Məhkəmə qərarları › İş №2(103)-862/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-862/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-862/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3774/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15040-0259/243557 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 36.860 manat əsas borc, 7.148,25 manat faiz borcu, 17,88 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 44.056,13 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3774/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15040-0259/243557 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli 15040-0259/243557 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 36.860 manat əsas borc, 7.148,25 manat faiz borcu, 17,88 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 44.056,13 (qırx dörd min əlli altı manat on üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq İddiaçı ASC ilə aralarında razılıq əldə olunduğunu, bu səbəbdən də vermiş olduğu apelyasiya şikayətindən imtina etdiyini və mülki iş üzrə müfaviq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və hazırki iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apelyasiya şikayəti vermiş şəxs qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər, şikayətdən imtina birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur, şikayətdən imtinanın qəbul edilməsi barədə qərardadla imtina etmiş şəxsə münasibətdə apelyasiya icraatına xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəasını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Cavabdeh verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilməklə iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3774/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar