Məhkəmə qərarları › İş №2(103)-869/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-869/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-869/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nağıyev Əlı̇ mərdan Allahverdı̇ oğlunun cavabdeh Qulı̇ yeva Fatma İsax qızına qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi və vurulmuş maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı Nağıyev Əlı̇ mərdan Allahverdı̇ oğlunun, cavabdeh Qulı̇ yeva Fatma İsax qızının iştirakları ilə, iddiaçı Nağıyev Əlı̇ mərdan Allahverdı̇ oğlunun cavabdeh Qulı̇ yeva Fatma İsax qızına qarşı "torpaq sahəsinin zəbtdən azad edilməsi və vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1418/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində istifadədə olan 0,0277 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 116,5 kv.metr yaşayış, 136,4 kv.metr köməkçi sahədən ibarət 126 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə A№334107 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Nağıyev X2 Fatma İsax qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, habelə vurulmuş maddi zərərin əvəzi kimi 3.000 manat, dövlət rüsumunun əvəzi kimi 50 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh 5 ildir ki, qonşuluqda yaşayırlar. Bu müddət ərzində cavabdeh iddiaçının mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 1,5 metr enində, 25 metr uzunluğunda hissəsini özbaşına zəbt edərək mənimsəmiş, həmin sahəyə evinin divarı tərəfdən meyvə ağacları, üzüm şitilləri əkmiş, həmin ağacları, üzümü, tərəvəz məhsullarını suvarıb becərməklə evinin divarlarının çatlamasına, çökməsinə səbəb olmuşdur. Ona dəymiş ziyanın ölçülməsi məqsədi ilə usta çağırmış, ziyanın 3.000 manat olduğu müəyyənləşdirilmişdir. Ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbtdən azad edilməsi və zərər vurulmasının qarşısının alınması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, nəticə əldə olunmadığından, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

5. Cavabdeh Qulı̇ yeva Fatma İsax qızı iddiaya etiraz edərək bildirmişdir ki, o, hazırda yaşadığı fərdi yaşayış evini 2013-cü ildə iddiaçının qardaşı X3 almış, həmin vaxtdan da qızı ilə birlikdə orada yaşayır. Evi alan zaman həyətində üzüm çardağı və güllər olmuş, hal-hazıradək də həmin üzüm çardağı və güllər oradadır. Həyətdə iddia ərizəsidə göstərilən kimi ağac yoxdur. O, qonşu kimi iddiaçıya qarşı hər hansı qanunazidd hərəkət etməmiş, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Əksinə iddiaının evinin damından axan su onun həyətinə axır. İddiaçının quraşdırdığı tv dalğaqəbuledici (krosnu) onun həyətindədir və hər dəfə tanımadığı şəxslər həyətinə daxil olaraq dalğaqəbuledicini düzəltdiklərini bildirirlər. Əslində isə iddiaçı sırf onu narahat etmək üçün belə hərəkətlərə yol verir. İddiaçının sonradan tikdiyi açıq eyvan düz onun həyətinə baxır və eyvandan onun həyətinə zibil tökülür, su axıdılır. İddiaçı onun qızı ilə tək yaşadığından istifadə edərək, daim onları qorxu içində saxlayır, öldürəcəyi ilə, evi yandıracağı ilə hədələyir. İddiaçı küçədə, həyətindən kənarda tövlə tikmiş, orada qoyun, qaz, toyuq, ördək saxlayaraq anti-sanitariyaya yol verir, iydən həyətdə oturmaq olmur. Hətta iddiaçı o qədər özbaşınalıq edib ki, telefon dirəyini belə tövlənin içinə almışdır. Beləliklə, iddiaçı dəyən zərərin məhz cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli hərəkətləri nəticəsində baş verməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsini bildirsə də, həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də, iddia rədd edilməlidir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/2679 saylı ekspert rəyində göstərilmişdir ki, X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən 126 saylı fərdi yaşayış evinin divarında çatların, aralanmaların, ovulmaların, nəmişlik izlərinin olduğu müəyyən olundu, lakin baxış zamanı həmin qüsurların yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Həmçinin, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində, iddiaçının fərdi yaşayış evinin divarının dibində üzüm və gül bitkilərinin mövcud olduğunu, iddiaçının fərdi yaşayış evinin önündə inşa olunmuş köməkçi tikilinin damının maili olduğunu, damın kənarlarında novların mövcud olmadığını, eləcə də iddiaçının fərdi yaşayış evinin damının kənarlarına vurulmuş novlarda və novlara yığılan atmosfer çöküntülərinin uzaqlaşdırılması üçün nəzərdə tutulan borularda qüsurların olduğu, fərdi yaşayış evinin yerləşdiri ərazinin az mailli olduğunu nəzərə alaraq, iddiaçının fərdi yaşayış evində nəmişlik və qüsurlar, cavabdeh tərəfindən üzüm və gül bitkilərinin suvarılması, eləcə də, iddiaçının fərdi yaşayış evinin və fərdi yaşayış evinin qarşısında inşa olunmuş köməkçi tikilinin damının aksessuarlarında (novlar, plastik borular) mövcud olan çatışmazlıqlar və qüsurlar səbəbindən atmosfer çöküntülərinin fərdi yaşayış evinin divarına doğru axması səbəbindən ola bilər. İddiaçının fərdi yaşayış evinə dəymiş ziyanın səbəbi müəyyən olunmadığına görə, fərdi yaşayış evinə dərmiş ziyanın məbləğinin müəyyən olunmasına dair tədqiqat aparılmadır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1418/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Torpaq sahəsinin zəbtdən azad edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı öz tələbini bu hissədə cavabdeh tərəfindən ona məxsus 0,06 ha ölçülü həyətyanı torpaq sahəsinin 1,5 metr enində və 25 metr uzunluğundan hissəsinin zəbt edilməsi ilə əsaslandırsa da, işin müəyyən edilmiş halları ilə mübahisəli sahənin cavabdeh tərəfindən kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları göstərilməklə hansı istiqamətdə zəbt edilməsi, habelə tələbinin əsasına dair hər hansı sübut, o cümlədən iddiaçı tərəfindən beş il ərzində zəbtin aradan qaldırılması ilə bağlı hər hansı tədbir görməsi, müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməsi və s. ilə bağlı heç bir sübut təqdim etməmiş, iddia ümumi ifadələrlə əsaslandırılmışdır.

9. İddia tələbinin digər, yəni vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə alınmış rəylə də iddiaçıya iddia ərizəsində göstərilən maddi ziyanın cavabdeh tərəfindən vurulması təsdiq olunmur. Bundan əlavə həmin rəydə iddiaçının fərdi yaşayış evinin və fərdi yaşayış evinin qarşısında inşa olunmuş köməkçi tikilinin damının aksessuarlarında (novlar, plastik borular) mövcud olan çatışmazlıqlar və qüsurlar səbəbindən atmosfer çöküntülərinin fərdi yaşayış evinin divarına doğru axması səbəbindən ola bilməsi göstərilmişdir. Göründüyü kimi iddiaçının cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 3000 manat pulun tələb etməsi də cavabdehin təqsiri sübuta yetmədiyindən əsassızdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasinin Torpaq Məcəlləsinin 5.1, 47.1, 56.1-ci maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1111.2 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı Nağıyev Əlı̇ mərdan Allahverdı̇ oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1418/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, məhkəmənin gəldiyi nəticə düzgün deyildir . Məhkəmə tərəfindən torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsinə dair iddia tələbinin yalnız formal mülahizələrlə əsassızlığı qənaətinə gəlməklə ümumiyyətlə iddianın həmin hissəsində araşdırma aparmamış, torpaq sahəsinə baxış keçirilməmiş, ekspert qarşısında sual qoyulmamışdır, tədqiqatı aparılmamışdır. Maddi zərərin vurulması hallarını da obyektiv araşdırmamışdır. Bu amillər nəzərə alınmalı olduğu və iş üçün mühüm əhəmiyyət kəsb etsə də, məhkəmə tərəfindən qiymət verilməmişdir. Cavabdeh tərəfindən ona maddi zərər vurulması hallarına formal əsaslarla məhkəmə tərəfindən qiymət verilməmişdir. Məhkəmə tərəfindən qanunun bu normalarına istinad edilsə də, cavabdeh tərəfin hər hansı bir təqsirli hərəkətinin olmaması qənaətinə gəlmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nağıyev Əlı̇ mərdan Allahverdı̇ oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Ekspert rəyindən narazıdır, çünki onun pəncərəsini rəyə salınmamışdır, evinin o başından aşağı tərəfə kimi yarım metrdən çox fərq edir. Çatların yaranma səbəbi qarşı tərəf ağacları, üzüm şitillərini boru ilə sulamasıdır. Ona görə də çatlar yaranır. Onun evi böyük və iki mərtəbəli evdir. Ona məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Ona tələbdə göstərilən miqdardan artıq ziyan dəymişdir. Atmosfer çöküntüləri onun evinin divarlarına axmır, kanalzasiyaya axır. Nə zamansa qar yağanda daşa bilər, amma adi halda kanalizasiyaya axır. 1991-ci ildə evin təməlini qoymuş, 2005-ci ildə tamamlayıb çıxarış almışdır. 2005-ci ildə ev tikilən zaman qarşı tərəfin evi yox idi. Qardaşı ondan sonra sərəncam almış, evi də tikmiş, daha sonra cavabdehə satmışdır. Qarşı tərəf əgər buranı alacaqdısa gəlib soruşa bilərdi ki, “sizin sahənizə girmirəm ki?” Amma soruşmamışdır. Evi qardaşı tikən zaman etirazı olmamışdır. Evlə onun arasında 4-5 metr məsafə var. Qarşı tərəf həmin o balaca yerdə iş görəndən sonra boru onun evinin üstünə çıxdı. Evinin dibində ağac əkəndə narazılıq elədi. Evinin divarına boru ilə su tutur.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qulı̇ yeva Fatma İsax qızı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin olunmamasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, o, bu həyəti 2013-cü ildə qarşı tərəfin qardaşından almış, həmin üzüm çardağı orada var idi. Necə olur ki, iddiaçı həmin müddət ərzində şikayət etmədi, evin darvazası oraya gələn kimi şikayət etməyə başladı. O, 2013-cü ildə əmlakı alan zaman orada köhnə darvaza var idi, hazırda darvaza çürüyüb, lakin iddiaçı şikayət etdiyi üçün o, çürük darvazanı çıxarmayıb. Darvaza iddiaçının qardaşından əmlakı aldığı dövrdə var idi. İddiaçının qardaşı iddiaçıdan əvvəl oraya gəlmişdir. İddiaçı bildirir ki, 6 sot torpağı vardır. İddiaçı o torpağı oğluna, Fuad adında bir kişiyə və adını bilmədiyi başqa bir kəsə satmışdır. Torpağın çıxarışı yoxdur. Onlar alan ev ondan qabaq tikilib. Evin damı qapqaradır, qarşı tərəfin evinin damı ağappaqdır.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 23.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25.170.1 və 170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 26.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 27.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

28.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Beləliklə iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrindən və üzərində olan tikililərdən istifadə edirlər. Belə ki, iddiaçı ona ayrılmış torpaq sahəsində ev tikmiş, cavabdeh isə yaşadığı evi iddiaçının qardaşından əldə etmişdir. İddiaçının yaşadığı evin onun mülkiyyətində olması, cavabdehin yaşadığı tikililərin isə hüquqi rejiminə görə özbaşına tikinti olması işin mübahisələndirilməyən hallarıdır.

32. İddiaçı məhkəməyə müraciət edərkən mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini, həmçinin cavabdehin qanunsuz hərəkətlərinin evinin divarlarının çatlamasına, çökməsinə səbəb olduğunu, bununla da ona 3.000 manat məbləğində maddi zərər vurulduğunu qeyd etmişdir.

33. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən təhvil verilməsini, yəni özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri qaytarılmasını tələb edərək, məhkəmədə vindikasiya iddiası irəli sürmüşdür. Lakin işdə olan sübutlara əsasən məhkəmə tərəfindən vindikasiya iddiasının irəli sürülməsi üçün müvafiq maddənin dispozisiya şərtlərinin (iddiaçıya məxsus əmlakın cavabdehin faktiki sahibliyində olması) mövcud olmadığı müəyyən edilmişdir.

34. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür.

35. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

36. İddiaçının mülkiyyətçisi olduğu əmlak üzərində faktiki sahiblikdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olması və sonuncunun əşyaya sahiblik hüquqlarının olmamasını müəyyən etmək məqsədilə kollegiya tərəfindən məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi labüd hesab etmişdir.

37. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1815 saylı rəyinə əsasən MH seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən 126 nömrəli fərdi yaşayış evinə aid olan 0,0277 ha torpaq sahəsinin planı və ölçüsü sənədi olmadığına görə, cavabdeh tərəfindən həmin 0,0277 ha torpaq sahəsinin istifadə olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə A№334107 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən isə bu sənəddə qeyd olunan koordinatlar daxilində yerləşən 600 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir.

38. İddianın “maddi zərərin ödənilməsi”nə dair hissəsinin hüquqi əsasını isə Mülki Məcəllənin 21.1, 1096.1 və 1097.1-ci maddələri təşkil edir.

39. Sadalanan bu normaların hazırki mübahisəyə tətbiqən məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün əməlin hüquqazidd olması və bu əməlin təqsirli olaraq törədilməsi hallarının müəyyən edilməsi vacibdir.

40. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin (zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri) hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olmasının araşdırılmasından ibarətdir.

41. Cavabdehin qanunsuz hərəkətlərinin iddiaçıya məxsus evin divarlarının çatlamasına, çökməsinə səbəb olduğu, bununla da ona 3.000 manat məbləğində maddi zərər vurulduğu barədə dəlilləri yoxlayan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/2679 saylı ekspert rəyinə əsasən iddiaçının fərdi yaşayış evinin və fərdi yaşayış evinin qarşısında inşa olunmuş köməkçi tikilinin damının aksessuarlarında (novlar, plastik borular) mövcud olan çatışmazlıqlar və qüsurlar səbəbindən atmosfer çöküntülərinin fərdi yaşayış evinin divarına doğru axması səbəbindən olması ehtimalına istinad edərək iddianın əsassız olduğu qənaətinə gəlmişdir.

42. Belə ki, 11 avqust 2023-cü il tarixli, 10/2679 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən 126 saylı fərdi yaşayış evinin divarında çatların, aralanmaların, ovulmaların, nəmişlik izlərinin olduğu müəyyən olundu, lakin baxış zamanı həmin qüsurların yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Həmçinin, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində, iddiaçının fərdi yaşayış evinin divarının dibində üzüm və gül bitkilərinin mövcud olduğunu, iddiaçının fərdi yaşayış evinin önündə inşa olunmuş köməkçi tikilinin damının maili olduğunu, damın kənarlarında novların mövcud olmadığını, eləcə də iddiaçının fərdi yaşayış evinin damının kənarlarına vurulmuş novlarda və novlara yığılan atmosfer çöküntülərinin uzaqlaşdırılması üçün nəzərdə tutulan borularda qüsurların olduğu, fərdi yaşayış evinin yerləşdiyi ərazinin az mailli olduğunu nəzərə alaraq, iddiaçının fərdi yaşayış evində nəmişlik və qüsurlar, cavabdeh tərəfindən üzüm və gül bitkilərinin suvarılması, eləcə də, iddiaçının fərdi yaşayış evinin və fərdi yaşayış evinin qarşısında inşa olunmuş köməkçi tikilinin damının aksessuarlarında (novlar, plastik borular) mövcud olan çatışmazlıqlar və qüsurlar səbəbindən atmosfer çöküntülərinin fərdi yaşayış evinin divarına doğru axması səbəbindən ola bilər. İddiaçının fərdi yaşayış evinə dəymiş ziyanın səbəbi müəyyən olunmadığına görə, fərdi yaşayış evinə dərmiş ziyanın məbləğinin müəyyən olunmasına dair tədqiqat aparılmadı.

43. İşin hallarına nəzər salaraq kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşır. Belə ki, xüsusi biliyə malik olan ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən 126 saylı fərdi yaşayış evinin divarında çatların, aralanmaların, ovulmaların, nəmişlik izlərinin olduğu müəyyən olunsa da, baxış zamanı həmin qüsurların yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir.

44. Bununla belə iddiaçının fərdi yaşayış evinin önündə inşa olunmuş köməkçi tikilinin damının maili olduğu, damın kənarlarında novların mövcud olmadığı, eləcə də iddiaçının fərdi yaşayış evinin damının kənarlarına vurulmuş novlarda və novlara yığılan atmosfer çöküntülərinin uzaqlaşdırılması üçün nəzərdə tutulan borularda qüsurların olduğu, fərdi yaşayış evinin yerləşdiyi ərazinin az mailli olduğu nəzərə alınmaqla iddiaçının fərdi yaşayış evində nəmişlik və qüsurların, fərdi yaşayış evinin və fərdi yaşayış evinin qarşısında inşa olunmuş köməkçi tikilinin damının aksessuarlarında (novlar, plastik borular) mövcud olan çatışmazlıqlar və qüsurlar səbəbindən atmosfer çöküntülərinin fərdi yaşayış evinin divarına doğru axması səbəbindən ola bildiyi qeyd edilmişdir.

45. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin özünə aid sahədə üzüm və gül bitkilərini suvarması qonşunun torpağına hədsiz təsir törədən hüquqazidd əməl kimi də qiymətləndirilə bilməz. Həmçinin bu hərəkətlə zərər arasında səbəbli əlaqənin olması halı da öz təsdiqini tapmamaqdadır. Belə ki, səbəbli əlaqə müəyyən edilərkən nəzərə alınmalıdır ki, səbəb və nəticə arasındakı əlaqə obyektiv (yəni, ehtimal edilən yox, həqiqətən mövcud olmalıdır), konkret (yəni bu hal üçün nəzərdən keçirilməli); vasitəsiz olmalıdır. Beləliklə, zərər verənin qanunsuz davranışı ilə baş vermiş zərər arasında səbəbli əlaqənin mövcudluğu o halda müəyyən edilmiş hesab edilir ki, cavabdehin qeyri-qanuni davranışı iddiaçının əmlakına dəymiş zərərin yaranmasının nəticəsi olaraq öz təsdiqini tapsın.

46. İş materiallarından da göründüyü kimi iddiaçı, cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi zərərə uğradığını sübuta yetirə bilməmişdir. Belə ki, hazırki işdə iddiaçının maliyyə itkilərinə məruz qalmasına, hüquqlarının pozulmasına səbəb olan hüquqazidd hərəkətə (hərəkətsizliyə) cavabdeh tərəfindən yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.

47. Halbuki məhkəmə kollegiyası sübutetmə yükünün bölüşdürülməsi baxımından qeyd etməyi zəruri sayır ki, iddia edən mövcud olan zərərin cavabdehin qeyri-qanuni davranışı nəticəsində baş verdiyini, dəymiş zərərin cavabdehin törətdiyi pozuntularla əlaqədar (zərər verənin qanunsuz davranışı ilə səbəbli əlaqənin mövcudluğunu) olduğunu sübut edə bilsə, cavabdeh zərərin vurulmasında təqsirli olmadığını isə sübut edə bilməsə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə, yəni vurulmuş zərərin ödənilməsinə cəlb olunması üçün müəyyən əsaslar yaranacaqdır.

48. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

49. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

50. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1418/2023 saylı 17 oktyabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 50 manat iddiaçı Nağıyev Əlı̇ mərdan Allahverdı̇ oğlundan tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar