Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8581/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı X1 iştirakı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(009)-550/2020 saylı qərardadından cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və X3 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2(009)-550/2020 saylı, 15.01.2020-ci il tarixli qərardadı ilə, ərizə qismən təmin edilmiş, ipoteka predmeti olan – Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104,2 kv.m olan mənzilin üzərinə həbs qoyulmuşdur. 27.05.2021-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, müqavilə üzrə ipoteka predmeti olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, GİR 2, ev 77, 97 nömrəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(009)-550/2020 saylı qərardadı ilə ərizənin təmin edilməsi, müqavilə üzrə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, giriş 2, ev 77, 97 nömrəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(009)-550/2020 saylı qərardadından Cavabdeh1 və X5 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 26 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, sözügedən mənzilin üzərindən həbsin götürülməsində Aygün Abbasovanın əsas məqsədi həmin mənzili hərrac vasitəsi ilə sataraq cavabdehləri əlverişsiz şəraitdə qoymaqdır. Belə ki, Cavabdeh1 himayəsində iki azyaşlı uşaq və yaşlı anası var və bütün ailə üzvləri ilə birgə məhz həmin mənzildə yaşayırlar. Həmin mənzilin hərrac yolu ilə satılması ailənin hazırki dövrdə çox ağır vəziyyətə düşməsinə səbəb olacaq. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti qəbul etmədi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(009)-550/2020 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Əlikram qızına və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(009)-550/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-550/2020 saylı, 26.02.2020- ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 140000 manat borc və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77, mənzil 97 tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X3 qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5609/2020 saylı, 12.10.2020-ci il tarixli qərardadı ilə, cavabdehlər Cavabdeh1 və X2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-550/2020 saylı işi üzrə 26.02.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1236/21 nömrəli, 22 fevral 2021- ci il tarixli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bak Apelyasiya Məhkəməsi Mülki Kolegiyasının 2(103)- 5609/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda yaranmış vəziyyəti nəzərə alaraq düzgün hesab etmişdir ki, ərizə təmin edilməli, müqavilə üzrə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77, 97 nömrəli mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(009)- 550/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8581/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8581/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver