Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-844/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-2220/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Ağdam Rayon Məhkəməsinin 2(013)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən X5 iddia ərizəsi ilə bağlı müvəqqəti təminat tədbiri kimi Cavabdeh məxsus “X15” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2636/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Ağdam Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(013)-70/2021 saylı qərardadı dəyişdirilmiş və Cavabdeh məxsus “X15” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Ağdam Rayon Məhkəməsinin 2(013)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Cavabdeh X8 olan 11800 manat borcunu tam ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, aparılan araşdırma zamanı müraciətdə qeyd olunan xüsusatların mülki xarakterli olduğu müəyyən edilərək İddiaçı mülki mübahisə ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X15” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. ƏN-Vİİ № 992003 saylı xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan “X15” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2022-ci il tarixədək İddiaçı, sərəncam vermək səlahiyyəti də qeyd olunmaqla, etibarnamə vermişdir. ƏN-Vİİİ № 560256 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan “X15” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2023-cü il tarixədək İddiaçı, sərəncam vermək səlahiyyəti də qeyd olunmaqla, etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan bütün daşınar əmlaklar ilə bağlı xx.xx.2025-ci il tarixədək İddiaçı ümumi etibarnamə vermişdir. “X15” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yazılmış cərimə protokolları ilə bağlı portaldan çıxarışlardan görünür ki, Cavabdeh 2021-ci ilin sentyabr ayınadək ümumilikdə 508 manat cərimə olunmuşdur. Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş diskin tədqiqi zamanı müəyyən edilmişdir ki, diskdə olan səs və videoyazıda iddiaçı cavabdehə mübahisəli avtomobili ondan 19.000 ABŞ dollarına aldığını, cəriməsini ödədiyini, həbsə görə idarə edə bilmədiyini bildirməklə avtomobilin üzərindən həbsin götürülməsini tələb etmiş, cavabdeh isə maddi imkanı olmadığından həbsi götürmək imkanının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə görə ödədiyi 11800 manat və 1200 manat pulun, 129 manat dövlət rüsumunun, cəmi 13129 (on üç min yüz iyirmi doqquz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh 2021-ci ilin sentyabr ayında avtomobil almaq istəyərkən tanımışdır. Belə ki, cavabdeh özünə məxsus olan "X15” minik markalı, buraxılış ili 2007-ci il olan avtomobilini 20.000 ABŞ dollarına satmaq istədiyini bildirmiş, aralarında avtomobilin 19.000 ABŞ dollarına satılması barədə razılığa gəlmişlər. O, qarşılıqlı razılıq əsasında xx.xx.2021-ci il tarixdə 19.000 ABŞ dolları pulu Vüqara vermiş, Vüqar da etibarnamə ilə avtomobili ona təhvil verərək istənilən vaxt sənədləşdirə biləcəyini demişdir. O, cavabdehə inanaraq razılaşmışdır. Aralarında olan danışıqlarda şahidlər B.Xəlilov, H.Cümşüdov da iştirak etmişlər. Sonradan avtomobili rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, avtomobilin üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağandır. O, avtomobilin üzərinə nə üçün həbs qoyulduğunu araşdırmaq üçün icra şöbəsinə müraciət etmişdir. Orada ona bildirmişlər ki, Ağdam Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh məxsus "X15” minik markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Avtomobili satarkən Vüqar həbs barədə ona heç bir məlumat verməmişdir. Vüqarla əlaqə saxlayanda, o, öz qohumu X8 11.800 manat borcuna görə mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulduğunu bildirmiş, lakin söz vermişdir ki, bu problemi qısa zamanda həll edəcəkdir. Lakin cavabdeh problemi həll etməməklə uzatmış, hər dəfə yeni etibarnamə verərək həbsin götürüləcəyinə söz vemişdir. Həbsə görə avtomobili idarə etməkdə ciddi çətinliklər yaranmış, hətta dəfələrlə Vüqara pulu qaytarıb avtomobili geri götürməsini, ya da icra sənədi üzrə borcu ödəyərək avtomobili həbsdən azad etməsini tələb etmişdir. Lakin Vüqar hər dəfə problemi həll edəcəyini, maddi vəziyyətinin ağır olduğunu bildirməklə məsələnin həllini uzatmışdır. Avtomobili idarə etmək isə mümkünsüz hala gəlmişdir. Bu barədə Vüqarla olan danışıqların audio-video yazısını da məhkəməyə təqdim etmişdir. O, məcburiyyət qarşısında Qaradağ rayon İcra şöbəsinə gələrək Vüqarın icra sənədi üzrə borcuna görə 11.800 manat pulu "Kapital Bank" vasitəsilə ödəmişdir. İcra sənədi üzrə borc tam ödənildiyinə görə avtomobilin üzərinə qoyulmuş həbs götürülmüş, daha sonra avtomobili başqa şəxsə satmışdır. Bundan əlavə, avtomobili alanda 1200 manat cəriməsi olduğundan, onları da ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh həmin pulları ona qaytaracağına dair söz versə də, bu günə kimi qaytarmamışdır. Bu barədə dəfələrlə Vüqarla danışmış, Vüqar isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Daha sonra polisə müraciət etmiş, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbinə qismən qəbul edir. Belə ki, iddia ərizəsində qeyd olunanlar qismən həqiqəti əks etdirmir. O, özü “X15” minik markalı, buraxılış ili 2007-ci il olan avtomobili 2020-ci ildə 22.000 ABŞ dollarına almış, 2021-ci ildə isə onu satmaq qərarına gəlmişdir. 2021-ci ilin sentyabr ayında avtomobilin 19.000 ABŞ dollarına iddiaçıya satılmasına dair qarşılıqlı razılığa gəlmişlər. Aralarında olan danışıqlarda şahidlər B.Xəlilov, H.Cümşüdov da iştirak etmişlər. İddiaçı ona 19.000 ABŞ dolları pulu, o isə iddiaçıya avtomobili və etibarnamə vermişdir. Lakin iddiaçı avtomobili alanda onun üzərinə həbsin qoyulması barədə qərarın mövcud olmasından xəbərdar idi. Hətta o, iddiaçıya bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin avtomobilin üzərinə həbsin qoyulması barədə qərardadından apellyasiya şikayəti vermişdir. Aralarında belə razılıq olmuşdur ki, əgər o, avtomobilin üzərindən həbsin götürülməsinə nail olarsa, Rəşad satılan “X15” minik markalı avtomobilin üzərindəki nömrəni və əlavə olaraq 6000 ABŞ dolları məbləğində pulu ona verəcəkdir. Lakin həbsi götürmək mümkün olmamışdır, buna görə Rəşada bir neçə dəfə etibarnamə verməli olmuşdur. Bundan əlavə, o, həmin avtomobili BMW markalı başqa avtomobillə əvəz etmək barədə təklif vermiş, lakin Rəşad razılaşmamışdır. Daha sonra iddiaçı onun xəbəri olmadan tələbkar X10 və icra məmuru ilə əlaqə saxlayaraq 11.800 manat məbləğində pulu ödəyərək avtomobili öz adına rəsmiləşdirmişdir. Sonradan öyrənmişdir ki, borc bağlanmış, icra sənədi üzrə icraata xitam verilmiş və həbs götürülmüşdür. Əslində o, icra sənədi üzrə borcu hissə-hissə, ayda 500 manat olmaqla ödəyəcəkdi, iddiaçı isə onu gözləmək istəmirdi. Həbsə görə aralarında olan razılaşmanı əsas götürərək, hazırda 11.800 manat pulun ondan tutulması barədə iddia tələbinə etiraz edir. Lakin təsdiq edir ki, avtomobil iddiaçıya təhvil verilməzdən əvvəl təqribən 500 manat cəriməsi olmuş, iddiaçı həmin cəriməni ödəmişdir, göstərilən cərimə məbləğində pulun ondan tutulmasına etiraz etmir. Qeyd olunanlara əsasən, iddia tələbini həmin hissədə qəbul edir və iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, iddiaçının əsgərlik yoldaşıdır, Vüqarı isə 3-4 ildir ki, tanıyır. O, maşın alqı-satqısı ilə məşğul olur. 2021-ci ildə Vüqar özünə məxsus olan “X15” minik markalı maşını 20.000 ABŞ dollarına satmaq istədiyini bildirmişdir. Həmin vaxt Rəşad maşın almaq istəyirdi, o, bu barədə Rəşada məlumat vermişdir. Tərəflər aralarında danışıb, maşının 19.000 ABŞ dollarına satılmasına dair razılığa gəldilər. Həmin dövrdə Vüqar maşının üzərində cərimə və həbs olduğunu, lakin bu problemi bir aya, ya da bir ay yarıma həll edəcəyini demişdir. Sonrakı iki il ərzində Rəşad hər dəfə həbs probleminin həllini tələb edirdi, Vüqar isə həll edəcəyinə söz verirdi, lakin problem həll olunmurdu. Sonradan Rəşadın gedib borcu bağladığını, avtomobilin üzərində olan həbsi götürdüyünü öyrənmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, iddiaçı onun uşaqlıq dostudur, Vüqarı isə maşın alanda tanımışdır. Maşına baxmaq üçün Sumqayıt şəhərinə Rəşadla birlikdə o da getmişdir. Vüqar maşının qiymətini əvvəl 20.000 ABŞ dollarına desə də, sonradan Rəşadla 19.000 ABŞ dollarına razılaşdılar. Rəşad pulu tam şəkildə Vüqara ödəmişdir. Rəşadın Vüqara heç bir borcu yoxdur. Həmin vaxt maşının cəriməsi var idi və Vüqar həmin cəriməni bir aya ödəməli idi. Alqı-satqı zamanı Vüqar maşının yalnız cəriməsi haqqında məlumat vermişdi, avtomobilin üzərinə həbsin qoyulmasına dair heç bir söz deməmişdi. Lakin Vüqar sözünə əməl etmədiyi üçün Rəşad maşınla bağlı bütün problemləri özü həll etməyə başladı. Bir neçə dəfə Vüqarla görüşüb ondan maşınla bağlı problemi həll etməsini tələb etsələr də, o, hər dəfə vədlər verərək vaxt qazanırdı. O, Rəşadın maşınla bağlı sözügedən problemin həlli üçün 10000 manatdan çox pul xərclədiyini bilir. Yalnız bundan sonra Rəşad avtomobili rəsmiləşdirə bilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2220/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh 12.308 (on iki min üç yüz səkkiz) manat məbləğində pulun və 122 (yüz iyirmi iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara, səs və videoyazı materialına əsasən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında avtomobilin 19.000 ABŞ dollarına alqı-satqısına dair razılaşma olmuş, iddiaçı cavabdehə həmin məbləği ödəmiş, cavabdeh isə avtomobili etibarnamə ilə iddiaçıya təhvil vermişdir. İddiaçı avtomobili təhvil aldığı dövrə qədər yaranmış cərimələrə görə cəmi 508 manat, bundan əlavə, avtomobilin üzərində olan qadağanın götürülməsi üçün cavabdehin borclu olduğu icra sənədi üzrə 11800 manat ödəniş etmişdir. Hazırda cavabdeh tərəf cərimə ilə bağlı iddia tələbini qəbul etsə də, avtomobilin üzərində olan qadağanın götürülməsinə görə ödənilmiş məbləğlə bağlı iddia tələbinə etiraz etməkdə, bununla bağlı iddiaçı ilə arasında ayrı bir razılaşmanın olduğunu bildirməkdədir. Məhkəmə, cavabdeh tərəfin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən, əksinə məhkəmə iclasında tədqiq olunan sübutlarla təkzib edildiyindən əsaslı hesab oluna bilməz. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş üzrə sübutlara və mülki qanunvericiliyin tələblərinə əsasən, iddia tələbi qismən, 11.800+508=12.308 manat həddində əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 385.2, 425.1, 431.1, 431.3, 443.1, 443.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2220/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə görə ödədiyi 11800 manat və 1200 manat pulun, 129 manat dövlət rüsumunun, cəmi 13129 (on üç min yüz iyirmi doqquz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 12.308 (on iki min üç yüz səkkiz) manat məbləğində pul və 122 (yüz iyirmi iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsinə dair 2(002)-2220/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. Hesab edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2220/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi işin faktiki hallarına uyğun deyil, əsassız və qanunsuzdur. Belə ki, cavabdeh "X15” minik markalı, buraxılış ili 2007-ci il olan avtomobili 2020-ci ildə almış və 2021-ci ildə isə onu satmaq qərarına gəlmişdir. İddiaçı maşını bəyənmiş və almaq istədiyini bildirmişdir. 2021-ci ilin sentyabr ayında iddiaçı ilə cavabdeh aralarında olan razılaşmaya əsasən avtomobilin satış qiymətinin 25.000 (iyirmi beş min) ABŞ dolları olması barədə qarşılıqlı razılığa gəlmişdir. Razılaşmaya əsasən, qiyməti təxminən 6000-7000 manat olan, maşının üzərindəki nömrə alqı-satqı olunduqdan sonra cavabdehə qaytarılmalı idi. Bundan başqa cavabdeh iddiaçıya bildirmişdir ki, onun X8 olan 11.800 manat borcuna görə avtomobilin üzərinə Ağdam Rayon Məhkəməsi tərəfindən həbs qoyulmuşdur və o, həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Tərəflər arasında qəti olaraq son razılıq belə olmuşdur ki, iddiaçı cavabdehə 19.000 ABŞ dolları məbləğində pul, cavabdeh isə iddiaçıya avtomobili və etibarnamə verir, əgər cavabdeh avtomobilin üzərindən həbsin götürülməsinə nail olarsa, iddiaçı “X15” minik markalı avtomobilin üzərindəki dövlət qeydiyyat nömrəsini cavabdehə qaytarmalı və avtomobilin razılaşdırılmış dəyərinin qalan hissəsini – 6000 ABŞ dolları məbləğində pulu cavabdehə ödəməlidir. İddiaçının üç ildən sonra maşının üzərində cərimə və həbs olmasını bilmədiyi barədə dedikləri yalan və absurddur. Çünki, avtomobil alan hər bir şəxs, istisnasız olaraq alacağı avtomobillə bağlı bilməli olduğu bütün məlumatları, avtomobilin texniki vəziyyətini öyrəndikdən sonra həmin avtomobili alıbalmayacağı barədə qərar verir. Bundan başqa, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 və şahid qismində dindirilmiş X2 ifadələrindən göründüyü kimi iddiaçı maşının üzərində cərimə və həbs olduğunu bilirdi. Hesab edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2220/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi işin faktiki hallarına uyğun deyil, əsassız və qanunsuzdur. Göründüyü kimi avtomobilin üzərinə həbs qoyulmasına əsas olmuş borcun miqdarında, yəni 6000 ABŞ dolları iddiaçıda saxlanılmış və iddiaçı həmin pulu ödəyərək avtomobilin üzərindən məhdudiyyəti götürmüşdür. Məhkəmə işə tərəfin mövqeyindən yanaşaraq hamının qanun qarşısında bərabər olmasına dair əsas prinsipin tələblərinə riayət etməmiş, iş üzrə obyektiv nəticəyə gəlməmişdir. Məhkəmə şahid ifadələrinə və digər sübutlara obyektiv qiymət verməmiş, işi tam hərtərəfli araşdırmamış, prosessual hüquq normaları düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçının əsgərlik yoldaşıdır və maşın alqısatqısı ilə məşğul olur. 2021-ci ildə Vüqar özünə məxsus olan “X15” minik markalı maşını satmaq istədiyini bildirmişdi. Həmin vaxt Rəşad maşın almaq istəyirdi, o, bu barədə Rəşada məlumat vermişdir. Həmin dövrdə Vüqar maşının üzərində cərimə və həbs olduğunu, lakin bu problemi bir aya, ya da bir ay yarıma həll edəcəyini demişdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı onun uşaqlıq dostudur, Vüqarı isə maşın alanda tanımışdır. Rəşadın Vüqara heç bir borcu yoxdur. Həmin vaxt maşının cəriməsi var idi və Vüqar həmin cəriməni bir aya ödəməli idi. Şahidlərin ifadələrindən göründüyü kimi iddiaçının maşının üzərində borca görə məhdudiyyət qoyulduğundan məlumatı olmuşdu. Məhkəmə mühüm əhəmiyyət kəsb edən və mötəbər sübut hesab edilən bu fakta hüquqi qiymət verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 və şahid qismində dindirilmiş X2 ifadələrindən göründüyü kimi iddiaçı maşının üzərində cərimə və həbs olduğunu bilirdi. Belə olduğu halda iddiaşının tələbi inandırıcı hesab edilə bilməzdi. Ona görə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2220/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmşdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirsədə, qətnamənin əsaslılığı iddia tələbinin təmin edildiyi hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlillərində iddiaçı ilə aralarında “əgər o, avtomobilin üzərindən həbsin götürülməsinə nail olarsa, iddiaçıya satılan “X15” minik markalı avtomobilin üzərindəki nömrəni və əlavə olaraq 6000 ABŞ dolları məbləğində pulu iddiaçının ona verəcəyi barədə” razılığın olmasını bildirsə də, etirazında istinad etdiyi halları sübut etmək vəzifəsini icra etməmiş, yəni belə bir razılaşmanın olmasını təsdiq edən, mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun Mülki Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Üçüncü şəxsin təklif etdiyi icranı, borclu bunun əleyhinə olduğu halda, qəbul etməmək isə kreditorun vəzifəsi deyil, hüququdur. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Öhdəliyini icra etməyən borclu isə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tədqiq olunan sübutlarla xx.xx.2021-ci il tarixdə tərəflər arasında avtomobilin 19.000 ABŞ dollarına alqı-satqısına dair razılaşmanın olması, iddiaçının cavabdehə həmin məbləği ödəməsi, cavabdehin isə avtomobili etibarnamə ilə iddiaçıya təhvil verməsi, iddiaçı avtomobili təhvil aldığı dövrə qədər yaranmış cərimələrə görə cəmi 508 manat, avtomobilin üzərində olan qadağanın götürülməsi üçün cavabdehin borclu olduğu icra sənədi üzrə tələbkara 11.800 manat ödəniş etməsi müəyyən olunduğundan Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2220/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-844/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-844/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver