Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8656/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(007)-1351/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 39920 manat əsas borc, bank uçot faiz dərəcəsi kimi hesablanmış 2954 manat məbləğində pul, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1996 manat məbləğində pul olmaqla cəmi 44901 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.06.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsi vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(007)-1351/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 22.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinin tələblərinə uyğun olaraq verilməmişdir, belə ki, işə dəfələrlə mahiyyəti üzrə baxıldıqdan, iş üzrə tərəflərin izahatı alındıqdan sonra qarşılıqlı iddia verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Kollegiya qeyd edir, iddia ərizəsi icraata qəbul edilmiş, müvafiq prosessual hərəkətlər edilmiş, cavabdeh isə mülki iş baxılmağa başlanıldıqdan xeyli sonra qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir, digər tərəfdən cavabdeh qarşılıqlı iddia ərizəsində hər hansı qarşılıqlı tələb irəli sürməmiş, yalnız əsassız və qanunsuz iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, ərizənin məzmunundan da görünür ki, ilkin iddia ərizəsinin dəlillərinə etirazını bildirmiş, özünün hər hansı qarşılıqlı tələbini göstərməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(007)-1351/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8656/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8656/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver