Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-847/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(001)-291/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2243,62 manat əsas, 354,34 manat faiz borcu olmaqla, cəmi 2597,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 16.03.2015-ci il tarixli, 071/15 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3110 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka olan əsas borcu 2243,62 manat əsas, 354,34 manat faiz borcu olmaqla, cəmi 2597,96 manat məbləğində təşkil edir. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(001)-291/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 2243,62 manat (iki min iki yüz qırx üç manat altmış iki qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(001)-291/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli məktubuna əsasən yaranmış zərurətlə əlaqədar mülki işin Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X3 qeyd etdi ki, həqiqətən iddiaçı tərəf olaraq birinci instansiya məhkəməsinin qərardandan şikayət vermişlər. Buna görə də, birinci instansiya məhkəməsi mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, icraata qəbul barədə qərardad ləğv olunmaqla, hazırki mülki iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə icraata qəbul barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərardad ləğv olunsun, hazırki mülki iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-847/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-847/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver