Məhkəmə qərarları › İş №2(103)-842/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-842/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-842/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 hüquqi varisi Cavabdeh5 və Cavabdeh9 və Cavabdeh2 hüquqi varisi X4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-04/2019 saylı qətnaməsi ilə İddiaçı-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə və bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, ipoteka predmetlərinə tutuma yönəldikdən və satıldıqdan sonra onların ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetlərinin satışından əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadıqda qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması” barədə iddiası qismən təmin edilərək, borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 99.445,64 ABŞ dolları, faiz borcuna görə 27.712,01 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.000 ABŞ dollar olmaqla, cəmi 129.157,65 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh4 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə, həmçinin ipoteka predmeti olan Cavabdeh9 məxsus ilkin satış qiyməti 180.000 manat müəyyən edilən Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 362 “A” saylı bağ evinə yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına iddiaçı təşkilata olan cəmi 129.157,65 ABŞ dolları kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetlərinin boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi Fərid Abdullayev qətnamədən birgə apellyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2972/2020 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi Fərid Abdullayev ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5164/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Cavabdeh4 prosessual hüquq varisi Cavabdeh5 və cavabdehlər Cavabdeh9, Cavabdeh2 prosessual hüquq varisi X2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2972/2020 saylı qətnaməsi qismən- tutmanın ipoteka predmetlərinə yönəldilməsi, yəni Cavabdeh4 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə, həmçinin Cavabdeh9 məxsus ilkin satış qiyməti 180.000 manat müəyyən edilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, 362 “A” saylı bağ evinə yönəldilməsi və ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetlərinin boşaldılması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmış və mübahisələndirilən qalan hissədə qətnamə kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddiadan qismən imtina barədə ərizəni müdafiə edərək, İddiaçıSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə İddiaçıSC-nin borcun tutulması barədə iddia tələbindən qismən - kredit borcunun tutulmasına dair iddianın 11764,71 ABŞ dolları hissəsindən və tutmanın Cavabdeh4 məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 4 otaqlı 19 nömrəli mənzilə yönəldilməsi hissəsindən imtinasını qəbul edərək həmin hissələr iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, tutmanın ipoteka predmetinə yönəldilməsi, yəni Cavabdeh4 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə yönəldilməsi və ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetlərinin boşaldılması hissəsində icraata xitam verilməlidir. İddiaçının kredit borcunun tutulmasına dair iddianın 11764,71 ABŞ dolları hissəsindən imtina etməsi isə hazırki apellyasiya icraatı mərhələsində qəbul edilə bilməz. Çünki, həmin hissə həm hazırki apellyasiya icraatının predmetinə aid deyil, həm də həmin hissə üzrə artıq qanuni qüvvəyə minmiş və kassasiya instansiyası məhkəməsi tərəfindən də təsdiq olunmuş məhkəmə aktı mövcuddur. Buna baxmayaraq, iddiaçı tələbkar kimi həmin hissə üzrə qətnamənin icra mərhələsində tələbindən imtina edə bilər. Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin iddia tələbindən qismən imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qismən qəbul edilməli, mülki iş üzrə icraata qismən, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh4 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə yönəldilməsi və ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetinin boşaldılması hissəsində xitam verilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi həmin hissədə ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiadan qismən imtinası qismən qəbul edilsin. Mülki iş üzrə icraata qismən, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh4 məxsus ilkin satış qiyməti 94.000 manat müəyyən edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 12 saylı evin 19-cu mənzilinə yönəldilməsi və ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin ipoteka predmetinin boşaldılması hissəsində xitam verilsin və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi həmin hissədə ləğv edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar