Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8662/2019 07.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, İsmayıl Kamil oğlu Xəlilov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili X18 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3672/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Əmirəliyev Ənvər Mehdi oğlu və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 208000 ABŞ dollan və 20000 Avro əsas borcun, borcun gecikdirilməsinə görə hesablanmış 59475 ABŞ dollan və 9000 Avro faiz məbləğinin, cəmi 267475 (iki yüz altmış beş min dörd yüz yetmiş beş) ABŞ dollarının, 29000 (iyirmi doqquz min) Avronun və hüquqi yardıma görə ödənilmiş 3000 manatın tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə ondan 130000 ABŞ dollan borc almış və həmin borc məbləğini xx.xx.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli iltizamnamə verilmişdir. Buından əlavə, Cavabdeh xx.xx.2015-ci il tarixdə ondan 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc almış və həmin borc məbləğini xx.xx.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli iltizamnamə verilmişdir. Lakin hal-hazıradək Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, yuxanda qeyd edilən borc məbləğləri qaytanlmamışdır. Cavabdeh 130000 ABŞ dollarının qaytanlmasını 15 ay , 78000 ABŞ dolları və 20000 Avro məbləğində borcun qaytanlmasını isə 36 ay gecikdirmişdir. X32 uçot faiz dərəcəsi 13%- dir. Mülki Məcəllənin 439.3 və 449.1-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün əsas borc məbləğlərinin üzərinə illik 15% hesablanmaldır. (439.3-cü maddədə nəzərdə tutulmuş “iki faiz bəndi əlavə edilməklə” müddəası nəzərə alınmaqla). Qanunvericiliyin tələblərinə müvafıq olaraq hesablanmış faizlərin məbləği aşağıdakı kimidir: 130000 ABS dolları borc üzrə: 130000/100x15/12x15 = 24375 ABŞ dolları; 78000 ABS dolları borc üzrə: 78000/100x15/12x36 = 35100 ABŞ dolları; 20000 Avro borc üzrə: 20000/100x15/12x36 = 9000 Avro; Bundan əlavə, tərəfindən maraqlarının məhkəmədə təmsil olunması üçün 3000 manat məbləğində xərc çəkilmişdir. Həmin məbləğ də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə almmaqla, digər tərəfdən ağlabatan məbləğdə alımb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Cavabdeh "xxxx" Firmasını və "xxxx" MMC-ni üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Firması tərəfındən inşa edilmiş özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 574-cü məhəllə, 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin cavabdehin adına bağlanılmasına dair müqavilənin etibarsız hesab olunması, tərəfindən artıq ödənilmiş 11000 ABŞ dollarının cavabdehdən özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 10 ildən artıqdır ki, tanıyır, birlikdə geniş işguzar və kommersiya əlaqələri olub, həmçinin onunla ailəvi yaxın olmuş, get-gəlləri olub. xx.xx.2014-ci il tarixdə xx.xx.2016-cı il tarixdə qaytarmaq şərti ilə İddiaçı 130000 ABŞ dolları borc götürmüşdür. Bundan əlavə xx.xx.2015-ci il tarixdə İddiaçı 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc götürmüşdür. Borcun təminatı və İddiaçı ona inanması məqsədi ilə yaşadığı və qeydyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Ə. Haqverdiyev küçəsi 574-cü məhəllə 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair Real- İnşaat Firması ilə aralarında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilənin əslini iş üzrə cavabdeh İddiaçı vermişdir.İddiaçı ona etibarının azalması, aralarında kommersiya münasibətlərinin olmaması, dünyada və Rusiya Federasiyasında baş vermiş maliyyə böhranı səbəblərindən ona olan borcunun vaxtından əvvəl qaytarılmasını tələb etmişdir. Bununla bağlı aralarında yaranan borc münasibətlərinin tənzimlənməsi məqsədilə X21 Taptıq ogluna məxsus Avesta Konserni MMC tərəfındən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşyış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzili notariat qaydasında xx.xx.2016- cı il tarixdə İddiaçı xeyrinə imtina etmişdir. Avesta Konserni MMC-yə təqdim olunan və tərəfındən tərtib olunan imtina ərizəsində ona pul məbləğinin verilməsi və alınması barədə heç bir qeyd aparılmamışdır, çünki bu mənzil borclu olduğu məbləğin çox hissəsinin əvəzləşdiriməsi məqsədilə verilmişdir. Mübahisəli mənzilin dəyərini aralarında olan razılaşmaya əsasən 170000 ABŞ dolları məbləğində qiymətləndirmişdirlər. Aparılan əməliyyatla bağlı bu günə kimi aralarında hər hansı problem yaşanmamışdır. İndi məlum olmuşdur ki, İddiaçı məhkəməyə təqdm etdiyi iddia ərizəsndə borc məbləği kimi əvəzləşdirilən Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşyış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzili qəsdən göstərməməklə niyyəti ondan təkrar 170000 ABŞ dollarını tələb etmək olmuşdur. xx.xx.2014-ci il tarixdə İddiaçı götürdüyü 130000 ABŞ dolları məbləğində borc pulu xx.xx.2016-cı il tarixdə qaytarmalı olduğu halda, borcu 10 ay tez, yəni xx.xx.2016-cı il tarixdə əmlakla dəyərini razılaşma yolu ilə qaytarmışdır. Qalan 38000 ABŞ dolları və 20000 Avro məbləğində pulu 2016-cı ilin fevral ayının ortalarında İddiaçı Bakı şəhərində hər ikisinin tanıdığı şəxslərin- şahidlərin yanında aşağıdakı qaydada vermişdir. Belə ki, İddiaçı məxsus Rusiya Federasiyasının Moskva şəhəri X39 küçəsi ev 2 ünvanda yerləşən İstanbul adlı geyim mağazasını icarə əsasında işlətmişdir. Mağazanın işinin təşkili və borclarının qaytarılması məqsədilə ayrı-ayrı vaxtlarda AGBank ASC-dən kredit götürmişdür. Yusif onda həmin məbləğdə pulun olmasını bilirdi, bu məqsədlə ona olan borcundan qaytarılmasını xahiş etmiş, o da, şahidlərin iştirakı ilə özündə olan 40000 ABŞ dollarını ona vermişdir. 20000 Avro məbləğində pulu isə dollar şəklində hər ikisinin tanıdığı hazırda cəzaçəkmə müəssisəsində olan X8 51000 manat məbləğində pula nisbətdə borc götürmüş, elə həmin vaxtı da X14 və digər şahidiərin iştirakı şəxsən Yusifə təqdim etmişdir. İddiaçı edilən bu ödənişlərdən sonra ona borcu qalmadığını bildirdi. 2018-cı ilin yanvar ayının axırlarında İddiaçı ona zəng edərək hesabatı səhv apardığını, ona cəmi 1000 ABŞ dolları borcunun qaldığını bildirmiş və göndərilməsini xahiş etmişdir. O da, 1000 ABŞ dollarını ATABANK ASC vasitəsilə göndərmişdir. Bununla cavadeh Yusifə olan borcu yekunlaşmış, adına olan mənzilin müqaviləsinin əslinin geri veriməsini tələb etmişdir. Yusif bidirmişdir ki, “müqavilə dostumuz İlham Həsənovun evindədir, Bakıya gəlib özüm müqaviləni sənə təqdim edəcəm.” İddiaçı vəziyyətdən sui-istifadə edərək Realİnşaat Firmasının rəhbərliyi ilə cinayət əlaqəsinə girərək onun xəbəri olmadan Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 574-cü məhəllə 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzili öz adına keçirmişdir. Alqı-satqı və sənədləşmə qaydaları kobud şəkildə pozulmuşdur. Bu hal ona cavabdeh tərəfındən iddia ərizəsi məhkəməyə verildikdən sonra aralarında olan telofon danışıqları zamanı məlum olmuşdur. Bundan əlavə, İddiaçı borclu olduğu 230000 ABŞ dolları əvəzinə 241000 ABŞ dolları ödəsə də, ilkin tələbində həmin məbləğin özünə qayatrılmasına münasibət bildirməmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X36 oğlu qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh əvvəlki borclarının əvəzinin ödənilməsi məqsədi ilə qeyd edilən mənzili özü könüllü olaraq, xx.xx.2016-cı il tarixli müqavilə ilə iddiaçının adına rəsmiləşdirmiş, müqavilənin və maliyyə arayışının əslini "xxxx" fırmasına təqdim etmişdir. Bu müddətdən sonra həmin mənzillə bağlı bütün ödənişlər İddiaçı adından həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxanda qeyd edilənlərə əsasən, iddia müddəti tətbiq edilərək, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxanlmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3672/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 208000 ABŞ dolları və 20000 Avro əsas borc, borcun gecikdirilməsinə görə hesablanmış 58475 ABŞ dolları və 9000 Avro faiz məbləği, cəmi 266475 (iki yüz altmış altı min dörd yüz yetmiş beş) ABŞ dolları, 29000 (iyirmi doqquz min) Avro, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Əmirəliyev Ənvər Mehdi oğlu və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Əmirəliyev Ənvər Mehdi oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə, qətnamənin əsaslandırıcı hissəsində ilkin iddia üzrə cavabdehdən əsas borc məbləğindən əlavə uçot faiz dərəcəsi ilə 24375 ABŞ dolları və 35100 ABŞ dolları (cəmi 59475 ABŞ dolları) tutulmalı olmasını qeyd etsə də, nəticə hissəsində bu məbləğin cəmini 58 475 ABŞ dolları kimi göstərmişdir ki, bu da həmin hissədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində uyğunsuzluq olmasına dəlalət edir ki, bu səhv apellyasiya qaydasında işə baxılarkən aradan qaldırılmalı, tutulmalı olan faiz məbləği 59475 ABŞ dolları göstərilməlidir. Məhkəmə, hüquqi xidmət xərcinə görə də 3000 manatı ağlabatan məbləğ hesab etməyərək, cavabdehdən cəmi 1000 manat tutulmasını qət etmişdir. Lakin mülki işin mürəkkəbliyi, göstərilən hüquqi xidmətin həcmi bu məbləğə uyğun hesab edilə bilməz. Belə ki, məhkəməyə də məlum olduğu kimi, hazırkı iş üzrə bir neçə məhkəmə iclasları olmuş, ilkin iddiaçıya böyük həcmdə yazlı və şifahi məsləhətlər verilmişdir. Belə olan halda, qeyd edilən səbəbdən ilkin iddianın hüquqi xidmətlərə xərcin qismən tutulması hissəsində ləğv edilərək, ilkin iddia həmin hissədə də tam təmin olunmalıdır. Göründüyü kimi, ilkin iddianın bu hissəsinə münasibətdə Mülki Prosessual Məcəllənin 119-cu maddəsi düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə cavabdehin əsassız və iddia müddətinin ötürülməsi ilə verdiyi qarşılıqlı iddianı təmin etməklə də maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Halbuki, qarşılıqlı iddia həmin hissədə də təmin olunmalı deyildi. Belə ki, məhkəmə nəzərə almamışdır ki, qeyd edilən mənzilin ilkin iddiaçının adına rəsmiləşdirilməsi hazırkı iş üzrə ilkin iddianın predmetini təşkil edən borcun müqabilində deyil, Cavabdeh əvvəlki borclarının əvəzinin ödənilməsi məqsədi ilə həyata keçirilmişdir. Cavabdeh qeyd edilən mənzili özü könüllü olaraq, 15 fevral 2016-cı il tarixli müqavilə ilə iddiaçının adına rəsmiləşdirmiş və müqavilənin və maliyyə arayışının əslini "xxxx" fırmasına təqdim etmişdir. Mənzilin ilkin iddiaçının adına rəsmiləşdirilməsində Cavabdeh ilkin iddiaçıya olan hazırkı iş üzrə borc məbləğinin əvəzinə verilməsi ilə şərtləndirilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, əgər doğrudan da həmin mənzilin Cavabdeh hazırkı iş üzrə borcu hesabına verilməsi nəzərdə tutulsaydı, belə iradə ifadəsi tərəflər arasında hər hansı razılaşma, müqavilə və ya digər yazılı əqd ilə razılaşdırılardı. Lakin Cavabdeh tərəfındən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində olan "Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında" çıxarışdan görünür ki, həmin hüquqi şəxsin qanuni təmsilçisi-rəhbəri X3r. Göründüyü kimi, məhkəmə, qarşılıqlı iddianı təmin etmək üçün hüquqi şəxsin adından çıxış edə bilməyən, həmin fиrmanın rəhbəri olmayan X4 ifadələrinə istinad etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(004)-3672/2018 saylı qətnaməsinin ilkin iddianın təmin olunmamış hissəsində və qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilərək, ilkin iddianın tam təmin olunmasına, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə təqdim olunan və onun tərəfindən tərtib olunan imtina ərizəsində nə ona, nə də qardaşı Kamandara hər hansı pul məbləğinin verilməsi və alınması barədə heç bir qeyd aparılmamışdır. Çünki, bu mənzil onun İddiaçı borclu olduğu məbləğin çox hissəsinin əvəzləşdirilməsi məqsədilə verilmişdir. Mübahisəli mənzilin dəyəri onunla İddiaçı arasında razılaşmaya əsasən 170000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Aparılan əməliyyatla bağlı ona qarşı İddiaçı məhkəmədə iddia qaldırana qədər hər hansı problem yaranmamışdır. Mənzilin borc münasibətləri zəminində, yəni 170000 ABŞ dolları məbləğində əvəzləşdirilməsini mənzilin sahibi X9, şahidlər X29 və X7 öz ifadələrində məhkəməyə bildirmişlər. Bu faktlar 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən мəhkum X14 məhkəməyə təqdim olunan izahatında da tam olaraq öz əksini tapıb. 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X14 məhkəmə iclasında şahid qismində dindirilməsi üçün dəfələrlə vəsatətlə müraciət etsə də, məhkəmə tərəfindən əsassız olaraq vəsatət təmin edilməmişdir. İddiaçı olan borcu yekunlaşmışdır. İddiaçı olan borcunu tam ödədiyi halda ona qarşı yenidən pul tələbi ilə məhkəməyə müraciət etməsi bu gün də ona aydın deyildir. Əksinə, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona borcu vardır. Belə ki, İddiaçı borclu olduğu 230000 ABŞ dolları əvəzinə 241000 ABŞ dolları ödəmişdir. Bu günəcən artıq ödədiyi 11000 ABŞ dolları ona qaytarılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(004)-3672/2018 saylı qətnaməsini ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının təmin edilməməsinə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasının tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10657/2018 saylı 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(004)-3672/2018 saylı qətnaməsinin “ilkin iddia üzrə Cavabdeh tutulmalı və İddiaçı ödənilməli olan borcun gecikdirilməsinə görə hesablanmış 58475 ABŞ dolları 9000 Avro faiz məbləği” hissəsində dəyişdirilməsi, ilkin iddia üzrə Cavabdeh tutulmalı və İddiaçı ödənilməli olan borcun gecikdirilməsinə görə hesablanmış faiz məbləğinin 59475 ABŞ dolları, 9000 Avro müəyyən edilməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin İddiaçınа və Cavabdehnа münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Əmirəliyev Ənvər Mehdi oğlu və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2(102)-2540/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10657/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Mustаfаyеv Muxtar Nağı oğlu verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(004)-3672/2018 saylı qətnaməsinin ilkin iddianın təmin olunmamış hissəsində və qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilərək, ilkin iddianın tam təmin olunmasına, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili X30 verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(004)-3672/2018 saylı qətnaməsini ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının təmin edilməməsinə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasının tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırarıb və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3672/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 38000 ABŞ dolları və 20000 Avro (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc, hüquqi yardıma görə ödənilmiş 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə tərəflərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə RF, Moskva şəhərində rus dilində tərtib edilmiş iltizamın notariat qaydasında təsdiq edilmiş tərcüməsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh İddiaçı 130000 ABŞ dolları məbləğində borc almış və həmin borc məbləğini xx.xx.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixdə RF, Moskva şəhərində rus dilində tərtib edilmiş iltizamın notariat qaydasında təsdiq edilmiş tərcüməsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh İddiaçı 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc almış və həmin borc məbləğini xx.xx.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Tikinti-Quraşdırma Firmasının xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, firmanın Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 574-cü məhəllədə inşa edilmiş 5 saylı binasının 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin tikinti müqaviləsi ilkin olaraq Cavabdeh ilə xx.xx.2006 tarixində bağlanmışdır. Sonradan xx.xx.2016 tarixində Cavabdeh şəxsən özünün iştirakı ilə qeyd olunan mənzil birgə iş görmək üçün (özlərinın dediklərinə görə) borc pul əvəzinə girov və ya sərmayə qoyulan pul kimi X10 adına şifahi razılıq (sənədlərin əsilləri, ödəniş qəbzləri şəxsən Cavabdeh tərəfındən təqdim edilmişdir) əsasında 1 (bir) illik rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Tikinti-Quraşdırma Firmasının xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, fırmanın Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllədə inşa olunan yaşayış binaları kompleksinin 5 saylı binasının 6-cı mərtəbəsində sahəsi 127.9 kv.m. olan 14 saylı 3 otaqlı Cavabdeh məxsus mənzili İddiaçı adına özkəninkiləşdirən zaman Cavabdeh şifahi və hər hansı formada razılığı olmamışdır. Mənzilin özgəninkiləşdirilməsi ilə bağlı Cavabdeh firmanın icraçı direktoru Ş.K.İsmayılova və firmaya şəxsən nə yazılı, nə də şifahi razılıq təqdim etməmişdir. Cavabdeh şifahi razılığının olmasını "xxxx" fırmasına İddiaçı bildirmişdir. Məhkəmə və vəkil sorğusu ilə bağlı "xxxx" firması tərəfindən təqdim edilmiş sənədlərdə və nümayəndə kimi məhkəmə iclasında verdiyi ızahatlarda (firmanın icraçı direktoru Ş.K.İsmayılov) mənzilin sənədləşməsi üçün şifahi və hər hansı formada razılıq olmasını deyərkən şəxsən Cavabdeh ona (firmanın icraçı direktoru Ş.K.İsmayılova) verdiyi şifahi razılığı deyil İddiaçı sözlərinə əsasən Cavabdeh razılıq verməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Tikinti-Quraşdırma Firmasının xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, firma tərəfindən Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə 5-saylı binanın 6-cı mərtəbəsində sahəsi 127,9 kvmetr olan 3 otaqlı mənzilə dair heç bir alqı-satqı və digər əməliyyatlar həyata keçirilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərbadi prospekti 74 ünvarunda inşa edilən 21 mərtəbəli yaşayış kompleksinin, A saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metrdən ibarət 78 saylı mənzil ilkin olaraq X5 məxsus olmuş və onun xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən Rusiya Federasiyasının vətəndaşı İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 1000 ABŞ dolları göndərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində göstərmildir ki, İddiaçı onun arvadının əmisidir. Fədayəti də Yusifə görə tanıyır. Fədayət 2018-ci ilin fevral ayında ona zəng edib ondan görüşüb söhbət etməyi xahiş etmiş, onlar görüşüb, çayxanada söhbət etmişlər. Söhbət zamanı Fədayət ona demişdir ki, “Yusif Sənin qohumundur. Mənim onunla borc məsələm vardır, evimi də ona vermişəm, borcumdan bir az qalıb, lakin məndən əl çəkmir. Yusifə de ki, məni rahat buraxsın”. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Yusifin bacısı oğludur. Fədayəti təxminən 2002-ci ildən tanıyır. Fədayətin Mebel mağazasında işləmişdir. Fədayətin Yusifə borcunun olmasından məlumatı vardır. Bir dəfə Fədayətin işçisi Faiq ona 3000 dollar vermişdi ki, Yusifə çatdırsın. Heç vaxt eşitməmişdir ki, Fədayət Yusifə olan borcunu verib qurtarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Yusifin qardaşı oğludur. Fədayətlə 2012-ci ildə Moskvada tanış olmuşdur. Moskvanın yarısı bilirdi ki, onun əmisinə borcu var. Özü də bu barədə demişdi. Bildiyinə görə təxminən dörd yuz min dollardan çox borcu var. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Real-İnşaat Firması tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu Ə.Haqverdiyev küçəsi 574cü məhəllə 5 saylı binanın 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzil Real-İnşaat Firması ilə xx.xx.2006-cı il tarixdə bağlanan müqaviləyə əsasən hal-hazırda da Cavabdeh məxsusdur. Cavabdeh ona məxsus olan mənzilin özgəninkiləşdirilməsinə hər hansı qaydada razılığı olmamış, nə də, mənzilin özgəninkiləşdirilməsi barədə məlumatı olmamışdır. Həmin mənzilin İddiaçı adına keçrilməsini İddiaçı ilə birgə icra etmişdir. İcra etdiyi mənzilin özgəninkiləşdirilməsi əməliyyatları barədə Real-İnşaat Firmasının məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X29 və X7 öz ifadələrində göstərmişlər ki, Cəfərov X13 Yusif Baxış oğluna qalan borcunun, yəni 60000 ABŞ dollarının əvəzinə 70000 ABŞ dollarının verilməsinin birbaşa şahidləri və iştirakçıları olublar. Bakı şəhəri Yasamal rayonu Ə. Haqverdiyev küçəsi 574-cü məhəllə 5 saylı binanın 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin sənədləri Fədayət tərəfindən İddiaçı borcun təminatı məqsədilə verilmişdir, alqı-satqı məqsədilə verilməmişdir. Əlavə olaraq şahid X7 öz ifadəsində məhkəməyə bildirdi ki, yaşadıqları Bakı şəhəri Yasamal rayonu Ə. Haqverdiyev küçəsi 574-cü məhəllə 5 saylı binanın 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin Yusifın adına sənədləşdirilməsi barədə özünün və əri Fədayətin məlumatı olmamışdır, onların nə yazılı, nə də şifahi razılıqları olmuşdur. Mənzilin özbaşına və qanunsuz sənədləşdirilməsindən məhkəmə mübahisəsi zamanı məlumatlı olublar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Fədayətin qardaşıdır. İddiaçı tanıyırdı. Avesta Konserni MMC tərəfındən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşyış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzili özünə məxsus olmuşdur. Qardaşı ona Əhmədin borca görə narahat olduğunu bildirmişdir. O da, mənzili Yusifə verməyi təklif etmişdir. Daha sonra Fədayət ona mənzilə baxıb 170000 ABŞ dolları məbləğində dəyərlədirərək Yusifin adına keçirdiklərini bildirmişdir. Mənzil veriləndən sonra qardaşı 60000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh İddiaçı xx.xx.2014-cü il tarixdə 130000 ABŞ dolları məbləğində, xx.xx.2015ci il tarixdə isə 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc alması, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə borc alan tərəfindən qaytarılmaması təsdiq edildiyindən ilkin iddia tələbinin 208000 ABŞ dolları və 20000 Avro məbləğində əsas borcun qaytarılması hissəsində əsaslı olması qənaətinə gələrkən istinad etdiyi hallar üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X19 məhkəməyə ünvanladığı teleqramı təsdiqləyərək ifadəsində göstərdi ki, onun İddiaçı qarşısında hər hansı pul maliyyə öhdəliyi yoxdur və heç vaxt olmamışdır. X1 məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74a yaşayış binasının 78 saylı mənzili Kamandar tərəfindən digər qardaşı Cəfərov Tapdıq oğluna verdiyi etibarnamə əsasında Fədayətin Yusifə olan borcu əsasında əvəzləşdirilib. Həmin mənzil borc əvəzi kimi 170000 ABŞ dollarına razılaşıblar. X16 borcunu tam ödəyib. Bunu dəfələrlə Yusif ona Moskva şəhərində və Bakı şəhərində olan zaman görüşəndə deyib. İddiaçı məhkəməyə təqdim etdiyi telefon danışıqları barədə olan audio disk onun razılığı olmadan gizli yolla əldə edilib. Apellyasiya icraatı zamanı təkrar şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, İddiaçı qardaşının yeznəsidir. İddiaçı ilə Cavabdeh arasında olan borc münasibətlərindən xəbəri olub. Fədayətdən eşitdiyinə görə Fədayətin Yusifə 20000 dollar borcu qalıb. Ancaq Yusifin dediyinə görə isə 60000 dollar borcu qalmışdır. Apellyasiya icraatı zamanı təkrar şahid qismində dindirilmiş X7 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, Cəfərov X13 Yusif Baxış oğluna qalan borcunun, yəni 60000 ABŞ dollarının əvəzinə 70000 ABŞ dollarının verilməsinin birbaşa şahidi və iştirakçısı olub. Belə ki, Bakı şəhəri Yasamal rayonu Ə. Haqverdiyev küçəsi 574-cü məhəllə 5 saylı binanın 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin sənədləri Fədayət tərəfindən İddiaçı borcun təminatı məqsədilə verilmişdir, alqı-satqı məqsədilə verilməmişdir. Yaşadıqları Bakı şəhəri Yasamal rayonu Ə. Haqverdiyev küçəsi 574-cü məhəllə 5 saylı binanın 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin Yusifın adına sənədləşdirilməsi barədə onun və əri Fədayətin məlumatı olmamışdır, onların nə yazılı nə də şifahi razılıqları olmuşdur. Mənzilin özbaşına və qanunsuz sənədləşdirilməsindən məhkəmə mübahisəsi zamanı məlumatlları olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı xx.xx.2014-cü il tarixdə 130000 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixdə isə 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc alması, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə borc alan tərəfindən qaytarılmaması əsası ilə ilkin iddia tələbinin 208000 ABŞ dolları və 20000 Avro məbləğində əsas borcun qaytarılması hissəsində əsaslı olması qənaətinə gələrkən istinad etdiyi hallar üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi borcun 170000 ABŞ dolları hissəsini qardaşına məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini qardaşının etibanaməsi əsasında ilkin iddiaçıya verməsi, qalan məbləğin bir hissəsini nağd olaraq şahidlərin yanında verməsi ilə bağlı dəlillərinə ümumiyyətlə qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırki işdə iddiaçı iddia etdiyi 208000 ABŞ dolları və 20000 Avro əsas borcunun cavabdehə verilməsini, cavabdeh isə həmin məbləğin qaytarıldığını qeyd etdiyi təqdirdə, bu halı sübut etməlidir. Hazırki halda işin materialları ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı 130000 ABŞ dollar borc almış və həmin borc məbləğini xx.xx.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli iltizamnamə verilmişdir. Bundan əlavə, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı 78000 ABŞ dolları və 20000 Avro məbləğində borc almış və həmin borc məbləğini xx.xx.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli iltizamnamə verilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən İddiaçı iki dəfə, yəni 2014 və 2015-ci illərdə qeyd edilən məbləğlərdə borc verilmişdir. Beləliklə də, cavabdeh tərəfin iddiaçıdan sadə yazılı formada sənəd tərtib edilməklə verilən borcun alındığı mübahisəsizdir. Lakin İddiaçı hal-hazıradək Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini, yuxarıda qeyd edilən borc məbləğləri faizlərlə, əldən çıxmış fayda nəzərə alınmaqla qaytarılmamasını və 170000 ABŞ dolları qiymətə olan cavabdehin qardaşına məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini onun borcuna deyil, digər qardaşının iddiaçıya olan borcunu əvəzi olaraq verildiyini iddia etsə də, cavabdeh həmin borc məbləğinin tam olaraq qaytarıldığını göstərərək hətta tərəfindən artıq ödənilmiş 11000 ABŞ dollarının ona qaytarılmalı olmasını iddia etmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə kollegiyasının iclasında cavabdehin ona 208000 ABŞ dolları və 20000 Avro əsas borcunun olduğunu və qaytarılmalı olan 208000 ABŞ dolları və 20000 Avro əsas borcun hələ də cavabdeh tərəfindən qaytarılmaması səbəbindən alınaraq ona ödənilməsini iddia edir. Cavabdeh də öz növbəsində həmin məbləğin tərəflər arasında olan razılaşmaya uyğun olaraq, 170000 ABŞ dolları hissəsini qardaşına məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini qardaşının etibanaməsi əsasında ilkin iddiaçıya verdiyini, qalan məbləğin bir hissəsini nağd olaraq şahidlərin yanında verməsini, sonuncu 1000 ABŞ dollarını isə bank vasitəsi ilə iddiaçıya göndərdiyini qeyd edir. Cavabdeh tərəfin iddiaçıdan sadə yazılı formada sənəd tərtib edilməklə verilən borcun alındığı və X6 məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilin 170000 ABŞ dolları qiymətləndirilməklə müəyyən borc məbləğinin əvəzində iddiaçıya verilməsi mübahisəsizdir. Çünki iddiaçı tərəf də qeyd olunan mənzilin həmin qiymətə razılaşdıqlarını qəbul etsə də, həmin məbləğin cavabdehin deyil, onun qardaşının borcunun əvəzi olaraq əvəzləşdirildiyini izahatında qəbul edir. İşin mübahisəli halı ondan ibarətdir ki, 170000 ABŞ dolları qiymətə olan cavabdehin qardaşına məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini onun borcuna deyil, digər qardaşının iddiaçıya olan borcunun əvəzi olaraq qaytarılmasıdır. Qanunvericiliyin tələbinə əsasən iddiaçının qeyd etdiyi halı, yəni cavabdehin qardaşına məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini onun borcuna deyil, digər qardaşının iddiaçıya olan borcunun əvəzi olaraq qaytarıldığını sübut etmə vəzifəsi hazırkı halda iddiaçının üzərinə düşür. İddiaçı isə qeyd edilən həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kassasiya məhkəməsinin göstərişləri əsasında şahid qismində dindirilmiş X19 da ifadəsində göstərmişdir ki, onun İddiaçı qarşısında hər hansı pul maliyyə öhdəliyi yoxdur və heç vaxt olmamışdır. X1 məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74a yaşayış binasının 78 saylı mənzili Kamandar tərəfindən digər qardaşı Cəfərov Tapdıq oğluna verdiyi etibarnamə əsasında Fədayətin Yusifə olan borcu əsasında əvəzləşdirilib. Həmin mənzil borc əvəzi kimi 170000 ABŞ dollarına razılaşmışlar və bu hala münasibətdə iddiaçı ilə onlar arasında heç vaxt hər hansı bir narazılıq və mübahisə olmamışdır. Göründüyü kimi, iş materialları və şahid ifadəsi ilə sübut olunur ki, Cavabdeh X1 məxsus olan Bakı şəhəri Yasamal rayonu H. B. Zərdabi prospekti 74 ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzil məhz Cavabdeh borcunun əvəzi olaraq 170000 ABŞ dolları məbləğində müəyyən edilməklə iddiaçının iddia etdiyi 208000 ABŞ dolları və 20000 Avro əsas borcunun bir qisminin əvəzi olaraq ilkin iddiaçıya verilmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, cavabdeh iddiaçıya olan borcunun qalan hissəsini də tam olaraq qaytarıldığını göstərməklə, hətta tərəfindən artıq ödənilmiş 11000 ABŞ dollarının ona qaytarılmalı olmasını qeyd etsə də, bu halı təsdiq edəcək əsaslı və şübhə yaratmayan sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyaisya instansiya məhkəməsinə təqdim etməmişdir. Cavabdeh borcunun tam olaraq qaytarılmasını şahidlər X11, X29 və X2 ifadələri ilə sübut olnduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, cavabdeh borcunun tam olaraq qaytarılmasını əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Birinci instansiya məhkəməsi və apellyasiya icraatı zamanı dindirilmiş şahidlər borcun qalan hissəsini, yəni 38000 ABŞ dolları və 20000 Avro əsas borcun qaytarılmasında bilavasitə iştirak etmədiklərindən, kollegiya hesab edir ki, onların ifadələrinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 38000 ABŞ dolları və 20000 Avro əsas borc hissəsində həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı tərəflərin verdiyi izahatlarla və iş materialları ilə təsdiq olunur. Bu da ona dəlalət edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi qismən, yəni 38000 ABŞ dolları və 20000 Avro əsas borcuun tutulması hissəsində təmin edilməlidir. Kassasiya məhkəməsi həmçinin qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qaytarılmamış borcun tutulması ilə yanaşı ona faizlərin hesablanmalı olmasına dair nəticəyə gələrkən Mülki Məcəllənin 449.1-449.3-cü maddələrinə istinad edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarının tələblərinə diqqət yetirməmişdir. Belə ki, həmin qərara əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Buhallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Yuxarıda qeyd edilən hüquq normalarından aydın olur ki, cavabdeh ilə iddiaçı arasında sadə yazılı formada sənəd tərtib edilməklə borc münasibətləri yaranmış və cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Lakin məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə öhdəliyin icrası müddətindən, yəni xx.xx.2014-cü il tarixdə verilmiş borcun qaytarılmasına görə 15 aylıq müddət üçün 24375 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə verilmiş borcun qaytarılmasına görə isə 36 aylıq müddət üçün 35100 ABŞ dolları və 9000 Avro cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə tələb əsaslı deyil. Belə ki, qanunvericilik borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İş materiallarında müəyyən olunur ki, Cavabdeh qanunvericiliyin məsuliyyətin yaranması üçün məyyən etdiyi qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə və başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama əsaslarından hər hansı birini etməmiş, pozuntu onun cavabdeh olmadığı haldan irəli gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissədə də əsaslı olmadığından təmin edilə bilməz. Kassasiya məhkəməsi həmçinin qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı həmin mənzilə dair cavabdehin iradə ifadəsini təsdiq edən etibarlı müqavilə əsasında özgəninkiləşdirməsinin işin araşdırılmış halları ilə təsdiq olunmaması, iddiaçının mübahisəli mənzilin onun adına keçirilməsinə əsas olan müqavilərinin bağlanmasında tərəflərin qarşılıqlı razılıqlarının olmasını təsdiq edən sübuta istinad etməməsi, işin araşdırılmış halları ilə də həmin razılığın mövcud olması və iddiaçının mənzili qanuni əsaslarla əldə etməsinin təsdiq olunmaması qənaətinə gələrkən ilk iddiaçının mübahisənin bu hissəsi ilə bağlı iddia müddətinin ötürülməsinə dair apellyasiya şikayətinin də dəlillərinə hüquqi qiymət verməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh aldığı borcun təminatı olaraq özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair Real-İnşaat Firması ilə aralarında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilənin əslini və ödəniş qəbzlərini qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vermişdir. İddiaçı təqdim etdiyi sənədlər əsasında "xxxx" Tikinti-Quraşdırma Firmasının icraçı direktoru X15 xx.xx.2016-cı il tarixdə Cavabdeh razılığı və məlumatı olmadan göstərilən mənzili qarşılıqlı iddia üzrə cavabdehin adına rəsmiləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sadalanan hüquq normalarına müvafiq olaraq qiymət verərək haqlı olaraq hesab etmişdir ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, 5 saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə qanunvericiliyin şərtləri pozulmaqla bağlanmışdır. Buna görə də, qarşılıqlı iddia həmin müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməsinin qanunsuzluğu hissəsində dəlili əsassızdır və təmin edilə bilməz. Eyni zamanda, məhkəmə haqlı olaraq ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsassız hesab edərək qeyd etmişdir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçının özünə məxsus mənzilin qanunun tələbləri pozulmaqla cavabdehin adına rəsmiləşdirilməsi barədə məlumatı iddia müddəti ərzində, konkret olaraq hazırkı məhkəmə mübahisəsi zamanında əldə etdiyi müəyyən olunmuşdur. Bu halın əksini isə iddiaçı məhkəmə kollegiyası iclaslarında ümumiyyətlə mübahisələndirməmiş, həmin halı təsdin edəcək hər hansı sübut təqdim etməmişdir. İlkin iddiаçının аpеllyаsiyа şikаyətində istinаd еtdiyi digər dəlil məhkəmə хərcinə görə müəyyən оlunmuş məbləğlə bаğlıdır. Bununа bаğlı məhkəmə kоllеgiyаsı qеyd еdir ki, işin аrаşdırılmış hаllаrı ilə hüquqi yаrdımа görə müəyyən оlunmuş 1000 mаnаt məbləğində pulun аğlаbаtаn оlmаsı müəyyən оlunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3672/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 38000 ABŞ dolları və 20000 Avro (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc, hüquqi yardıma görə ödənilmiş 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə İddiaçı və Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3672/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 38000 ABŞ dolları və 20000 Avro borc, hüquqi yardıma görə ödənilmiş 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə İddiaçı və Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər İsmayıl Xəlilov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8662/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8662/2019
07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver