Məhkəmə qərarları › İş №2(103)-843/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-843/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-843/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-40/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxx” ASC, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 qarşı məhkəmədə iddia qaldıraraq ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31140 ABŞ dolları əsas borcun, 3188 ABŞ dolları faiz borcunun, 300 ABŞ dolları cərimənin, cəmi 34628 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına və həmin məbləğin girov qoyulmuş Cavabdeh3 mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyesterində 1373 nömrəli reyestr kitabının 125534 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m ümumi, 30,37 kv.m yaşayış, 18,1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra ən geci 01 ay ərzində mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-40/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı saylı kredit müqaviləsi üzrə ödənilməmiş 31140 ABŞ dolları əsas borc, 3188 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 34628 (otuz dörd min altı yüz iyirmi səkkiz) ABŞ dolları (ödənildiyi zaman manata məzənnə ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m ümumi, 30,37 kv.m yaşayış, 18,1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş məbləğ yaranmış borcun ödənilməsinə yönəldilməsi, Yaranmış borc ödənildikdən sonra mənzilin satışından artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra mülkiyyətçi Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşayış sahəsini bir ay ərzində tərk etmədikləri halda həmin mənzildən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə onun və digər cavabdehlərin iştirakı olmadan işə baxmış və iddia tələbinə qarşı onun etiraz dəlillərini soruşmamışdır. Belə ki, o, bankdan götürdüyü kreditin ödənişinə dair cədvəl üzrə ödəmələri vaxtlı-vaxtında aparmamış və gecikmə olmadan 16000 ABŞ dolları pulu banka ödəmişdir. Sonradan 2 dəfə baş vermiş devalvasiya nəticəsində kreditin ödənişində gecikmələri olmuşdur. Lakin iddiaçı “xxxxxxxxx” ASC 40.000 ABŞ dolları məbləğində kreditdən 16.000 ABŞ dolları qaytarmağına baxmayaraq ondan 34000 ABŞ dolları məbləğində kredit borcunu tələb etmiş və məhkəmə də heç bir araşdırma aparmadan həmin məbləğin ondan alınması barədə qərar qəbul etmişdir. Halbuki məhkəmə bank çıxarşını iddiaçı tərəfdən tələb etməklə iş üzrə məhkəmə mühasibatlıq (qiymətləndirmə) ekspertizası təyin edərək kredit borcunun dəqiq məbləğini müəyyən etməli idi. Bundan başqa məhkəmə onun ipoteka qoyduğu 2 otaqlı mənzilini iddiaçı “xxxxxxxxx” ASC tərəfindən 37 min manat dəyərində qiymətləndirməsi ilə razılaşmışdır. Halbuki həmin mənzili o özü 2014-cü ilin əvvəllərində 60.000 ABŞ dolları qiymətinə almışdır. Hal-hazırda ona məxsus həmin mənzilin dəyəri 60- 70 min manatdan da artıq qiymətindədir. Məhkəmə ipoteka qoyduğu mənzilin dəyərinin 37.000 manat qiymətmətləndirilməsini düzgün hesab etməyərək iş üzrə məhkəmə tikintitexniki (qiymətləndirmə) ekspertizası təyin etməklə mənzilin real qiymətini müəyyən etməli idi. Bu da onun mənzilinin dəyər-dəyməzinə satmaqla onun banka 16000 ABŞ dolları ödədiyinə baxmayaraq banka yenə də borclu qalmağına gətirib çıxarmış olacaqdır. Məhz bu baxımında da məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə ədalətli və qanuni hesab edilə bilməz. Odur ki, iş üzrə qətnamə ləğv edilməli, iddia tələbinin düzgün olmaması barədə qeyd etdiyi faktlar ətraflı araşdırılmalıdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, apellyasiya icraatı zamanı mütəxəssis rəyi alınmış olsa da və ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyənləşdirilsə də, həmin mənzil icra mərhələsində 48000 manat dəyərində qiymətləndirilmiş, hərrac təşkilatı da öz növbəsində ipoteka predmetinin ilkin satış qiymətini 48000 manat göstərmişdir. Daha sonra mənzil, hərracda alınmadığı üçün Banka təklif edilmişdir. Bank mənzilin mülkiyyətçisi kimi xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Cavabdeh tərəfindən məhkəmə qətnaməsi qəbul edilən tarixdən 4 (dörd) il sonra verilmiş apellyasiya şikayətində hər hansı bir tutarlı əsas, hər hansı sübuta istinad edilməsi və 1-ci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verməsi qeyd edilməmişdir. Bütün bunlar bir daha cavabdehin apellyasiya şikayətinin əsassız olmasını təsdiq edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh3 və onun vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, baş vermiş məlum devalvasiyalardan sonra kredit ödənişində problemlər yaranmışdır. Məhkəmə qətnaməsindən icra mərhələsində məlumatı olmuş və qətnamədə ilkin satış qiyməti müəyyənləşdirməmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlərCavabdeh3, Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs X8 məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-40/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı əsas krеdit müqаviləsindən görünür ki, “xxxxxxxxx” ASC-nin “Əməliyyat” filialı ilə Cavabdeh3 arasında əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər 120 ay müddətinə 100000 (yüz min) manat kredit limiti verilməsi barədə razılaşmışlar. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı əlavə krеdit müqаviləsindən görünür ki, “xxxxxxxxx” ASC-nin “Əməliyyat” filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m ümumi, 30,37 kv.m yaşayış, 18,1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətindən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 6 saylı evin 7 saylı mənzili Cavabdeh3 məxsus olmaqla “xxxxxxxxx” ASC-nin Əməliyyat filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı zaminlik müqavilələrindən adın olur ki, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 kreditin verilməsinə görə bank qarşısında öhdəlik götürmüşlər. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş “xxxxxxxxx” ASC-nin xx.xx.2015-ci il tarixli arayışından aydın olur ki, Cavabdeh3 xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 31140 ABŞ dolları məbləğində əsas borcu, 3188 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu vardır. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş kredit müqаviləsinin ödəniş qrafikindən эörünür ki, xx.xx.2014-cü ildən xx.xx.2017-ci il tarixə kimi cavabdeh tərəfindən bаnkа 40000 ABŞ dolları məbləьində əsаs bоrc, 15763,90 ABŞ dolları фаiz məbləьi оlmаqlа, cəmi 55763,90 ABŞ dolları pul ödənilməsi nəzərdə tutulmuşdur. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2015-ci il tarixli arayışlarından aydın olur ki, Cavabdeh3 xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 6, mənzil 7-də, Cavabdeh1 xx.xx.1968-ci ildə Yardımlı rayonunda doğulmuş, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, ev 47/6B-də, Cavabdeh2 xx.xx.1970-ci ildə Şamaxı rayonunda doğulmuş, Qobustan rayonu, Çalov kəndində qeydiyyatdadırlar. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər ərazi idarəsinin **********80 saylı xx.xx.2015-ci il tarixli məktubundan эörünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 6 saylı evin 7 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş mаtеriаllаrındа оlаn və məhkəmə baxışı zamanı tədqiq olunmuş Qaradağ rayon 150 saylı MKİS-nin xx.xx.2014-cü il tarixli 2656 saylı forma 2 arayışından aydın olur ki, iş üzrə cavabdeh şəxs kimi göstərilmiş Cavabdeh4-xx.xx.2002-ci ildə və Cavabdeh5 xx.xx.2008-ci ildə doğulmuşlar. Məhkəmə həmin şəxslərin azyaşlı olmasını nəzərə alaraq onları cavabdehlərin siyahısından çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsa---sən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, mə-sə--lən, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hə-rə-kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, pebiya) müqavilə ilə müəyyənləşdirilən ohdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditor ödəməli olduğu pul məbləğdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi ücün məsuliyyəti öz üzərinə götürür. Beləliklə, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, Cavabdeh3 “xxxxxxxxx” ASC-nin “Əməliyyat” filialından xx xxxx 2014-cü il tarixdə illik 23 faiz ödəmək şərti ilə 36 ay müddətinə 40000 ABŞ dolları kredit götürmüş, müqavilə öhdəliyinə əməl etməyərək kredit borcunu ödəməmişdir. Sonradan borclu qeyd olunan kredit müqaviləsi üzrə borcunu qismən ödəmiş, lakin 31140 ABŞ dolları əsas borcu, 3188 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu qalmışdır. Məhkəmə kollegiyası, cavabdehin apelyasiya şikayətinin borc məbləğinə dair dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz borcu və cərimə borcu ) icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, pebiya) müqavilə ilə müəyyənləşdirilən ohdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi haldaborclunun kreditor ödəməli olduğu pul məbləğdir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Həmin Qanunun 39.2-ci maddəsinin tələbinə görə saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1. maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” qanunun “İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3., 36.4. və 36.5-ci maddələrinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən ipoteka qoyan bildiriş aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam şəkildə əməl olunmuş, lakin cavabdeh həmin Qanunla ona verilmiş hüquqdan istifadə edərək tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən 21 gün müddətində məhkəməyə şikayət verməmiş və bununla da irəli sürülmüş tələblə razı olduğunu nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ipoteka predmeti olan əmlakın hərracdan ilkin satış qiymətinin müəyyənləşdirilməməsi ilə bağlı hissəsidir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə də dəyişdirilməsinə zərurət yoxdur. Belə ki, apellyasiya icraatı zamanı cavabdehin vəsatəti əsasında mübahisə predmeti olan mənzilin real satış (bazar) qiyməti barədə mütəxəssis rəyi alınması qərara alınmış və “xxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli № MB 13/152 saylı qiymətləndirmə rəyinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m ümumi, 30,37 kv.m yaşayış, 18,1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzil ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən edilmişdir. Lakin xx.xx.2020-ci il tarixli məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş etiraza əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m ümumi, 30,37 kv.m yaşayış, 18,1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzil icra mərhələsində 48000 manat dəyərində qiymətləndirilmiş, hərrac təşkilatı da öz növbəsində ipoteka predmetini 48000 manatla hərraca çıxarmışdır. Daha sonra mənzil, hərracda alınmadığı üçün Banka təklif edilmiş, bank həmin mənzili xx.xx.2018-ci il tarixdə hərracdan almış və xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili X1. Göründüyü kimi, ipoteka predmeti olan mənzil cavabdehin apellyasiya şikayətində göstərmiş olduğu qiymətə deyil, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş qiymətə uyğun məbləğdə icra mərhələsində artıq satılmışdır. Bu halda ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m ümumi, 30,37 kv.m yaşayış, 18,1 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi hissəsində apellyasiya şikayətinin dəlilləri aradan qalxdığından, həmin əmlakın yenidən qiymətləndirilməsinə baxmayaraq, qətnamə ilə hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi öz aktuallığını itirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-40/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-40/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar