Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8652/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4032/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh2 2500 manat və Cavabdeh1 isə 3000 manat pulun alınaraq ona geri qaytarılması və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4032/2020 saylı qərardadına əsasən iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə məhkəməyə verildiyindən geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4032/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh1 3000 manat, Cavabdeh2 isə 2500 manat məbləğində pul tələb edir. Həmçinin, iddia ərizəsindən görünür ki, bu pullar İddiaçı cavabdehlərə ayrı vaxtlarda, ayrı-ayrılıqda, bir-biri ilə əlaqədar olmayan səbəblərdən verilmiş borc pullardır. Belə ki, iddiaçı özü qeyd edir ki, ilk öncə cavabdehlərdən birinə yaxın müddətdə qaytarmaq şərtilə borc pul vermiş, daha sonra digər cavabdeh tamam başqa səbəbdən ondan borc pul istəmiş, lakin hər ikisi borcunu qaytarmamışdır. Məhkəmə kollegiası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehlərin ana-qız olması və ikisinin də iddiaçıya olan borcunu qaytarmaması onlara qarşı istənilən pul tələbinin bir iddia ərizəsində birləşdirilə biləcəyi mənasına gəlmir. Belə ki, qanunvericilik yalnız bir-biri ilə bağlı olan tələbləri bir iddia ərizəsində birləşdirməyə yol verir. Azərbaycan Respublikasının MPM-in 149.3-cü maddəsinə əsasən, iddiaçı birbiri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hazırkı iddia ərizəsindən isə görünür ki, iddiaçı iki ayrı şəxsə, ayrı-ayrı vaxtlarda, ayrı səbəblərdən verdiyi və geri qaytarılmadığını iddia etdiyi borc pulu tələb edir. Azərbaycan Respublikasının MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8652/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8652/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver