Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-85/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakir qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(007)-26/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakir qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(007)- 26/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə 31.10.2013-cü il tarixdə bağlanmış 1108861-1-6673/3 saylı kredit müqaviləsi üzrə banka borclu olduğu 96.613,80 ABŞ dolları məbləğində əsas borcun, 9.638,0 ABŞ dolları məbləğində faiz borcunun, 1000,00 ABŞ dolları məbləğində cərimə borcunun, 23.09.2015-ci il tarixli 110886-1-6673/4 saylı kredit müqaviləsi üzrə banka borclu olduğu 223.696,88 ABŞ dolları məbləğində əsas borcun, 21.624,04 ABŞ dolları məbləğində faiz borcunun, 2500,00 ABŞ dolları məbləğində cərimə borcunun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, iddia ərizəsi üçün dövlət rüsumuna görə ödənilmiş 30,00 manat, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60,00 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 oğlundan, Cavabdeh2 müştərək qaydada Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti-tam mülkiyyət hüququ ilə Cavabdeh3 Soltan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncəxanı) küçəsində istifadədə olan 0,096 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 10 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində 144,67 kv.m ümumi, 99,96 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 nömrəli mənzilinə, xüsusi mülkiyyət hüquq ilə Cavabdeh1 Rəsul oğluna məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivində, 219,7 kv.m ümumi, 132, 9 kv.m yaşayış, 86,8 kv.myardımçı sahədən ibarət 6 otaqlı, 2 mərtəbəli, 4288B nömrəli bağ evinə və Cavabdeh1 birbaşa (vasitəsiz) sahibliyində saxlanılan dövriyyədə olan 100.000,00 ABŞ dolları məbləğində (qızıl və zinət əşyaları) mallarına yönəldilməsi və həmin obyektlərin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilər Cavabdeh3 oğluna, Cavabdeh1 qaytarılması, ipoteka predmeti-Cavabdeh3 Soltan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncəxanı) küçəsində istifadədə olan 0,096 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 10 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində 144,67 kv.m ümumi, 99,96 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 nömrəli mənzilin ilkin satış qiymətinin 210.000,00 manat, xüsusi mülkiyyət hüquq ilə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivində, 219,7 kv.m ümumi, 132,9 kv.m yaşayış, 86,8 kv.m yardımçı sahədən ibarət 6 otaqlı, 2 mərtəbəli, 4288B nömrəli bağ evinin ilkin satış qiymətinin 260.000,00 manat müəyyən edilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh3 Soltan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncəxanı) küçəsində istifadədə olan 0,096 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 10 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində 144,67 kv.m ümumi, 99,96 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 nömrəli mənzilin Cavabdeh1, Cavabdeh3 oğlu, Cavabdeh4, Cavabdeh5 Bakir qızı tərəfindən, xüsusi mülkiyyət hüquq ilə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivində, 219,7 kv.m ümumi, 132,9 kv.m yaşayış, 86,8 kv.m yardımçı sahədən ibarət 6 otaqlı, 2 mərtəbəli, 4288B nömrəli bağ evinin Cavabdeh1 tərəfindən boşaldılması, Cavabdeh1 Rəsul oğlu ilə İddiaçı arasında bağlanmış 110886-1-6673 saylı 17 may 2013-cü il tarixli “Baş Kredit Razılaşması”nın ləğv olunması, ekspertiza xərci 145,00 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Dövlət Büdcəsinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 23.01.2020-ci il tarixdə Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri üzrə zamin olmamışdır, bununla bağlı hər hansı zaminlik müqaviləsi tərəfindən bağlanmamışdır. 29.01.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakir qızı apellyasiya şikayəti verərək, qətnaməni tələbin Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 43 nömrəli mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətində və cərimə hissəsində ləğv edərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakların ilkin satış qiyməti ekspert rəyində dəyərindən aşağı göstərilmiş, təkrar ekspertiza təyin edilməsini xahiş etsələr də, məhkəmə vəsatətlərini təmin etməmişdir. Həmçinin, məhkəmə iddianı cəriməyə münasibətdə olduqca yüksək məbləğdə təmin etməklə, onsuz da aşağı olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Hüseynov Tural Rəsul oğlu arasında bağlanmış 17 may 2013-cü il tarixli, 110886-1-6673 saylı “Baş Kredit Razılaşması” müqaviləsinə əsasən, "Bank” tərəfindən “Kredit alan”a 17 may 2013-cü il tarixindən 17 may 2023-cü il tarixədək 500 000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Hüseynov Tural Rəsul oğlu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arsında 25 oktyabr 2013-cü il tarixdə bağlanmış “17 may 2013-cü il tarixli 110886-1-6673 saylı, “Baş Kredit Razılaşması”na dəyişiklik edilməsi barədə 001 saylı Əlavə Razılaşmaya əsasən, müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilərək kredit xəttinin məbləği 5 000 000,00 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. 17 may 2013cü il tarixli “Baş Kredit Razılaşmasının” digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. “Bank VTB (Azərbaycan)” ASC ilə Hüseynov Tural Rəsul oğlu arasında bağlanmış 31 oktyabr 2013-cü il tarixli, 110886-1-6673/3 saylı “Kommersiya Krediti Müqaviləsinə əsasən, “Bank” “Kredit alan”a biznesin inkişafı üçün 36 ay müddətinə, illik 16 % dərəcəsi ilə, 1-ci tranş 230 000 (iki yüz otuz min), 2-ci tranş üzrə 270 000 (iki yüz yetmiş min) olmaqla ümumilikdə 500,000.00 (beş yüz min) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlinmişdir. Hüseynov Tural Rəsul oğlu isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə pul məbləğinin qaytarılmasının təminatı olaraq Hüseynov Tural Rəsul oğlu özünə məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivində, 219.7 kv.m ümumi, 132.9 kv.m yaşayış, 86.8 kv.m yardımçı sahədən ibarət 6 otaqlı, 2 mərtəbəli, 4288B nömrəli bağ evini 05 noyabr 2013-cü il tarixli müqavilə ilə ipoteka qoymuşdur. Həmçinin, Kredit müqaviləsi üzrə pul məbləğinin qaytarılmasının təminatı olaraq Hüseynov Rəsul Soltan oğlu özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində istifadədə olan 0.096 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 10 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində 144,67 kv.m ümumi, 99.96 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 nömrəli mənzili 17 may 2013-cü il tarixli müqaviləyə əsasən Hüseynov Tural Rəsul oğlunun yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Bundan başqa “Bank VTB (Azərbaycan)” ASC ilə Hüseynov Tural Rəsul oğlu arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli “Dövriyyədəki malların girov müqaviləsinə əsasən, Bank tərəfindən verilmiş kreditin təminatı kimi Hüseynov Tural Rəsul oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Moskva Ticarət Mərkəzində yerləşən mağazada birbaşa (vasitəsiz) sahibliyində saxlanılan dövriyyədə olan malları (qızıl və zinyət əşyaları) kredit müqaviləsi üzrə Hüseynov Tural Rəsul oğlunun yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur girov qoyulmuşdur. “Bank VTB (Azərbaycan)” ASC ilə zaminlər Hüseynov Rəsul Soltan oğlu və İbrahimova Reyhan Mehti qızı arasında bağlanmış müvafiq olaraq 17 may 2013-cü il tarixli və 25 oktyabr 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Hüseynov Tural Rəsul oğlu ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh Hüseynov Tural Rəsul oğlu müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsinin qərardadına əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 18 dekabr 2018-ci il tarixli Ç-1364 nömrəli rəylə müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı, 10 mərtəbəli yeni tikilinin 9-cu mərtəbəsində yerləşən 144,67 kv.m ümumi, 99.96 kv.m yaşayış sahəsindən və 44.71 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 43 nömrəli mənzil mənzilin qiymətlədirilmə prosesi aparılmışdır. Mənzilin hazırkı bazar qiyməti 210 000 (iki yüz on min) manat təşkil edir; Birinci instansiya məhkəməsinin qərardadına əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 18 dekabr 2018-ci il tarixli Ç-1364 nömrəli rəylə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Saray bağlar massivində 0.12ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 219.7 kv.m ümumi, 132.9 kv.m yaşayış, 86.8 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 6.65 kv.m olam kababxana (liter B), 42.9 kv.m olan qaraj (liter C), 13.16 kv.m olan hamam-tualet (liter D), 257.92 kv.m olan hasar (liter 1) və darvazadan (liter 2) ibarət 4288B nömrəli bağ evin qiymətlədirilmə prosesi aparılmışdır. Mənzilin hazırkı bazar qiyməti 260 000 (iki yüz altmış min) manat təşkil edir; “Bank VTB (Azərbaycan)” ASC-nin 18 yanvar 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Hüseynov Tural Rəsul oğlunun 31 oktyabr 2013-cü il tarixli, 110886-1-6673/3 saylı “Kommersiya Krediti Müqaviləsi” üzrə 18 yanvar 2018-ci il tarixə tarixə 96613,80 ABŞ dolları əsas borcu, 10046,58 ABŞ dolları faiz borcu, 8265,00 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 114925,38 ABŞ dolları borcu vardır. Həmçinin Hüseynov Tural Rəsul oğlunun 23 sentyabr 2015-ci il tarixli, 110886-1-6673/4 saylı “Kommersiya Krediti Müqaviləsi” üzrə 19 avqust 2016-cı il tarixə 223696,88 ABŞ dolları əsas borcu, 21624,04 ABŞ dolları faiz borcu, 29888,00 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 275208,92 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 30 oktyabr 2019-cu il tarixli 7832 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 31 oktyabr 2013cü il tarixli, 110886-1-6673/3 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Hüseynov Tural Rəsul oğlunun 31 yanvar 2019-cu il tarixə “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcu - əsas borc üzrə 96.613,80 ABŞ dolları, faiz borcu üzrə 9.638,08 ABŞ dolları olmaqla, əsas və fazi borcu üzrə cəmi 106.251,88 ABŞ dolları borcu vardır. Həmçinin iş materiallarında olan hesabdan çıxarış məlumatları və 23 sentyabr 2015-ci il tarixli, 110886-1-6673/4 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Hüseynov Tural Rəsul oğlunun 31 yanvar 2019-cu il tarixə “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcu - əsas borc üzrə 223.696,88 ABŞ dolları, faiz borcu üzrə 21.624,04 ABŞ dolları olmaqla, əsas və fazi borcu üzrə cəmi 245.320,92 ABŞ dolları borcu vardır. İdiaçının 110886-1-6673 saylı 17 may 2013-cü il tarixli “Baş Kredit Razılaşması” 110886-1-6673/1 saylı, 21 oktyabr 2013-ci il tarixli “Kommersiya Krediti Müqaviləsi” və 110886-1-6673/2 saylı, 23 sentyabr 2015-ci il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin ləğv olunması barədə tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tələb əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, baxmayaraq ki, 110886-1-6673/1 saylı, 21 oktyabr 2013-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” və 110886-1-6673/2 saylı, 23 sentyabr 2015-ci il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin qüvvədə olma müddəti bitmişdir, həmin müqavilələr baş kredit müqaviləsinə əsasən bağlandığından və həmin müqavilənin qüvvədə olma müddəti, yəni bu müqavilə üzrə kredit xətti 17.05.2013-cü il tarixdən 17.05.2023-cü il tarixədək açıldığından qeyd olunan vaxt aralığında açılmış kredit xəttindən istifadə edilməsi nəzərdə tutulduğundan 110886-1-6673 saylı 17 may 2013-cü il tarixli “Baş Kredit Razılaşması” ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 443.1, 448.1, 448.2, 470, 472.1, 472.2, 477, 739.1, 739.2, və 741-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqavilələrinə əsasən İbrahimova Reyhan Mehti qızı və Hüseynov Rəsul Soltan oğlu borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduqları üçün, cavabdehlərdən müştərək qaydada ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdə əsas və faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cərimə məbləğini əsas borc məbləğinə mütənasib şəkildə azaltmışdır. İpoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 279, 295, 296.1, 317.1 , 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 34.1.3, 39.3.3, 47.4, 59.3.2-ci maddələrini tətbiq edərək və ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri ekspert rəyinə uyğun müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh edilmiş ödənişlər nəticəsində müqavilə üzrə daha az borcunun yarandığı barədə sübutlar təqdim etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində işə baxılarkən tərəflər arasında bununla bağlı mübahisə olduğundan birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini məhkəmə baxışı zamanı keçirilmiş müstəqil qiymətləndirici rəyi əsasında müəyyən etmişdir. Cavabdeh həmin rəyin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakların qiymətinin ekspert rəyindən fərqli olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(007)-26/2019 saylı qətnaməsi mübahisələndirilən-iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2(103)-85/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-85/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver