Məhkəmə qərarları › İş №2(103)-8683/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8683/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8683/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2248/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Allakhverdiev Elvinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Allakhverdiev Elvindən avtomaşınına dəyən ziyanın əvəzi olaraq, 5950 manat ziyan pulun, 300 manat vəkilə çəkilən xərci, 180 manat taksi xidmətinə verdiyi pulu, 1400 manat maşının lizinqinə ödənilən pulu və ödənilmiş 30 manat dövlət rüsumunu, cəmi 7860 manat pulu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2248/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Allakhverdiev Elvinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəni icraata qəbul edib, araşdıraraq mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini və ya əks təqdirdə şikayətinin baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o cavabdeh Allahverdiyev Elvinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Allahverdiyev Elvindən avtomaşına dəyən ziyanın əvəzi olaraq, 5950 manat ziyan pulu, 300 manat vəkilə çəkilən xərc, 180 manat taksi xidmətinə verdiyi pul, 1400 manat maşının lizinqinə ödənilən pul və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 7860 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən 08.07.2021-ci il tarixində iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə 2(002)-2248/2021 saylı qərardad qəbul edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, 08.07.2021-ci il tarixli 2(002)-2248/2021 saylı qərardad ləğv edilməli, iş üzrə icraat davam etdirilməlidir. Məhkəmə qərardadın əsaslandırma hissəsində qeyd etmişdir ki, “iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehin yaşayış yeri barədə, həmçinin cavabdehin şəxsiyyətini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin, İddiaçı cavabdeh Allahverdiyev Elvinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsində cavabdehin ad, soyad və ata adı dəqiq göstərilməmişdir. Bu səbəbdən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən iddia ərizəsinə cavabdeh qismində göstərilmiş şəxsin adı ilə verilmiş sorğu nəticəsində heç bir məlumat əldə olunmamış, iddia tələbi üzrə ərazi aidiyyətini müəyyən etmək mümkün olmamışdır”. Məhkəmə cavabdehin faktiki yaşayış ünvanı üzrə sübutun iddia ərizəsinə əlavə edilmədiyini bildirsə də, onlar tərəfındən cavabdehin faktiki ünvanı barədə sübut kimi Allahverdiyev Elvinin sürücülük vəsiqəsi iddia ərizəsinə əlavə edilmiş və həmin sürücülük vəsiqəsində cavabdehin qeydiyyatda olduğu ünvan dəqiq göstərilmişdir. Əlavə olaraq Allahverdiyev Elvin barəsində DİN-nin DYP tərəfindən inzibati tənbeh vermə haqqında 24.06.2021-ci il tarixdə qərarı qəbul olunmuş və həmin qərarda da Allahverdiyev Elvinin ünvanı ünvan 1ir. Cavabdehin ata adına gəldikdə iddia ərizəsinə əlavə olunmuş sənədlərdən (cavabdehə məxsus sürücülük vəsiqəsi və qeydiyyat sertifikatı) görünür ki, Allahverdiyev Elvin Gürcüstan Respublikasının vətəndaşıdır və hər iki rəsmi sənəddə cavabdehin ata adı qeyd olunmamışdır. Allahverdiyev Elvin Gürcüstan Respublikasının vətəndaşı olduğundan "AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən və AR DİN BPQMİ-nin Maps şöbəsindən onun adı ilə verilmiş sorğu nəticəsində heç bir məlumat əldə olunmur. Yuxarıda qeyd etdikləri onu göstərir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri faktiki olaraq ünvan 2 ünvanıdır. Bu halların nəzərə alınaraq, müvafiq məhkəmə qərardadaının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qəraradad çıxarılmasını, əks halda, şikayət ərizəsinin baxılması üçün müvafiq apelyasiya məhkəməsinə gönərilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2248/2021 saylı iş üzrə 30 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2248/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Allakhverdiev Elvinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehin yaşayış yeri barədə, həmçinin cavabdehin şəxsiyyətini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin, İddiaçı cavabdeh Allakhverdiev Elvinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsində cavabdehin ad, soyad və ata adı dəqiq göstərilməmişdir. Bu səbəbdən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən iddia ərizəsinə cavabdeh qismində göstərilmiş şəxsin adı ilə verilmiş sorğu nəticəsində heç bir məlumat əldə olunmamış, iddia tələbi üzrə ərazi aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Şikayətə əlavə olunmuş Elvin Allahverdiyevə məxusus sürücülük vəsiqəsi və Elvin Allahverdiyev barəsində DİN-nin DYP tərəfindən inzibati tənbeh vermə haqqında 24.06.2021-ci il tarixdə qərarından görünür ki, Allahverdiyev Elvinin ünvanı ünvan 1ir. Cavabdeh Elvin Allaverdiyevin ata adına gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş sənədlərdən (cavabdehə məxsus sürücülük vəsiqəsi və qeydiyyat sertifikatı) görünür ki, Allahverdiyev Elvin Gürcüstan Respublikasının vətəndaşıdır və hər iki rəsmi sənəddə cavabdehin ata adı qeyd olunmamışdır. Allahverdiyev Elvin Gürcüstan Respublikasının vətəndaşı olduğundan "AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən və AR DİN BPQMİ-nin Maps şöbəsindən onun adı ilə verilmiş sorğu nəticəsində heç bir məlumat əldə olunmaması qəbul olunan hesab edilməlidir. Kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələbi baxımından, cavabdehin məlum olan axırıncı yaşayış yeri faktiki olaraq ünvan 2 ünvanı olduğundan iddiaçı hazırki iddia tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya həmçinin hesab edir ki, məhkəmə yalnız iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlməklə iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2248/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Allakhverdiev Elvinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2248/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Allakhverdiev Elvinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar