Məhkəmə qərarları › İş №2(103)-841/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-841/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-841/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 14 mart 2012-ci il tarixli, 09 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 71276,23 manat, hesablanmış faiz borcuna görə 4130,46 manat, cərimə borcuna görə 0 manat, kredit müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 12237,73 manat olmaqla, cəmi 87644,42 manat, və 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə 599497,19 manat əsas, 158670,67 manat faiz, 0 manat cərimə, cəmi 758167,86 manat məbləğində pulun, 31 manat dövlət rüsumunnun, 124 manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan X1 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi 10.2535 ha torpaq sahəsi; Füzuli rayonu, İkinci Mahmudlu kəndi 11,56 ha torpaq sahəsinə, girovqoyan Cavabdeh2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi fərdi yaşayış evinə-0,24 ha torpaq sahəsi ilə birlikdə, girovqoyan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 112-yə yönəldilərək, hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçiləri dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata cavabdeh X1 aid hissədə onun ölməsi səbəbindən xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən xx.xx.2023-ci il tarixdə daxil olmuş məktubda, mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verildiyi qeyd edilmiş, yaranmış zərurət ilə əlaqədar olaraq 2(001)-33/2022 (Bakı Apellyasiya Məhkəməsi İş № 2(103)-841/2023) saylı mülki işin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar