Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8614/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi iləiddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnaməni xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə alsa da, pandemiya il bağlı olaraq müəyyən prosessual hərəkətləri edə bilməmiş, iş üzrə verilmiş prosessual müddəti buraxmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddət üzürlü səbəbdən buraxılsa da, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 şikayəti rədd edilmiş və şikayət baxılması üşün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan poçt xəbərnaməsindən (i.v. 54) görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini poçt xəbərnaməsinə imza etməklə təhvil almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar xx.xx.2020-ci il tarixli, 6 nömrəli Qərarına əsasən, hazırki iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi üzürlü hesab edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı cavabdeh tərəfindən prosessual müddətin ötürülməsi ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi səbəbindən ləğv edilməli, Cavabdeh1 apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün müddət ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8614/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8614/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver