Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8557/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2513/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı – "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22.01.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə, cavabdehdən 2110,42 manat əsas, 267,91 manat faiz, cəmi 2378,33 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi istehlak məqsədləri üçün 12 ay müddətiə nağd şəkildə istifadə olunmaqla 2500 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında 22.01.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 08.01.2021-ci il tarixinə əsas borcu 2110,42 manat, faiz borcu 267,91 manat, təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. 22.01.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdeh, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiklərindən kredit müaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı ASC olan əsas və ona hesablanmış faiz borcu 2378,33 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2513/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli ******* saylı kredit müqaviləsinin ləğv edilməsi, 2110,42 (iki min yüz on manat qırx iki qəpik) manat əsas, 267,91 (iki yüz altmış yeddi manat doxsan bir qəpik) manat faiz, cəmi 2378,33 (iki min üç yüz yetmiş səkkiz manat otuz üç qəpik) manat məbləğində borcun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının keçirilməsi barədə ona məlumat verilməmiş, iştirakı olmadan yalız iddiaçının tələbləri əsasında məhkəmə qətnamə çıxarmışdır. Halbuki, işin faktiki hallarının araşdırılması baxımından onun məhkəmədə iştirakı zəruri idi. Məhkəmə prosesdə iştirakını təmin etməyərək ədalətli məhkəmə araşdırmasının aparılması hüququnu pozmuşdur. Məhkəmə tərəfindən təmin olunan cəmi məbləğlə bağlı bildirir ki, həmin məbləğ iddiaçı tərəfindən əsassız surətdə şişirdilmiş, məhkəmə də heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi maliyyə sənədinə uyğun qərar qəbul etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən iddia məbləği məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən yoxlanılmalı və ekspertin rəyi əsas götürülməklə qətnamə çıxarılmalı idi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2513/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22.01.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən bank Cavabdeh 12 ay müddətində, illik 16% ödəmək şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə 22.01.2021-ci il tarixə 2110,42 manat məbləğində əsas, 267,91 manat faiz olmaqla, cəmi 2378,33 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərərfindən 07.09.2020-ci il tarixdə Cavabdeh göndərilmiş pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilmişdir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində borcun artıq hesablandığını qeyd etsə də, bu halı sübut edəcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində onun iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmışdır. Belə ki, həm onun ünvanına bildirişlər göndərilmiş, həm də sms xəbərdarlıqla məhkəmə iclası barədə məlumat verilmişdir. Bundan əlavə, o, 12 mart tarixli məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasının 06 aprel tarixli iclası barədə də məhkəmə bildirişini imza etməklə qəbul etmiş, lakin həmin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavadeh apellyasiya icraatı zamanı da məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2513/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2513/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8557/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8557/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver