Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8462/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçı Bababəyova (Məmmədova) Aygün Əhməd qızının iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2017 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2017 saylı, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdeh X1 qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 12935 (on iki min doqquz yüz otuz beş) manatın, habelə 12500 (on iki min beş yüz) manat pul vəsaitinin tutularaq iddiaçı Bababəyova (Məmmədova) Aygün Əhməd qızına ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh X3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2732/2017 saylı, xx.xx.2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim F.Hüseynov, iş № 2(002)-2732/20) ərizə geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarından xəbəri olmamış, məhkəmə iclaslarında iştirak etməmişdir. Qeydiyyatda olduğu ünvanda yaşamır. Qətnamənin surətini xx xxxxxxx 2020-ci il tarixdə almışdır. Həmçinin, məhkəmənin müəyyən etdiyi məbləğ tam əsassızdır, heç bir sübut olmadan ondan pul tutulmuşdur. Qiyabi qətnamə ona rəsmi qaydada təqdim edilmədiyindən məhkəməyə vaxtında müraciət edə bilməmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin ərizənin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Belə ki, mülki iş materiallarından görünür ki, qiyabi qətnamənin surəti qanunamüvafıq qaydada poçt vasitəsilə xx.xx.2017-ci il tarixində X2 rəsmi qeydiyyat ünvanına göndərilmiş, daha sonra qanunamüvafıq qaydada icraya yönəldilmiş, cavabdeh X3 qərarı, icra barədə bildirişi və xəbərdarlığı rəsmi qaydada aldığını xx.xx.2019-cu il tarixdə öz imzası ilə təsdiq etmiş, habelə Qaradağ rayon İcra və probasiya şöbəsində verdiyi xx.xx.2019-cu il tarixli izahatında qətnamədən və onun icrasından xəbərdar olduğunu etiraf etmişdir. Bundan əlavə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(002)-275/2019 saylı qərarı ilə həmin qətnaməni icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş, daha sonra onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham edilməsinə dair cinayət işi Azərbaycan Respublikası Baş Prokurorunun Müavini tərəfindən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş və həmin cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh X2 qiyabi qətnamənin ləğvi barədə ərizəsi 3 (üç) ildən artıq müddət keçdikdən (həmçinin barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi məhkəməyə daxil olduqdan) sonra, yəni xx xxxxxxx 2020-ci il tarixində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən bu qənaətə gəlmişdir ki, cavabdehin qiyabi qətnamədən vaxtında məlumatı olduğundan, onun üç ildən sonra ərizə ilə məhkəməyə müraciət edərək yenidən qiyabi qətnamənin surətini əldə etmək istəməsi və müddətin bərpası barədə vəsatət əlavə etmədən qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etməsi prosessual hüquqlardan suiistifadə (həmçinin qətnamənin icra edilməməsinə görə məsuliyyətdən yayınma cəhdi) kimi qiymətləndirilməli və üç ildən sonra məhkəmə aktına yenidən baxılmasına əsas verməməlidir. Belə olan halda, birinci instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, qiyabi qətnamənin ləğvi barədə ərizə vaxtında verilmədiyindən və buraxılmış müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət edilmədiyindən, qiyabi qətnamənin ləğvi barədə ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 244-cü maddəsinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Göründüyü kimi, cavabdeh 3 il ərzində aparılmış icra hərəkətləri ilə bağlı olaraq qiyabi qətnamə barədə kifayət qədər məlumatlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Məmməd Məmmədov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8462/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8462/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver