Məhkəmə qərarları › İş №2(103)-85/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-85/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-85/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X16 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X10, cavabdeh X2 nümayəndəsi və vəkili X19 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı «xxxx» QSC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı «xxxx» QSC cavabdehlər X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X6, İmaməliyeva (Əliyeva) Maral Dünyamalı qızına və X5 qarşı iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC ilə «xxxx» QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 05L000005260 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 05R000010227 saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 05R000C10227S saylı, xx.xx.2015-ci il tarixli 05R000010227SA saylı sazişlərinə, xx.xx.2014-cü il tarixli 005R********** saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 005R**********S saylı, xx.xx.2015-ci il tarixli 005R142865525QSA saylı sazişlərə, xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 005R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər «xxxx» MMC-dən, X1, Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» QSCnin xeyrinə 05R000010227 saylı kredit razılaşması üzrə 46484.2 ABŞ dolları məbləğində kredit borcu, 21196.79 ABŞ dolları məbləğində faiz borcu və 43667.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 11348.56 ABŞ dolları borcun, 005R********** saylı kredit razılaşması üzrə 21265.41 ABŞ dolları məbləğində kredit borcu, 6168.20 ABŞ dolları məbləğində faiz borcu və 14458 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 41891.61 ABŞ dolları borcun, 005R********** saylı kredit razılaşması üzrə 61000 ABŞ dolları məbləğində kredit borcu, 27389 ABŞ dolları məbləğində faiz borcu və 53489 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 141878 ABŞ dolları borcun, ümumilikdə cəmi 295118 ABŞ dolları 17 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində 45 nömrəli evin 13-cü mərtəbəsində yerləşən X2 mülkiyyətində olan 3 otaqlı 158 nömrəli mənzilinə və Bakı şəhəri Səbail rayonu Lomonosov küçəsində istifadədə olan 0,00988 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.2 m2 yaşayış, 33.9 m2 yardımçı, 80.1 m2 ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 295118 ABŞ dolları 17 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin «xxxx» MMC-dən, X1 və Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində 45 nömrəli evin 13-cü mərtəbəsində yerləşən X2 mülkiyyətində olan 3 otaqlı 158 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7, X13, Cavabdeh5, X11, İmaməliyeva (Əliyeva) Maral Dünyamalı qızı və X4 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi, Bakı şəhəri Səbail rayonu Lomonosov küçəsində istifadədə olan 0,00988 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.2 m2 yaşayış, 33.9 m2 yardımçı, 80.1 m2 ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(011)-16/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxx» QSC-nin cavabdehlər X3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X6, İmaməliyeva (Əliyeva) Maral Dünyamalı qızına və X5 qarşı müqavilənin və sazişlərin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilərək, cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «xxxx» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 05L000005260 saylı kredit xətti müqaviləsi, xx.xx.2014cü il tarixli 05R000010227 saylı kredit razılaşması, xx.xx.2015-ci il tarixli 05R000C10227S saylı, xx.xx.2015-ci il tarixli 05R000010227SA saylı sazişlər, xx.xx.2014-cü il tarixli 005R********** saylı kredit razılaşması, xx.xx.2015-ci il tarixli 005R**********S saylı, xx.xx.2015-ci il tarixli 005R142865525QSA saylı sazişlər, xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması və xx.xx.2015-ci il tarixli 005R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən, X1, Cavabdeh2 müştərək qaydada 05R000010227 saylı kredit razılaşması üzrə 46320.16 ABŞ dolları məbləğində əsas kredit borcu, 20970.04 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 68290.2 ABŞ dolları, 005R********** saylı kredit razılaşması üzrə 21265.41 ABŞ dolları məbləğində əsas kredit borcu, 6022.5 ABŞ dolları məbləğində faiz borcu və 600 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 27887.91 ABŞ dolları, 005R********** saylı kredit razılaşması üzrə 60904.59 ABŞ dolları məbləğində əsas kredit borcu, 27149.11 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə, cəmi 89053.7 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutularaq iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh X3 məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 45 nömrəli evin, 158 nömrəli mənzilinə yönəldilməsi və ilkin satış qiyməti 185.000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə o, satıldıqdan sonra cavabdehlər X7, X13, Cavabdeh5, X12, İmaməliyeva (Əliyeva) Maral Dünyamalı qızı və X9 tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, tələbin Cavabdeh2 məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 130.000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 tərəfindən 1ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdeh «xxxx» MMC-nin iddiaçı «xxxx» QSC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 400 manatın cavabdeh «xxxx» MMC-dən alınaraq «xxxx» MMC-nin hesabına və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 270 manatın cavabdeh «xxxx» MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı «xxxx» QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ona aid hissədə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin rəylərindəki qiymət ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətlərdən əhəmiyyətli dərəcədə çoxdur. Mənzilin qiyməti 2 dəfə çox, yaşayış evinin qiyməti isə təqribən 4 dəfə çox olduğundan və hal-hazırda ölkədə olan iqtisadi vəziyyət, daşınar-daşınmaz əmlakların qiymətində kəskin azalma olduğundan həmin qiymət reallığı əks etdirmir. Məhkəmə qətnaməsində ipoteka müqavilələri və rəylərdə göstərilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə kəskin fərqin olmasını göstərsə də, bu halı araşdırmamış və həmin əmlaklara yerində baxış keçirilməmişdir. Daha obyektiv araşdırma üçün həmin əmlakların bazar qiymətinin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilməli idi. Həmçinin sözügedən rəylərdə ekspert tərəfindən aparılmış tədqiqatlar təsvir edilməmiş, hesabatın nəticə hissəsində çıxardığı rəqəmin necə alındığı göstərilməmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqavilələri üzrə faiz və cərimə borcları həddindən artıq şişirdilib və həqiqətə uyğun deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X15 və Cavabdeh2 özlərinin və təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Cavabdeh X2 nümayəndəsi və vəkili X23 da cavabdehin apellyasiya şikayəti ilə razı olduğunu bildirdi, iddiaçının apellyasiya şikayətinə isə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, «xxxx» QSC ilə «xxxx» MMC arasında xx.xx.2014-cü il tarixli 05L000005260 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən «xxxx» MMC-yə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi «xxxx» QSC ilə X7 arasında xx.xx.2014-cü il tarixli 05M000000872 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində 45 nömrəli evin 158 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi «xxxx» QSC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Lomonosov küçəsində istifadədə olan 0,00988 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 46.2 m2 yaşayış, 33.9 m2 yardımçı, 80.1 m2 ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit xətti müqaviləsinin təminatı kimi «xxxx» QSC iləX7 arasında xx.xx.2014-cü il tarixli 05S000011471 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin X7 borclu «xxxx» MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi «xxxx» QSC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 005S**********2 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu «xxxx» MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsi çərçivəsində «xxxx» QSC ilə «xxxx» MMC arasında xx.xx.2014-cü il tarixli 05R000010227 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən «xxxx» MMC-yə 36 ay müddətinə, aylıq 1.5% olmaqla, 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 05R000010227S saylı, xx.xx.2015-ci il tarixli 05R000010227SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmçinin həmin tərəflər arasında xx.xx.2014-cü il tarixli 005R********** saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən «xxxx» MMC-yə 18 ay müddətinə, aylıq 1.5% olmaqla, 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 005R**********S saylı, xx.xx.2015-ci il tarixli 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin tərəflər arasında xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən «xxxx» MMC-yə 36 ay müddətinə, aylıq 1.5% olmaqla, 61000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh «xxxx» MMC kredit müqavilələri üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 05R000010227 saylı kredit razılaşması üzrə əsas kredit borcu 46484,2 ABŞ dolları, faiz borcu 21196,79 ABŞ dolları, cərimə 43667,57 ABŞ dolları, cəmi borcu 11348,56 ABŞ dolları, 005R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu 21265,41 ABŞ dolları, faiz borcu 6168,20 ABŞ dolları, cərimə 14458 ABŞ dolları, cəmi borcu 41891,61 ABŞ dolları, 005R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu 61000 ABŞ dolları, faiz borcu 27389 ABŞ dolları, cərimə 53489 ABŞ dolları, cəmi borcu 141878 ABŞ dolları, ümumilikdə cəmi borcu 295118,17 ABŞ dolları təşkil edir. Cavabdeh X7 iddiaya etiraz edir və bildirir ki, borc məbləği düzgün hesablanmamışdır. Lakin ipoteka predmetlərinin qiymətləndirilməsi barədə rəylə razılaşır və hesab edir ki, ipoteka predmetlərinə düzgün qiymət qoyulmuşdur. Cavabdeh2 mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixli 7864 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən təqdim olunmuş hesabdan çıxarış ödəniş qəbzləri məlumatları, xx xxxxx 2014-cü il tarixli 05R********** saylı kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixə «xxxx» MMC-nin “xxxx” QSC-yə olan borcu 55924,81 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 46320,16 ABŞ dolları, faiz borcu 9604,65 ABŞ dolları; xx xxxxxxx 2014-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixə «xxxx» MMC-nin «xxxx» QSC-yə olan borcu 27206,93 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 22765,41 ABŞ dolları, faiz borcu 4441,52 ABŞ dolları; xx xxx 2015-ci il tarixli 005RT512726506 saylı kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixə «xxxx» MMCnin xxxx QSC-yə olan borcu 73139,2 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 60904,59 ABŞ dolları, faiz borcu 12234,61 ABŞ dolları. Birinci instansiya məhkəməsi ekspert rəyini və iddia tələbinin həcminin artırılması barədə ərizəni nəzərə alaraq əsas və faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışlar, hesabdan çıxarışlar, xx.xx.2018-ci il tarixli 7864 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462, 467, 470.1, 470.2 və 471-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun məbləği və Cavabdeh2 aid hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı əsasında «xxxx» MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 178 və 178/1 saylı hesabatlarında göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsi, 11 saylı evi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 130000 manat, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin, 158 saylı mənzili tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 185000 manat təşkil edir. Lakin həmin hesabatlar kifayət qədər aydın və tam deyildir, yəni məhz hansı əsaslara görə ekspertin həmin nəticəyə gəlməsi aydın deyildir. Həmçinin ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığı ilə ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin, 158 saylı mənzilin dəyəri 94116 manat, Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsi, 11 saylı evin dəyəri isə 32490 manat olunmuşdur. Göründüyü kim «xxxx» MMC-nin hesabatları ilə müəyyən olunan qiymət ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətlərdən əhəmiyyətli dərəcədə (müvafiq olaraq 2 və 4 dəfə) çoxdur. Qeyd olunanlar nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxx» MMC-nin xx xxxx 2019-cu il tarixli Ç-460 saylı və 0348/19/AB saylı qiymətləndirmə hesabatlarına əsasən müvafiq olaraq X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 45 nömrəli evin 158 nömrəli mənzilin bazar qiyməti 135000 manat, likvid qiyməti isə 127000 manat; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin bazar qiyməti 57000 manat, likvid qiyməti isə 52000 manat təşkil edir. Həmin ekspert rəyləri arasında kəskin fərqlər olduğundan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və “X18” İB-nin xx xxxx 2020-ci il tarixli 06/03-20/E-02 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 45 nömrəli evin 158 nömrəli mənzilin bazar qiyməti 120000 manat, likvid qiyməti 110000 manat, Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin bazar qiyməti 48000 manat, likvid qiyməti 40000 manat təşkil edir. Göründüyü kimi “X18” İB-nin ekspert rəyi ilə müəyyən olunan qiymətlərlə «xxxx» MMC-nin qiymətləndirmə hesabatları ilə müəyyən olunan qiymətlər arasında cüzi fərq vardır və birinci tərəfindən verilmiş ekspert rəyi ilə ikincinin rəyi təsdiq olunur. Eyni zamanda iddiaçının nümayəndəsi də əvvəlki məhkəmə iclasında «xxxx» MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli Ç-460 saylı və 0348/19/AB saylı qiymətləndirmə hesabatlarına etiraz etmədiyini bildirmişdir. Bundan başqa «xxxx» MMC-nin qiymətləndirmə hesabatları ilə müəyyən olunan qiymətlər ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətlərə daha yaxındır. Bu baxımdan kollegiya hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti məhz «xxxx» MMC-nin qiymətləndirmə hesabatları əsasında müəyyən edilməlidir. Ona görə də,kollegiya belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57000 manat, X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 45 nömrəli evin 158 nömrəli mənzilin ilkin satış qiyməti 135000 manat müəyyən edilməlidir. Cavabdehlərin dəlilləri isə əsassızdır. Belə ki, borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəlləri, hesabdan çıxarışlar, maliyyə arayışlarında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdehlər isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişlər. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Ekspert rəyi verildikdən sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması, lakin məhkəmə tərəfindən əlavə ekspertizanın təyin edilməməsi barədə dəlillər də əsaslı deyildir. Belə ki, ekspert rəyində xx.xx.2016-cı il tarixə olan borc hesablanmış və hər razılaşma üzrə gündəlik hesablanan faiz məbləği qeyd olunmuşdur. İddia tələbinin həcmi artırıldıqdan sonra əmələ gələn yeni gecikdirilən günlərin sayını gündəlik hesablanan faiz məbləğlərinə vurduqda isə iddia tələbində göstərilən faiz məbləğlərinin düzgün hesablandığı müəyyən olunur. Eyni zamanda cavabdehlər tərəfindən xx.xx.2016-cı il tarixdən sonra hər hansı ödəniş etməsi ilə bağlı sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur və ilkin ekspertiza rəyi əsasında borcun məbləğini tam müəyyən etmək mümkün olur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı «xxxx» QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Səbail rayonu, Lomonosov küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 57000 manat, X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 45 nömrəli evin 158 nömrəli mənzilin ilkin satış qiyməti 135000 manat müəyyən edilsin. Qətnamə kredit razılaşmaları üzrə əsas, faiz, cərimə borcunun məbləği və Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar