Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8543/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(010)-3038/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000011641 saylı kredit razılaşması üzrə 4735,17 ABŞ Dolları məbləğində kredit borcu, 5000,42 ABŞ Dolları məbləği faiz borcu və 7647,7 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17383 (on yeddi min üç yüz səksən üç) ABŞ Dolları 29 (iyirmi doqquz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti QSC ilə 23.02.2011-ci il tarixli 01L000002493 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.11.2013-cü il tarixli 01R000011641 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 27.04.2015-ci il tarixli 01R000011641S saylı, 19.11.2015-ci il tarixli 01R000011641SA saylı, 11.03.2016-cı il tarixli 01R000011641SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.05.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5264,83 ABŞ Dolları ödəmiş, onun 4735,17 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01.05.2020-ci il tarixə 1446 gün üçün hesablanmış faiz borcu 5000,42 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 01.05.2020-ci il tarixə 1446 gün üçün hesablanmış cərimə 7647,7 ABŞ Dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Camalov Həsən Sərkər oğlu və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması il bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bununla əlaqədar, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000011641 saylı kredit razılaşması üzrə 4735,17 ABŞ Dolları məbləğində kredit borcu, 5000,42 ABŞ Dolları məbləği faiz borcu və 7647,7 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17383 (on yeddi min üç yüz səksən üç) ABŞ Dolları 29 (iyirmi doqquz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(010)-3038/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 ilə arasında bağlanmış 13.11.2013-cü il tarixli 001R000011641 saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 13.11.2013-ci il tarixli 001R000011641 saylı kredit razılaşması üzrə tarixi üçün 4735,17 (dörd min yeddi yüz otuz beş ABŞ Dolları on yeddi sent) ABŞ Dolları məbləğində əsas borc, 2760.42 ABŞ Dolları (iki min yeddi yüz altmış ABŞ Dolları qırx iki sent) ABŞ Dolları faiz borcu, 600 (altı yüz) ABŞ Dolları cərimə borcu, cəmi 8.095.59 (səkkiz min yüz doxsan beş ABŞ Dolları əlli doqquz) ABŞ Dolları və ödənilmiş 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(103)-2088/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(010)- 3038/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2020-cu il tarixli, 2(010)-3038/2020 saylı iş üzrə qətnaməsini dəyişdirərək, onunla cavabdeh arasında bağlanmış zaminlik müqaviləsinə, zaminliyin təmin etdiyi öhdəlik zaminin razılığı olmadan dəyişdirildiyi və bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu əsası ilə xitam verildiyindən, ona münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iclaslarında izahatlarında da bildirmişdir ki, son ödəniş planlarından xəbəri olmamışdır və Cavabdeh1 son ödəniş planlarını o imzalamamışdır. Yalnız bir dəfə, zamin durarkən ödəniş planını imzalamışdır. Sonradan ödəniş planı bir neçə dəfə, o cümlədən 19.11.2015-ci il, 11.03.2016-cı il tarixlərdə dəyişdirilmiş, kreditin müddəti uzadılmış, faizlərin ümumi məbləği artmış, ödəniş qrafiki (şərtləri) onun üçün ağırlaşmışdır və zamin olaraq o, həmin dəyişiklərə yazılı razılıq verməmişdir. Həmin ödəniş planlarına əsasən borclunun öhdəliyi dəyişdirilmiş və bu dəyişikliklər zaminlərin məsuliyyətinin artmasına səbəb olmuşdur. Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəlik zaminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Birinci instansiya məhkəməsi qanunun bu tələbinə məhəl qoymamışdır və hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Qətnamədə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı xatırlansada, həmin Fərman və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiq etdiyi “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına uyğun olaraq borcluya ayrılmış kompensasiya hesabına kreditin qalıq məbləğinin azaldılması məsələsi araşdırılmamışdır. Halbuki, Prezidentin Fərmanına və MBNP-nın qeyd edilən qayadsına əsasən (bənd 4.3.1) kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğv etmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməlidir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh olan zamin Cavabdeh2 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız özünə aid hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(010)-3038/2020 saylı qətnaməsi zamin Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23.02.2011-ci il tarixli, 01L000002493 saylı uzunmüddətli kredit müqaviləsinə əsa-sən bank borcalana 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açmışdır. Həmin müqaviləyə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 13.11.2013-cü il tarixli, 01R000011641 saylı kredit razılaşmasından görünür ki, iddiaçı cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit vermişdir. İş materiallarında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında imzaladıqları 27.04.2015-ci il tarixli 01R000011641S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 13.11.2013-cü il tarixli, 01R000011641 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 18.04.2016-cı il tarixdən aylıq 2,0833%, 18.04.2017-ci ildən aylıq 2% dərəcəsi ilə faizlər hesablanır. Ödəniş planı ilə müddət 18.07.2017-ci il tarix müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında imzaladıqları 19.11.2015-ci il tarixli 01R000011641SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 13.11.2013-cü il tarixli, 01R000011641 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 18.04.2016-cı il tarixdən aylıq 2,0833%, 18.04.2017-ci ildən aylıq 2% dərəcəsi ilə faizlər hesablanır. Ödəniş planı ilə müddət 18.07.2017-ci il tarix müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında imzaladıqları 11.03.2016-cı il tarixli 01R000011641SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 13.11.2013-cü il tarixli, 01R000011641 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 11.03.2016-cı il tarixdən aylıq 2,0833% dərəcəsi ilə faizlər hesablanır. Ödəniş planı ilə müddət 16.07.2018-ci il tarix müəyyən edilmişdir. İş materiallarında olan 18.11.2015-ci il tarixli 001S**********01 saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 23.02.2011-ci il tarixli 01L000002493 saylı kredit xətti müqaviləsi, həmin kredit xətti müqaviləsinin ayrılmaz tərkib hisssəsi olan kredit razılaşması və.s üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Kredit xətti müqaviləsinin məbləği 30000 ABŞ dolları, kredit xətti müqaviləsinin müddəti 120 aydır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1.4-cü bəndinə əsasən zamin kredit xətti müqaviləsi üzrə verilən kreditlər barədə borclu və bank arasında istənilən razılaşma, o cümlədən faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə borclunun öhdəliklərinin icrası üçün borclu ilə birgə və tam məsuliyyət daşımaq vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdeh X3 vermiş, digər Cavabdeh2 cavabdeh X2 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icrasına görə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürdüyündən, onun subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, o iddiaçı qarşısında cavabdeh X6 ilə birgə məsuliyyət daşıyır. Kollegiya apellyatorun sonradan ödəniş planı bir neçə dəfə, o cümlədən 19.11.2015-ci il, 11.03.2016-cı il tarixlərdə dəyişdirilməsi, kreditin müddətinin uzadılması, faizlərin ümumi məbləğinin artması, ödəniş qrafikinin (şərtləri) onun üçün ağırlaşması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator apellyasiya şikayətində özünün etiraf etdiyi kimi zamin durarkən ödəniş planını imzaladığını qeyd etməklə, bununla da, ödəniş planında faiz dərəcəsinin 2,1667% olmasından məlumatlı olmuşdur. Sonrakı sazişlərdə faiz dərəcəsi artırılmamış, əksinə azaldılaraq, 2,0833% və 2% dərəcələri ilə müəyyən olunmuşdur. Bundan əlavə zaminlik müqaviləsində apellyator kredit məbləğinin 30000 ABŞ dolları, kredit xətti müqaviləsinin 120 ay müddətə olması ilə razılaşaraq, zamin durmuşdur. Kollegiya hesab edir ki, qeyd olunanlar onun vəziyyətinin ağırlaşması ilə nəticələnməmişdir. MM-nin 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Göründüyü kimi, apellyatorun qeyd etdiyi hallar MM-nin 477.0.1-ci maddəsinin dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 11 oktyabr 2019-cu il tarixli Qərardadında qeyd olunmuşdur ki, “Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri 31.05.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşması və sazişlər sonuncu olaraq 11.03.2016-cı il tarixində imzalanmışdır. Apellyator ilə iddiaçı arasında zaminlik müqaviləsi müvafiq olaraq 18.11.2015-ci il tarixində bağlanmışdır. Həmçinin iş materialarından görünür ki, istinad olunan müqavilələr üzrə iddiaçı iddia tələbi ilə 03.07.2020-ci il tarixində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Kollegiya apellyatorun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanla bağlı borcluya ayrılmış kompensasiya hesabına kreditin qalıq məbləğinin azaldılması məsələsinin araşdırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, borclu Cavabdeh1 tərəfindən borc məbləği mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsi tərəfindən borcun hesablanmasına və məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi məsələsinə qiymət verilərək, hesab olunmuşdur ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyatora aid hissədə əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(010)-3038/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8543/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8543/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver