Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8411/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2926/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus “Daewoo Nexia minik” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurulması nəticəsində ehtiyat hissələrinin dəyişdirilməsinə və xidmət işlərinin görülməsinə görə 2885 manat manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2926/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi kimi 2885 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə yaxın dostu Natiq Əliyevdən «Volksvagen Golf» markalı, **-RP-*** dövlət nömrə nişanlı avtonəqliyat vasitəsini bir neçə saat istifadə etmək məqsədi ilə götürmüşdür. Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge küçəsində üzü «Azneft» istiqamətində olarkən iddiaçı ona məxsus olan avtonəqliyyat vasitəsini yüksək surətlə idarə edərkən, idarə etdiyi avtomobilin arxa hissəsi ilə toquşmuşdur. Qeyd edir ki, həmin küçədə yol hərəkət hissəsi üç zolağa bölünmüşdür. O, orta hərəkət zolağı ilə hərəkətdə olarkən, sol hərəkət zolağına keçmək üçün dönmə işığı ilə işarə edib manevr etdiyi halda, iddiaçı özünə məxsus olan avtonəqliyyat vasitəsi ilə həmin hərəkət zolağında eyni istiqamətdə yüksək surətlə hərəkətdə olarkən, idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə gələn yol polis əməkdaşları İPX serialı ******* №-li protokol tərtib etmişdirlər. Həmin protokol tərtib edildikdən sonra xx.xx.2020-ci il tarixdə TP serialı ******* №- li inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında Nəsmi Rayon Məhkəməsində 3(006)- 430/2020 saylı iş icraatı aparılmışdır Həmin iş icraatı aparılan zaman bildirmişdir ki, DYP əməkdaşı tərəfindən belə bir qərarın qəbul edilməsi və qərarda Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi üzrə inzibati tənbeh növünü tətbiq etmək onların səlahiyyətində deyil, lakin hakim işə baxılmasını davam etdiyi üçün o, həmin maddə üzrə inzibati xətanın törədilməsini etiraf etmişdir. Hadisədən sonra nə protokol nə də qərar ona faktiki olaraq göndərilməmişdir. xx.xx.2020-ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək yuxarıda qeyd etdiyi qərarı ala bilmişdir. Xətai Rayon Məhkəməsində iş icraatını aparan hakim müəyyən edə bilməyib ki, DYP əməkdaşı tərəfindən tərtib edilən qərar əsasızdır. Bundan başqa hakim faktiki olaraq maddi ziyanın hansı səbələrdən irəli gələn halları araşdırmamışdır. BDYPl-si tərəfindən inzibati tənbeh haqqında qərarı aldıqdan sonra tanış oldu və ona məlum olmuşdur ki, Bakı şəhər DYPİ-nin Polis X1 onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin pozulmasına istinad edərək həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan xətanın törətdyini göstərmişdir. Qərarda həmin hissə ilə razı olmadığım üçün Nəsimi Rayon Məhkəməsinin 3(006)-430/2020 saylı iş icraatından qəbul edilən qərardan şikayət verməli oldu. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 430/2020 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublıkası inzibatı Xətalar Məcəlləsinin 332.4-cü maddəsındə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat mıqdarında ınzibati qaydada cərimə edilmişdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(103)- 1941/2020 saylı qərarı ilə Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 430/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Azərbaycan Respublikasi DİN-nin Baki şəhəri BPİ Dövlət X7 nəqliyyat vasitələrinin zədələnməsi barədə xx.xx.2020-ci il tarixli 027981 nömrəli arayışına əsasən xx.xx.2019-cu il tarixdə saat 18:45 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamani şikayətçi İddiaçı idarə etdiyi “Daewoo Nexia” minik markali, **-UM-*** dovlət qeydiyyat nişanli avtomobilin sağ yan və ön hissəsi, Cavabdeh idarə etdiyi “Wolksvagen Golf” markali, **-RP-*** dövlət qeydiyyat nişanli avtomobilin isə sol yan hissəsi zədələnmişdir. “xxxx” MMC tərəfindən verilmiş 04 nömrəli, xx.xx.2020-ci il tarixli qusur aktından görünür ki, “Daewoo Nexia” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanli avtomobilə ehtiyat hissələrin dəyəri 1385 manat, təmir işlərinin dəyəri 1500 manat olmaqla, ümumilikdə 2885 manat ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hüquq pozuntusu (delikt) nəticəsində başqasına zərər vuran yüksək təhlükə mənbəyinin – “Volkswagen Golf minik” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə edərkən X4 tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya vurulmuş ziyanın miqdarı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktına uyğun olaraq 2885 manat müəyyən edilmişdir. Belə ki, qüsur aktının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə özünü təqsirli bilmədiyindən və dəymiş ziyan məbləğini mübahisələndirmədiyindən iş üzrə məhkəmə qiymətləndirmə ekspertizasının təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi vurulmuş ziyanın tutulması hissəsində qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etsə də, şikayətinin əsasını təşkil edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-2926/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8411/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8411/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver