Məhkəmə qərarları › İş №2(103)-867/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-867/2021

29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-867/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı4, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35nin nümayəndələri X20 və X21, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35nin nümayəndəsi və vəkili X13 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hacıqabul rayonu X15 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə X19 istehsalı məqsədilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi kimi, cavabdehlərdən 3990 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı1, 4799 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı2, 7694 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı3, 4733 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı4, 5542 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı5, 5936 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı6, 2989 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı7, 2802 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı8, 2762 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı9, 6807 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı10, 4065 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı11, 4730 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı12 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara və ailə üzvlərinə X19 istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Hacıqabul rayonu, X15 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, İddiaçı1 2,61 hektar, İddiaçı2 3,26 hektar, İddiaçı3 4,96 hektar, İddiaçı4 3,35 hektar, İddiaçı5 3,86 hektar, İddiaçı6 4,03 hektar, İddiaçı7 2,03 hektar, İddiaçı8 1,99 hektar, İddiaçı9 1,90 hektar, İddiaçı10 4,59 hektar, İddiaçı11 2,72 hektar, İddiaçı12 4,56 hektar torpaq sahəsi X19 istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin onlara verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onlara torpaq mülkiyyət hüququna dair ******* nömrəli çıxarış İddiaçı1 , ******* nömrəli çıxarış İddiaçı2 adına, 91003018 nömrəli AKT-lar ilə isə qalan 10 nəfər iddiaçı şəxslərin adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. Onlar torpaq sahələrini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər X19 istehsalı məqsədi ilə istifadə edirlər, özlərinin və ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdikləri maddi gəlir ilə müəyyən qədər ödəyirlər. Lakin 2004-cü il tarixdən etibarən mülkiyyətlərində olan torpaq sahələrinin üzərindən SOCAR-ın “Qaz İxrac” İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçir. Onlar bununla bağlı olaraq, SOCAR-ın “Qaz İxrac” İdarəsinə ərizə ilə müraciət etmişlər, ərizələrinə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Buna görə də onlar, 12 nəfər kənd sakini birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişlər. Hacıqabul rayon İcra Hakimiyyətindən isə onlara yazılı sürətdə bildirilmişdir ki, torpaq sahələri vaxtilə onlara X23 tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən kəmərlərin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Odur ki, təkrar olaraq bildirilir ki, hüquqlarının bərpası üçün cavabdeh X15 hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edə bilərlər. Bununla da onlar mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə edə bilmirlər, buna görə də torpaq sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Onlara məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə X23 tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Hacıqabul rayonu X15 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı1 mülkiyyətinə verilmiş 2,61 hektar torpaq sahəsinin 6334 kv hissəsi, İddiaçı9 mülkiyyətinə verilmiş 1,90 hektar torpaq sahəsinin 4385 kv hissəsi, İddiaçı8 mülkiyyətinə verilmiş 1,99 hektar torpaq sahəsinin 4449 kv sahəsi, İddiaçı7 mülkiyyətinə verilmiş 2,03 hektar torpaq sahəsinin 4746 sahəsi, İddiaçı6 mülkiyyətinə verilmiş 4,03 hektar torpaq sahəsinin 9423 kv sahəsi, İddiaçı5 mülkiyyətinə verilmiş 3,86 hektar torpaq sahəsinin 8798 kv sahəsi, İddiaçı4 mülkiyyətinə verilmiş 3,35 hektar torpaq sahəsinin 7514 kv sahəsi, İddiaçı3 mülkiyyətinə verilmiş 4,96 hektar torpaq sahəsinin 12213 kv hissəsi, İddiaçı12 mülkiyyətinə verilmiş 4,56 hektar torpaq sahəsinin 7508 kv hissəsi, İddiaçı10 mülkiyyətinə verilmiş 4,59 hektar torpaq sahəsinin 10805 hissəsi, İddiaçı11 mülkiyyətinə verilmiş 2,72 hektar torpaq sahəsinin 6453 kv hissəsi, İddiaçı2 mülkiyyətinə verilmiş 3,26 hektar torpaq sahəsinin 7618 kv hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Buna görə də, onlar torpaq sahəsinin həmin hissəsindən istifadə edə bilmirlər. Ekspert rəyində göstərilir ki, nəzəri hesablama yolu ilə 1 hektar sahədən əkilib becərilməsindən 1 il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan Aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilir. Buna görə də, İddiaçı1 zəbt olunmuş torpaq sahəsi 6334 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 3990 manat edir, İddiaçı11 6453 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4065 manat, İddiaçı2 7618 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4799 manat, İddiaçı9 4385 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 2762 manat, İddiaçı8 4449 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 2802 manat, İddiaçı7 4746 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 2989 manat, İddiaçı6 9423 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 5936 manat, İddiaçı5 8798 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 5542 manat, İddiaçı4 7514 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4733 manat, İddiaçı3 12213 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 7694 manat, İddiaçı12 7508 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4730 manat, İddiaçı10 10805 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 6807 manat həcmindədirlər. Digər bir halda isə magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüş torpaq sahələrinin zəbt olunmuş hissəsinə görə kompensasiya kimi, qaz kəmərlərinin istismar müddəti 40 il olduğu üçün, qarşıdakı 40 il üçün, hər il 630 manat olmaqla, 25.200 manat pul ödənilməsini istəyirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərər İddiaçı1, 4799 manat zərər İddiaçı2, 7694 manat zərər İddiaçı3, 4733 manat zərər İddiaçı4, 5542 manat zərər İddiaçı5, 5936 manat zərər İddiaçı6, 2989 manat zərər İddiaçı7, 2802 manat zərər İddiaçı8, 2762 manat zərər İddiaçı9, 6807 manat zərər İddiaçı10, 4065 manat zərər İddiaçı11, 4730 manat zərərin İddiaçı12 xeyrinə tutulması, iddia tələblərinin “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35nə qarşı təmin edilməməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova). Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə istinad etsə də, yekunda kompensasiya ödəmək öhdəliyini Maliyyə Nazirliyinin üzərinə qoymuşdur. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddənin tələbindən də göründüyü kimi dövlət orqanının qanunsuz hərəkətlərinə görə məsuliyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, Azərbaycan Respublikası daşıyır. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə dövlət orqanı kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərən Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq büdcə təşkilatlarını onların sifarişləri əsasında mütəmadi olaraq maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığıdan, kompensasiyanın ödənilməsi vəzifəsinin birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə Nazirliyə həvalə edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət X23 haqqında Əsasnamə”nin 1,5-ci bəndinə əsasən Dövlət Komissiyası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi şəxsdir. Dövlət Komissiyası bank idarələrində hesablaşma hesabına və digər hesablara, Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinə və özünün adını əks etdirən möhürə malikdir. Sözügedən Əsasnamədə Komissiyanın dövlət orqanı olması təsbit edilməmişdir. X15 Əsasnaməsindən göründüyü kimi vaxtilə mövcud olan X23 dövlət orqanı kimi deyil, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərib. Belə olan halda dövlət orqanının, xüsusən də Maliyyə Nazirliyinin həmin Komissiyanın əvəzinə hər hansı bir vəsait ödəmək öhdəliyi ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə X23 ləğv edilmişdir. Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmçinin iddiaçılara hər hansı dövlət orqanı tərəfindən zərər vurulması sübut edilsə belə, zərərin əvəzi birbaşa Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasından (dövlət büdcəsindən) tutulmalı idi. İddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin adı çəkilmədiyi, onun tərəfindən iddiaçılara qarşı hər hansı hərəkət (və ya hərəkətsizliyə) yol verilmədiyi, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçılar arasında heç bir hüquq münasibətləri olmadığı və Maliyyə Nazirliyi tərəfindən iddiaçılara hər hansı ziyan vurulmadığı halda iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Məhkəmə qətnaməsində də qeyd olunur ki, İddiaçı1 və digərlərinin 2009-cu ildə SOCAR-ın “Qaz-İxrac” İdarəsi tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində demontaj işləri aparılaraq torpaq üzərində yeni kəmər xətlərinin çəkilməsi səbəbindən həmin torpaq sahəsindən istifadə etməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169-cu maddəsinə əsasən mülkiyyət hüququ bu Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X35 tərəfindən iddiaçılara dəyən ziyan qabaqcadan ödənilmədən torpaq üzərindən yeni kəmər xətlərinin çəkilişi həyata keçirilmişdir. Göründüyü kimi burada hüquq münasibətləri tərəflər arasında, yəni V. Güllərov, Z. Xankişiyev, İddiaçı4, E. Sadıqov, X. Xankişiyevə, E. Şirinov, N. Zaidova, E. Şirinov, E. Zairov, A. Bəbirov, Ə. Şahmarov, İddiaçı6 və Dövlət Neft Şirkətinin X35 arasında baş verib, lakin buna baxmayaraq məhkəmə iddiaçılara dəymiş ziyanın tutulmasını Maliyyə Nazirliyi tərəfindən ödənilməsini qət etmişdir. Həmçinin məhkəmə Mülki Məcəllənin 140—cı maddəsinə istinad etsə də sözügedən Məcəllənin həmin maddəsi və yuxarıda qeyd edilən 169-cu maddənin tələblərini nəzərə almamışdır. 140-cı maddədə yazılıb: “Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” Qeyd edilən maddələrin məzmunundan və işin hallarından göründüyü kimi torpaq sahəsinin sonradan, yəni 1997-ci ildə ərazidə faktiki olaraq köhnə qaz kəmərinin olduğu vaxtdan (1975 və 1982-ci il) sonra iddiaçıların mülkiyyətinə keçməsinə və reyestrdə qeydiyyata alınmasına baxmayaraq, Dövlət Neft Şirkətinin X35 tərəfindən reyestrə etiraz daxil edilməməklə yanaşı, şəxslərin torpaq sahəsinə, yəni onların xüsusi mülkiyyətinə müdaxilə olunaraq, dəyən ziyan qabaqcadan ödəmənildən demontaj işləri aparılaraq, yeni qaz kəmər xətti çəkilmişdir. X35 Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq olunmuş 2 nömrəli Əlavəyə uyğun olaraq Dövlət Neft Şirkətinin strukturuna daxildir. Həmin Fərmanla təsdiq olunmuş “Dövlət Neft Şirkətinin Nizamnaməsi” nə əsasən şirkət strukturuna daxil olan qurumlar vasitəsilə neft və qaz yataqlarının kəşfiyyatı, tikintisi, işlənməsi, neftin, qazın, kondensatın , eləcə də neft, neft-kimya və qaz məhsullarının nəql edilməsi, emalı, paylanması, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və şirkətin digər vəzifələrinin və fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir. Dövlət Neft Şirkəti kommersiya fəaliyyətini həyata keçirir və bu fəaliyyətdən əldə olunan gəlir mənbəyinə malikdir. İddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin adı çəkilmədiyi, onun tərəfindən iddiaçılara qarşı hər hansı hərəkət (və ya hərəkətsizliyə) yol verilmədiyi, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçılar arasında heç bir hüquq münasibətləri olmadığı və Maliyyə Nazirliyi tərəfindən iddiaçılara hər hansı ziyan vurulmadığı halda iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35nin nümayəndələri X20, X21 və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35nin nümayəndəsi və vəkili X22 şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. İşə baxılması vaxtı və yeri haqqında digər iddiaçılara lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən digər iddiaçıların iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı №0911144 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 2.6182 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı №0666426 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən 3.26 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı4 və digərlərinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, onların Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətləri üzrə İcra Hakimiyyətində araşdırma aparılmış və sözügedən magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Torpaq sahələri vaxtilə X23 tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Hüquqlarının bərpası üçün məhkəmə orqanlarına müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı4 və digərlərinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, onların Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətlər üzrə İcra Hakimiyyətində araşdırma aparılmış və sözügedən magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Torpaq sahələri vaxtilə X23 tərəfindən ayrılmışdır. İslahat zamanıtorpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Hüquqlarının bərpası üçün cavabdeh Aqrar islahatı komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Hacıqabul Dövlət X25 ünvanladığı xx.xx.2019-cu il tarixli 2(011)-4284/19 saylı müraciəti əsasında verilən aqronom (mütəxəssis) rəyinin sürətindən görünür ki, şərti hesablama ilə 1 ha taxıl əkilib becərilmədən il ərzində ehtimal olunan gəlirin məbləği təxminən 850 AZN digər xərclər çıxarılmaqla təxminən 630 AZN kimi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Sənaye və ərzaq məhsullarının əmtəəşünaslıq tədqiqi” ekspertizasının xx.xx.2019-cu il tarixli 314991 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən istifadə etməklə, 1 ha taxıl əkilib becərilməsindən il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən X5, X16 və digərlərinə ünvanlanmış müraciətin baxılmasının nəticəsi haqqında xx xxxxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıların kollektiv ərizəsinə baxılmış, müvafiq araşdırma aparılmışdır. Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerləşən, X19 istehsalı üçün müvafiq dövlət aktları və çıxarışla mülkiyyətlərinə verilmiş ərazilərdə qeyd etdikləri torpaq sahələrinə aid həmin sənədlərdə göstərilən kordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması aparılmışdır. Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: X2 daxilində yerləşən 12213 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı11 koordinatlar daxilində yerləşən 6453 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı2 koordinatlar daxilində yerləşən 7618 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı9 koordinatlar daxilində yerləşən 4385 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı8 koordinatlar daxilində yerləşən 4449 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X3 daxilində yerləşən 7514 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X4 daxilində yerləşən 8798 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı6 koordinatlar daxilində yerləşən 9423 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı7 koordinatlar daxilində yerləşən 4746 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X1 daxilində yerləşən 7508 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı1 koordinatlar daxilində yerləşən 6334 kub metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində yerləşir. İş materiallarında olan Hacıqabul Dövlət X33 tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, şərti hesablama ilə 1 ha taxılın əkilib becərilmədən il ərzində ehtimal olunan gəlirin məbləği təxminən 850 AZN olmaqla digər xərclər çıxarılmaqla təxminən 630 AZN müəyyən edilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0069 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 4.96 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X10 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0074 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 3.35 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X11 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0075 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 3.86 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X17 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0077 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 4.03 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı6 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0078 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 2.03 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı7 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0073 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 1.99 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı8 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0072 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 1.90 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı9 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0076 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 4.59 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X18 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0070 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 2.72 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün İddiaçı11 və digərlərinə ayrılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair J№-0079 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, X15 1997ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq cizgidə göstərilən sərhəd daxilində - 4.56 ha torpaq sahəsi kənd təsərüfatı məhsullarının istehsalı üçün X7 və digərlərinə ayrılmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-cı maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və huquqı şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 70-cı maddəsinə əsəsən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər «torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla torpaq mülkiyyətçilərinin istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqı və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. “Torpaqların dövlət ehtiyacları uçun alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsi müəyyən edir ki, bu qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması aid edilmişdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsas alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki va mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54.1 -ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bulun şəxslərə torpaqların alınması əvəzində yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə Torpaq islahatını Azərbaycan Respublikası Dövlət X23, Naxçıvan Muxtar Respublikası X23, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində Dövlət obyektləri magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar saxlanılır. Həmin torpaqlar dövlətin müstəqil mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 53-cü maddəsinin tələblərinə müvafiq olaraq istifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə satılmış torpaq sahəsinə qoyulan öhdəliklər və məhdudiyyətlər müvafiq müqavilə və məhkəmənin qərarı ilə müəyyən edilir. Torpaq sahəsinə qoyulan öhdəliklər və məhdudiyyətlər onun hüquqi statusuna daxil edilməklə, dövlət qeydiyyatından keçirilir. Torpaq sahəsi üzərində mülkiyyət istifadə və icarə hüquqları başqa şəxsə keçdikdə həmin öhdəliklər və məhdudiyyətlər saxlanılır. Kollegiya iş materiallarına, tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, aqrar islahatlar aparılan zaman iddiaçılara və ailə üzvlərinə X19 istehsalı məqsədi ilə Hacıqabul rayonu, X15 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq sahələri verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin torpaqlar iddiaçılara verilərkən qanunvericilik normalarının tələblərinə əməl edilməmiş, magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçılara verilmiş torpaq sahələrinə dair məhdud istifadəyə dair müqavilə bağlanmamış, həmin torpaq sahələrinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə X23 ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı sorğusuna cavab olaraq xx xxxxxx 2021-ci il tarixli, 05/10-08-23-32 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə X23 ləğv edilmiş və ləğv edilən komissiyanın müvafiq sənədlərinin Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsinin təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Fərmanın icrası məqsədilə Azərbaycan Respublikası Dövlət X15 müvafiq sənədləri təhvil verilərkən müraciətdə qeyd olunan Hacıqabul rayon Dövlət X23 tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktları Nazirliyə təhvil verilməmişdir. Məhkəmə kollegiyasının iclasında izahatı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35nin nümayəndəsi E.Cəfərov bildirmişdir ki, yalnız məhkəmə icraatı zamanı İdarənin məlumatı olmuşdur ki, mübahisəli torpaqlarla bağlı iddiaçıların mülkiyyət sənədi mövcuddur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən 140-cı maddəsinin tələblərinə əsasən, iddiaçıların sözügedən torpaq sahəsinə dair mülkiyyət sənədləri (çıxarış) olduğundan və həmin sənədlərin qeyri-dəqiqliyi, yaxud həqiqiliyi və tamlığının mövcud olması halı cavabdehlər tərəfindən sübuta yetirilmədiyindən həqiqi hesab edilir, yəni iddiaçıların həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını təsdiq edir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin qeyd edilən normasının məzmununa əsasən, dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməli olduğundan vurulmuş ziyanın ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edilən hallara və istinad edilmiş maddi hüquq normalarına əsaslanaraq kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X35 məsuliyyət daşımadığından, iddia tələbləri “vurulmuş zərərin tutulması” hissəsində əsaslı olduğu üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat İddiaçı1, 4799 manat İddiaçı2, 7694 manat İddiaçı3, 4733 manat İddiaçı4, 5542 manat İddiaçı5, 5936 manat İddiaçı6, 2989 manat İddiaçı7, 2802 manat İddiaçı8, 2762 manat İddiaçı9, 6807 manat İddiaçı10, 4065 manat İddiaçı11, 4730 manat İddiaçı12 xeyrinə tutulmalıdır. Eyni zamanda, kollegiya hesab edir ki, iddia tələbinin “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulmasının rədd edilməsi” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Çünki iddia tələbi həmin hissəsdə hər hansı sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçılara hər hansı dövlət orqanı tərəfindən zərər vurulması sübut edilsə belə, zərərin əvəzinin birbaşa Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasından (dövlət büdcəsindən) tutulmalı olmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibtdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyinin iddia ərizəsində cavabdeh kimi qeyd edilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçılar birinci instansiya məhkəməsinə ərizə (i.v. 154) ilə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi cəlb edilməsini xahiş etmişdirlər. Belə ki, Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Odur ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi barəsində qətnamə çıxarmaqla prosessual pozuntuya yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, yuxarıda şərh edilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar