Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8704/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin İddiaçı QSC-nin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İlkin İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X2 qarşı “kredit müqaviləsi üzrə borc” barədə ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh4 və qeyrilərinin cavabdeh İddiaçı QSC-yə qarşı “aylıq faizlərin qanunsuz hesab edilməsi və yenidən hesablanması, zaminlik və ipoteka müqaviləsinin ləğv edilməsi və sair” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin İddiaçı QSC-si cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000029920 saylı kredit razılaşması üzrə 58510.86 ABŞ dolları məbləğində kredit borcu, 9889.17 ABŞ dolları məbləğində faiz borcu və 18722.63 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 87122 ABŞ dolları 66 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi ev 20, mənzil 14-ə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və onun satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi ev 20, mənzil 14-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, X3, Cavabdeh1 istifadə hüququnun itirilməsinə, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh4 və qeyriləri cavabdeh İddiaçı QSCyə qarşı “aylıq faizlərin qanunsuz hesab edilməsi və yenidən hesablanması, zaminlik və ipoteka müqaviləsinin ləğv edilməsi və sair” tələblərə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il noyabrın 08-də bağlanmış kredit razılaşması üzrə faizlərin aylıq tutulması qanunsuz sayılmasını və yenidən hesablama apararaq, faizlərin ilin sonunda tutulması vəzifəsinin cavabdeh "İddiaçı" QSC-nin üzərinə qoyulmasını; x xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış eyni tarixli zaminlik müqavilələri və ipoteka müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki 20 saylı evin 14-cü mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və eyni zamanda vəkili Vəkil Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 198/2019 saylı qətnaməsindən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə əvvəl verdikləri apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı QSC-nin həmin qərardaddan verdiyi şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı QSC şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadının əsaslandırmamış, ərizənin təmin olunması üçün hüquqi əsaslar olmamışdır. Belə ki, qətnamənin qəbul edilməsindən artıq 1 ildən çox müddət keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, cavabdehlərin nümayəndəsi və vəkili isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hər hansı müddətin, o cümlədən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. MPM-in “Apellyasiya şikayətinin verilmə müddəti” adlanan 360-cı maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. “Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. X6 Məhkəməsi də (Worm. Avstriyaya qarşı qərar 83/1996/702/894, b.33) göstərmişdir ki, yerli qanuna əsasən məhkəmə qərarının yazılı surətdə tərəflərə verilməsi nəzərə tutulursa, ...şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmən verildiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2019-cu il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmiş və xx.xx.2019-cu il tarixdə cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Bununla belə Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlərin nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin qərardaddan cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 kassasiya şikayəti təmin edilməmiş qərardad dəyişdirilmədən saxlanılmışdır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi cavabdehlərin qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxdığı qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, cavabdehlər ilk dəfə şikayəti müddəti ötürmədən vermişlər, bununla belə apellyasiya şikayətində şikayət verən şəxslərin adları konkret olaraq qeyd edilmədiyindən, şikayət ümumilikdə ilk iddia üzrə cavabdehlərin adından verildiyindən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Sonradan onlar göstərilən nöqsanı aradan qaldıraraq yenidən apellyasiya şikayəti, həmçinin prosessual müddətin bərpasına dair ərizə təqdim etmişlər. Kollegiya bu qənaətə gələrkən həm də nəzərə alır ki, şikayəti vaxtında verilmiş şəxslərin hüquqları məhdudlaşdırılmamalı və bu məqsədlə də qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8704/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8704/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver