Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8661/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-922/2020 saylı qətnaməsindən cavabdeh “SOCAR”-ın Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “SOCAR”-ın Cavabdeh1nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-922/2020 saylı qətnaməsiilə iddia tələbinin qismən təmin edilərək, 2111 manat məbləğində pul və ödənilmiş 30 maqnat dövlət rüsumunun “SOCAR”-ın Cavabdeh1ndən alınaraq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh “SOCAR”-ın Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-922/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki,Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-922/2020 saylı qətnaməsi cavabdeh “SOCAR”-ın Cavabdeh1nə xx xxxx 2020-ci il tarixdə SS635888185AZ saylı sifarişli poçt qəbzi vasitəsi ilə verilmişdir. (i/v 129) Bundan əonra qətnamənin surəti cavabdehin nümayəndəsinə qəbzlə xx.xx.2020-ci ildə də verilmişdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti xx.xx.2020-ci ildə sürətli poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, xx.xx.2020-ci ildə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh “SOCAR”-ın Cavabdeh1 tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-922/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin müddəti ötürülməklə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə (qətnamə xx.xx.2020-ci ildə poçt qəbzi ilə alınmışdır) verilməli olduğu halda, xx.xx.2019-cu il tarixdə məhkəməyə göndərilməsi üçün sürətli poçta verilmiş, bununla yanaşı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-922/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, yəni son şikayət vermə tarixi olaraq xx xxxxxx 2020-ci il tarixdə verilməli olduğu halda, xx.xx.2020-ci il tarixdə poçta verildiyindən, bununla da, apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Kollegiya cavabdehin nümayəndəsi tərəfindən qətnamənin qəbz vasitəsi ilə alınmasına aid hissədə qeyd edir ki, cavabdeh tərəf xx xxxx 2020-ci il tarixdə SS635888185AZ saylı sifarişli poçt qəbzi vasitəsi qətnaməni aldığı halda, yenidən prosessual müddət yaradılması üçün, nümayəndəsi xx.xx.2020-ci ildə qətnaməni qəbz vasitəsi ilə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-922/2020 saylı qətnaməsindən cavabdeh “SOCAR”-ın Cavabdeh1nə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Xətai rayon Məhkəməsinə qaytarılsın. Cavabdeh tərəfə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8661/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8661/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver