Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-844/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3708/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair” ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 6.283,59 manat əsas və 1.746,6 manat faiz borcunun, cəmi 8030,19 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1132/2017 saylı, 17 yanvar 2017ci il tarixli məhkəmə əmrinə əsаsən borclu Cavabdeh 6.283,59 manat məbləğində əsas borc, 1.746,6 manat məbləğində faiz borcu olmaqla, cəmi 8.030,19 manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh tərəfindən verilmiş etiraza əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixl qərardadı ilə 2(010)-1132/2017 saylı, 17 yanvar 2017-ci il tаriхli məhkəmə əmri ləğv edilmiş və ərizəyə tərəflərin iştirаklаrı ilə ümumi iddiа icrааtı qаydаsındа bахılmаsı qərаrа аlınmışdır. Kreditor İddiaçı Açıq Səhmdаr Cəmiyyəti məhkəmə əmrinin verilməsinə dair ərizəsini оnunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 11.12.2015-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 84 ay müddətində, illik 25,7 faiz olmaqla 6.373,59 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “Ödəniş cədbəli”nə əsasən ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Saziş və razılaşmaya əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3708/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 11.12.2015-ci il tarixli RV/22127/55/4 saylı kredit müqaviləsi üzrə 5.793,59 (beş min yeddi yüz doxsan üç manat əlli doqquz qəpik) manat məbləğində əsas borcu, 1746,6 (bir min yeddi yüz qırx altı manat altmış qəpik) manat məbləğində faiz borcu, cəmi 7.540,19 (yeddi min beş yüz qırx manat on doqquz qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin filialına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3708/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi əsassızdır, hər hansı mötəbər sübutlara əsaslanmayan, maddi hüquq normasının pozulması ilə qəbul edilmiş qətnamədir. İddiaçı ASC-yə dəfərlərlə güzəşt üçün şifahi müraciət etsədə, heç bir köməklik göstərilməmişdir. Əsas və faiz borcu iddiaçı tərəfindən şişirdilmiş bir tələbdir. Tərəfindən banka kifayət qədər ödənişlər edilmiş, lakin iddiaçı tərəfindən əsassız olaraq artıq faiz pulu hesablanmışdır. Bu halı məhkəmə zamanı bildirsə də məhkəmə borcun hesablanması ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3708/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3708/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış RV/22127/55/4 saylı, 11 dekabr 2015-ci il tarixli kredit sazişindən görünür ki, müqavilənin şərtlərinə görə Cavabdeh istehlak məqsədilə 84 ay müddətinə, illik 25,7 faiz hesablanmaqla 6.373,59 manat məbləğində kredit verilmiş və o, həmin kredit sazişi üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür.(İ.vər. 7) İş materiallarında оlan, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış RV/22127/55/4 saylı, 11 dekabr 2015-ci il tarixli kredit sazişinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh 6.373,59 manat məbləğində əsas bоrc və 7.415,65 manat faiz məbləği оlmaqla hər ay 164,19 manat оlmaqla banka 13.789,24 manat məbləğini 11.01.2016-cı il tarixdən 12.12.2022-ci il tarixə kimi ödəməli idi.(İ.vər. 8) İşin materiallarında olan, 11.12.2015-ci il tarixli “Ödəniş tapşırığı № MRK-3”-dən görünür ki, Cavabdeh İddiaçı ASC-nin “Mərkəz” filialından 5.670,82 manat məbləğində kredit vəsaitini qəbul etmişdir.(İ.vər. 9) İşin materiallarında olan, 11.12.2015-ci il tarixli “Ödəniş tapşırığı № MRK-2”-dən görünür ki, Cavabdeh İddiaçı ASC-nin “Mərkəz” filialından 547,77 manat məbləğində kredit vəsaitini qəbul etmişdir.(İ.vər. 10) İşin materiallarında olan, 11.12.2015-ci il tarixli “Ödəniş tapşırığı № MRK-1”-dən görünür ki, Cavabdeh İddiaçı ASC-nin “Mərkəz” filialından 155,00 manat məbləğində kredit vəsaitini qəbul etmişdir.(İ.vər. 11) İş materiallarında olan, 26 dekabr 2016-cı il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh RV/22127/55/4 saylı, 11 dekabr 2015-ci il tarixli kredit sazişi üzrə İddiaçı ASCyə 26.12.2016-ci il tarixinə əsas məbləğ üzrə borcu 6.283,59 (altı min iki yüz səksən üç manat əlli doqquz qəpik) manat, faiz üzrə borcu isə 1.746,60 (bir min yeddi yüz qırx altı manat altmış qəpik) manat olmaqla, cəmi borcu 8.030,19 (səkkiz min otuz manat on doqquz qəpik) manat təşkil edir.(İ.vər. 5) İş materiallarında olan 06.07.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh əsas borcdan 490 manat pul ödəmişdir.(İ.vər. 47 - 49) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas dəlili olan İddiaçı ASC tərəfindən əsas və faiz borcun məbləğinin artıq hesablanması və birinci instansiya məhkəməsi tərəfindən isə bu halın nəzərə alınmaması barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan, RV/22127/55/4 saylı, 11 dekabr 2015-ci il tarixli kredit sazişindən görünür ki, həmin müqaviləyə əsasən Bank 6.373,59 manat kredit məbləğini Tariyel Babayevə 84 ay müddətinə illik faiz dərəcəsi 25.70 % olmaqla vermişdir. Tərəflər arasında olan RV/22127/55/4 saylı, 11 dekabr 2015-ci il tarixli kredit sazişinin 1-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 84 ay müddətinə illik 25.70 % ödəməyi öhdəsinə görürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas və faiz borcunun şişirdilməsi barədə dəlilini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin borcun hesablanması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas olan hallarla bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin məhkəmənin işi hərtərfli araşdırmadan qanunsuz və ədalətsiz qətnamə çıxarması, bank tərəfindən həm əsas, həm də faiz borcunun şişirdilməsi, yaranmış borcla bağlı düzgün araşdırma aparmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətində göstərilən həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlillər üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və məhkəmə iclasında iştirak edərkən apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3708/2021 saylı, 06 iyul 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə Tahirova apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3708/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-844/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-844/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver