Məhkəmə qərarları › İş №2(103)-8458/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8458/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8458/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Yusif oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Yusif oğluna qarşı “borcun qaytarılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1547/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Yusif oğluna qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Yusif oğlundan 6500 ABŞ dolları əsas borcun, ödənişin gecikdirilməsinə görə 3965 ABŞ dolları faiz borcunun, cəmi 10465 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ilin mart ayında Cavabdeh Yusif oğlu ondan 18 ay müddətinə qaytarmaq şərti ilə 6500 ABŞ dolları borc pul almışdır. Lakin cavabdeh öhdəliyini icra etməmiş və dəfələrlə tələb edilməsinə baxmayaraq, göstərilən məbləği bu günədək qaytarmamışdır. Sonuncu dəfə borcluya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən borcluya iki dəfə yazılı xəbərdarlıq (pretenziya) edilmişdir. Lakin borclu yenə də borcunu ödəməkdən imtina etmişdir. Bundan başqa Cavabdeh Yusif oğlundan ödənişin gecikməsinə görə 3965 ABŞ dollarının (6500 ABŞ dolları/100=65 x 5%=325 ABŞ dolları x 12 il 2 ay = 3965 ABŞ dolları) ödəniş günü manat məzənnəsi ilə alınaraq ona ödənilməsi zəruridir. Odur ki, Cavabdeh Yusif oğlundan 6500 ABŞ dolları əsas borcun, ödənişin gecikdirilməsinə görə 3965 ABŞ dollarının, cəmi 10465 ABŞ dollarının ödəniş günü məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1547/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, tərəflər arasında şifahi borc münasibətləri yaranıb. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 373.2-ci maddəsi tərəflər arasında bağlanmış müqavilə tərəflərinə şamil edilir. Hazırkı halda tərəflər arasında yazılı kredit müqaviləsi bağlanmayıb. Şifahi borc müqaviləsi yazılı borc müqaviləsindən hüquqi mahiyyətinə görə fərqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə və iddia ərizəsinin dəlillərinə müfəssəl qiymət vermədən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini əsaslı sayaraq iddia tələbini təmin etməmişdir. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, tərəflər arasında şifahi borc münasibətləri yaranıb, cavabdeh bunun əksini bildirimir, əksinə, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməklə yalnız bu əsasla iddianın rədd edilməsini arzulamış, iddiaçı ilə şifahi borc münasibətlərinə daxil olmağmı təkzib etməmişdir. Bütün bunlar, iddia tələbinin təmin edilməsi üçün kifayətedicidir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı cavabdehə qarşı iddia qaldırmazdan əvvəl dəfələrlə şifahi və yazılı müraciət edilərək borcunun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh müraciətlərə əks reaksiya verməmişdir ki, bu da cavabdehin iddiaçı ilə şifahi borc münasibətlərinə daxil olmasını təsdiq edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında borc münasibətləri olmuş, lakin iddiaçının qeyd etdiyi kim 6500 ABŞ dolları almamışdır, belə ki, iddiaçıdan 2000 manat borc pul götürmüş və həmin məbləği də artıqlaması ilə geri qaytarmışdır. Hesab edir ki, iddiaçının hazırki tələbi qanunsuz olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Belə olanda halda kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, “Hüseyn Rasimin vasitəsi ilə Rasimin dostundan götürülən 6500 ABŞ dollarının müqaviləsi. Borc on səkkiz ay müddətində ödəniləcək. Ödənmə başlayır. 2009-cu il aprel ayının axırı. İmza: Rasim. İmza: Hüseyn”. İş üzrə "xxxx" MMC tərəfindən X1 ünvanlanmış 22.02.2021-ci il tarixli və 12.03.2021-ci il tarixli pretenziya məktublarından görünür ki, 2009-cu ilin mart ayında İddiaçı 18 ay müddətinə qaytarmaq şərti ilə 6500 ABŞ dolları borc pul almışdır. Lakin dəfələrlə tələb edilməsinə baxmayaraq göstərilən məbləği bu günədək qaytarmamışdır. Cavabdeh əsas məbləğlə bərabər ödənişin gecikdirilməsinə görə 3900 ABŞ dolları faiz borcu da tələb edilir (6500 ABŞ dolları/100%=65 x 5% = 325 ABŞ dolları x 12 il = 3900 ABŞ dolları). Göstərilənlərə əsasən bu pretenziya məktubu ünvanına daxil olduğu vaxtdan 5 gün müddətində 6500 ABŞ dolları əsas borcun və 3900 ABŞ dolları ödənişin gecikdirilməsinə görə faiz borcu, cəmi 10400 ABŞ dollarının ödənilməsi Cavabdeh təkrar olaraq tələb edilir. Əsk təqdirdə məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırılacağı və məhkəmə xərclərinin də tələb ediləcəyi nəzərinə çatdırılmışdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırkı iş üzrə hüquqi dəyərləndirmənin məqsədləri baxımından ilk növbədə iddiaçı və cavabdeh arasındakı münasibətlərə, əgər belə mülki hüquqi münasibətlər varsa, onların mahiyyətinə qiymət verilməlidir. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələblərinin qanuni əsası kimi mьlki qanunvericiliyin цhdəlik (mьqavilə) mьnasibətləri ilə baрlэ mьddəalarэ nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, cavabdehə borc qismində pul vəsaiti vermiş olduğunu, cavabdehin onun qarşısında öhdəliyinin yarandığını sübuta yetirməlidir. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi müəyyən etmişdr ki, iddiaçı cavabdehə 6500 ABŞ dolları borc pulun 18 ay müddtində qaytarılması şərti ilə verməsini iddia etsə də, tərəflər arasında belə bir müqavilənin bağlanılması ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən isə məhkəməyə təqdim edilmiş yazılı iltizamdan görünür ki, “Hüseyn” adlı şəxs Rasimin vasitəsi ilə Rasimin dostundan 6500 ABŞ dolları məbləğində pul götürmüş və həmin pulu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimmi işin faktiki halları ondan ibarət olmuşdur ki, tərəflər arasında borc münasibətləri olmuş, lakin iddiaçı cavabdehin ondan 6500 ABŞ dolları məbləğində pul götürdüyünü bildirsə də, cavabdeh bildirir ki, cəmi 2000 manat borc pul götürmüş və həmin borcu da artıqlaması ilə qaytarmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borc münasibətləri yaransa da iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Qeyd olunmalıdır ki, iddia ərizəsində iddiaçının istinad etdiyi pulun cavabdehə 2009-cu ilin mart ayında verilməsi qeyd edilmişdir, lakin iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış olsa belə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən, iddia müddətini ötürdüyündən, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, cavabdehin borcun ödənilməsi barədə edilmiş xəbərdarlıqlara cavab verməməsi, eləcə də iddia müddətinin tətbiqi barədə ərizə verməsi cavabdehin borcu qəbul etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır, belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəf iddiaçı ilə aralarında olan borc münasibətlərini qəbul etmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etməmişdir. Həmçinin cavabdeh borcunu qaytardığını bildirsə də, iddiaçı tərəf eləcə də cavabdeh tərəf borca dair sonuncu ödəniş barədə hər hansı sübut təqdim etməmişlər, belə olan halda da müəyyən edilir ki, hazırki iddia tələbi iddia müddətinin keçməsi ilə verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdehlə aralarında olan borc münasibətlərinin şifahi olmasını bildirərək, iddia müddətinin tətbiq edilməsinin mümkünsüzlüyünü bildirsə də, işin faktiki hallarından görünür ki, tərəflər arasında pulun alınmasına dair yazılı qəbz mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1547/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar