb. Hazırkı şikayətin veriməsində mqəsəd yalnız vaxt uzatmaqdır. Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etmədiyi üçün Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Cavabdeh isə apellyasiya şikayətinin xahiş hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, dəlillərdən görünür ki, iddianın ona qarşı təmin olunmuş hissəsində qətnaməni mübahisələndirir. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 420/09 saylı, 18.07.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı müqavilədə göstərilən malları alıcıya satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında tərtib edilmiş 01.02.2017-ci il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən cavabdeh həmin tarixə iddiaçıya 6823,66 manat borcunun olduğunu etiraf etmişdir. Sonradan edilmiş ödənişlər də nəzərə alınmaqla cavabdehin 03.06.2019-cu il tarixinə iddiaçıya 3244,11 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 442, 462.1 və 467-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ödənilməmiş məbləğin tutulması hissəsində iddia təmin edilməli, həmçinin tələb olunan dəbbə pulu tənasübsüz surədə yüksək olduğu üçün 200 manata azldılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin məhkəmə iclasları barədə məlumatlandırılmadığı barədə apellyasiya şikayətinin dəlili iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan poçt sənədlərindən görünür ki, cavabdehə məhkəmə baxışı barədə bildirişlər iddiaçıya təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətinə əsasən qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, sonradan ödəniş edilməsi çıxarıldığı anda qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas təşkil etmir. Həmin ödənişlər barədə qəbzlər qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldiyi zaman aparılan hesablamalarda icra məmuru tərəfindən nəzərə alınacaqdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndərilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6935/2019 saylı iş üzrə 20 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmdən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-841/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-841/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver