Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8590/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2743/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2743/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və hissə-hissə icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2743/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən, şikayətə əlavə edilmiş ********* saylı dövlət rüsumuna dair qəbz Cavabdeh adına deyil cavabdehin vəkili X2 şəxsi adına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri aytarılır Eyni zamanda kollegiya qeyd edir ki, apellyator apellyasiya şikayətində borcun hissəhissə icra edilməsini xahiş etmişdir. Halbuki, borcun hissə-hissə icra edilməsi qətnamənin icrası mərhələsində həll edilən məsələdir və apellyasiya baxışını təşkil etmir. Göründüyü kimi, apellyasiya şikayətinin xahiş etdim hissəsi qeyri müəyyənlik təşkil etdir. Bu isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verimədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2743/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev İş № 2(103)-6932/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2743/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, 05 avqust 2021-ci il tarixdə, açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 17:30-da açıldı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 373-cü maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən bildirir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2743/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsi rəsmi olaraq 31 may 2021-ci il tarixdə Cavabdeh məhkəmə qəbzinə imza edilməklə şəxsən təqdim edilmişdir. Lakin, apellyasiya şikayəti 28.07.2021-ci il tarixdə imzalanmaqla, məhkəməyə 30.07.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirir. Məhkəmə kollegiyası müşavirə otağına gedir. Müşavirədən sonra sədrlik edən apellyasiya şikayətinin qeyri-mümkünlüyü barədə qərardadı elan edir. Protokol 05 avqust 2021-ci ildə tərtib olunub. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(103)-8590/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8590/2021
12.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver