Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-856/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X3 (Maraqlı şəxs: X9) qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X3 və maraqlı şəxs X7 qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və X2 vurulmuş zərərə görə 46.989 manat və gecikdirilən günlərə görə illik 5 % hesablanmaqla 1.729 manat 20 qəpik, ümumilikdə 48.718,20 manat məbləğində pulun müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(002)- 4/2018 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia qismən təmin edilərək, 46.989 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi, 50 manat ekspertiza xərcinin Cavabdeh1 MMC-dən tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh1 MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin predmetini şirkətin əməkdaşı olan Anar Cabbarovun və iş üzrə maraqlı şəxs kimi təqdim edilmiş Lexus markalı avtomobili etibarnamə əsasında idarə etmiş Şamil Süleymanovun iştirakı ilə xx xxxx 2017-ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsi və nəticədə Lexus avtomobilinin zərər görməsidir. Tərtib olunmuş 002087 nömrəli xx.xx.2017-ci il tarixli protokola əsasən xx.xx.2017-ci il tarixində gecə saat 00-03 radələrində cəmiyyətin ağır yükləyicisini beton bloklar ilə idarə şəhərin Puşkin küçəsində manevr edən zaman beton bloklar silkələnib yolun kənarında dayanmış Lexus markalı avtomobilə toxunaraq onu zədələmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2017-ci il tarixli 002087 nömrəli qərar ilə A.A.Cabbarov İXM-in 327.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. A.A.Cabbarov tərəfindən yol hərəkətlərinin (manevr) qaydalrının pozulmasına səbəb “Dayanma qadağandır” nişanı olan yerdə qanunsuz olaraq bir neçə (o cümlədən “Lexus”) avtomobilin dayanmasından yolun daralması, əyləci basmağa məcbur olması və beton blokların düzülməsi ilə əlaqədar həmin ərazidə yol nəqliyyatının hərəkətini məhdudlaşdıran yol nişanlarının qoyulmaması olmuşdur. Sözü gedən Lexus markalı avtomobil nədənsə inzibati məsuliyyətə cəlb edilməmişdir. Həmçinin məhkəmə araşdırması lazımi qaydada həyata keçirilməmiş, ekspertizanın keçirilməsi barədə əlavə vəsatətin verilməsinə şərait yaradılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1863/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(002)- 4/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 MMC həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1863/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6142/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1863/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1863/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6142/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası mübahisəni həll edərkən əsas sübut kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017ci il tarixli 27285 saylı ekspert rəyinə istinad etmiş, lakin bu istinadını kifayət qədər əsaslandırmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə kollegiyası həmin sübuta istinad edərkən bunu işdə olan digər sübutlarla müqayisəli şəkildə əsaslandırmamış, həmin sübuta nəyə görə üstünlük verdiyinə hüquqi qiymət verməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçıya məxsus avtomobilə baş vermiş hadisə nəticəsində dəymiş ziyanın məbləği 5985 manat təşkil edir və bu öz təsdiqini həmin vaxt tərtib olunmuş qüsur aktında da tapmışdır. Buna baxmayaraq məhkəmə kollegiyası maşına dəymiş zərərin məbləğini deyil, avtomobilin hadisədən sonrakı dəyərinin 25% aşağı düşməsinə dair ekspert rəyinə əsaslanmaqla onun qalıq dəyərini əsas götürmüş, lakin qeyd olunan “25%” meyarla gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etməklə əlavə olaraq bildirdi ki, ekspert rəyinin qeyri-obyektivliyinə dair əsaslı şübhələr olduğundan iş üzrə əlavə ekspertiza keçirilməsi zəruridir. Hesab edir ki, vurulmuş zərər reallığı əks etdirmir. Zərər görmüş hər bir detalın dəyişdirilməsi şərt deyil, təmir də oluna bilər. İddiaçı istinad edir ki, avtomobilin dəyəri vurulmuş zərərdən sonra aşağı düşüb, lakin avtomobilin dəyərinin 25% azalması real bazar qiymətlərinə uyğun deyil. Hazırda dəymiş zərərin məbləği mübahisələndirilir. Qüsur aktına əsasən dəymiş zərərin məbləği 5985 manat dəyərindədir. Real zərərin məbləğinin ödənilməsinə etiraz edilmir, hətta bu barədə birinci instansiya məhkəməsində iddiaçıya barışıq da bağlı təklif etmiş, lakin iddiaçı razı olmamışdır. İş üzrə iddiaçı, digər cavabdeh X5 və maraqlı şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə olan halda qətnamə iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı məxsus X6 istifadəsində olan “Lexus LX 450D” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin işçisi X5 tərəfindən iddia ərizəsində qeyd olunan şəraitdə zədələnmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017- ci il tarixli 27285 saylı ekspert rəyinə istinad etməklə hesab etmişdir ki, qəza nəticəsində avtomobilin dəyəri kəskin şəkildə, yəni 47.000 manat məbləğində azalmışdır. Ona görə də, vurulmuş ziyanın məbləği iddia tələbi həcmində, yəni 46.989 manat həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd olunan maddənin tələblərindən də göründüyü kimi zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Birinci instansiya məhkəməsi isə dəymiş real zərərin deyil, qəza nəticəsində avtomobilin dəyərinin kəskin şəkildə azalması zamanı müəyyən edilmiş məbləği əsas götürmüşdür. Halbuki birinci instansiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 27285 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilən tərtib edilmiş xx.xx.2017-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, təzə avto hissələrin qiymətləri nəzərə alınmaqla, 2016-cı il buraxılışlı “Lexus LX 450D” markalı, ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təqdim olunan “xxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixə təxminən 5.985 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 3.885 manat, təmir-bərpa işlərinin qiyməti 2.100 manat (1-ci sual üzrə). Məhkəmə Kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini məhz real zərərin müəyyən edilməsi hissəsində mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi 5.985 manatın ödənilməsinə etiraz etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus avtomobilə baş vermiş hadisə nəticəsində dəymiş ziyanın məbləği 5985 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində dəyişdirilməklə vurulmuş ziyanın məbləği 5985 manat Cavabdeh1 MMC tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində dəyişdirilsin. 5985 (beş min doqquz yüz səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-856/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-856/2020
05.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver