Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8483/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3450/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(001)- 3450/2021 saylı qərardadına əsasən, iddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabedh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət ərizəsi məhkəmənin 15 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv olunmalı və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsində, iddiaçı və ya cavabdehin məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildikdə, məhkəmənin bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etmək səlahiyyətinin olduğu nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçı bankın məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına dair müvafiq poçt qəbzixəbərnamə mövcud deyil. Belə olan halda, Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına prosessual hüquqi əsas olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3450/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8483/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8483/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver