Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-855/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 oğlunun, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4508/2024 saylı 007 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi 133 nömrəli uşaqlı bağcası İddiaçı xüsusi mülkiyyətindədir.
2. 11 oktyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc alan X2 xx.xx.2023-cü il tarixdə 185000 manat pulu nağd şəkildə bəyan və etiraf etmişdir. Həmçinin, notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 115000 (bir yüz on beş min) manat pulu əldə etmiş, ümumilkdə 300000 (üç yüz min) manat məbləğində borc pulu xx.xx.2023-cü il tarixədək bütov şəkildə olmaqla borc vərənə - Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür.
3. Tərəflər bununla bildirmişlər və təsdiq etmişlər ki, bu Müqavilədə etiraf edilən 185000 (bir yüz səksən beş min) manat ilə və notarisun bankda açılmış depozit hesabı vasitəsi ilə verilən 115000 (bir yüz on beş min) manat pulla bağlı onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcək.
4. 12 oktyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh borc alana X2 115000 manat (yüz on beş manat) məbləğində borc pul vermişdir. Verilən borc notariusun göndərişi əsasında bankda olan depozit hesabı vasitəsi ilə “Borc alana” verilmiş. “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı ”pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız hərəkətləri (delikt) nəticəsində onun sahibkarlıq fəaliyyətinə ziyan vurulması ilə əlaqədar hesablanmış 10.000 manat miqdarında maddi ziyanın, habelə ödənilmiş 121,26 manat dövlət rüsumunun, həmçinin hüquqi xidmət üçün ödənilmiş 320 manat, ümumilikdə 10.421,26 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iş birliyi yaratmaq məqsədilə ona məxsus obyektin sənədləşdirilməsi (bölgü sxeminin işlənməsi, təsdiq olunması və sair) zərurəti yaranmış, qeyd olunan sahə Baxı şəhəri, ünvan 2 ünvanda yerləşən binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Həmin obyektin sənədləşdirilməsini (bölgü sxeminin işlənməsi, təsdiq olunması və sair) cavabdeh öz üzərinə götürsə də, bu proses uzanmış, işlərin gedişatı pozulmuş, həmin sahənin istismarı gecikmiş, nəticədə ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdeh əvvəlcə bu işlərin görülməsinə razılıq versə də, daha sonra onun tərəfindən heç bir iş görülməmiş, qoyduğu sərmayənin ondan dərhal geri qaytarmasını tələb etmişdir. Halbuki, cavabdehin bu hərəkətləri nəticəsində onun sahibkarlıq fəaliyyətinə ciddi maddi ziyan dəymiş, başqa sözlə cavabdehin həqiqətə uyğun olmayan vədləri onların iş birliyini pozmuş, nəticədə ona xeyli miqdarda maddi ziyan dəymişdir. Göründüyü kimi, cavabdehin həqiqətə uyğun olmayan vədləri nəticəsində fəaliyyətlərinə ciddi maddi ziyan vurulmaqla, əldən çıxmış fayda kimi iddiaçı 10.000 manat qiymətlədirir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4508/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh əsassız hərəkətləri (delikt) nəticəsində onun sahibkarlıq fəaliyyətinə ziyan vurulması ilə əlaqədar hesablanmış 10.000 manat miqdarında maddi ziyan cavabdehdən tutularaq ona ödənilməsin xahiş etsə də, bu halları təstiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və bu hallar məhkəmə araşdırması zamanı da öz təstiqini tapmamışdır. Eləcə də, Cavabdeh hansı əsassız hərəkətləri nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətinə ziyan dəymiş və bu sahibkarlıq fəaliyyəti nədən ibarətdir bu barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 10.000 manat ziyan dəyməsi yazılsa da bu təqsirli hərəkətlərin nədə ifadə olunması və ya bu hərəkətlər nəticəsində iddiaçıya ziyan dəymıəsi arasında səbəbli əlaqənin olması və məhz həmin ziyan məbləğinin 10.000 manat olmasının hansı sənədlərlə təsdiq olunması barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə; Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyə; "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4508/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir; həmçinin xx.xx.2024-cü il tariхli хüsusi qərardad da əsassız оlduğundundan ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə sadaladığı maddi hüquq nоrmaları düzgün tətbiq etdiyi halda iddia tələbinin təmin оlunmasına zəmin yaradardı. Bu nоrmalar qətnamədə sadalansa da, lakin pоzulduğu üçün məhкəmə iddia tələbini rədd etmişdir. Mülki iş üzrə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi оlmamalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi və qərardadı qanunsuz və əsassızdır. Qərardadda məhkəmə yaddaş kartındakı səs yazısına istinad etmişdir və bunu sübut kimi təqdim etmişdir. Hesab edir ki, bu tamamilə əsassızdır. Qətnaməyə münasibətdə isə qeyd edir ki, qərəzli mövqe olmuş və nəticə etibarilə bu qətnamə qəbul edilmişdir. Bundan başqa qarşı tərəf qarşılıqlı iddia vermədiyi halda xüsusi qərardad qəbul edilmişdir. İddia mahiyyəti üzrə araşdırılmamış, tərəflərin qohumluq münasibətləri araşdırılmamışdır. Qarşı tərəflə borc müqaviləsi bağlanmışdır, tapşırıq müqaviləsi bağlanmamışdır. Müqavilə şifahi şəkildə olmuş, yazılı nəsə olmamışdır. Bununla bağlı başqa bir sübut da yoxdur. Zərərin dəyməsini təsdiq edən əlavə sənəd də yoxdur.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iş materiallarında xüsusi qərardad vardır. Bütün ailə üzvləri birlikdə 460 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirmişlər. Cavabdehin gəlini iddiaçıya məxsus qeyri-yaşayış sahəsində icarəyə yer götürərək uşaq hazırlıqları keçmişdir, kurs açmışdı. Ayda isə təqribi 3000 manata yaxın icarə haqqı ödəyirdilər. İddiaçının oğlu ilə cavabdehin oğlu dost idilər. İddiaçının oğlu cavabdehin oğluna bildirmişdir ki, buranı satırıq, əgər istəyirsinizsə alın. Cavabdehin oğlu evə gələrək bu barədə bildirmişdir. Bu vaxt hazırkı iddiaçı ilə cavabdehin arvadı görüşür, qonşudurlar. Bunlar birlikdə Ramizin yanına gedirlər. Ramiz bələdiyyə sədri idi. Razılıq əsasında əmlakın 460 min manat müəyyən olunur. Əmlakın 460 min manat ödənilir, 80 min manat isə müqavilə bağlanan zaman ödənilməli idi. Hissə-hissə pullar alınır. Həmin gündən artıq icarə haqqı da alınmır. Bir müddət snra cavabdehə məlum olur ki, bu əmlak başqa şəxsə satılmışdır. Bundan sonra narazılıq olmuşdur. İddiaçı da bildirir ki, alğı-satqı olmamışdır, ona borcu olduğuna görə sadəcə onun adına keçirilmişdir. Qarşı tərəf bildirir ki, mən onun pulunu qaytaracağam və əmlakı alıb sənə satacağam. 2024-cü ilin may ayına qədər mübahisələr olur. Qarşı tərəf cavabdehin 460 min manat pulunu almışdır. Lakin məsələyə hüquqi don geyindirmək məqsədilə iddia qaldırmışdır. Hansı qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi ilə bağlı iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Tərəflər arasında bu cür xidmətlərin göstərilməsi ilə bağlı nə şifahi, nə də yazılı qaydada razılaşma olmamışdır. Tərəflər arasında daşınmaz əmlakın alğı-satqısı ilə bağlı razılaşma olmuşdur. İddiaçının həyat yoldaşı və oğlu öz mülkiyyətləri kimi təqdim etdikləri əmlakı hazırkı iş üzrə cavabdehə satmaq adı ilə 460 min manat pulunu almışdır. Həmin vəsaiti kredit müqaviləsi kimi rəsmiləşdirmişlər. Daha sonra öhdəliklər yerinə yetirilmədikdən, əmlakın başqa şəxsə satılması müəyyən olunmuşdur. Pul alınan zaman əslində əmlak başqa şəxsə satılmışdır, köhnə çıxarış təqdim olunmuşdur. Bu müəyyən olunandan sonra şikayətlər oldu. İş üzrə iddiaçı aralarında yaranmış münasibəti mülki xarakterli istiqamətləndirmək üçün bu formada iddia qaldırmışdır. Ona görə hesab edir ki, iddianın hər-hansı hüquqi əsası yoxdur.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 24.324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 25.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkəntərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 28.443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəziniödəməyəborcludur.Borclununüzərinəöhdəliyipozmağagörəməsuliyyətqoyulmadıqda bu qayda qüvvədə olmur. 29.443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulanqaydalara uyğun müəyyənləşdirilir. 30.528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra)nəticəsində xitam verilir. 31.777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 32.778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalətverənin haqlı mənafelərini müdafiə etməlidir. 33.778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlananəqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 34.778.3-ci maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısagöstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
35. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündənkifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
36. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 41.Bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. 42.Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə tərəflər arasında bağlanmış müqavilə müddəalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli üçün vacib əhəmiyyətə malikdir. 43.Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. 44.Lakin hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmişdir. 45.Belə ki, birinci instansiyası məhkəməsi öz qətnaməsində iddia tələbinin qanuni əsası (maddi hüquq normaları) kimi yalnız Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Halbuki iddiaçının iddia ərizəsində istinad etdiyi hallar ondan ibarətdir ki, onun, özünə məxsus torpaq sahəsinə dair bəzi sənədləşdirmə işlərinin həyata keçirilməsi ilə bağlı tapşırığı cavabdeh tərəfindən icra edilməmiş, bunun nəticəsində ona əldən çıxmış fayda formasında zərər dəymişdir.
46. Mülki Məcəllənin tapşırıq hüquq münasibətlərini tənzimləyən normalarına müvafiq olaraq tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürsə də, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əgər tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Vəkalət alan vəkalət verənin göstərişlərindən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Eyni zamanda əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 47.İşə baxmış birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi hallara uyğun olaraq Mülki Məcəllənin tapşırıq hüquq münasibətlərini tənzimləyən normaları baxımından hüquqi qiymət verməmişdir. 48.Nəzərə alınmalıdır ki, iddiaçı iddianın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirmək vəzifəsini daşıyır. Hazırkı halda da iddiaçı müvafiq məzmunda tapşırıq verdiyini, cavabdehin də öz növbəsində həmin tapşırığı həyata keçirməyi öhdəsinə götürdüyünü, sonuncunun tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində ona zərər dəydiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onun istinad etdiyi dəlillər də heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 49.Beləliklə işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır, bunun nəticəsində iddiaçının hər hansı hüququ pozulmamışdır və belə olan halda da iddiaçının icra edilməmiş öhdəlik nəticəsində ona dəymiş zərər olaraq əldən çıxmış fayda (adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər) formasında 10.000 manat məbləğində pul cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
50. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətləri tənzimlənərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
51. Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
52. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanuvericiliyin müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iddia rədd edilməlidir. 54.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 55.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4508/2024 saylı, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev