Məhkəmə qərarları › İş №2(102)-277/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-277/2025

13.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-277/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mirasın qəbulu, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, iddia müddətinin axımının başlanması, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbulu müddətin bərpa edilməsi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi və.s tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)4342/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 23 saylı evin 18 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) xx.xx.1990-cı il tarixdə xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır.

2. X17 (bundan sonra – miras qoyan) xx.xx.1992-ci il tarixdə ölmüş və onun birinci növbə vərəsələri 8 övladı (X18, X14, X22, X23, X26, X24, İddiaçı və Cavabdeh) olmuşdur.

3. Miras qoyanın ölümündən sonra qızı Cavabdeh (bundan sonra - cavabdeh) 1993-cü ildə mirasın qəbul edilməsi barədə ərizə ilə Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, ərizəsində miras qoyanın birinc i növbə digər vərəsələri kimi bacısı İddiaçı (bundan sonra – iddiaçı) istisna olmaqla digər bacı və qardaşlarının adlarını qeyd etmiş və müraciəti əsasında 22/93 nömrəli vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin materiallarına həmin şəxslərin mirasdan onlara düşən paydan cavabdehin xeyrinə imtina etmələri barədə xx.xx.1993-cü il tarixli ərizələr əlavə edilmişdir.

4. Bundan sonra xx.xx.1993-cü il tarixdə miras əmlaka dair cavabdehin adına tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmış və hazırda onun mülkiyyətindədir.

5. İddiaçı mübahisəli mənzilə xx.xx.2007-ci il tarixdə cavabdehin razılıq ərizəsi əsasında yaşayış yeri ü zrə qeydiyyata alınmışdır.

6. Mübahisəli mənzilə dair qazın alqı-satqısı barədə qaz paylayıcı ilə cavabdeh arasında xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə müqavilələr bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 8 saylı Dövlət Notariat Konturu tərəfindən cavabdehə verilmiş 4 “V”-1-30 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, cavabdehin vicdansız vərəsə kimi tanınması, mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, mübahisəli mənzilə dair ona vərəsəlik şəha dətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum anası ilə birlikdə yaşamış, ümumi təsərrüfatı idarə etmiş, xəstə olan zaman anasına qulluq etmişdir. Anası xx.xx.1992-ci il tarixdə vəfat etmiş, anasını dəfn etdirmiş, miras əmlakı qəbul etmiş, bütün kommunal xərcləri hər ay ödəmiş, mənzilin yaxşılaşdırılması üçün işlər aparmışdır. Mənzildə o, bacısı olan cavabdeh və cavabdehin övladları Nümayəndə Cəmil oğlu və X27 qeydiyyatda olsalar da, hazırda mənzildə doğulduğu gündən bu günədək yalnız özü yaşayır. Bacısı 1980-ci ildə ailə qurmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, SD135-ə gəlin köçmüş və bu günədək həmin ünvanda əri və övladları ilə birlikdə yaşayır. Gəlin köçdüyü vaxtdan onlarla yaşamamış, analarına qulluq etməmiş, ataları vəfat edən zaman yanında olmamış, mirasın yaxşılaşdırılması üçün heç bir tədbir görməmiş, formal olaraq həmin mənzildə qeydiyyatda qalmışdır. Bunu qonşular da təsdiq edə bilər. Mənzildə qeydiyyatda olan şəxslərin əvəzinə uzun illərdir ki, iddiaçı kommunal haqları ödəyir, bu isə onun büdcəsinə ziyan vurur. Bu yaxınlarda ona məlum olmuşdur ki, mübahisəli ev anasının adına deyil, cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Belə ki, həmin mənzildə cavabdehi və övladlarını qeydiyyatdan çıxarmaq üçün vəkilə müraciət etmiş, vəkil sorğusu əsasında məlum olmuşdur ki, cavabdeh 8 saylı dövlət notariat kontorundan verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mənzili öz adına qeydiyyatdan keçirmişdir və hazırda m ənzil sonuncunun mülkiyyətindədir. Halbuki cavabdeh onun vərəsə olduğunu gizlədərək miras əmlakı mənimsəmişdir. Cavabdeh anasının ruhunun inciməməsi üçün yadigar qalmış evin bölünməməsini bildirmiş, o da həmin evdə tək yaşadığından, bütün kommunal xərcləri özü ödədiyindən, mənzildə təmir işləri apardığından və orada yaşamasına cavabdeh tərəfindən heç bir maneə törədilmədiyindən sonuncuya inanmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, miras əmlakı qəbuletmə müddətini üzrlü səbəbdən buraxmışdır.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddia əsassız olduğundan və iddia müddəti keçdiyi üçün təmin olunmamalıdır. İddiaçı ərizəsində göstərir ki, mənzilin anasının deyil, cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması ndan bu yaxınlarda - qeydiyyatda olan şəxsləri mənzildən qeydiyyatdan çıxarmaq üçün müraciət etdiyi vəkilin verdiyi sorğu əsasında xəbər tutub. İddiaçının bu dəlili tamamilə əsassızdır. Belə ki, iddiaçı mənzilin vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçməsindən elə ilk vaxtdan məlumatı olub. Hətta 2007-ci ilin mart ayında mənzilə qeydiyyata alınmasını cavabdehdən xahiş edib və cavabdeh də mülkiyyətçi kimi onun mənzilə qeydiyyata düşməsinə dair xx.xx.2007-ci il tarixli notarial təsdiqli razılıq ərizəsi verib. İddiaçı 2007-ci ilin aprelində Qaradağ RPİ-yə mənzilə qeydiyyata alınma barədə ərizə-anketlə birlikdə mənzilin cavabdehin mülkiyyətində olmasına dair xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsini və cavabdehin notarial təsdiqli ərizəsini təqdim edib. Göründüyü kimi, iddiaçı mənz ilin cavabdehin mülkiyyətində olmasından 2007-ci ilin mart ayında xəbərdar idi və 15 ildən artıq müddət keçdikdən, yəni iddia müddəti buraxıldıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilə qeydiyyata alındığı tarixədək isə başqa ünvanda qeydiyyatda olmaqla yaşayıb. Xəstə anasına qulluq etməsi barədə göstərdikləri də həqiqətə uyğun deyil. Belə ki, analarının ona qulluq tələb edən xəstəliyi olmayıb, Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədədən (şok, qan itirmə) vəfat edib. Beləliklə, iddiaçı vərəsəlik açılan gündən 6 ay müddətində, yəni xx.xx.1992-ci ilədək mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş hərəkətlərdən hər hansı birini etməmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılması x ahiş olunur.

10. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X22 bildirmişdir ki, iddiaçının bacısıdır. Bacısı həqiqətən qeyd olunan ünvanda yaşayır. Bacısının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xəbəri olmamışdır.

11. X6 ifadəsində göstərmişdir ki, cavabdehin qızıdır. Xalası (iddiaçı) həmişə onun anasının mülkiyyətində olan mənzildə yaşamışdır. Anası xalasının həmin mənzildə yaşamasına heç vaxt maneə yaratmamışdır.

12. X1 ifadəsində bildirmişdir ki, 150 saylı MKİS-in mühasibidir. İddiaçı MKİS-in xidmət göstərdiyi ərazidə yerləşən mübahisəli ünvanda yaşamaqla kommunal xərcləri vaxtı-vaxtında ödəmiş, barəsində heç bir şikayət daxil olmamışdır.

13. X2 ifadəsində göstərmişdir bildirmişdir ki, 150 saylı MKİS-in sahə nəzarətçisi işləyir. Sahə nəzarətçis i kimi ərazini və ərazidə yaşayan bir çox vətəndaşı tanıyır. İddiaçı MKİS-in xidmət göstərdiyi ərazidə yerləşən mübahisəli ünvanda yaşamaqla kommunal xərcləri ödəmişdir.

14. Şahid qismində dindirilmiş iddiaçının qonşuları X20, X8, X10 və X3 eyni məzmunlu ifadələr verməklə bildirmişlər ki, iddiaçı ilə normal qonşuluq münasibətləri var. İddiaçı uzun illərdir ki, mübahisəli mənzildə yaşayır və kommunal xərcləri ödəyir.

15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-1725/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilərək, Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən 12 mart 1993-cü il tarixdə cavabdehin adına verilmiş 4 “V”-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətna mənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında cavabdehin adına mənzilə dair verilmiş hüquq müəyyənedici sənədin (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsi, iddiaçıya münasibətdə mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, mübahisəli mənzilə dair iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, həmin şəhadətnamənin verilməsinin Bakı şəhəri 8 saylı notariat ofisinə həvalə edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı birinci növbə vərəsə olmasına, miras qalmış mənzildə yaşamasına, mənzildən təyinatı üzrə istif adə etməsinə və kommunal xərcləri ödəməsinə baxmayaraq, cavabdeh notariat orqanına ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən iddiaçıya bu barədə məlumat verməmiş, notariat orqanına təqdim etdiyi ərizədə digər bacı və qardaşlarının adını göstərsə də, iddiaçının adını qeyd etməmişdir. Halbuki miras şərikləri bir-birinə zəruri məlumat verməklə vərəsəliyə çağırıldıqlarını bildirməlidirlər. Nə cavabdeh, nə də tərəflərin yaxınları (məhkəmə iclasında şahid qismində dindirilən bacıları X22) nə üçün iddiaçının adının notariat orqanına təqdim edilən ərizədə göstərilmədiyini, cavabdehin məlumat verməməsi bir yana, nə üçün digər bacı və qardaşların iddiaçıya məlumat verməməsinin səbəblərini izah edə bilmədilər. Halbuki iddiaçı da digər bacı və qardaşlar kimi b irinci növbə vərəsədir, anası vəfat edəndən həmin mənzildə yaşayır və 1993-cü ildən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəyir.

17. Göründüyü kimi, 12 mart 1993-cü il tarixdə cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır. Çünki iddiaçı qanun üzrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, anası vəfat edəndən miras qalmış mənzildə yaşamasına baxmayaraq, cavabdeh notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi dolğun göstərilməmişdir və iddiaçının da cavabdeh kimi anasından miras qalmış əmlakdan irs almaq hüququ vardır. Bu səbəbdən, mübahisəli mənzilə dair cavabdehin adına verilmiş şəhadətnamə etibarsız hesab edilməli, həmin etibarsız şəhadətnamə əsasında cavabdehin adına mənzilə dair verilmiş hüquq müəyyənedici sənədlər (qeydiyyat vəsiqəsi, yaxud daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməlidir.

18. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Çünki, iddiaçı anası vəfat edən vaxtdan mənzildə yaşayır, mənzilin kommunal xərclərini ödəyir, anasının vəfatından sonra cavabdeh notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə alarkən iddiaçıya bu barədə nəinki məlumat verməmiş, əksinə, həmin orqana vərəsələrin dairəsi barədə məlumat verərkən iddiaçının adını qeyd etməmişdir. İddiaçı son zamanlaradək mənzilin hələ də anasının adına olduğunu zənn etmişdir. Cavabdeh tərəfindən notariat orqanına müraciət edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına dair iddiaçıya nə cavabdeh, nə də digər bacı və qardaşları tərəfindən məlumat verilməmişdir. Cavabdeh mənzilə dair mülkiyyət hüququ barədə sənəd alarkən iddiaçıya hər hansı məlumat verilməmişdir. İddiaçı anası vəfat edəndən sonra yaşadığı və 1993-cü ildən kommunal xərclərini ödədiyi mənzilə qeydiyyata düşmək üçün bacısından razılıq ərizəsi alarkən də mənzilin bacısının adına rəsmiləşdirildiyini bilməmiş, həmin vaxt nə üçün məhz cavabdehin bu cür razılıq ərizəsi verməli olmasının mahiyyətinə varmamış, iddiaçıya nə MKİS, nə də yaşayış yeri üzrə qeydiyyata alan orqanda mənzil mülkiyyətçisinin cavabdeh olması barədə məlumat ve rilməmiş, ona hüquq müəyyənedici sənədlərin surətləri təqdim olunmamışdır. İddiaçı verilən tövsiyəyə uyğun olaraq bacısına müraciət edərək qeydiyyata düşməsinə razılıq tələb olunduğunu bildirmiş, cavabdeh də hər hansı əlavə izahat vermədən və mənzil mülkiyyətçisi olduğunu iddiaçıya bildirmədən razılıq ərizəsi təqdim etmişdir. İddiaçı ilə mənzilin qaz təminatı ilə bağlı alqı-satqı müqaviləsi bağlanarkən də iddiaçıya mənzilin bacısına məxsus olması barədə qazpaylayıcının əməkdaşları tərəfindən hər hansı məlumat verilməmişdir. İddiaçının mənzilin bacısının adına keçməsindən, bacısının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasından yalnız bu yaxınlarda, kommunal xərc yükünün azaldılması məqsədi ilə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün sənədlərlə maraqla ndıqda xəbər tutmuşdur.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 72- ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1133.1, 1134.1, 1145, 1146, 1157, 1159.1.1, 1159.1.3, 1159.1.4, 1160, 1243.1-1243.3, 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsində birinci icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilən hissəsində ləğv olunması, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazla eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını deyil, xx.xx.2000-ci ildə qüvvəyə minmiş, hazırda qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə “iddiaçının... anası vəfat edəndən həmin mənzildə yaşadığını və 1993-cü ildən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödədiyini” göstərərək o na münasibətdə mirasın qəbulu müddətini ötürülməmiş hesab etmiş, lakin istinad etdiyi şahid ifadələri və 150 saylı MKİS-in arayışı ilə iddiaçının mirası qanunda göstərilən müddət ərzində qəbul etdiyinə dair işin halının sübut olunmadığını nəzərə almamışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər (iddiaçının bacısı, bacısı qızı, qonşuları, MKİS işçiləri) öz ifadələrində iddiaçının uzun müddət həmin mənzildə yaşadığını göstərmişlər. Lakin iddiaçı 1994-cü ilədək ünvan 2 ünvanında yerləşən yataqxanada, 1994-1998-ci illərdə isə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 1998-ci ildə Müşviqabad qəsəbəsindəki mənzilini satdıqdan sonra mübahisəli mənzilə köçərək daimi yaşamağa başlamışdır. Bu isə onun həmin mənzildə uzun müddət (24 il, yəni 1998-2022-ci illər) yaşadığı anlamına gəlir, lakin mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının anasından miras qalan mənzildə yaşaması, onu idarə etməsi və digər formada yiyələnməsi yalnız o halda həmin mirası qəbul etmək kimi qiymətləndirilə bilər ki, bu hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində, yəni xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək edilmiş olsun. Məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri ifadələrində iddiaçının həqiqətən də məhz həmin tarixlərdə mübahisəli mənzildə yaşadığını, orda təsərrüfat apardığını göstərməmişlər. Cavabdeh, həmçinin qeyd etmişdir ki, qanun üzrə İ növbə vərəsələrin vərəsəlikdəki miras payının bərabər olduğu nəzərə alınmaqla miras qoyanın vərəsələrinin (8 övladının) hər birinin mirasdakı payı 1/8 hissə təşkil edir. Vərəsəlik işindən görünür ki, 6 vərəsə (Aydın, Gündüz, Əziz, Bikə, Telli və Gülsüm) özlərinə çatan miras payından bacıları cavabdehin xeyrinə imtina etmişlər. Hətta şərti olaraq hesab edilsə ki, iddiaçı mirası vaxtında qəbul edib, bu halda onun mənzildəki miras payı 1/8 hissə, cavabdehin payı isə 7/8 (1/8+6/8) hissə olacaqdı. Məhkəmə isə mənzilin 1/8 hissəsinə deyil, bütün mənzilə, yəni cavabdehə çatan və xeyrinə imtina edilmiş 7/8 hissə miras payına da vərəsəlik şəhadətnaməsinin verilməsini qət etmiş, bununla da cavabdehin vərəsəlik üzrə mülkiyyət hüququnu pozmuşdur.

22. İşə apellyasiya qaydasında baxılarkən X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

23. Məhkəmə tərəfindən təyin edilmiş ilkin və təkrar xətşünas lıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il və 4 noyabr 2023-cü il tarixli hər iki ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş Bakı şəhəri 8 saylı notariat ofisinə aid 4V-İ-30 saylı vərəsəlik işində X9 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов Г.К” yazılarının qarşısındakı imza; X5 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Рашид-заде Г.К” yazılarının qarşısındakı imza; X11 adından olan xx.xx.1993cü il tarixli ərizənin sonunda “Джафарова Т.К” yazılarının qarşısındakı imza; X12 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Мамедова Б.К” yazılarının qarşısındakı imza; X15 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов А.К” yazılarının qa rşısındakı imza və X13 adından olan xx.xx.1993-cü il tarixli ərizənin sonunda “Новрузов А.К” yazılarının qarşısındakı imza həmin şəxslər tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-87/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi) K.Əkbərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən 12 mart 1993-cü il tarixdə cavabdehin adına verilmiş 4 “V”-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab ed ilməsi, həmin şəhadətnamə əsasında cavabdehin adına mənzilə dair verilmiş hüquqmüəyyənedici sənədin (qeydiyyat vəsiqəsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

25. Məhkəmə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən MPMin 217.2-ci maddəsinin tələblərinin pozulması barədə dəlili ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçının anasının xx.xx.1992-ci il tarixdə ölməsi nəticəsində vərəsəlik açılmış, yəni mübahisəli hüquq münasibəti 1992-ci ildə yaranmışdır. Belə olan halda mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsi tətbiq edilməli olduğu halda, məhkəmə tərəfindən qüvvədə olan Mülki Məcəllənin müvafiq normaları tətbiq edilmişdir.

26. Bununla belə, birinc i instansiya məhkəməsi 12 mart 1993-cü il tarixdə cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməkdə haqlı olmuşdur. Çünki iddiaçı qanun üzrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, anası vəfat edəndən miras qalmış mənzildə yaşamasına baxmayaraq, cavabdeh notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi dolğun göstərilməmişdir və iddiaçının da cavabdeh kimi anasından miras qalmış əmlakdan irs almaq hüququ var. Həmçinin müvafiq ekspert rəyi ilə notariat işində olan cavabdehin xeyrinə miras əmlakdakı paylarından onun bacı və qardaşlarının imtina etməsi bar ədə ərizələrin saxtalaşdırıldığı, başqa sözlə, həmin şəxslər tərəfindən imzalanmadığı, onların iradəsinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda, mənzilə dair cavabdehin adına verilmiş hüquq müəyyənedici sənəd (qeydiyyat vəsiqəsi, yaxud daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) etibarsız hesab edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən verildiyindən birinci instansiya məhkəməsi həmin sənədin ləğv edilməsi hissəsində də düzgün qənaətə gəlmişdir.

27. Cavabdeh iddiaçının anasının öldüyü 1992-ci ildən yox, məhz 1998-ci ildən həmin mənzildə yaşadığını təsdiq edən sübutları təqdim etməmişdir. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə iddiaçının həmin mənzildə fasiləsiz yaşaması, həmçinin 150 saylı MKİS tərəfindən verilmiş arayışla da iddiaçının həmin mənzildə tək yaşayaraq və 1993-cü il tarixdən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəməsi müəyyən edildiyindən, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin tələbinə əsasən onun mirası qəbul etdiyi müəyyən edilir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini həm də mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi hissəsində təmin etməklə ziddiyyətli mövqeyə gəlmişdir. Belə ki, hazırkı işdə iddiaçının miras əmlakı qəbul etdiyi müəyyən edildiyindən, mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi barədə tələb əhəmiyyətsiz olmuşdur, bu səbəbdən də təmin edilə bilməzdi.

28. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə dair iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamənin verilməsinin Bak ı şəhəri 8 saylı notariat ofisinə həvalə edilməsi barədə gəldiyi nəticəyə də lüzum olmamışdır. Çünki cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, hazırkı qətnamənin qüvvəyə minməsindən sonra iddiaçının miras əmlaka dair vərəsəlik şəhadətnaməsi alınması üçün hər hansı maneə yoxdur. Bu, iddiaçının notariat orqanına müraciəti əsasında ümumi qaydada həll olunmalı məsələdir.

29. Məhkəmə onu da qeyd etmişdir ki, notariat işindəki və məhkəməyə təqdim olunmuş digər vərəsələrin adından cavabdehin xeyrinə miras əmlakdakı paylarından imtina ərizələrinin saxtalaşdırılması səbəbindən müvafiq xüsusi qərardad qəbul edilərək, araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilmişdir. İddiaçı həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 531-ci ma ddəsinə müvafiq qaydada cavabdehin vərəsə hüququna malik olmayan şəxs kimi tanınması məsələsinə dair məhz həmin qərardad əsasında aparılacaq müvafiq araşdırmanın nəticələrinə əsasən yenidən tələb irəli sürə bilər.

30. Məhkəmə gəldiyi nəticəni, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsinin 528, 530, 531, 532, 541, 552, 555, 556-cı və MPM-in 9.3, 14.1, 14.2, 77.1, 88, 217.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnmaəsinin verilməsinin notariat orqanının üzərinə qoyulması tələblərinin rədd olunması hi ssəsində ləğv olunmasını, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti Mülki Məcəllənin 1137, 1159, 1243-cü və MPM-in 9, 14, 88ci maddələrinə istinadla belə əsaslandırılmışdır ki, cavabdeh miras əmlakda payını artırmaq məqsədilə iddiaçının adını vərəsələr dairəsinə daxil etməmiş, gizlətmiş, qardaş və bacılarımızın adından saxta ərizələr yazmış, özü imza etmiş və bu fakt 2 ayrı ekspert rəyləri ilə təsdiq olunmuş, lakin nə birinci, nə də apellyasiya instansiya məhkəməsində cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi tələbi təmin edilməmiş, apellyasiya məhkəməsi qətnaməsində birinci ekspert rəyini ümumiyyətlə göstərməmişdir. Bundan başqa, apellyasiy a məhkəməsi mirası qəbul etdiyini qətnamədə təsdiq etdiyi halda, rayon məhkəməsinin qətnaməsini mirasın qəbul edilməsi müddətinin buraxılmamış hesab edilməsi və ona vərəsəlik şəhadətnaməsi verilməsi hissələrində ləğv etmiş, hər vasitə ilə əsaslandırmağa çalışmışdır ki, miras əmlak ona verilərsə cavabdehin hüquqları pozula bilər.

33. Cavabdeh (Vəkil2) də kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassator mübahisələndirilən hissədə iddiaya qarşı etirazı və apellyasiya şikayəti ilə eyni dəlillərdən çıxış edərək qüvvədən düşmüş Mülki Məcəllənin 73, 77, 78, 82, 530, 532, 552-ci və MPM-in 77.1-ci maddəsinə istinadla əlavə ola raq qeyd etmişdir ki, məhkəmə hazırkı tələb üzrə iddia müddətini tətbiq etməklə iddianın təmin olunmaması barədə qətnamə çıxarmalı olduğu halda, iddianı qismən təmin etmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1884/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə (Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Aqil Abbasov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-87/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamədə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

36. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, miras qoyan xx.xx.1992-ci il tarixdə ölmüş və onun birinci növbə vərəsələri qismində 8 övladı olmuşdur. Onlardan cavabdeh mirasın qəbul edilməsi barədə notariat orqanına ərizə ilə müraciət etmiş və müraciətində miras qoyanın digər vərəsələri kimi iddiaçı istisna olmaqla digər bacı və qardaşlarının adlarını qeyd etmişdir. Həmin bacı və qardaşların adından mirasdan cavabdehin xeyrinə imtina etmələri barədə notariat işinə ərizələr əlavə edilmiş və notariat orqanı tərəfindən xx.xx.1993-cü il tarixdə cavabdehin adına tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

37. Hazırda iddiaçı doğulduğu vaxtdan bu günədək an asından miras qalmış mübahisəli mənzildə yaşadığını, xəstə olduğu vaxt anasına qulluq etdiyini, onu dəfn etdiyini bildirərək, tərəfindən mirasın qəbul edilməsini, lakin cavabdehin onun vərəsəliyini gizlətməklə və vərəsə olan digər bacı və qardaşlarının adından saxta ərizələr təqdim etməklə mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını və mənzili öz adına qeydiyyatdan keçirdiyini bildirərək, mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini, cavabdehin adına verilmiş şəhadətnamənin etibarsızlığını, mənzilə dair həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsini və miras əmlaka dair onun adına şəhadətnamə verilməsini tələb edir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin olunmayan hi ssəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququnun yoxlanılması baxımından həmin tələb çərçivəsində araşdırılmalı məsələ olduğundan bununla bağlı ayrıca tələb irəli sürülməsinə lüzum yoxdur. Miras əmlaka dair iddiaçının adına şəhadətnamə verilməsinin notariat orqanına həvalə edilməsi isə hazırkı iş üzrə iddiaçının xeyrinə qətnamə qəbul edildikdən sonra notariat orqanına müraciəti əsasında ümumi qaydada həll olunmalı məsələdir. Ona görə də, apellyasiya instansiya məhkəməsi həmin tələbləri rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

40. Bununla belə, məhkəmə kollegiya aşağıdakılara əsasən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmuş hissələrində (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi) maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

41. Belə ki, bu hissədə mübahisənin düzgün hüquqi həlli ilə üçün yuxarıda da qeyd edildiyi kimi ilk növbədə iddiaç ının mirası qanunla müəyyən edilmiş qaydada qəbul edibetmədiyi müəyyən edilməlidir. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi əvvəlcə özünün mirası qəbul etməsi təsdiq olunmalıdır. Əks hal, onun həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsini əmələ gətirəcəkdir.

42. Mirasın qəbulu institutu ilə bağlı mirasın açıldığı vaxt qüvvədə olan Mülki Məcəlləsinin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

43. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üz ərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iy ul 2014-cü il tarixli qərarı).

44. Hazırda iddiaçı doğulduğu vaxtdan hal-hazıradək fasiləsiz olaraq mübahisəli mənzildə yaşadığını, xəstə olduğu vaxt anasına qulluq etdiyini, onu dəfn etdiyini bildirərək, miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etdiyini irəli sürür.

45. Cavabdeh isə etiraz edərək, bildirir ki, iddiaçı anasının vəfat etdiyi vaxt mübahisəli mənzildə yaşamamış, 1998-ci ildə özünə məxsus başqa mənzili satdıqdan sonra həmin mənzildə yaşamağa başlamış, 2007-ci ildə mülkiyyətçi kimi onun razılıq ərizəsi əsasında mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır, Xəstə anasına qulluq etməsi barədə göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, analarının ona qulluq tələb edən xəstəliyi olmamış, Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədədən (şok, qan itirmə) vəfat et mişdir. Göründüyü kimi, iddiaçı mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür.

46. Apellyasiya instansiyası məhkəməsi cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və mənzilə dair həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanun üzrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, anası vəfat edəndən miras qalmış mənzildə yaşamasına baxmayaraq, cavabdeh notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi dolğun göstərilməmişdir və iddiaçı nın da cavabdeh kimi anasından miras qalmış əmlakdan irs almaq hüququ var. Həmçinin müvafiq ekspert rəyi ilə, notariat işində olan cavabdehin xeyrinə miras əmlakdakı paylarından onun bacı və qardaşlarının imtina etməsi barədə ərizələrin saxtalaşdırıldığı, başqa sözlə, həmin şəxslər tərəfindən imzalanmadığı, onların iradəsinin olmadığı müəyyən edilmişdir. Cavabdeh iddiaçının anasının öldüyü 1992-ci ildən yox, məhz 1998-ci ildən həmin mənzildə yaşadığını təsdiq edən sübutları təqdim etməmişdir. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə iddiaçının həmin mənzildə fasiləsiz yaşaması, həmçinin 150 saylı MKİS tərəfindən verilmiş arayışla da iddiaçının həmin mənzildə tək yaşayaraq və 1993-cü il tarixdən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəməsi, dolayısı ilə də iddiaçının mirası qəbul etməsi müəyyən edilmişdir.

47. Göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçının mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməsi nəticəsinə gələrkən yalnız iddia tərəfinin təqdim etdiyi sübutlardan (şahid ifadələri və 150 saylı MKİS tərəfindən verilmiş arayış) çıxış etmiş, cavabdeh tərəfindən əksini, yəni iddiaçının 1992-ci ildən yox, məhz 1998-ci ildən həmin mənzildə yaşadığını təsdiq edən sübutların təqdim edilmədiyini bildirmiş, lakin cavabdehin bu istiqamətdə təqdim etdiyi iş materiallarına əlavə edilmiş sübutlara (idiaçıya məxsus digər mənzilin 1998-ci ildə alqı-satqısına dair müqavilə, mübahisəli mənzilə kommunal xidmətlərin göstərilməsi barədə cavabdehin adına bağlanmış müqavilələr və s.) heç bir hüquqi qiymət verməmişdir.

48. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələr inin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

50. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir.

51. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrindən görünür ki, bütün şahidlər konkret müddət göstərmədən, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşadığını bildirmişlər. Cavabdeh apellyasiya şikayətində həmin ifadələrə münasibətdə qeyd etmişdir ki, iddiaçı 1998-ci ildə Müşviqabad qəsəbəsindəki mənzilini satdıqdan sonra mübahisəli mənzilə köçərək daimi yaşamağa başlamışdır. Nəzərə alınmalıdır ki, şəxsin ona miras qalan mənzildə yaşaması, onu idarə etməsi və digər formada yiyələnməsi yalnız o halda həmin mirası qəbul etmək kimi qiymətləndirilə bilər ki, bu hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilmiş olsun. Baxılan iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri ifadələrində iddiaçının həqiqətən də məhz müddət ərzində mübahisəli mənzildə yaşadığını, orda təsərrüfat apardığını təsdiq etməmişlər.

52. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə də qiymət verməmiş, həmin dəlillərin nəyə görə qəbul edilməməsi barədə heç bir əsaslandırma aparmamış, bununla da MPM-in 392.2-ci maddəsinin tələblərini pozmuşdur.

53. Bununla yanaşı, iş materiallarından görünür ki, cavabdeh həm də iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının mənzilin c avabdehin mülkiyyətinə keçməsindən ən geci 2007-ci ildə mülkiyyətçi kimi onun razılığı ilə mənzilə qeydiyyata alınarkən məlumatı olmuşdur ki, iddia müddətinin axımı bu tarixdən hesablandıqda iddia müddəti ötmüşdür.

54. Qüvvədən düşmüş Mülki Məcəllə ilə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün üç illik ümumi müddət (iddia müddəti) müəyyən edilirdi və iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün birbaşa əsas hesab edilirdi. Qanun nəzərdə tuturdu ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Eyni zamanda, həmin Məcəllədə iddia müddəti tətbiq edilməyən hallar sırasında hazırkı kateqoriya tələblər nəzərdə tutulmamışdır.

55. Birinci instan siya məhkəməsi ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı son zamanlaradək mənzilin hələ də anasının adına olduğunu zənn etmişdir. Cavabdeh tərəfindən notariat orqanına müraciət edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması barədə nə cavabdeh, nə də digər bacı və qardaşları tərəfindən ona məlumat verilməmişdir. İddiaçı anası vəfat edəndən sonra yaşadığı və 1993-cü ildən kommunal xərclərini ödədiyi mənzilə qeydiyyata düşmək üçün bacısından razılıq ərizəsi alarkən də mənzilin bacısının adına rəsmiləşdirildiyini bilməmiş, həmin vaxt nə üçün məhz cavabdehin bu cür razılıq ərizəsi verməli olmasının mahiyyətinə varmamış, iddiaçıya nə MKİS, nə də yaşayış yeri üzrə qeydiyyata alan orqanda mənzil mülkiyyətçisinin cavabdeh olması barədə məlumat verilməmiş, ona hüquqmüəyyənedi ci sənədlərin surətləri təqdim olunmamışdır. İddiaçı verilən tövsiyəyə uyğun olaraq bacısına müraciət edərək qeydiyyata düşməsinə razılıq tələb olunduğunu bildirmiş, cavabdeh də hər hansı əlavə izahat vermədən və mənzil mülkiyyətçisi olduğunu iddiaçıya bildirmədən razılıq ərizəsi təqdim etmişdir. İddiaçı ilə mənzilin qaz təminatı ilə bağlı alqı-satqı müqaviləsi bağlanarkən də iddiaçıya mənzilin bacısına məxsus olması barədə qazpaylayıcının əməkdaşları tərəfindən hər hansı məlumat verilməmişdir. İddiaçının mənzilin bacısının adına keçməsindən, bacısının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasından yalnız bu yaxınlarda, kommunal xərc yükünün azaldılması məqsədi ilə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün sənədlərlə maraqlandıqda məlumatı olmuş, xəbər tut muşdur.

56. Göründüyü kimi, birinci instansiyası məhkəməsi yalnız iddiaçının mövqeyindən çıxış etməklə qənaətini özünün irəli sürdüyü dəlillərlə əsaslandırmağa çalışmışdır. Halbuki mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

57. Apellyasi ya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətinin bununla bağlı dəlillərinə baxmayaraq, iddia müddətinin tətbiqi barədə ərizəyə ümumiyyətlə qiymət verməmişdir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli və 03 noyabr 2008-ci il tarixli qərarlarında iddia müddətləri ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə görə atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Qanunda iddia müddətinin axımının başlanması anının xüsusi tənzimlənməsi, onun dayandırılması və kəsilməsinin məhdud dairəsinin müəyyən edilməsi məhz su byektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.

59. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli və əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdı r

60. Məhkəmə kollegiyası öz mövqeyini xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73, 78, 82, 85, 528, 530, 531, 532, 552 və 556-cı maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

61. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4342/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilmiş, iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi his səsində təmin edilməmişdir.

62. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı doğulduğu vaxtdan bu günədək anasından miras qalmış mübahisəli mənzildə yaşadığını, xəstə olduğu vaxt anasına qulluq etdiyini, onu dəfn etdiyini bildirərək, tərəfindən mirasın qəbul edilməsini, lakin cavabdehin onun vərəsəliyini gizlətməklə və vərəsə olan digər bacı və qardaşlarının adından saxta ərizələr təqdim etməklə mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını və mənzili öz adına qeydiyyatdan keçirdiyini bildirərək, mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini, cavabdehin adına verilmiş şəhadətnamənin etibarsızlığını, mənzilə dair həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsini və miras əmlaka dair onun adına şəhadətnamə verilməsini tələb edir.

63. İş materiallarından müəyyən olunur ki, miras qoyan xx.xx.1992-ci il tarixdə ölmüş və onun birinci növbə vərəsələri qismində 8 övladı olmuşdur. Onlardan cavabdeh mirasın qəbul edilməsi barədə notariat orqanına ərizə ilə müraciət etmiş və müraciətində miras qoyanın digər vərəsələri kimi iddiaçı istisna olmaqla digər bacı və qardaşlarının adlarını qeyd etmişdir. Həmin bacı və qardaşların adından mirasdan cavabdehin xeyrinə imtina etmələri barədə notariat işinə ərizələr əlavə edilmiş və notariat orqanı tərəfindən xx.xx.1993-cü il tarixdə cavabdehin adına tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

64. Məhkəmə kollegiya hesab etmişdir ki, birinci instansiyası məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən (qa nun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi) maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

65. Belə ki, bu hissədə mübahisənin düzgün hüquqi həlli ilə üçün yuxarıda da qeyd edildiyi kimi ilk növbədə iddiaçının mirası qanunla müəyyən edilmiş qaydada qəbul edibetmədiyi müəyyən edilməlidir. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi əvvəlcə özünün mirası qəbul etməsi təsdiq olunmalıdır. Əks hal, onun həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsini əmələ gətirəcəkdir.

66. Kollegiya qeyd etmişdir ki, mirasın qəbulu institutu ilə bağlı mir asın açıldığı vaxt qüvvədə olan Mülki Məcəlləsinin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

67. Hazırda iddiaçı doğulduğu vaxtdan hal-hazıradək fasiləsiz olaraq mübahisəli mənzildə yaşadığını, xəstə olduğu vaxt anasına qulluq etdiyini, onu dəfn etdiyini bildirərək, miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etdiyini irəli sürür. Cavabdeh isə etiraz edərək, bildirir ki, iddiaçı anasının vəfat etdiyi vaxt mübahisəli mənzildə yaşamamış, 1998-ci ildə özünə məxsus başqa mənzili satdıqdan sonra həmin mənzildə yaşamağa başlamış, 2007ci ildə mülkiyyətçi kimi onun razılıq ərizəsi əsasında mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır, Xəstə anasına qulluq etməsi barədə göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, analarının ona qulluq tələb edən xəstəliyi olmamış, Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədədən (şok, qan itirmə) vəfat etmişdir. Göründüyü kimi, iddiaçı mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür.

68. Birinci instansiya məhkəməsi cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və mənzilə dair həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanun ü zrə vərəsələrdən biri olduğu, miras qalmış əmlakdan imtina etməsi barədə notariat orqanına ərizə vermədiyi, anası vəfat edəndən miras qalmış mənzildə yaşamasına baxmayaraq, cavabdeh notariat orqanına ərizə verərkən vərəsələrin dairəsini tam göstərməməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, qanun üzrə vərəsəlik almalı olan şəxslərin dairəsi dolğun göstərilməmişdir və iddiaçının da cavabdeh kimi anasından miras qalmış əmlakdan irs almaq hüququ var. Həmçinin müvafiq ekspert rəyi ilə, notariat işində olan cavabdehin xeyrinə miras əmlakdakı paylarından onun bacı və qardaşlarının imtina etməsi barədə ərizələrin saxtalaşdırıldığı, başqa sözlə, həmin şəxslər tərəfindən imzalanmadığı, onların iradəsinin olmadığı müəyyən edilmişdir. Cavabdeh iddiaçının anasının öldüyü 1992-ci ildən yox, məhz 1998-ci ildən həmin mənzildə yaşadığını təsdiq edən sübutları təqdim etməmişdir. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə iddiaçının həmin mənzildə fasiləsiz yaşaması, həmçinin 150 saylı MKİS tərəfindən verilmiş arayışla da iddiaçının həmin mənzildə tək yaşayaraq və 1993-cü il tarixdən bu günə kimi mənzil kommunal xidmət haqlarını özü ödəməsi, dolayısı ilə də iddiaçının mirası qəbul etməsi müəyyən edilmişdir.

69. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

71. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrindən gör ünür ki, bütün şahidlər konkret müddət göstərmədən, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşadığını bildirmişlər. Cavabdeh apellyasiya şikayətində həmin ifadələrə münasibətdə qeyd etmişdir ki, iddiaçı 1998-ci ildə Müşviqabad qəsəbəsindəki mənzilini satdıqdan sonra mübahisəli mənzilə köçərək daimi yaşamağa başlamışdır. Nəzərə alınmalıdır ki, şəxsin ona miras qalan mənzildə yaşaması, onu idarə etməsi və digər formada yiyələnməsi yalnız o halda həmin mirası qəbul etmək kimi qiymətləndirilə bilər ki, bu hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilmiş olsun. Baxılan iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərdən heç biri ifadələrində iddiaçının həqiqətən də məhz müddət ərzində mübahisəli mənzildə yaşadığını, orda təsərrüfat apardığını təsdiq etməmişlər.

72. Bununla yanaşı, i ş materiallarından görünür ki, cavabdeh həm də iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının mənzilin cavabdehin mülkiyyətinə keçməsindən ən geci 2007-ci ildə mülkiyyətçi kimi onun razılığı ilə mənzilə qeydiyyata alınarkən məlumatı olmuşdur ki, iddia müddətinin axımı bu tarixdən hesablandıqda iddia müddəti ötmüşdür.

73. Qüvvədən düşmüş Mülki Məcəllə ilə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün üç illik ümumi müddət (iddia müddəti) müəyyən edilirdi və iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün birbaşa əsas hesab edilirdi. Qanun nəzərdə tuturdu ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Eyni zamanda, həmin Məcəllədə iddia müddəti tətbiq edilməyən hallar sırasında hazırkı kateqoriya tələblər nəzərdə tutulmamışdır.

74. Birinci instansiya məhkəməsi ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı son zamanlaradək mənzilin hələ də anasının adına olduğunu zənn etmişdir. Cavabdeh tərəfindən notariat orqanına müraciət edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması barədə nə cavabdeh, nə də digər bacı və qardaşları tərəfindən ona məlumat verilməmişdir. İddiaçı anası vəfat edəndən sonra yaşadığı və 1993-cü ildən kommunal xərclərini ödədiyi mənzilə qeydiyyata düşmək üçün bacısından razılıq ərizəsi alarkən də mənzilin bacısının adına rəsmiləşdirildiyini bilməmiş, həmin vaxt nə üçün məhz cavabdehin bu cür razılıq ərizəsi verməli olmasının mahiyyətinə varmamış, iddiaçıya nə MKİS, nə də yaşayış yeri üzrə qeydiyyata alan orqanda mənzil mülkiyyətçisinin cavabdeh olması barədə məlumat verilməmiş, ona hüquqmüəyyənedici sənədlərin surətləri təqdim olunmamışdır. İddiaçı verilən tövsiyəyə uyğun olaraq bacısına müraciət edərək qeydiyyata düşməsinə razılıq tələb olunduğunu bildirmiş, cavabdeh də hər hansı əlavə izahat vermədən və mənzil mülkiyyətçisi olduğunu iddiaçıya bildirmədən razılıq ərizəsi təqdim etmişdir. İddiaçı ilə mənzilin qaz təminatı ilə bağlı alqı-satqı müqaviləsi bağlanarkən də iddiaçıya mənzilin bacısına məxsus olması barədə qazpaylayıcının əməkdaşları tərəfindən hər hansı məlumat verilməmişdir. İddiaçının mənzilin bacısının adına keçməsindən, bacısının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasından yalnız bu yaxınlarda, kommunal xərc yükünün azaldılması məqsədi ilə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün sənədlərlə maraqlandıqda məlumatı olmuş, xəbər tutmuşdur.

75. Göründüyü kimi, birinci instansiyası məhkəməsi yalnız iddiaçının mövqeyindən çıxış etməklə qənaətini özünün irəli sürdüyü dəlillərlə əsaslandırmağa çalışmışdır. Halbuki mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etmək lə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli və 03 noyabr 2008-ci il tarixli qərarlarında iddia müddətləri ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə görə atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Qanunda iddia müddətinin axımının başlanması anının xüsusi tənzimlənməsi, onun dayandırılması və kəsilməsinin məhdud dairəsinin müəyyən edilm əsi məhz subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.

77. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadığından iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

78. Məhkəmə kollegiyası öz mövqeyini xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş xx.xx.20 00-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73, 78, 82, 85, 528, 530, 531, 532, 552 və 556-cı, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 384.0.2, 385, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

79. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4342/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin araşdırılması üçün Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.

80. Kassasiya şikayəti iddia ərizəsi və əvvəlki kassasiya şikayəti ilə oxşar məzmunda əsaslandırıla bərabər qeyd edilmişdir ki, 1992-ci il tarixində anam Sara vəfat etdikdən sonra biz mirası qardaşımız Əzizin adına keçirtmək istəmiş və onun xeyr inə mirasdan imtina etmişik, lakin bacım Novruzova (Quliyeva) Gülşad qardaşımız Əzizlə bağlı yazdığımız və imza etdiyimiz ərizələri bizdən almış, özü həll edəcəyini bildirmiş və bu yaxınlarda məlum olmuşdur ki, “anamızın ruhu inciyər, miras onun adında qalsın” deyən bacım gizlində onu bütünlüklə öz adına keçirtmişdir.

81. Bacısı Gülşad özü bacı və qardaşlarının adından saxta ərizələr yazmışdır, guya onlar paylarından Gülşadın xeyrinə imtina edirlər və saxta imza etmişdir. Həmin sənədlərin saxtalaşdırılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xətt ekspertizası şöbəsinin xx.xx.2023-cü il tarixində və təkrar ekspetriza ilə bağlı xx.xx.2023cü il tarixində verilmiş rəylərində də öz əksini tapmışdır. Bakı Apellyasiya məhkəməsinin qərardadı ilə işdəki saxtalaşdırm a ilə bağlı qərardad çıxarılmış və iş araşdırılması məqsədilə Bakı şəhəri, Qaradağ rayon Prokurorluğuna göndərilmişdir. Qaradağ rayon Prokurorluğunun qərarında qeyd edilmişdir ki, “Əməldə cinayət tərkibi var, lakin müddət keçdiyindən Novruzova (Quliyeva) Gülşad Kərim qızı cinayət məsuliyyətinə cəlb edilmir”. Beləliklə də Novruzova Gülşad ləyaqətsiz vərəsə hesab edilməlidir.

82. Saxtakarlıqla miras əmlakı öz adına keçirən Novruzova (Quliyeva) Gülşad bacı və qardaşlarının mirasdan payını mənimsəmiş, onun isə vərəsə kimi adını ümumiyyətlə gizlətmiş və vərəsələr siyahısına daxil etməmişdir.

83. Azad İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hakim Azad İmanov ona ağzını açmağa, fikrini bildirməyə imkan verməmiş, danışmaq istəyərkən qulaqlarını tutmuşdur ki, onu dinləmək istəmir, heç nə araşdırmadan sifarişli qətnamə çıxartmış və məhkəməni sənədləri saxtalaşdırması ekspert rəyləri ilə sübut edilən, haqqında cinayət işi açılan, lakin müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb edilməyən Novruzova (Quliyeva) Gülşadın xeyrinə etmişdir, yəni məhkəmədə nə sübutlara baxılmış, nə o iddiaçı kimi dindirilmiş, nə də şahid kimi məhkəməyə çağırdığı şəxslər dindirilmişdir. Hakim öz səlahiyyətindən sui-istifadə edərək ona, ağır xərçəng xəstəsinə qarşı ədalətsizlik etmişdir.

84. İşdən göründüyü kimi cavabdeh analarından miras qalmış evi qardaşları Əzizə vermək istəmələrini, bununla bağlı öz paylarından Əzizin xeyrinə imtina etmək barədə ərizə yazdıgqlarını bildikdən sonra məndən xahiş etmişdir ki, sənədləri ona verək, O, notariusda hər şeyi həll edəcək. Beləliklə də onların inamından istifadə edən bacısı Gülşad 1980-ci ildən evdən çıxmasına və onlarla yaşamamasına baxmayaraq notariat ofisində vərəsə kimi onun adını gizlətmiş, halbuki mübahisəli evdə anasının vaxtından, yəni 1992-ci ildən yaşayır. Digər bacı və qardaşlarının adından saxta ərizələr yazaraq, saxta imzalar edərək guya hamı onun xeyrinə miras paylarından imtina etmişdir kimi əmlakı öz adına keçirtmişdir. İşdə bu faktı təsdiq edən iki ekspert rəyi vardır. Hakim isə heç bir halı araşdırmamış, işə qeyri-obyektiv yanaşmışdır.

85. Hazırkı işdə məhkəmə onun tərəfindən təqdim olunmuş sübutlara qiymət verməmişdir. Məhkəməyə bacı qardaşları və onun tərəfindən yazılan və imza edilən ərizələri təqdim etmişdir ki, həmin ərizələrdə qardaşları Əzizin xeyrinə miras paylarından imtina etməyi və miras əmlakı bütövlükdə qard aşları Əzizə bağışlamağı qeyd etmişlər, həmin ərizələrin surətlərini aldadaraq ələ keçirən bacısı Gülşad həmin ərizələri saxtalaşdırmış, saxta ərizə yazaraq saxta imza etmişdir ki, guya onlar miras paydan onun xeyrinə imtina etmişlər və DƏDRX-dən özünə çıxarış almışdır. Çıxarışı onlardan gizlətmiş və MKİS-ə çıxarışın surətini təqdim etməmişdir. Ev hələ də MKİS-də anasının adına qeyd olunmuşdur. Həmin mənzildə 1992-ci ildən yaşamışdır və indiyədək yaşayır. Həmin vaxt ərzində kommunal xərclər onun tərəfimdən ödənilmişdir. Məhkəməyə həmin mənzildə 1992-ci il tarixindən bu günədək yaşadığına dair qonşular tərəfindən tərtib olunmuş və 150 saylı MKİS tərəfindən təsdiq olunmuş arayışı əlavə etsə də Bakı Apellyasiya məhkəməsi həmin arayışı sübut kimi qəbul etməmişdir. Novruzova (Quliyeva) Gülşadın mirası ələ keçirtmək məqsədilə etdiyi saxtakarlıqlar, sənədlərin saxtalaşdırılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 2 ekspert rəyi ilə təsdiq edilmişdir. İfadələr 1-ci instansiya və apellyasiya məhkəməsində saxtalaşdırılmışdır. Belə ki, bütün şahidlər onun 1992-ci ildən miras qoyulmuş mənzildə yaşamağını ifadələrində qeyd etsələr də, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, şahidlərin ifadələrində sadəcə orada yaşadığı qeyd edilmişdir.

86. Novruzova (Quliyeva) Gülşadın qızı Saranın ifadəsi tamamilə dəyişdirilmişdir və qeyd edilmişdir ki, guya O, demişdir ki, “ev mənim anamın mülkiyyətidir, amma Nərgiz orada yaşayır və anam ona mane olmur”. Əslində isə O, bildirmişdir ki, “bu ev nənəmin evidir və Nərgiz xalam 1992-ci ildən bu günədək orada yaşayır”. Novr uzova (Quliyeva) Gülşad Notariat ofisində vərəsələr kimi digər bacı və qardaşlarının adlarını bildirsə də, onun adını gizlətmişdir. Bütün bu sübutlara hakim heç bir əhəmiyyət verməmiş və qeyriciddi yanaşmışdır. Hakim həm də Bakı şəhəri, Qaradağ rayon Prokurorluğu tərəfindən əməldə həqiqətən saxtakarlıq olması, əmlakı ələ keçirtmək məqsədilə imzaların saxtalaşdırılması qeyd olunmuş, lakin müddət keçdiyindən Novruzova (Quliyeva) Gülşadın cinayət məsuliyyətinə cəlb edilməməsi haqqında qərarına da sübut kimi əhəmiyyət verməmişdir. Belə ki, sübutlar düzgün araşdırılmamış və onlara obyektiv qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

87. Cavabdeh kassasiya şikayətinə etiraz verərək apellyasiya instansiyası məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticənin qanuni və əs aslı olduğunu, həmçinin hazırkı iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2024- cu il tarixli 2(102)188412024 nömrəli qərarında şərh edilmiş məcburi göstərişlərə uyğun olduğunu bildirərək, kassasiya şikayətinin təmin olunmadan və bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-ci il tarixli 2(1031-4342/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsi

88. Maddə

73. Hüququ pozulmuş şəxsin iddiası üzrə,onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il... müəyyən edilir.

89. Maddə

78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulm asını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.

90. Maddə

82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə pozulmuş hüquq müdafiə edilməlidir.

91. Maddə

85. Aşağıdakı hallara iddia müddəti tətbiq edilmir. - Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi qeyri-əmlak hüquqlarının pozulmasından əmələ gələn tələblərə; - Kolxozların və sair kooperativ və ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında döblət təşkilatlarının tələblərinə; - Dövlət əmək əmanət kassalarına və SSRİ Dövlət Bankına qoyulmuş əmanətlərin verilməsi haqqında əmanətçilərin tələblərinə; - SSRİ İttifaqı qanunvericiliyi il ə müəyyən edilmiş hallarda digər tələbərə.

92. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır.

93. Maddə

530. Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

94. Maddə

531. Miras qoyanın, onun vərəsələrindən hər hansı birinin əleyhinə, yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə qanunsuz hərəkət etməklə özlərinin vərəsəliyə çağırılmasına imkan yaradan vətəndaşlar, bu hallar məhkəmə qaydasında təsdiq edilərsə, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmaq hüququna malik deyildirlər.

95. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürülənləri) birinci növbəli vərəsələr hesab olunurlar.

96. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

97. Maddə

556. Qanun üzrə və ya vəziyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır....Mirasdan imtina vərəsə tərəfindən vərəsə vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə ed ilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

98. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

99. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

100. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

101. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.

102. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

103. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

104. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n.

105. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

106. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

107. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

108. Məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

109. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əv vəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

110. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

111. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırm a ilə razılaşır.

112. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

113. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli 2(103)-4342/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar