Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8530/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5658/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 cavabdeh "GL" Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit və girov müqaviləsinin ləğvi, artıq yazılmış borcun silinməsi, aşağı qiymətə girov götürülmüş qızıl-zinyət əşyalarının qaytarılması tələbi barədə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5658/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə X2nun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər özünə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı X1 iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Xətai Rayon Məhkəməsinin 2(011)-5658/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X3 hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, o, cavabdehlə aralarında bağlanmış kredit və girov müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən artıq yazılmış əsas və faiz məbləğlərin silinməsi və müqavilə üzrə cavabdehə girov qoyulmuş ümumi məbləği 21000 manat olan 15 adda qızıl-zinyət əşyaların iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə cavabdehlə aralarında bağlanmış kredit və girov müqaviləsinin ləğv edilməsi barədə cavabdehə xəbərdarlıq etməli, cavabdeh tərəfindən müqavilənin ləğvindən imtina barədə bildiriş aldıqdan, yaxud xəbərdarlığında göstərdiyi müddət ərzində məlumat almadıqdan sonra iddia ərizəsi ilə (pretenziyaya dair sənədlər iddia ərizəsinə əlavə edilməklə) məhkəməyə iddia ərizəsi ilə mürciət etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etməmiş və buna dair sənədi təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair lazımi qaydada tərtib edilmiş sənəd təqdim etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmasını qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8530/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8530/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver