Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8642/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pulun qaytarılması" tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(006)- 2761/2021 nömrəli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241 ABŞ dolları 65 sent məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları banka dəymiş zərər olmaqla, cəmi 4.771 ABŞ dolları 65 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh1 İddiaçı ASC-yə qarşı «əsassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən əsassız olaraq alınmış 3.542 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 24 dekabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 15 faizlə 36 ay müddətinə 29.870 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241 ABŞ dolları 65 sent məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları banka dəymiş zərər olmaqla, cəmi 4.771 ABŞ dolları 65 sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövrdə cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bir sıra qanunvericilik normalarına istinad edən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı ASC üç vərəqlik iddia ərizəsində qanunun normalarını sadalamaqla kifayətlənmiş, işin faktiki hallarına isə istinad etməkdən qəsdən yayınmışdır. İddiaçı işin faktiki hallarına dair sadəcə onu qeyd etmişdir ki, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241 ABŞ dolları 65 sent məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları banka dəymiş zərər olmaqla, ümumilikdə cəmi 4.771 ABŞ dolları 65 sent borcu vardır. Halbuki, bu tələb tamamilə əsassızdır və bank vətəndaşın hüquqlarını kobud şəkildə pozaraq ondan qanunsuz və əsassız olaraq əldə etdiyi artıq pulu ona geri qaytarmamaq üçün bu qanunsuz yola əl atmışdır. İddiaçı "xxxx" İKB ASC (İddiaçı ASC) 2018-ci ildə eyni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22.050 ABŞ dolları 60 sent əsas borc, 7.284 ABŞ dolları 34 sent faiz və 8.396 ABŞ dolları 09 sent cərimə olmaqla, ümumilikdə cəmi 37.731 ABŞ dolları 03 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; borcun "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan **-XX-*** i/o dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, qara rəngli «Toyota Prado» minik markalı avtomobilin açıq hərrac vasitəsi ilə satılması hesabına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(006)-2889/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manatla məzənnədə əsas borca görə 22.050 ABŞ dolları 06 sent, faizə görə 7.284 ABŞ dolları 34 sent, hesablanmış cəriməyə görə 800 ABŞ dolları olmaqla, cəmi 30.134 ABŞ dolları 40 sent kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan «Toyota Prado» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra qətnamənin surəti rəsmi qaydada cavabdehlərə təqdim edilmədiyi halda, Nəsimi rayon məhkəməsi tərəfindən 06.08.2018-ci il tarixli icra sənədi verilmiş və bunun əsasında icraat başlanmış, avtomobilin hərraca çıxarılması üçün prosedur həyata keçirilmiş və Cavabdeh1 avtomobilinin dəyər-dəyməzə satılmaması üçün məcbur olub həmin qətnamə üzrə "xxxx" İKB ASC-yə 12.02.2019-cu il tarixdə 29.635 ABŞ dolları məbləğində pul ödəmişdir. Daha sonra cavabdeh tərəfindən qətnamənin surəti rəsmi qaydada alınmış və apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli 2(103)-4869/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi faizin tutulması hissəsində dəyişdirilərək, faizdən 3.243 ABŞ dolları 58 sent sent məbləğində omaqla, əsas borc, faiz və cərimənin ümumilikdə 26.093 ABŞ dolları 64 sent müəyyən edilməsi və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. İddiaçı "xxxx" İKB ASC tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(102)-6145/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən borc məbləği Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi və 06.08.2018-ci il tarixli icra sənədi əsasında 12.02.2019-cu il tarixdə artıqlaması ilə banka ödənilmiş olsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən yenidən 19.04.2019-cu il tarixli icra sənədi verilmiş və Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən yenidən icra tədbirləri həyatı keçirilmişdir. Çoxsaylı müraciətlərdən sonra İddiaçı ASC tərəfindən borcun ödənildiyinə dair məktub verilmiş və bundan sonra icra işi üzrə icraata xitam verilmişdir. Daha sonra Cavabdeh1 dəfələrlə İddiaçı ASC-yə müraciət edərək, artıq ödədiyi məbləğin geri verilməsini tələb etsə də, onun bu tələbi təmin edilməmişdir. Hətta 29.01.2021-ci il tarixli 58 saylı vəkil sorğusu ilə bütün bu qeyd edilən hallar göstərilməklə İddiaçı ASC-yə müraciət edilsə də, tələbləri təmin edilməmişdir. Bundan sonra isə İddiaçı ASC əsassız və qanunsuz olaraq artıq aldığı pul məbləğini geri qaytarmamaq üçün hazırkı əsassız və qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi qüvvəyə minmiş 18.10.2019-cu il tarixli 2(102)-6145/2019 saylı qərarına əsasən işin faktiki halları ondan ibarətdir ki, "xxxx" İKB ASC tərəfindən 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 «Toyota Prado» markalı avtomobilin satın alınması üçün 36 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 29.870 ABŞ dolları məbləğində kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan avtomobil ipoteka qoyulub. Eləcə də, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2la 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə borcunu ödəyə bilmədiyi üçün "xxxx" İKB ASC tərəfindən pulun tutulması üçün məhkəməyə müraciət edilmiş, müvafiq olaraq yuxarıda qeyd edilən qərarlar qəbul edilmiş və həmin kredit müqaviləsi üzrə borc artıqlaması ilə banka ödənilmişdir. Buna uyğun olaraq bank tərəfindən müvafiq cavab məktubları ("xxxx" İKB ASC-nin 12.02.2019-cu il tarixli və İddiaçı ASC-nin 31.01.2020-ci il tarixli məktubları) ilə də Cavabdeh1 bank qarşısında olan borcunun tam ödənildiyi göstərilmişdir. İndi isə bank, guya cavabdehlərin həmin 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsini gecikdirdiyini əsas gətirərək guya vurulmuş zərərin ödənilməsi üçün əsassız və qanunsuz olaraq yenidən məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.04.2019-cu il tarixli 2(103)-4869/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 həmin 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə (İddiaçı ASC-yə) cəmi 26.093 ABŞ dolları 64 sent borclu olduğu təsdiq edilsə də, onun tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ləğv edilmiş 14.06.2018-ci il tarixli 2(006)-2889/2018 saylı qətnaməsinə və icra sənədinə əsasən banka 29.635 ABŞ dolları məbləğində pul ödəmişdir. Bununla da, "xxxx" İKB ASC (İddiaçı ASC) tərəfindənCavabdeh1 əsassız olaraq 3.542 (29.635 – 26.093 = 3.542) ABŞ dolları məbləğində artıq pul alınmışdır. Bununla da, nəinki Cavabdeh1 və Cavabdeh2 tərəfindən banka zərər vurulmuş, əksinə İddiaçı ASC Cavabdeh1 3.542 ABŞ dolları məbləğində pulu əsassız alaraq ona zərər vurmuşdur. Bu səbəbdən, həmin pul məbləği İddiaçı ASC-dən tutularaq Cavabdeh1 qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(005)- 342/2021-012 saylı qətnaməsi ilə ilk iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmiş, Cavabdeh1 İddiaçı ASC-yə qarşı «əsassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi. 3.542 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı ASC-dən tutularaq Cavabdeh1 ödənilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006) 2761/2021 saylı 18 may 2021-ci il qətnaməsinin ləğv edilməsi və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması" barədə iddia tələbinin təmin edilməsi və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı “əsassız alınmışpulun qaytarılması”na dair qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, işdə olan 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsindən görüniır ki, bank borc alan X2 36 ay müddətinə, illik 15% ödəmək şərti ilə 29.870 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təynatına uyğun qəbul etməyi, onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq, X1 mülkiyyətində olan “Toyota Prado” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir, Cavabdeh2 ilə 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri vaxtında etməmişdir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi 24 dekabr 2017-ci il tarixi müəyyən edilməsinə baxmayaraq, borclu Cavabdeh1 müqaviləninin bitmə tarixindən bir ildən artıq müddət keçdikdən sonra yəni 12.02.2019-cu il tarixdə banka olan əsas borcunu ödəmişdir. Kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə banka olan kredit borcu qaytarılmadığından. Cavabdeh1 və Cavabdeh2 24.12.2017-cil tarixdən 12.02.2019-cu il tarixədək, “Yelo Bank" ASC-yə gecikdirilmiş vaxt iiçün illik 5 (beş) faizlə hesablanmış 1241.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda və Mərkəzi Bankın uçot dərəcəsi hesablanmış 3530 ABŞ Dolları məbləğində dəymiş zərər olmaqla ümumilikdə cəmi 4771.65 ABŞ dolları məbləğində banka borcları yaranmışdır. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddia tələbi rədd edilsə də, məhkəmə qətnamədə hansı müddəti ötürülmüş hesab etdiyini göstərməmişdir. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(102)-6145/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(006)-2889/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 22.050,06 ABŞ dolları, faizə görə 7.284,34 ABŞ dolları, hesablanmış cəriməyə görə 800 ABŞ dolları olmaqla, cəmi 30.134,40 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan «Toyota Prado» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli 2(103)- 4869/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi faiz tutulması hissəsində dəyişdirilmiş, faizin 3.243,58 ABŞ dolları, əsas borcun, faizin və cərimənin isə cəmi məbləğinin 26.093,64 ABŞ dolları müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin apellyasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılması qət edilmişdir İddiaçı "xxxx" İKB ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(102)-6145/2019 saylı qərarı ilə iddiaçı "xxxx" İKB ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019cu il tarixli 2(103)-4869/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddia müddətinin tətbiq edilməsi və ilk iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşə baxan birinji instansiya məhkəməsi ilk iddianı rədd edərkən həmin iddia üzrə müddətin keçməsinə istinad etmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi 24 dekabr 2014-jü ildə 36 ay müddətinə bağlanmış və müqavilənin qüvvədə olma müddəti 24 dekabr 2014-jü ildə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən belə müəyyən olunur ki, iddiaçı tərəfindən irəli sürülən tələblər tərəflər arasında bağlanmış 24 dekabr 2014-jü il tarixli müqavilədən irəli gəldiyindən, həmin müqavilə üzrə iddia müddəti isə üzrsüz səbəbdən ötürüldüyündən, həmçinin iddia müddətinin tətbiqinə dair ilk iddia üzrə javabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə verdiyindən, birinji instansiya məhkəməsinin bu əsasla ilk iddianı rədd etməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı qeyd edir ki, iş materialları ilə qarşılıqlı iddiaçı tərəfindən 24 dekabr 2014-jü il tarixli kredit müqaviləsi üzrə yaranmış və məhkəmənin qətnaməsi əsasında tutulmalı olan 26.093,64 ABŞ dolları borjun müqabilində borjlular Cavabdeh1 və Cavabdeh2 tərəfindən tələbkar Yelo Bank ASJ-yə 3.542,00 ABŞ dolları artıq ödəniş edilmişdir. Bununla da, Bank qarşılıqlı iddiaçının hesabına əsassız varlanmışdır. Azərbayjan Respublikası Mülki Məjəlləsinin 1091.1-ji maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məjəllənin 1091.2-ji maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məjəllənin 1092.1-ji maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsaslı olmuşdur və birinji instansiya məhkəməsinin qarşılıqlı iddianı təmin etməklə bağlı gəldiyi nətijə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(006)-2761/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8642/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8642/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver