Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8414/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)-333/2022 nömrəli qərardadından İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)- 333/2022 nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş, Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində vəsaitin 149.162,36 ABŞ dolları (həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla) məbləğində hissəsinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (onun tərəfindən verilmiş etibarnamə əsasında hər hansı digər şəxs) tərəfindən götürülməsinə (çıxarılmasına) qoyulmuş qadağa götürülmüşdür. Həmin qərardaddan İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(001)-333/2022 nömrəli qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 361.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Göründüyü kimi mülki prosessual qanunvericiliyin tələbləri baxımından şikayəti imzalamaq üçün etibarnamənin olması labüddür. Elektron kabinet vasitəsi ilə verilmiş şikayət İddiaçı vəkili Vəkil2 tərəfindən imzalanaraq işə vəkil orderi əlavə edilsə də şikayəti imzalamaq üçün nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)-333/2022 nömrəli qərardadından İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş şikayət səlahiyyətli şəxs tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)-333/2022 nömrəli qərardadından İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8414/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8414/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver