Məhkəmə qərarları › İş №2(103)-863/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-863/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-863/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Nüsrət Qasım oğlu Ağazadənin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və xxxx MMC-dən xx.xx.2017-ci il tarixli, rb/km 1139 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 250 000 manat, faiz borcuna görə 55500,37 manat, dəbbə borcuna görə 50000 manat, cəmi 355.500,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və xxxx MMC-dən xx.xx.2017-ci il tarixli, rb/km 1139 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 250 000 manat, faiz borcuna görə 67 444,91 manat, dəbbə borcuna görə 50000 manat, cəmi 367.444,91 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və xxxx MMC-dən xx.xx.2017-ci il tarixli, rb/km 1139 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 250 000 manat, faiz borcuna görə 128 000,95 manat, dəbbə borcuna görə 50000 manat, cəmi 428.000,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı" ASC-nin Baş ofis ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, rb/km1139 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 250000 manat məbləğində cavabdehə kredit verilmişdir.Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxxxx 2017-ci il tarixdə İddiaçı ASC-nin Baş ofis ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxxxxx 2017-ci il tarixli, rb/kml 139 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır.xx xxxxxx 2017-ci il tarixli, rb/kml 139 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 MMC kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.Tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, rb/kml 139 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında, hər ayın 23-dan gcc olmayaraq hər ay 23158,63 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir.Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və xxxx MMC-dən xx.xx.2017-ci il tarixli, rb/km 1139 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 250 000 manat, müqavilənin bitmə tarixinə olan faiz borcuna görə 84054,43 manat, müqavilə bitdikdən illik 5 faiz dərəcəsi 25000 manat, cərimə borcuna görə 500000 manat, cəmi 333 405,43 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 30 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MMC-dən 250000 manat əsas borc, 8405,43 manat faiz borcu, illik 5 %-lə hesablanmış 25 000 manat, 5000 manat məbləğində cərimə olmaqla, cəmi 288405,43 (iki yüz səksən səkkiz min dörd yüz beş manat qırx üç qəpik) manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, İddia qalan hissədə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3” Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismənzaminlərə dair hissədə ləğv edilməsi, həmin hissədə cavabdehlər Cavabdeh1 MMC-dən (“xxxx” MMC-dən), Cavabdeh2 və Cavabdeh3 cəmi 288 405,43 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsi, Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-252/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMC-dən 250 000 manat əsas borc, 8405,43 manat faiz borcu, illik 5 faizlə hesablanmış 25 000 manat, 5000 manat məbləğində cərimə olmaqla, cəmi 288 405,43 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutulması qət edilmişdir. Hesab edirlər ki, həmin qətnamə zaminlərə münasibətdə ləğv edilməli və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə (“xxxx” MMC-yə), Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi təmin edilməlidir. Belə ki, İddiaçı - İddiaçı ASC-nin Baş ofisi ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 % faiz olmaqla 12 (on iki) ay müddətinə 250 000 AZN məbləğində kredit verilmişdir.Həmin kredit müqaviləsi üzə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxxxx 2017-ci İl tarixdə İddiaçı ASC-nin Baş ofilsi ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxxxxx 2017-ci il tarixli rb/kml39 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan “xxxx” MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2017?-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında, hər gün 23-dən gec olmayaraq hər ay 23 158,63 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsi iizrə borcunun məbləği kreditə görə 250 000 manat, faiz 49 666,99 manat, dəbbə borcuna görə 50 000, borcun cəmi məbləği 349 666,99 manat təşkil edir. Daha sonra mühasibatlıq ekspertizası təyin edilmişdir.Ekspert rəyinə əsasən xx xxxxxx 2018-ci tarixinə (müqavilənin bitmə tarixinə) xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsi üzrə əsas borc 250 000 manat, 8405,03 manat faiz borcu, xx xxxxxxxx 2019cu il tarixə xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsi üzrə əsas borc 250 000 manat, 47 027,25 manat faiz borçu müəyyən edilmişdir. Məhkəmə iclası zamanı tərəflərindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə razılaşma və zaminlik müqaviləsi təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndinə görə, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun eldiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, Cavabdeh1 MMC (“xxxx” MMC) xx xxxxxx 2017-Ci il tarixli rb/kml 139 saylı Baş Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi 250 000 manät əsas borca İllik 5 faizlə hesablanmış 25 000 manat təşkil edir. Nəticədə, həmin mülki iş üzrə Cavabdeh1 MMC-nin (“xxxx” MMC-nin) xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsinə əsasən əsas borc 250 000 manat, müqavilənin bitmə tarixinə olan faiz borcu 8405,43 manat, müqavilə bitdikdən sonra illik 5 faiz dərəcəsi 25 000 manat, cərimə borcu 50 000 manat olmaqla cəmi 333 405,43 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 MMC-dən (“xxxx” MMC-dən), Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsi üzrə əsas borca görə 250 000 manat, müqavilənin bitmə tarixinə dair faiz borcuna görə 8405,43 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 25 000 manat, dəbbə borcuna görə 50 0000 manat olmaqla, cəmi 333 405,43 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi barədə ərizə təqdim edilmişdir. Qətnamədə zaminlərə münasibətdə iddia müddəti ötürüldüyü üçün xitam verilməsi qeyd edilmişdir. Lakin zaminlərə münasibətdə iddia müddəti ötməmişdir.Belə ki, məhkəmə zamanı təqdim edilmiş xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı kredit müqaviləsinin uzadılmasına dair Cavabdeh1 MMCnin (“xxxx” MMC ilə imzalanmış xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı kredit müqaviləsinin müddəti 1 ay müddətinə uzadılmışdır. Həmin razılaşmaya əsasən digər cavabdchlər Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı zaminlik müqaviləsinə 21,02.2019-cu il tarixli əlavə zaminlik müqaviləsi bağlanılmış, xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı zaminlik müqaviləsi 1 ay müddətinə uzadılmışdır. Beləliklə, zaminlik müqaviləsi üzrə son tarix xx.xx.2020-ci il tarixi qeyd edilməlidir. Yəni, xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə zaminlik müqaviləsi üzrə öhdəliyin icrası müddəti başa çaldıqdan sonra xx.xx.2019-cu il tarixindən 1 il – xx.xx.2020-ci il ərzində zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürmədikləri halda xitam verilir. Bundan əlavə qeyd edirlər ki, xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı kredit müqaviləsinin uzadılmasına dair Cavabdeh1 MMC-nin (“xxxx” MMC ilə imzalanmış xx.xx.2019-cu il tarixli əlavə razılaşma və Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə zaminlik müqavilələri məhkəmə iclası zamanı tərəflərindən təqdim edilmiş, lakin məhkəmə qətnamə qəbul edilən zamanı sübut kimi həmin razılaşma və zaminlik müqavilələrini nəzərə almamışdır.Mülki Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respulblikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və İ.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, İşlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 193-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin izahatlarını dinləyib onların mülahizəsini nəzərə alaraq, sübutların tədqiq edilməsinin ardıcıllığını müəyyən edir.MPMnin 209.1-ci maddəsinə əsasən bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və onların nümayəndələrindən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. Bu cür vəsatətlər olmadıqda, sədrlik edən iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir. MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsini qismən zaminlərə münasibətdə qanunsuz hesab edirik. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Məhkəmə Kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, Kollegiya qeyd edir ki, İddiaçı ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən-zaminlərə dair hissədə ləğv edilməsi, həmin hissədə cavabdehlər Cavabdeh1 MMC-dən (“xxxx” MMC-dən), Cavabdeh2 və Cavabdeh3 cəmi 288 405,43 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsi, Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etsə də mübahisənin predmeti bölünməz olduğundan, qətnamə tam yoxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İddiaçı" ASC-nin Baş ofis ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, rb/km1139 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 250000 manat məbləğində cavabdehə kredit verilmişdir.Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxxxx 2017-ci il tarixdə İddiaçı ASC-nin Baş ofis ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan RB-02/PK-10307 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2019cu il tarixinə 250000 manat əsas borcu, 55500,37 manat faiz borcu, 50000 manat cərimə borcu, cəmi 355500,37 manat borcu vardır. İş materiallarında olan RB-02/PK-10307 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 250000 manat əsas borcu, 8405,43 manat faiz borcu, 25000 illik beş faiz borcu, 50000 manat cərimə borcu, cəmi 333405,43 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, borclulardan 3 iş günü müddətində Banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks təqdirdə onlara qarşı qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 722 saylı ekspert rəyinə əsasən xxxx MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxx 2017-ci il tarixli Baş kredit müqaviləsinin şərtləri əsas götürülməklə İnrestoyservis MMC-nin banka olan borcu: xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 258.405.03 manat o cümlədən, əsas borc üzrə 250.000.00 manat, faiz borcu üzrə 8405,03 manat. xx.xx.2019-cu il tarixə (iddia tarixinə) 297,027,25 manat, o cümlədən, əsas borc üzrə 250.000.00 manat, faiz borcu üzrə 47.027.25 manat. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və Cavabdeh1 MMC-dən 250000 manat əsas borc, 8405,43 manat faiz borcu tutulmalı iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə illik 5%-in tutulması hissəsində əsaslıdır və təmin olunmalı, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 5 faiz dərəcəsi ilə 25 000 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, 500000 (beş yüz min) manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 5000 (beş min) manata endirilməlidir. Məhkəmə Kollegiyası iddia tələbi üzrə tutulmalı məbləğin zaminlərə münasibətdə rədd edilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdehlər Cavabdeh1 MMC-dən (“xxxx” MMC-dən), Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli rb/kml 139 saylı kredit müqaviləsi üzrə əsas borca görə 250 000 manat, müqavilənin bitmə tarixinə dair faiz borcuna görə 8405,43 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış 25 000 manat, dəbbə borcuna görə 50 0000 manat olmaqla, cəmi 333 405,43 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi barədə ərizə təqdim edilmişdir.1-ci instansiya məhkəməsi zaminlərə münasibətdə iddia müddəti ötürüldüyü üçün onlara münasibətdə iddianı rədd etmişdir. Lakin zaminlərə münasibətdə iddia müddəti ötməmişdir.Belə ki, məhkəmə zamanı təqdim edilmiş xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı kredit müqaviləsinin uzadılmasına dair Cavabdeh1 MMCnin (“xxxx” MMC ilə imzalanmış xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı kredit müqaviləsinin müddəti 1 ay müddətinə uzadılmışdır.Həmin razılaşmaya əsasən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə zaminlik müqaviləsi bağlanılmış, xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı zaminlik müqaviləsi 1 ay müddətinə uzadılmışdır. Beləliklə, zaminlik müqaviləsi üzrə son tarix xx.xx.2020-ci il tarixi qeyd edilməlidir.Yəni, xx.xx.2017-ci il tarixli rb/km 1139 saylı zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə zaminlik müqaviləsi üzrə öhdəliyin icrası müddəti başa çaldıqdan sonra xx.xx.2019-cu il tarixindən 1 il – xx.xx.2020-ci il ərzində zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürmədikləri halda xitam verilir. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 250000 manat əsas borc, 8405,43 manat faiz borcu, illik 5 %-lə hesablanmış 25 000 manat, 5000 manat məbləğində cərimə olmaqla, cəmi 288405,43 (iki yüz səksən səkkiz min dörd yüz beş manat qırx üç qəpik) manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 250000 manat əsas borc, 8405,43 manat faiz borcu, illik 5 %-lə hesablanmış 25 000 manat, 5000 manat məbləğində cərimə olmaqla, cəmi 288405,43 (iki yüz səksən səkkiz min dörd yüz beş manat qırx üç qəpik) manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3” Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar