Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8418/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)-1674/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüququnun tanınmasına dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan B01 saylı, 2 otaqlı mənzilin və açarlarının ona təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh MTK qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan B01 saylı, 2 otaqlı mənzilə dair 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılır ki, iddiaçı 03 noyabr 2018-ci il tarixdə "xxxx" MTK ilə ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasından pay barədə müqavilə bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 1 ünvanında inşa edilən binanın giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84,27 kv.m., yaşayış sahəsi 73,30 kv.m., olan B01 saylı, 2 otaqlı mənzil bir pay kimi iddiaçıya verilməlidir. Həmin mənzilin (payın) dəyəri 1 kv.m. üçün 1300 manat, cəmi 109551 manat müəyyən edilmişdi və iddiaçı həmin məbləği tam ödəmişdir. Mənzilin dəyərinin tam ödənilməsi faktı həm MTK-nın direktoru D.T.Rəsulovun imzaladığı qeyd olunan müqavilənin 4.1-ci maddəsində, həm də həmin şəxsin imzaladığı 03 noyabr 2018-ci il tarixli arayışında öz əksini tapmışdır. Lakin həmin vaxtdan 2 il keçməsinə baxmayaraq MTK mənzili iddiaçıya vermir, ora girməyinə, ondan istifadə edib müəyyən işlər görməyinə mane olur. Əksinə, onda həmin mənzili MTK tərəfindən qanunsuz olaraq başqa şəxslərin istifadəsinə verməsi şübhəsi var. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan B01 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə dair 03 noyabr 2018-ci il tarixli, C- 060/06 saylı müqavilə bağlamışlar. Əlavə olaraq qarşılıqlı iddiaçı bildirir ki, ünvan 2 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X15- 50 manat, 50 pay haqqı, 50%, 2. X27 - 20 manat, 20 pay haqqı, 20 %, 3. X17 5 manat, 5 pay haqqı, 5%, 4. X8 5 manat, 5 pay haqqı, 5% və X28 - 20 manat, 20 pay haqqı, 20%) Cavabdeh təsis etmişlər. Cavabdeh ünvan 3 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi "xxxx" MMC ilə Cavabdeh MTK arasında 05 iyul 2018-ci il tarixli, 0507/01-18 nömrəli əlavə dəyər vergisi ilə birlikdə 5900000-00 (Beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəfər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd, 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyriyaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq “ŞƏHƏR İNCİSİ” yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvüləri X16, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X27 tərəfindən aparılması, X6 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X7 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X18 tərəfindən kooperativin digər üzvü X7 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış Etibarnamə verilmişdir. "KONSTRA ” MTK-nın üzvü X18 tərəfindən Cavabdeh MTK-nın digər üzvü X7 verilən 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui- istifadə edən X1 təşkilat olan "xxxx" MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X5 qeyri qanuni hərəkətlərindən xəbər tutan X18 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X16 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X27 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. X16 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X27 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X16 və Əliyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK ya qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3- girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan B01 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilə bağlamışlar. Belə ki, Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış müqavilə, iddiaçı Cavabdeh MTK-ya podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X28, X16, X21 etibardan sui istifadə edərək, qeyriləri ilə əlbir olaraq 3-cü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvlərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: Cavabdeh MTK-nın mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı "KONSTRA” MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişlər. Yəni ünvan 1 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Beh olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTKnın balansında mənzil olmayıb və hal-hazırdada yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də e- 2(005)-1674/2021 saylı mülki iş üzrə cinayət tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməlidir. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan B01 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə dair 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilə əhəmiyyətsiz müqavilədir. Əhəmiyyətsiz müqavilə bağlandığı andan etibarsızdır. Beh olan halda yuxarıda göstərilən 03 noyabr 2018-ci il tarixli C-060/06 saylı müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi X4 20.04.2020-ci il tarixdə məhkəməyə dəftərxna vasitəsi ilə vəsatət təqdim edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı, mənzilə dair 03 noyabr 2018-ci il tarixli B-060/06 saylı müqavilə bağlamışlar. Əlavə olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 1 ünvanında inşa olunan 3- girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunda 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 184,27 kv.m yaşayış sahəsi, 73,30 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı, mənzilə dair 03 noyabr 2018-ci il tarixli B-060 06 saylı müqavilə və maliyyə arayışı üzrə imzalar Cavabdeh MTK-nın icraçı direktoruna məxsus deyil. Belə olan halda ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş iddia üzrə göstərilən hallar tam şəkildə cinayət xarakterlidir. Belə ki, ilkin iddia üzrə cavabdehin əmlakı olmadığı, (yəni mənzili olmadığı) halda necə mənzil satır, bu isə sual doğrur. Belə ki, ilkin iddia üzrə cavabdeh bir hüququ əldə etmədiyi halda başqasına necə bu hüququ verir, bu halda sual olaraq qalır. Əlavə olaraq bu iş üzrə cavabdehin vəzifəli şəxsi ilə bərabər bir neçə nəfər əlbir olmuş və vətəndaşlara qarşı dələduzluq etməklə mənzillərin alğı-satqısı adı altında vətəndaşları aldatmaqla külli miqdarda pullarını mənimsəmişlər. Beləliklə yuxarıda göstərilən tələb üzrə e-2(005)-1674/2021 saylı işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308, 309 və 310-cu maddələrinin tərkibi müəyyən edilir. Buradanda məlumdur ki, mülki işin tərkibində cinayət əməlləri var. Belə olan halda icraatda olan işin həmin hissəsinin araşdırması bilvasitə hüquq mühafizə orqanlarına aid olduğundan məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılmalıdır. E-2(005)-1674/2021 saylı iş materiallarında cinayət əməlinin tanınması və prokurorluq orqanlarına göndərilməsi barədə xüsusi qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" MMC-nin nümayəndəsi X9 13.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Qanunun bu tələbinə əsasən, "xxxx" MMC-in mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etsə də iddia ərizəsi ilə müraciət etmədiyindən onun ərizəsi üçüncü şəxs qismində cəlb olunmaya dair prosessual vəsatət kimi qiymətləndirilmiş və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək ünvan 5 ünvanında inşa edilən 3 girişli, 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m olan B01 saylı 2 otaqlı mənzili İddiaçı sahiblik və istifadə hüququnun tanınmasını və cavabdehlər Cavabdeh MTK və "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m olan B01 saylı 2 otaqlı mənzili İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı ilə “KONSTRA" MTK arasında müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh MTK ünvan 7 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m olan B01 saylı 2 otaqlı mənzilin payçıya verilməsini və payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ("xxxx") ilə Cavabdeh MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı” "xxxx"nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” tərəfindən hazırlanmış, ünvan 3 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5,000,000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri podratçı tərəfindən müvafiq qaydada hesablanmış və sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmişdür. Sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh MTK arasında ünvan 8 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507'01-18 saylı müqavilə üzrə Cavabdeh MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, “Konstra" MTK-nın icraçı direktoru X10 tərəfindən MTK-nın digər payçıları olan X18, X27, X17, X28 və qeyrilərinin köməkliyi iləmüqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki, tərəflər “A” və “B" blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı" tərəfindən (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxtaqəlib) işləri yerinə yetirilmişdir. Sözügedən akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6.490.000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin müqabilində, Podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Sifarişçi tərəfindən Podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə podratçı tərəfindən sifarişçiyə məktub göndərilərək, “təhvil-təslim aktı”nın və “Mənzillərin Bölgü Aktının müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin hal-hazırda Cavabdeh MTK 12.03.2020-ci il tarixdə 07.01.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. E-2-2(113)-113/2021 nömrəli iş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. İş üzrə dəfələrlə məhkəmə baxışı təyin edilmiş, 15 məhkəmə iclası keçirilmişdir. 19.03.2021-ci il tarixli qərardad ilə iş üzrə icraat dayandırılmış, məhkəmə Cavabdeh MTK tərəfindən görülən işlərin həcmi və işlərin görülməsinə sərf edilmiş materialların qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. “Orxan-TİT" MMC-nin iddiaçı qarşısında öhdəliyi Cavabdeh MTK-nın iddiasının təmin edilibedilməməsindən asılıdır. Həmin təhvil-təslim aktına görə "xxxx" MMC-nin üzərinə müəyyən öhdəçilik götürmə ehtimalı vardır. Həmin təhviltəslim aktı etibarsız sayıldığı halda, "xxxx" MMC-nin iddiaçı qarşısında heç bir öhdəçiliyi olmayacaqdır. Belə ki, təhvil- təslim aktının etibarsız sayıldığı halda iddiaçıya mənzil verilməsi barədə razılaşma öz əhəmiyyətini itirəcəkdir. Lakin, məlum olmuşdur ki, "xxxx"nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən qarajlara dair “Podratçı" tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. Cavabdeh MTK-nın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar Cavabdeh MTK-nın özünə xəbərdarlıq, 24.02.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh MTK-nın direktoru Rəsulov D. tərəfindən “OrxanTİT" MMC-yə məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh şirkəti olaraq üzərilərinə onu götürmüşlər ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatlarını sifarişçinin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Lakin Cavabdeh MTK-nın verdiyi zəmanətə baxmayaraq, qanunsuz əməllərini davam etdiyinə dair şübhələri vardır. Buna görə 18 aprel, 24 iyun və 10 iyul 2019-cu il tarixlərində Cavabdeh MTK-nın sədri X11 bildiriş-xəbərdarlıqlar ünvanlamış, Xəbərdarlıqlarda bildirmişdir ki, tərəflər arasında bağlanmış qüvvədə olan müqavilə və razılaşmalara əsasən tikinti işlərinin müqavilə üzrə vaxtında yerinə yetirilmir, tərəflər arasında yazışmalar nəticəsində razılaşdırılmış qrafıkdən geri qalır, “Konstra" MTK-dan ətraflı rəsmi hesabatlar tələbetmişlər. Lakin qanuni tələblər diqqətə alınmamış, xəbərdarlıqların üçünə də cavab gəlməmiş, tələblər yerinə yetirilməmişdir. Göründüyü kimi, İddiaçının “Podradçı” Cavabdeh MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən “Orxan-TİT" MMC-nin “Sifarişçi" kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru vanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında X2 olduğu Cavabdeh MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X3 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Konstra” MTK-nın vəzifəli şəxslərinin sifarişçi "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında ünvan 9 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən suiistifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi “Orxan-TİT" MMC ilə podratçı Cavabdeh MTK arasında ünvan 8 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə “Konstra" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh MTK-nın icraçı direktoru X12 tərəfindən MTK-nın digər payçıları olan X18, X27, X17, X28 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545.45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi İ dərəcəli hüquqşünas X13 həvalə edildilməklə istintaqı aparılır. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi istinad etdiyi Mülki Məcəllənin müddəalarına "xxxx" MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, “Konstra" MTK ilə "xxxx" MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Məhkəmənin nəzərinə bir daha çatdırırıq ki, Cavabdeh MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə "xxxx" MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. "xxxx" MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə "xxxx" MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqaşəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qeyd olunan hüquq normalarına əsasən, iddiaçının Cavabdeh MTK ilə bağladığı müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi, yaxud nə qədər ödənilməsi faktı müəyyən edildikdən sonra, müqavilə ilə ödənilmiş muzd barədə mədaxil qəbzinin qanuna uyğunluğunu, ümumiyyətlə həmin muzdun ödənilməsi barədə heç bir sübut müəyyən edilməmişdir. İddiaçı öz hüququndan suiistifadə etməklə "xxxx" MMC-nin heç bir öhdəçiliyi olmadan işə cəlb etmiş, Cavabdeh MTK-dan mənzil tələbi yox, ona vurulmuş zərər məbləği barədə iddia qaldırması daha qanuna uyğun, məqsədə müvafiq olardı. İddiaçı iddia tələbi təmin edilməsin, ünvan 5 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş C blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.m olan B01 saylı 2 otaqlı mənzil üzrə “Konstra" MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)-1674/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 03.11.2018-ci il tarixli, C-60/06 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan giriş C blokunun, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan, 2 otaqlı B-01 saylı mənzil ilkin iddia üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ilkin iddia üzrə İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Qətnamədən ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi X4 apellyasiya şikayəti verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən proses zamanı verilmiş vəsatətləri təmin etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə və maliyyə arayışlarında göstərilən imza və möhür cavabdehə aid deyil. Buna görə də işin obyektiv həlli üçün məhkəmə tərəfində ekspertiza keçirilməli idi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh MTK-nın nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi X4 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu konteksdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)-1674/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh 03.11.2018-ci il tarixli, C-60/06 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C, blokunda 06-cı mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh MTK-nın kassa mədaxil orderirinin qəzinin surətindən görünür ki, İddiaçı mənzilə görə 109.551,0 (yüz doqquz min beş yüz əlli bir) manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir. Cavabdeh MTK-nın 03.11.2018-ci il tarixli 38 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ona görə ki, o həqiqətən Cavabdeh MTK-nın ünvan 10 ünvanında inşa etdiyi yaşayış kompleksində C blokunun 06-cı mərtəbəsində yerləşən, 2 otaqlı ümumi sahəsi 84.27 m2, C01 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh MTK şirkətinə C-60/06 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.10.2020-ci il tarixli **********43 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84.27 kv.m yaşayış sahəsi 73.30 kv.m olan B01 saylı mənzili daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçməmişdir. 07.09.2020-ci il tarixli qeyd olunan qərardad 14.09.2020-ci il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoulmuş məhdudiyyətlər bazasında qeyd olunan mənzilin üzərinə qadağa qoyulmuşdur. Cavabdeh "xxxx" MMC-yə ünvanlanmış 25.01.2020-ci il tarixli 023 nömrəli məktubun surətindən görünür ki, "xxxx" MMC və “Konstra MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetrilmiş Tikinti Quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim” aktı-nın, habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq, aşağıda adı,soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsimləşdirlməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh Mənzil Tikinti Şirkətinə ünvanladığı 17.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MTK tərəfindən 03.11.2018-ci il tarixdə müqavilə bağlanılaraq mənzil alınmışdır. Müqavilədə göstərilən məbləğin tam ödənilərək maliyyə arayışının və ödəniş qəbzi alındığını, binanın 2019-cu ilin sonuna qədər təhvil verilcəyi bildirilsə də hələ də mənzillə təmin olunmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi ev 13/15-də yerləşən binanın C bloku, 6-cı mərtəbə, sıra 1 nömrəli mənzili iddiaçıya təhvil verilməsini, əks halda bununla bağlı hüquq mühafizə orqanlarına hüquqlarının bərpası üçün müraciət ediləcəyi qeyd edilmişdir. 05 iyul 2018-ci il tarixli № 0507/01-18 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı: Azərbaycan Respublikası, ünvan 11lət mülkiyyətində olan hüquqi şəxs, "xxxx" MMC, X14 şəxsində bundan sonra "xxxx" adlandırılacaq və digər tərəfdən Konstra MTK (VÖEN **********), X16 şəxsində, bundan sonra “Podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 3 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlinərək ehtimal olunan qiymət 5,000,000.00 (beş milyon) manat məbləğində ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən X11 ünvanlanmış 08.04.2019-cu il 06.2019-cu il, 07.2019-cu il tarixlərdə 12/72 nömrəli bildiriş-xəbərdarlığın surətindən görünür ki, 03 fevral 2018-ci il tarixində "xxxx" MMC və Cavabdeh MTK arasında bağlanmış razılaşma və davamı olaraq 5 iyul 2018-ci il tarixli 01-18 saylı müqavilə tərəflər arasında müəyyən hüquq və vəzifələr qoyulmuşdur. Konstra MTK "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani 13/15 ünvanlarında 21 mərtəbəli 3 girişli yaşayış binasını 24 ay müddətində tikib təhvil verməlidir. Cavabdeh MTK-nın apardığı işlər barədə mütəmadi olaraq "xxxx" MMC-yə hesabat verilməli və görülən işlər 2 nömrəli forma ilə təsdiqlənməldir. Dəfərlərlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh MTK hesabat verməkdən yayınır. Cavabdeh MTK satış səlahiyyətləri olmadığı halda, vətəndaşlara çox sayda mənzillər satmışdır. Belə ki, Cavabdeh MTK-nın icraçı direktoru Dilafir Rəsulovun "xxxx" MMC-yə ünvanladığı məktubda 15.02.2019-cu il tarixədək ******* AZN (dörd milyon doqquz yüz səksən doqquz min altı yüz yetmiş manat) dəyərində vətəndaşlarla alğı-satqı və barter əməliyyatları həyata keçirildiyini, bundan sonra alğı-satqı və barter əməliyyatlarının "xxxx" MMC-nin razılığı olmadan həyata keçirməyəcəyi barədə zəmanət versə də bu əməllər hazıradək davam etməkdədir. Bu əməllərin qeyri-qanuni və cinayət tərkibli olduğunu bir daha yazılı nəzərə çatdırıldığı və 20.04.2019-cu ilə qədər ətraflı hesabat verməyə dəvət etmişlər. Əks təqdirdə müqavilənin 9.1, 9.1.1, 9.1.2, 9.1.3 bəndlərinə əsasən işlər dərhal dayandırılaraq və bu əməllər barədə araşdırma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Cavabdeh MTK-nın 30.10.2019-cu il tarixli 03 nömrəli məktubundan görünür ki, 05.10.2019cu ildə "xxxx" MMC və Cavabdeh MTK arasında bağlanmış razılaşma müqaviləsində 05.07.2018-ci il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsi və ondan irəli gələn 1,2 və 3 saylı əlavələr ləğv edilmişdir. Bundan sonra tərəflər arasında əməkdaşlıq əsasında “Şəhər İncisi” yaşayış kompleksinin A və B bloklarına aiddir. Aid olduğu üçün Cavabdeh MTK-nın C bloku üzərində heç bir hüquq və iddiası qalmamışdır. Bunu nəzərə alaraq Cavabdeh MTK-nın C blokuna aid bağladığı satış müqavilələrini bir tərəfli qaydada ləğv edilmişdir. 07 yanvar 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, podratçı Cavabdeh MTK tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetrilmiş, 12.758.23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan TQİ-nin, habelə sifarişçi "xxxx" MMC-ə vergi məqsədləri üçün ödənilmiş 1,610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat vəsaitin müqabilində, podratçı Cavabdeh MTK-a 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəldikləri qeyd edilmişdir. 21 yanvar 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi "xxxx" MMC tərəfindən, podratçı “Konstra MTK”-ya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Cavabdeh 09.12.2019-cu il tarixli “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərin ləğv edilməsi haqqında” Cavabdeh MTK-nın 02 dekabr 2019-cu il tarixli 01 saylı əmrin ləğv olunması haqqında 02 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MTK-nın icraçı direktoru X12 tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi barədə 02 dekabr 2019-cu il tairxli 01 saylı əmr qüvvədən düşmüş hesab olunaraq icraçı direktoru D.Rəsulov tərəfindən qeyri-qanuni satılmış mənzillərə dair müqavilələrin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması, icraçı direktor X3 əməlində mənimsəmə hallarının olub-olmamasının araşdırılması üçün prokurorluq və ya aidiyyəti üzrə hüquq mühafizə orqanalrına müraciət olunması və əmrin surətləri sifarişçi "xxxx" MMC-yə və vətəndaşlara təqdim edilməsi qeyd edilmişdir. 05 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilənin məzmunundan görünür ki, Azərbaycan Respublikası, ünvan 11lət mülkiyyətində olan hüquqi şəxs, "xxxx" MMC, X14 şəxsində "xxxx" adlandırılacaq və digər tərəfdən Konstra MTK, X16 şəxsində “podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 13 ünvanında yerləşən 3, bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gəldikləri qeyd edilmişdir. Cavabdeh 25.01.2020-ci il tarixli 023 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" MMC və “Konstra MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetrilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKTnın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq mənzillərin müvafiq şəxslərin adına rəsimləşdirilməsi xahiş olunmuşdur. Cavabdeh Mənzil-Tikinti 25.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC və “Konstra MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-nın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixində imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq, aşağıda adı, soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsmiləşdirlməsi xahiş edilmişdir. Məhkəmə hər iki (ilk və qarşılıqlı) iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 339.4, 359.1, 359.3, 359.4, 362.1, 362.2, 363.1, 404.1, 404.2, 567, 597.1, 598.1, 646.1, 646.2, 139.1, 139.3 maddələrinə, Mənzil Məcəlləsinin 113.1, 113.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, tərəflər arasında müqavilələr bağlanarkən Cavabdeh Mənzil Tikinti Kooperativi icraçı direktoru X7 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK-da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X16 etibarnamə əsasında iddiaçı ilə mübahisəli mənzillərə dair müqavilə bağlanmışdır. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması ilə mübahisənin yaranma ehtimalını ehtiva edən mülki hüquq münasibətlərinin mövcudluğu onun hüquqi nəticələrinin həllini müəyyən edən Mülki Məcəllənin 360-cı maddəsi ilə şərtləndirilmişdir. Həmin maddəyə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Sözügedən Məcəllənin 360.2-ci maddəsində o da qeyd edilir ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alğı-satqısı ilə əlaqədar hüquqi prosedurların MTK tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi X16 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən əmlakın iddiaçıya verilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyinin də tələblərindən aydın olur ki, mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qeyd olunan hal ardı-arda bir neçə iddiaçının iddia tələbi yaranmasına əsas olmuşdur. Bundan başqa o da qeyd edilməlidir ki, müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alğı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsindən göründüyü kimi iddiaçı ilə Dilafər Rəsulov arasında müqavilə bağlanarkən həmin etibarnamə öz hüquqi qüvvəsini itirməmiş, yəni MTK rəhbərliyi tərəfindən etibarnamə ləğv edilməmişdir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndiridiyi müqavilədən görünür ki, həmin müqavilələr Cavabdeh MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1 və 448.2-ci maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İddiaçının iddia tələbində qeyd etdiyi “istifadə hüququnun tanınmasına” münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli müqavilənin həqiqiliyi tərəflər arasında öhdəliyin yerinə yetirilməsini şərtləndirir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin də tələblərinədən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdır. Qanunvericinin belə mövqeyindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi ilə istifadə hüquqnu şərtləndirir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının bağlanmış müqavilə üzrə istifadə hüququ olduğu halda, bu hüququn tanınmasını məhkəmə qaydasında təkrar tələb etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə ilkin iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia tələbi üzrə verilmiş ayrıca ərizə ilə cavabdehlər barəsində xüsusi qərarın çıxarılmasına dair vəsatətə münasibətdə məhkəmə qeyd etmişdir ki, MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi mülki prosessual qanunvericiliyə uyğun olaraq xüsusi qərarın çıxarılması cinayətin əlamətlərinin aşkar edilməsilə məhkəmə tərəfindən tətbiq edilən hüquqi prosessual hərəkətdir. Odur ki, belə tələb prosessual vəsatət kimi qiymətləndirilməlidir və məhkəmə bu məsələdə tərəflərin mülahizəsindən asılı deyildir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, ilkin və qarşılıqlı iddiaçının iddia ərizələrində qeyd etdiyi ümumi tələblərə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 03.11.2018-ci il tarixli C-60/06 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan giriş C blokunun, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan, 2 otaqlı B-01 saylı mənzil Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, 03.11.2018-ci il tarixli C-60/06 nömrəli müqavilənin etibarsızlığına əsas olmadığından və ilkin iddia ilə müqavilə üzrə tələbə hüquqi qiymət verildiyindən qarşılıqlı iddia rədd edilməlidir. Kollegiya apellyatorun dəlillərini əsassız hesab edərək, aşağıdakıları qeyd edir: 04 iyul 2021-ci ildə “mülkiyyətçi”-"xxxx" MMC, “alıcı”-İddiaçı, “podratçı”-Cavabdeh MTK arasında bağlanmış 04 iyul 2021-ci il tarixli “Mənzilin təhvil-təslim aktı”na əsasən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş C blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 73,30 kv.m olan B01 saylı, 2 otaqlı mənzilin dəyəri tam ödənilib. 01.07.2021-ci il tarixli müqaviləyə əsasən podratçı və alıcı arasında bağlanmış 03.11.2018-ci il tarixli müqavilə qeydiyyat üçün mülkiyyətçiyə təqdim edilib və mülkiyyətçi tərəfindən qeydiyyata alınıb. Alıcının podratçı ilə bağladığı alğı-satqı müqaviləsi mülkiyyətçi ilə podratçı arasında bağlanmış 01.07.2021ci il tarixli müqavilənin şərtlərinə uyğundur və mənzilin dəyəri tam ödənilib. Buna əsasən mülkiyyətçi mənzili açarları ilə birgə alıcıya verdi, alıcı qəbul etdi. Mənzilin dəyəri tam şəkildə podratçıya ödənilib. Həmin vəsait mülkiyyətçi və podratçı arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən podratçının binanın inşası üçün çəkmiş xərclərə aid edildiyinə və podratçının həmin mənzil barəsində bağladığı müqavilə mülkiyyətçi tərəfindən təsdiq edildiyinə görə mənzilin dəyəri tam ödənilmiş hesab edilir. Göründüyü kimi, mübahisəli mənzilin açarları artıq “mülkiyyətçi”-"xxxx" MMC, “alıcı”-İddiaçı, “podratçı”-Cavabdeh MTK arasında bağlanmış 04 iyul 2021-ci il tarixli “Mənzilin təhvil-təslim aktı”na əsasən alıcı olan, hazırkı iş üzrə İddiaçı təhvil verilmiş, “mülkiyyətçi”-"xxxx" MMC və “podratçı”- Cavabdeh MTK tərəfindən “alıcı”-İddiaçı mənzilin dəyərini tam ödəməsi qəbul olunmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MTK-nın nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(005)-1674/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8418/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8418/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver