Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-856/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Hikmət Həsənlinin və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 2 kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb olunub. 1-ci müqavilə, yəni xx.xx.2016-cı il tarixli müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc kimi 2.757,64 manat, faiz borcu kimi 72,60 manat, faiz borcu kimi 72,60 manat, cərimə kimi 1,97 manat tələb olunub. 2-ci müqavilə üzrə, yəni xx.xx.2016-cı il tarixli müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc kimi 10.196,73 manat, faiz borcu kimi 377,85 manat, cərimə kimi 5,82 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Hikmət Həsənli apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddianı ona görə rədd edib ki, iddia müddəti keçib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Müəyyən olunur ki, iddia müddəti keçib. Belə ki, 1-ci müqavilə, yəni xx.xx.2016-cı il tarixli müqavilə üzrə kredit müddəti 24 ay – xx.xx.2018-ci ilədək müəyyən edilib. 2-ci müqavilə, yəni xx.xx.2016-cı il tarixli müqavilə üzrə kredit müddəti 18 ay - xx.xx.2018-ci ilədək müəyyən edilib. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. 1-ci müqavilə üzrə həmin müddət xx.xx.2021-ci ildə, 2-ci müqavilə üzrə xx.xx.2021-ci ildə başa çatıb. İddia ərizəsi ilk dəfə xx.xx.2018-cu ildə, yəni iddia müddəti ərzində verilib (iş v. 119). Bu iddia ərizəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanılıb (iş v. 111). Həmin zaman məhkəmə ona əsaslanıb ki, hazırkı kredit müqavilələrinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı tətbiq oluna bilər, lakin bank pretenziya qaydasına riayət etdiyini, yəni kredit məbləğinin restrukturizasiya olunması təklifi ilə kredit alana müraciət etdiyini təsdiq edən hər hansı sənəd təqdim etməyib. İddia ərizəsi baxılmamış saxlanıldıqdan 2 il 3 ay keçdikdən sonra - xx.xx.2022-ci ildə bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia müddətinin 1-ci müqavilə üzrə xx.xx.2021-ci ildə, 2-ci müqavilə üzrə xx.xx.2021-ci ildə başa çatdığı nəzərə alınarsa, bundan 1 il 4 ay sonra - xx.xx.2022-ci ildə verilən iddia ərizəsi üzrə iddia müddəti keçib. İddia ərizəsi baxılmamış saxlanıldıqdan sonra ötən 2 il 3 ay ərzində bank hazırkı kredit müqavilələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə bağlı heç bir tədbir görməyib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-856/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-856/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver