Məhkəmə qərarları › İş №2(103)-8663/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8663/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8663/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 27.11.2015-ci il tarixli, 01KM nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, kredit müqaviləsi üzrə əsas borc kimi 1.328 ABŞ dolları, faiz borcu kimi 379 ABŞ dolları, cəmi 1.707 ABŞ dolları məbləğində cavabdehdən (borc alandan) iddiaçının (borc verənin) xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, iş üzrə məhkəməmühasibat ekspertizası keçirilsin və ekspert rəyinə müvafiq yeni qətnamə qəbul olunsun. Tərəflər əvvəlki məhkəmə iclasında iştirak etsələr də sonuncu məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi Tural Məmmədov əvvəlki məhkəmə iclasında iştirak edərkən bildirmişdir ki, qətnamə artıq icra olunub, yəni borc tam ödənilib. Apellyasiya şikayəti əsassızdır. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, borc alanın borc verənin qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu vardır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, borc alan etdiyi ödənişlər barədə heç bir sübut təqdim etmədiyindən mühasibat ekspertizasının keçirilməsinə zərurət yoxdur, bankın təqdim etdiyi sübutlardan borcun düzgün hesablandığı müəyyən olunur. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi borc alandan həmin məbləğdə pul tutmaqla düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar