Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-87/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızının nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X20 iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızına qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, vicdansız vərəsə kimi tanınma, mirasın əvvəlki vəziyyətə qaytarılması, miras əmlakın qəbulu müddətinin bərpa edilməsi, onun vərəsə kimi tanınması və ona vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X16 8 saylı DNK tərəfindən verilmiş 4 «V»-1-30 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətinə gətirilməsi, cavabdeh X11 vicdansız vərəsə kimi tanınması, mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, anası X12 miras qalmış ünvan 5-ə ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 5 anası X21 məxsus olub, onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. O, anası X17 qanuni vərəsəsidir, o, anası ilə birlikdə yaşamış, ümumi təsərrüfatı idarə etmiş, xəstə olan zaman anasına qulluq etmiş, anası xx.xx.1992-ci il tarixdə vəfat etmiş, o, anasını dəfn etdirmiş, miras əmlakı qəbul etmiş, bütün kommunal xərcləri hər ay ödəmiş, mənzilin yaxşılaşdırılması üçün işlər aparmışdır. Mənzil 3 otaqdan ibarət olub, sahəsi 46,05 kvm dir., mənzildə o, X38, bacısı oğlu Nümayəndə Cəmil oğlu, bacısı qızı X35 qeydiyyatdadırlar, lakin mənzildə tək o, doğulduğu gündən bu günədək yaşayır. Bacısı Gülşad hələ 1980-ci ildə X43 ilə ailə qurmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, SD135-ə gəlin köçmüş və həmin ünvanda həyat yoldaşı, övladları ilə bu günədək birlikdə yaşayır. Bunu qonşular da təsdiq edə bilərlər ki, cavabdeh mübahisəli mənzildə ailə qurduqdan sonra yaşamamışdır. Cavabdehlərin əvəzinə o, uzun illərdir ki, kommunal haqları ödəyir. Bu isə onun büdcəsinə ziyan vurur, yəni buna maddi imkanı da yol vermir. Bu yaxınlarda ona məlum olmuşdur ki, mübahisəli ev anasının adına deyil, X5nın adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Belə ki, həmin mənzildə X38, bacısı oğlu Nümayəndə Cəmil oğlu, bacısı qızı X35 qeydiyyatdadırlar, onları qeydiyyatdan çıxarmaq üçün vəkilə müraciət edərkən, vəkil DƏDRX-yə sorğu vermiş, məlum olmuşdur ki, cavabdeh 8 saylı dövlət notariat kontorunda 4 «V»-1-30 reyestr nömrəli, 12 mart 1993-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mənzili öz adına qeydiyyatdan keçirmiş və hazırda mülkiyyətindədir. O, həmin mənzildə doğulduğu gündən, yəni xx.xx.1951-ci il tarixdən bu günədək qeydiyyatdadır və yaşayır. Məlum olmuşdur ki, X38 onun vərəsə olduğunu gizlədərək miras əmlakı mənimsəmişdir. Bir daha qeyd edir ki, bu barədə o, DƏDRX-yə vəkil tərəfindən sorğu verildikdən sonra xəbər tutmuşdur. Bir daha qeyd edir ki, X5 isə 1980-ci ildə X43 ilə nikah qeydiyyatından keçərək ailə qurmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, SD135-ə gəlin köçmüşdür. Həmin vaxtdan cavabdeh onlarla birlikdə yaşamamış, anasına qulluq etməmiş, anası vəfat edən zaman yanında olmamış, 1980-ci ildən bu günədək mübahisəli mənzildə yaşamamış, mirasın yaxşılaşdırılması üçün heç bir tədbir görməmişdir. Formal qeydiyyatda qalmış, anası vəfat etdikdən sonra ondan gizlədərək, həmçinin onun vərəsə olduğunu gizlədərək mirası öz adına keçirmişdir. Hesab edir ki, X5 onu aldadaraq və varis kimi onu gizlədərək miras əmlakı mənimsədiyi üçün cavabdeh ləyaqətsiz vərəsə hesab olunmalıdır. X5 ona bildirmişdir ki, analarından yadigar qalan evi bölməsinlər, analarının ruhu inciyər. O, bacısına inanmışdır. Həm də miras evdə tək yaşadığı üçün bütün kommunal xərcləri özü ödədiyi, mənzildə təmir işləri apardığı və onun orada yaşamasına bacısı heç bir maneə törətmədiyi üçün o, bacısına inanmışdır. İnanmışdır ki, ev analarının adına DƏDRX-də qeydiyyatda qalmışdır. O, inana bilməzdi ki, bacısı onu aldadır. Anası vəfat edən kimi vərəsəlik açdırmış, miras əmlakı mənimsəmiş və qeydiyyat vəsiqəsi almışdır. Məhz bu səbəbdən də sakit yaşayırmış. Hesab edir ki, miras əmlakı qəbul etmə müddətini üzürlü səbəbdən buraxmışdır, bərpa edilməsini xahiş edir. Aralarındakı mübahisənin mediasiya institutu vasitəsi ilə həll edilməsi üçün müraciət etmiş, lakin cavabdeh Mediasiya Şurasına gəlməmişdir.
3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X11 adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında cavabdeh X11 adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənəd (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilmiş, İddiaçı münasibətdə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilmiş, X12 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamənin verilməsi Bakı şəhəri 8 saylı notariat ofisinə həvalə edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
5. İşə apellyasiya qaydasında baxılarkən X32 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını deyil, xx.xx.2000-ci ildə qüvvəyə minmiş və hazırda da qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Halbuki bu Məcəllə qüvvəyə mindikdən, yəni xx.xx.2000-ci ildən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilə bilər. xx.xx.1964-cü il tarixli qanunla təsdiq edilmiş Mülki Məcəllənin 552-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə görə, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. İstinad olunan maddi hüquq normasına görə vərəsə vərəsəlik açılan gündən 6 ay müddətində üç hərəkətdən hər hansı birini etdikdə mirası faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə və ya vərəsəliyin açıldğı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Hazırkı işdə vərəsəlik miras qoyan Sara Novruzovanın ölümü ilə onun öldüyü gün - xx.xx.1992-ci ildə açılıb (AR MM-in 528-ci maddəsi). İddiaçı qanunla müəyyən edilmiş müddətdə - vərəsəlik açılan gündən 6 ay müddətində, yəni xx.xx.1992ci ilədək mirası qəbul etmək üçün AR MM-in 552-ci maddəsinin 2-ci hissəsində göstərilən hərəkətlərdən hər hansı birini etməyib. Onun iddia ərizəsində “...miras əmlakı qəbul etmə müddətini üzrlü səbəbdən buraxmışam, bərpa edilməsini xahiş edirəm” ifadəsi də məhz bunu təsdiq edir (sonradan iddianın dəyişdirilməsi barədə ərizəsində mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsini məhkəmədən xahiş edib). Birinci instansiya məhkəməsi qətnamədə “iddiaçının ... anası vəfat edəndən həmin mənzildə yaşadığını və 1993-cü ildən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödədiyini” göstərərək ona münasibətdə mirasın qəbulu müddətini ötürülməmiş hesab etmişdir. Məhkəmə istinad etdiyi şahid ifadələri və 150 saylı MKİS-in arayışı ilə iddiaçının mirası qanunda göstərilən müddət ərzində qəbul etdiyinə dair işin halının sübut olunmadığını nəzərə almamışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər (iddiaçının bacısı, bacısı qızı, qonşuları, MKİS işçiləri) öz ifadələrində iddiaçının uzun müddət həmin mənzildə yaşadığını göstəriblər. İddiaçı 1994-cü ilədək ünvan 2 ünvanında yerləşən yataqxanada, 1994-1998-ci illərdə isə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayıb. 1998-ci ildə Müşviqabad qəsəbəsindəki mənzilini satdıqdan sonra mübahisəli mənzilə köçərək daimi yaşamağa başlayıb və bu, onun həmin mənzildə uzun müddət (24 il – 1998-2022-ci illər) yaşadığı anlamına gəlir. Lakin mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının anasından miras qalan mənzildə yaşaması, onu idarə etməsi və digər formada yiyələnməsi yalnız o halda həmin mirası qəbul etmək kimi qiymətləndirilə bilər ki, bu hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində, yəni 1992-ci martın 14-dən sentyabrın 14-dək edilmiş olsun (AR MM-in 552-ci maddəsinin 3-cü hissəsi). Məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri ifadələrində iddiaçının həqiqətən də məhz xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək mübahisəli mənzildə yaşadığını, orda təsərrüfat apardığını göstərməyiblər. 150 saylı MKİS-in arayışında isə iddiaçının mənzildə tək yaşadığı və 1993-cü ildən bu günə kimi kommunal xidmət haqlarını ödədiyi götərilmişdir. Məhkəməyə təqdim edilmiş vərəsəlik işində olan 1993-cü il mart tarixli arayışdan görünür ki, anasının öldüyü günə onunla birlikdə məhz Cavabdeh yaşamışdır. İddiaçının iddia ərizəsində xəstə anasına qulluq etməsi barədə göstərdikləri, yəni anasının sağlamlıq vəziyyəti və hansı şəraitdə vəfat etməsi barədə məlumatsız olması isə anasının ölümü ərəfəsində və ondan bilavasitə sonra onunla birlikdə qeyd olunan mənzildə yaşamadığını göstərir. Belə ki, Sara Novruzovanın ona qulluq tələb edən xəstəliyi olmayıb, Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədədən (şok, qan itirmə) vəfat edib. Məhkəməyə təqdim edilmiş vərəsəlik işində olan 1993-cü il mart tarixli arayışdan görünür ki, anasının öldüyü günə onunla birlikdə məhz Cavabdeh yaşamışdır. İddiaçı iddia ərizəsində göstərir ki, mənzilin anasının deyil, bacısı Gülşadın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması bu yaxınlarda ona məlum olub. Belə ki, o, qeydiyyatda olan şəxsləri mənzildən qeydiyyatdan çıxarmaq üçün müraciət etdiyi vəkilin DƏDRX-ə verdiyi sorğu əsasında bundan xəbər tutub. İddiaçının bu dəlili tamamilə əsassızdır. Halbuki, iddiaçı mənzilin vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçməsindən elə ilk vaxtdan məlumatı olub. Hətta 2007-ci ilin mart ayında o, mənzilə qeydiyyata alınmasını cavabdehdən xahiş edib və cavabdeh də mülkiyyətçi kimi onun mənzilə qeydiyyata düşməsinə dair xx.xx.2007-ci il tarixli notarial təsdiqli razılıq ərizəsi verib. Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 069-9027Q-322 №-li məktubundan görünür ki, İddiaçı xx.xx.1993cü il tarixdə Bakı ş. TİMHQİ tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə uyğun olaraq mülkiyyətçi Gülşad Novruzovanın xx.xx.2007-ci il tarixli razılıq ərizəsi əsasında mənzilə xx.xx.2007-ci ildə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Göründüyü kimi, iddiaçı 2007-ci ilin aprelində mənzilə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə Qaradağ RPİ-nə mənzilin cavabdehin mülkiyyətində olmasına dair xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsini və cavabdehin notarial təsdiqli razılıq ərizəsini təqdim etmişdi. Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1178 №-li məktubundan görünür ki, Cavabdeh xx.xx.2007-ci ildə Bakı şəhəri 8 saylı DNK-da Qaradağ RPİ-nə təqdim edilməsi üçün 7E-1482 reyestr nömrəli ərizəsi rəsmiləşdirilmişdir. İşdə olan bu sübutlarla təsdiq olunur ki, iddiaçı mənzilin cavabdehin mülkiyyətində olmasından 2007-ci ilin mart ayında xəbərdar idi və 15 ildən artıq müddət keçdikdən, yəni iddia müddəti buraxıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edib (iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsinə təqdim olunub). Məhkəmə hazırkı tələb üzrə iddia müddətini tətbiq etməklə həmin müddətin keçməsi ilə əlaqədar iddianın təmin olunmaması barədə qətnamə çıxarmalı olduğu halda onu qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,“iddiaçı ... mənzilə qeydiyyata düşmək üçün bacısından razılıq ərizəsi alarkən də mənzilin bacısının adına rəsmiləşdirildiyini bilməmişdir, həmin vaxt nə üçün məhz cavabdehin bu cür razılıq ərizəsi verməli olmasının mahiyyətinə varmamış, iddiaçıya nə MKİS, nə də yaşayış yeri üzrə qeydiyyata alan orqanda mənzil mülkiyyətçisinin cavabdeh olması barədə məlumat verilməmiş, ona hüquqmüəyyənedici sənədlərin surətləri təqdim olunmamışdır”. Halbuki bacısının (cavabdehin) mülkiyyətçi kimi razılıq ərizəsini və mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədi – qeydiyyat vəsiqəsini məhz iddiaçı özü cavabdehdən alaraq Qaradağ rayon Polis İdarəsinə təqdim edib. Belə vəziyyətdə iddiaçının məsələnin mahiyyətindən məlumatsız olması barədə qətnamədə göstərilənlər inandırıcı dəlil kimi qəbul edilə bilməz. xx.xx.1964-cü il tarixli qanunla təsdiq edilmiş Mülki Məcələnin 532-ci maddəsinin 1-ci hissəsinə görə aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan Sara Novruzova ölən zaman sağ olan qanun üzrə İ növbə vərəsələri aşağıdakı şəxslər olub (valideynləri və əri ona qədər vəfat ediblər): 1) X33; 2) X28; 3) X36; 4) X34; 5) X32; 6) X26; 7) İddiaçı (iddiaçı); 8) Cavabdeh(cavabdeh). Qanun üzrə İ növbə vərəsələrin vərəsəlikdəki miras payının bərabər olduğu nəzərə alınmaqla adları sadalanan vərəsələrin hər birinin miras mənzildəki 1/8 hissə təşkil edir. Vərəsəlik işindəngörünür ki, 6 vərəsə (Aydın, Gündüz, Əziz, Bikə, Telli və Gülsüm) özlərinə çatan miras payından bacıları Gülşadın xeyrinə imtina ediblər. Hətta şərti olaraq hesab etsək ki, İddiaçı mirası vaxtında qəbul edib, bu halda onun mənzildəki miras payı 1/8 hissə, cavabdehin payı isə 7/8 (1/8+6/8) hissə olacaqdı. Qətnamədən görünür ki, məhkəmə mənzilin 1/8 hissəsinə deyil, bütün mənzilə, yəni cavabdehə çatan və xeyrinə imtina edilmiş 7/8 hissə miras payına da vərəsəlik şəhadətnaməsinin verilməsini qət etmiş və bununla da cavabdehin vərəsəlik üzrə mülkiyyət hüququnu pozmuşdur. MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti 1992-ci ildə yaransa da, məhkəmə həmin mübahisənin həlli üçün xx.xx.2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin qismən – iddianın təmin olunmasına dair hissədə ləğv olunması və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh Novruzova (Quliyeva) Gülşadın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdi ki, o anadan olduğu vaxtdan anasına məxsus olan həmin mənzildə yaşamış, anası vəfat edəndən sonra da fasiləsiz olaraq orada yaşamaqda davam etmiş, anasının ölümündən sonra hal-hazıradək də mənzilə dair kommunal xərcləri o ödəyir, bacısının əri həmin vaxt polisdə, oğlu isə notariatda işləmiş, özünün savadsızlığından istifadə edərək saxta yollarla anasından miras qalan mənzili ələ keçirmişlər.
9. Məhəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, cavabdeh iddiaçının vərəsə olmasını gizlətmiş, notariusa digər qardaş və bacıların mirasdan onun xeyrinə imtina etməsi barədə saxta ərizələr verməklə, miras əmlakın bütünlüklə öz adına rəsmiləşdirilməsinə nail olmuşdur. Ekspert rəyi ilə də, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən aparılmış 4B-İ-30 nömrəli vərəsəlik işində qardaş və bacıların mirasdan cavabdehin xeyrinə imtina barədə ərizələrdəki yazı və imzaların həmin şəxslərə məxsus olmadığı müəyyən edilmişdir. İddiaçı da bildirir ki, cavabdehin əri həmin vaxt polisdə, oğlu isə notariat kontorunda işləmiş, demək ki, imkanlarından istifadə edərək saxta sənədlər əsasında iddiaçıya çatacaq əmlakı ələ keçirmişlər, odur ki, şikayətin təmin edilmədən qətnamənin isə dəyişdirmədən saxlanılmasını, eyni zamanda da həmin vərəsəlik işində sənədlərin saxtalaşdırılması ilə bağlı müvafiq xüsusi qərardad çıxarılmasını xahiş etdi.
10. Məhəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş T.Cəfərova apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
11. 08 dekabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət kimi X17 adına qeydiyyata alınmışdır.
12. Bakı şəhəri 8 saylı Notariat Ofisinin 18 mart 2022-ci il tarixli, 639 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə ölmüş X17 ölümündən sonra Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontoruna 1993-cü il tarixdə müraciət daxil olmuş, 22/93 nömrəli vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi – qızı X16 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
13. 12 mart 1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 14 mart 1992-ci il tarixdə vəfat etmiş X17 qızı X11 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilindən irs almalı olması barədə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
14. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 30 noyabr 2021-ci il tarixli (xx.xx.2021ci il tarixli 686 saylı sorğuya cavab) məktubundan görünür ki, Quliyeva (Novruzova) Gülşad Kərim qızının adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakın olubolmaması və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə dair məlumat verilməsi ilə bağlı müraciətə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili ilkin olaraq X17 adına qeydiyyatdan keçmişdir, lakin 8 saylı DNKnın 4«V»-1-30 reyestr nömrəli 12 mart 1993-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Quliyeva (Novruzova) Gülşad Kərim qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Quliyeva (Novruzova) Gülşad Kərim qızının adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir.
15. X11 notariat orqanına təqdim etdiyi 12 mart 1993-cü il tarixli ərizədən görünür ki, vərəsələr barədə notariat kontoruna məlumat verərkən, cavabdeh X25 ərizədə 3 bacısı və 3 qardaşının soyad, ad, ata adlarını qeyd etsə də, iddiaçının adını çəkməmişdir (göstərməmişdir). Mahiyyət etibarı ilə bu hərəkətlə vərəsəliyə çağırılmalı olan İddiaçı vərəsələrin dairəsi qeyd edilən ərizədə göstərilməməklə, faktiki olaraq cavabdeh tərəfindən aidiyyəti orqanlardan gizlədilmişdir.
16. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2987 saylı reyestr kitabının 278899 saylı vərəqində qeydiyyata alınmışdır.
17. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 09 iyun 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə uyğun olaraq mülkiyyətçi X11 xx.xx.2007-ci il tarixli razılıq ərizəsi əsasında İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə xx.xx.2007-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
18. Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 04 iyul 2017-ci il tarixli və 07 dekabr 2018-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin müqavilələr X25 ilə bağlanmışdır.
19. 150 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanda tək yaşayır və 1993-cü il tarixdən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəyir.
20. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-1967 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, cavabdeh mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 17:30-17:45 radələrində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Halbuki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı və nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-460/2023 nömrəli, xx.xx.2023-cü il tarixli iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş vəsatət təmin edilmiş, hazıkı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri 8 saylı Notariat Ofisində xx.xx.1993-ci il tarixli, 4B-İ-30 reyestr nömrəli vərəsəlik işində miras əmlakdan cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızının xeyinə imtina barədə X28, X26, X32, X34, X33, X36 tərəfindən verilmiş ərizələrdəki xətt və imzanın müvafiq olaraq X28, X26, X32, X34, X33, X36 tərəfindən icra edilib-edilmədiyinin müəyyən edilməsi sualı qoyulmuşdur.
22. Birinci instansiya məhkəməsində şahid X32 ifadə verərək bildirdi ki, iddiaçının bacısıdır. Bacısı həqiqətən qeyd olunan ünvanda yaşayır. Bacısı Nərgizin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xəbəri olmayıb.
23. X15 ifadə verərək bildirdi ki, cavabdehin qızıdır. Xalası İddiaçı həmişə onun anasının mülkiyyətində olan mənzildə yaşayıb. Anası Gülşad xalasının həmin mənzildə yaşamasına heç vaxt maneə yaratmayıb.
24. X2 ifadə verərək bildirdi ki, 150 saylı MKİS-in mühasibidir. İddiaçı MKİS-in xidmət göstərdiyi ərazidə yerləşən ünvan 5 ünvanda yaşayıb. Kommunal xərcləri vaxtıvaxtında ödəyib. Barəsində heç bir şikayət daxil olmayıb.
25. X7 ifadə verərək bildirdi ki, 150 saylı MKİS-in sahə nəzarətçisi işləyir. Sahə nəzarətçisi kimi ərazini və ərazidə yaşayan bir çox vətəndaşı tanıyır. İddiaçı MKİS-in xidmət göstərdiyi ərazidə yerləşən ünvan 6 ünvanda yaşayıb və kommunal xərcləri ödəyib.
26. X8 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı uzun illərdir ki, ünvan 5 ünvanda yaşayır. Kommunal xərcləri ödəyir. Qonşu kimi münasibətləri normaldır.
27. X4 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçını bir qonşu kimi tanıyır, normal münasibətləri var. İddiaçı uzun illərdir ki, ünvan 5 ünvanda yaşayır. Bildiyinə görə, kommunal xərcləri iddiaçı vaxtı-vaxtında ödəyir.
28. X6 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı həqiqətən uzun illər ərzində ünvan 5 ünvanda yaşayıb. Normal münasibətləri var. Qonşuları İddiaçı ilə bağlı aralarında heç vaxt problem olmayıb. Normal qonşuluq münasibətləri var.
29. X1 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı qonşuluqda, ünvan 5 ünvanda yaşamaqla, həmişə kommunal xərcləri ödəyib.
30. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 18-ci vərəqəsində X19 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов Г.К” yazılarının qarşısındakı imza X28 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 19-cu vərəqəsində X14 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Рашид-заде Г.К” yazılarının qarşısındakı imza X26 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 20-ci vərəqəsində X20 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Джафарова Т.К” yazılarının qarşısındakı imza X32 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 21-ci vərəqəsində X23 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Мамедова Б.К” yazılarının qarşısındakı imza X34 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 23-cü vərəqəsində X27 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов А.К” yazılarının qarşısındakı imza X36 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 22-ci vərəqəsində X24 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов А.К” yazılarının qarşısındakı imza X33 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tətbiq edilən maddi hüquq
31. Azərbaycan SSR-nin xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsi Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 530. Aşağıdakılar vərəsə olan bilərlər: Qanun üzrə vərəsəlikdə -miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar. Maddə 531. Miras qoyanın, onun vərəsələrindən hər hansı birinin əleyhinə, yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə qanunsuz hərəkət etməklə özlərinin vərəsəliyə çağırılmasına imkan yaradan vətəndaşlar, bu hallar məhkəmə qaydasında təsdiq edilərsə, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmaq hüququna malik deyildirlər. Valideynlik hüququndan məhrum edilən və vərəsəlik açılan zaman bu hüququ bərpa edilməyən valideynlər uşaqları öldükdən sonra, habelə miras qoyan şəxsi qanuna əsasən saxlamalı olan valideynlər və yetkinlik yaşına çatmış uşaqlar, miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini yerinə yetirməkdən qəsdən boyun qaçırma halı məhkəmə qaydasında təsdiq edilərsə, qanun üzrə vərəsə ola bilməzlər. Bu maddənin birinci hissəsinin qaydaları vəsiyyət üzrə tapşırıq vermək hüququna da (bu Məcəllənin 541-ci ci maddəsi) tətbiq edilir. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürülənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Maddə 555. Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir. Bu halda vərəsə miras əmlakı hesabına yalnız aşağıdakı xərcləri çəkə bilər: 1.Miras qoyanın xəstəliyi zamanı edilən xidmətlər və həmçinin onun dəfni üçün; 2.Miras qoyan şəxsin himayəsində olan şəxslərin saxlanması üçün; 3.əmək haqqı üzrə pretenziyaların və ona bərabər tutulan pretenziyaların təmini üçün;
4. Miras əmlakının mühafizəsi və onun idarə edilməsi üçün. Maddə 556. Qanun üzrə və ya vəziyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. ...Mirasdan imtina vərəsə tərəfindən vərəsə vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Tətbiq edilən prosessual hüquq normaları:
32. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, hazırkı halda tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi qismən təmin edilməlidir.
35. Məhkəmə kollegiyasında aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, hazırkı mənzil iddiaçının anasının mülkiyyətində olmuş, onun anası 1992-ci ildə vəfat edən zaman iddiaçı ilə birlikdə onun digər övladları onun birinci növbə üzrə vərəsəsi olmuşdur. İddiaçı bildirir ki, həmin vaxt bacısı evi bölməməyi bildirmiş, o da bu günə kimi hesab etmişdir ki, mənzil anasının adında qeydiyyatdadır, yalnız bu yaxınlarda evdə qeydiyyatda olan şəxsləri qeydiyyatdan çıxarmaq üçün müraciət edən zaman mənzilin bacısının adına qeydiyyatdan keçdiyini bilmiş və hazırkı iddianı vermişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, rayon məhkəməsinin istinad etdiyi şahid ifadələri və 150 saylı MKİS-in arayışı ilə iddiaçının mirası qanunda göstərilən müddət ərzində qəbul etdiyinə dair işin halının sübut olunmadığını nəzərə almamışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər (iddiaçının bacısı, bacısı qızı, qonşuları, MKİS işçiləri) öz ifadələrində iddiaçının uzun müddət həmin mənzildə yaşadığını göstəriblər. İddiaçı 1994-cü ilədək ünvan 2 ünvanında yerləşən yataqxanada, 1994-1998ci illərdə isə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayıb. 1998-ci ildə Müşviqabad qəsəbəsindəki mənzilini satdıqdan sonra mübahisəli mənzilə köçərək daimi yaşamağa başlayıb və bu, onun həmin mənzildə uzun müddət (24 il – 1998-2022-ci illər) yaşadığı anlamına gəlir, lakin məhkəmə Lakin mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının anasından miras qalan mənzildə yaşaması, onu idarə etməsi və digər formada yiyələnməsi yalnız o halda həmin mirası qəbul etmək kimi qiymətləndirilə bilər ki, bu hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində, yəni 1992-ci martın 14-dən sentyabrın 14-dək edilmiş olsun (AR MM-in 552-ci maddəsinin 3-cü hissəsi). Məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri ifadələrində iddiaçının həqiqətən də məhz xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək mübahisəli mənzildə yaşadığını, orda təsərrüfat apardığını göstərməyiblər. 150 saylı MKİS-in arayışında isə iddiaçının mənzildə tək yaşadığı və 1993-cü ildən bu günə kimi kommunal xidmət haqlarını ödədiyi götərilmişdir. Məhkəməyə təqdim edilmiş vərəsəlik işində olan 1993-cü il mart tarixli arayışdan görünür ki, anasının öldüyü günə onunla birlikdə məhz Cavabdeh yaşamışdır. Məhkəmə Kollegiyası həmin dəlilləri mülki işin tədqiq olunmuş halları ilə birlikdə nəzərdən keçirib qeyd edir ki, birincisi, cavabdeh iddiaçının anasının öldüyü 1992-ci ildən yox, məhz 1998-ci ildən həmin mənzildə yaşadığını təsdiq edən sübutları təqdim etməmişdir. Rayon məhkəməsi tərəfindən şahid ifadələri ilə də iddiaçının həmin mənzildə fasiləsiz yaşadığı müəyyən edilmişdir. Həmçinin 150 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanda tək yaşayır və 1993-cü il tarixdən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəyir.
36. Hazırkı iş üzrə vərəsəliyin açıldığı 1992-ci il tarixdə qüvvədə olan Azərbaycan SSR-nin xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur.
37. Hazırkı işdə şahid ifadələri ilə iddiaçının həmin mənzildə fasiləsiz yaşaması, həmçinin 150 saylı MKİS tərəfindən verilmiş arayışla da iddiaçının həmin mənzildə tək yaşayaraq və 1993-cü il tarixdən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəməsi müəyyən edildiyindən, onun Azərbaycan SSR-nin xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsinin tələbinə əsasən, mirası qəbul etdiyi müəyyən edilir. Bu səbəbdən, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
38. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirir ki, vərəsəlik işindən görünür ki, 6 vərəsə (Aydın, Gündüz, Əziz, Bikə, Telli və Gülsüm) özlərinə çatan miras payından bacıları Gülşadın xeyrinə imtina ediblər. Hətta şərti olaraq hesab etsək ki, İddiaçı mirası vaxtında qəbul edib, bu halda onun mənzildəki miras payı 1/8 hissə, cavabdehin payı isə 7/8 (1/8+6/8) hissə olacaqdı. Qətnamədən görünür ki, məhkəmə mənzilin 1/8 hissəsinə deyil, bütün mənzilə, yəni cavabdehə çatan və xeyrinə imtina edilmiş 7/8 hissə miras payına da vərəsəlik şəhadətnaməsinin verilməsini qət etmiş və bununla da cavabdehin vərəsəlik üzrə mülkiyyət hüququnu pozmuşdur. Kollegiya həmin dəlil üzrə qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən, iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti ilə məhkəmə xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 18-ci vərəqəsində X19 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов Г.К” yazılarının qarşısındakı imza X28 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 19-cu vərəqəsində X14 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Рашид-заде Г.К” yazılarının qarşısındakı imza X26 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 20-ci vərəqəsində X20 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Джафарова Т.К” yazılarının qarşısındakı imza X32 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 21-ci vərəqəsində X23 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Мамедова Б.К” yazılarının qarşısındakı imza X34 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 23-cü vərəqəsində X27 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов А.К” yazılarının qarşısındakı imza X36 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işinin 22-ci vərəqəsində X24 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов А.К” yazılarının qarşısındakı imza X33 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Bakı şəhəri 8 saylı Notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işində onun qardaş və bacılarının, yəni 6 vərəsənin (Aydın, Gündüz, Əziz, Bikə, Telli və Gülsüm) özlərinə çatan miras payından bacıları Gülşadın xeyrinə imtina barədə ərizələrdəki imzaların həmin şəxslər tərəfindən imzalanmadığı müəyyən edildiyindən, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin rayon məhkəməsi tərəfindən mübahisəyə baxılarkən MPM-in 217.2-ci maddəsinin tələblərinin pozulması barədə dəlili ilə razılaşır. Belə ki, MPM-in 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı halda iddiaçının anasının xx.xx.1992-ci il tarixdə ölməsi nəticəsində vərəsəlik açılmış, yəni mübahisəli hüquq münasibəti 1992-ci ildə yaranmış, belə olan halda mübahisəyə həmin vaxt qüvvədə olan, yəni Azərbaycan SSR-nin xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsi tətbiq edilməli olduğu halda, hazırda qüvvədə olan Mülki Məcəllənin müvafiq normaları tətbiq edilmişdir.
40. Kollegiya həmçinin bildirir ki, iddiaçı iddia ərizəsində aşağıdakı tələbləri irəli sürmüşdür: 1.cavabdeh X16 8 saylı DNK tərəfindən verilmiş 4 «V»-1-30 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi; 2.miras əmlakın ilkin vəziyyətinə gətirilməsi, 3.cavabdeh X11 vicdansız vərəsə kimi tanınması, 4.mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, anası X12 miras qalmış ünvan 5-ə ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılması.
41. Kolegiya qeyd edir ki, rayon məhkəməsi Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X11 adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməkdə haqlı olmuşdur. Çünki, iddiaçı qanun üzrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, anası vəfat edəndən miras qalmış mənzildə yaşamasına baxmayaraq, cavabdeh notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi dolğun göstərilməmişdir və iddiaçının da cavabdeh kimi anasından miras qalmış əmlakdan irs almaq hüququ var. Həmçinin müvafiq ekspert rəyi ilə, notariat işində olan cavabdehin xeyrinə miras əmlakdakı paylarından onun bacı və qardaşlarının imtina etməsi barədə ərizələrin saxtalaşdırıldığı, başqa sözlə, həmin şəxslər tərəfindən imzalanmadığı, onların iradəsinin olmadığı müəyyən edilmişdir.
42. Kollegiya bildirir ki, mənzilə dair cavabdehin adına verilmiş hüquqmüəyyənedici sənəd (etibarsız hesab edilən qanun üzrə vərəsəlik hüququ haqqında) şəhadətnaməyə əsasən verildiyindən, rayon məhkəməsi həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş hüquqmüəyyənedici sənədin (qeydiyyat vəsiqəsi, yaxud daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsi hissəsində də düzgün qənaətə gəlmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin miras əmlakın ilkin vəziyyətinə gətirilməsi tələbini də təmin etməməkdə rayon məhkəməsi haqlı olmuşdur, belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və cavabdehin adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsi ilə, nəticədə, mahiyyət etibarı ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləndən öncəki vəziyyət bərpa edilmiş olur və bu səbəbdən də qətnamədə əlavə olaraq miras əmlakın ilkin vəziyyətinə gətirilməsi barədə göstərişin qeyd olunmasına hər hansı hüquqi zərurət yoxdur.
44. Rayon məhkəməsi cavabdehin vicdansız vərəsə kimi tanınmasına dair hissədə iddianı təmin etməmiş, bildirmişdir ki, həmin tələb təmin edilə bilməz, çünki şəxsin ləyaqətsiz vərəsə kimi tanınması üçün qanunda müəyyən edilmiş hüquqi əsaslar başqadır. Yuxarıda da qeyd olunduğu kimi, rayon məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə təmin edilməmiş, iddiaçı bununla razılaşmış və qətnaməni mübahisələndirməmişdir.
45. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə notariat işindəki olan və məhkəməyə təqdim olunmuş digr vərəsələrin adından cavabdehin xeyrinə miras əmlakdakı paylarından imina ərizələrinin saxtalaşdırılması səbəbindən müvafiq xüsusi qərardad qəbul edilərək, araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilmişdir. Cavabdehin həmin vaxt qüvvədə olmuş MM-in 531-ci maddəsinə müvafiq qaydada cavabdehin vərəsə hüququna malik olmayan şəxs kimi tanınması məsələsinə dair, məhz həmin qərardad əsasında aparılacaq müvafiq araşdırmanın nəticələrinə əsasən yenidən tələb irəli sürülə bilər.
46. Bundan başqa müəyyən olunmuşdur ki, rayon məhkəməsi iddia tələbini həm də mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi hissəsində təmin etmiş, bununla da ziddiyyətli mövqeyə gəlmişdir. Belə ki, yuxarıda da qeyd ediliyi kimi, hazırkı işdə şahid ifadələri ilə iddiaçının həmin mənzildə fasiləsiz yaşaması, həmçinin 150 saylı MKİS tərəfindən verilmiş arayışla da iddiaçının həmin mənzildə tək yaşayaraq və 1993-cü il tarixdən bu günə kimi mənzilin kommunal xidmət haqlarını özü ödəməsi müəyyən edildiyindən, onun Azərbaycan SSR-nin xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964cü il Mülki Məcəlləsinin 552-ci maddəsinin tələbinə əsasən, mirası qəbul etdiyi müəyyən edilir. İddiaçının miras əmlakı qəbul etdiyi müəyyən edildiyindən, mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi barədə tələb əhəmiyyətsiz olmuşdur, bu səbəbdən də təmin edilə bilməzdi.
47. Kollegiya onu da qeyd edir ki, rayon məhkəməsi tərəfindən X12 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamənin verilməsinin Bakı şəhəri 8 saylı notariat ofisinə həvalə edilməsi barədə gəldiyi nəticəyə də lüzum olmamışdır. X3 adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, hazırkı qətnamənin qüvvəyə minməsindən sonra, iddiaçının X12 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzilinə dair vərəsəlik şəhadətnaməsi alınması üçün hər hansı maneə yoxdur. Bu məsələ iddiaçının notariat orqanına müraciəti əsasında ümumi qaydada həll olunmalı məsələdir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.-ci maddəsinə əsasən maddi hüquq normasının düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir.
49. MPM-in 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
50. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
51. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə:
52. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instaniya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X11 adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızının adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənəd (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
54. Məhkəmə kollegiyası dövlət rüsumu ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum cavabdehə aid edilməli, ekspertiza xərci cavabdehdən tutulmaldır.
55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızının apellyasiya şikayəti qismən təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1725/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi, ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Novruzova (Quliyeva) Gülşad Kərim qızının adına 12 mart 1993-cü il tarixdə verilmiş 4 «V»-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamə əsasında cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızının adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənəd (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızının özünə aid edilsin. Cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızından ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.