Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8696/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, üçüncü şəxs Könül Fətiyevanın və onun vəkili Vəkil1 iştirakı ilə, birləşdirilmiş birinci iş - İddiaçı Cavabdeh qarşı “borcun etirafı müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına, üçüncü şəxs X1 Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə, birləşdirilmiş ikinci iş - iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun etirafı barədə müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasmal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı iş əvvəl ayrı-ayrı 2 işdən ibarət olub, apellyasiya icraatı zamanı həmin işlər bir icraatda birləşdirilib. Birinci iş: Birləşdirilmiş birinci iş üzrə İddiaçı iddia ərizəsində tələb olunub ki, 292.300 ABŞ dolları məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilsin. Həmin iş üzrə üçüncü şəxs Könül Fətiyevanın iddia ərizəsində tələb olunub ki, 292.300 ABŞ dollarının ½ hissəsi, yəni 146.150 ABŞ dolları Cavabdeh alınaraq üşüncü şəxsə verilsin. Həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, İddiaçı iddiası qismən təmin edilsin, 292.300 ABŞ dollarının ½ hissəsi, yəni 146.150 ABŞ dolları Cavabdeh alınaraq İddiaçı verilsin, həmin iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə daha sonra qət olunub ki, üçüncü şəxs Könül Fətiyevanın iddiası təmin edilsin, 292.300 ABŞ dollarının ½ hissəsi, yəni 146.150 ABŞ dolları Cavabdeh alınaraq üçüncü şəxs Könül Fətiyevaya verilsin. Birləşdirilmiş birinci iş üzrə Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, Yasamal Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia rədd olunsun. İkinci iş: Birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsində tələb olunub ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 292.300 ABŞ dolları məbləğində pula münasibətdə bağlanmış 20.11.2016-cı il tarixli “borcun etirafı barədə” müqavilə etibarsız hesab olunsun. Həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, Yasamal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin olunsun. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı, üçüncü şəxs Könül Fətiyeva və onun vəkili Vəkil1 hər iki apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Qətnamənin yoxlanılması: Hər 2 qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci iş üzrə qətnamənin yoxlanılması ikinci iş üzrə qətnamənin yoxlanılmasının nəticəsindən asılı olduğuna görə əvvəlcə ikinci iş üzrə qətnamə yoxlanılmalıdır. İkinci iş: İkinci iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında notariat qaydasında bağlanmış 20.11.2016-cı il tarixli “borcun etirafı barədə” müqaviləyə görə Cavabdeh İddiaçı 292.300 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edib və onu 31.06.2018-ci il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh bu müqavilənin etibarsız sayılmasını 2 əsasla tələb edir: 1) müqavilə bağlamağa məcbur edilib; 2) müqavilə uydurma əqddir. Cavabdeh həmin əsasları belə izah edir ki, onların arasında biznes əlaqəsi olmuş, qarşılıqlı razılıq əsasında biznesə müxtəlif vaxtlarda pul yatırılmışdır, biznesdə müəyyən müddət gəlir əldə olunsa da sonradan uğursuzluğa düçar olmuşdur. Həmin ərəfədə İddiaçı 100.000 ABŞ dolları borcu var idi. İddiaçı borcu təkidlə tələb etdikdə o, borcu ödəyə bilmədiyini bildirmiş və vaxt istəmişdir. İddiaçı isə tələb etmişdir ki, müqavilə bağlayaraq borcu olduğunu etiraf etsin. Notariusa gedəndə İddiaçı ona demişdir ki, 292.300 ABŞ dolları borcu olduğunu etiraf etməlidir, 200.000 ABŞ dolları mal-materialın puludur, sonra haqq-hesab edərlər. O, işləri qaydasına salmaq üçün məcbur qalıb razılaşmışdır. Lakin Cavabdeh müqavilə bağlamağa məcbur edildiyini və ya müqavilənin uydurma əqd olduğunu təsdiq edən sübut təqdim etməyib. Məhkəmə yalnız Cavabdeh sözlərinə əsaslanaraq onun müqavilə bağlamağa məcbur edildiyini və ya müqavilənin uydurma olduğunu müəyyən edə bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 339.4 və 340.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Samir Rəsəbovun “borcun etirafı barədə müqavilənin etibarsız sayılması barədə” iddiasını rədd etməklə düzgün nəticəyə gəlib. Birinci iş: Birinci iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı və üçüncü şəxs Könül Fətiyevanın iddiaları 20.11.2016-cı il tarixli “borcun etirafı barədə” müqaviləyə əsaslanır. Həmin müqaviləyə görə Cavabdeh İddiaçı 292.300 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edib. İddiaçı və üçüncü şəxs Könül Fətiyeva keçmiş ər-arvaddır, həmin müqavilə bağlandığı zaman onlar nikahda olublar, müqavilə bağlandıqdan sonra nikah pozulub. Ona görə 292.300 ABŞ dolları məbləğində pula dair tələb hüququnda onların payları bərabərdir. Cavabdeh müqavilə ilə üzərinə öhdəlik götürüb, lakin öhdəliyi pozub. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 739 və 882-ci maddələrinin və Ailə Məcəlləsinin 32 və 37-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 292.300 ABŞ dollarının ½ hissəsi olan 146.150 ABŞ dollarının İddiaçı xeyrinə, ½ hissəsi olan 146.150 ABŞ dollarının isə üçüncü şəxs Könül Fətiyevanın xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti rədd olunsun. Birləşdirilmiş birinci iş - İddiaçı Cavabdeh qarşı “borcun etirafı müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına, üçüncü şəxs X1 Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Cavabdeh apellyasiya şikayəti rədd olunsun. Birləşdirilmiş ikinci iş - iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun etirafı barədə müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8696/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8696/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver