Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8564/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 saylı iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 xeyrinə Cavabdeh 22.350 (iyirmi iki min üç yüz əlli) manat maddi ziyanın və vurulmuş mənəvi ziyana görə isə 10.000 (on min) manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)- 312/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2946/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)-312/2022 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Qərardaddan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3351/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(103)-2946/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(005)- 312/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)-312/2022 nömrəli qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qaytarılması qərara alınmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, müvafiq qətnamədən şikayət vermə müddətinin buraxılmasını üzürlü hesab edərək, bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(005)- 312/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(005)-312/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli 2(103)- 7011/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Daha sonra İddiaçı məhkəmənin 12 sentyabr 2022-ci il tarixli, 2(005)- 312/2022 nömrəli qərardadından şikayət təqdim edərək qeyd edilən qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(005)- 312/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı tərəfindən verilən şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli 2(103)- 7894/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(005)- 312/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 saylı iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılır. Kollegiya hesab edir ki, hazıki halda Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə artıq Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə münasibət bildirilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2946/2022 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3351/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra cavabdeh qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etsə də, ərizəyə apellyasiya şikayəti əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli 2(103)-7011/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ümumiyyətlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada və elektron qaydada verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Kollegiya qeyd edir ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Belə olan halda kollegiya hesab edir ki Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 saylı iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 saylı iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli 2(103)-7011/2022 nömrəli qərardadı ləğv edilməklə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8564/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8564/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver