Məhkəmə qərarları › İş №2(103)-8710/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8710/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8710/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi-vəkili X5 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı xx.xx.2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh “xxxx” MMC-yə olan 1 213 515,47 ABŞ dolları əsas borc və faydalanmağa görə bank uçot dərəcəsi ilə 202 230 ABŞ dolları, cəmi 1 415 745,47 ABŞ dolları, “xxxx” MMC-yə olan 1 994 96 ABŞ dolları əsas borc, 810 000 ABŞ dolları faiz borcu və faydalanmağa görə bank uçot dərəcəsi ilə 329 161ABŞ dolları, cəmi 3 134 077 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlöət rusumu cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq iddiaçılar “xxxx” MMC və “xxxx” MMC-yə ödəniməsi; tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi, ev 20 ünvanda yerləşən fərdi yaşayış evlərinə və cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi ev 10/8-də yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılaraq əldə edilən pul vəsaitindən qeyd edilən pul məbləğləri iddiaçılar “xxxx” MMC və “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs həmin qətnamənin onun hüquq və maraqlarına toxunduğundan ərizə ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs qismində cəlb edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-6265/2018 saylı qərardadına əsasən, Maraqlı şəxs oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6265/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün hüquq və maraqlarına toxuna şəxs kimi tanınması barədə ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə iddiaçılara və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçılar “xxxx” MMC, “xxxx” MMC-nin səlahiyətli nümayəndələrinin və Cavabdeh və X3 iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Maraqlı şəxs səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs hazırkı mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti icraata qəbul edilməlidir. Birinci instansiya məhkəməsi Maraqlı şəxs 3-cü şəxs qismində cəlb edilməsi və apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə ərizəsinin təmin etməməsini onunla saslandırmışdır ki, Maraqlı şəxs X4 qarşı “beh və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin, X6 isə Maraqlı şəxs qarşı “beh müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-844/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilkin iddia tələbi qismən təmin edilərək 700 000 manat məbləğində pul vəsaitinin X2 tutularaq Maraqlı şəxs ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, Rəhman X1 qarşı beh və vurulmuş ziyanla bağlı tələblə məhkəməyə müraciət etməklə, həmin müqavilənin predmeti olan mənzilin alqı-satqısına artıq marağının olmaması niyyətini ifadə etmişdir. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, mülki iş materiallarından görünür ki, hazırda mübahisələndirilən və borcun ödənilməsi üçün hərraca çıxarılması tələb olunan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi ev 10/8-də yerləşən fərdi yaşayış evinə dair, həmin evin mülkiyyətçisi X6 ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixində evin Maraqlı şəxs satılması barədə beh müqaviləsi bağlanmış və həmin beh müqaviləsinə görə 700000 (yeddi yüz min) manat pul ödənilmişdir. Göründüyü kimi Maraqlı şəxs qeyd olunan daşınmaz əmlakla bağlı əmlak maraqları yaranmışdır və qeyd olunan daşınmaz əmlakla bağlı çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi onun əmlak maraqlarına toxunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2.-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs hazırkı mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6265/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti icraata qəbul edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar