Məhkəmə qərarları › İş №2(103)-8716/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8716/2020

11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8716/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: TofiqSəməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və ŞirinovİkramSabir oğlundan ibarət tərkibdə Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “aktın etibarsız hesab edilməsi, maddi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-404/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ı̇lkin iddia üzrə İddiaçı MMC-nin səlahiyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi : BakışəhəriNərimanovRayonMəhkəməsinin 2(005)-404/19 saylıxx xxxxxxxx 2020-ci iltarixliqətnaməsiiləİlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”nə dair iddia tələbi təmin edilməmişdir. Qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı MMC-dən 1126 manat məbləğində pulun və 30 manat dövlət rüsumun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin səlahiyətli nümayəndəsi X1 apellyasiya şikayəti vermişdir. Mülki iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kollegiya iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı MMC-nin səlahiyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki işin materiallarından görünürki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-404/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini İddiaçı MMC-nin səlahiyətli nümayəndəsi X2 qəbzə xx xxxxxxxx 2020-ci il tarixdə şəxsən imza etməklə qəbul edilmişdir (səh.149). İddiaçı MMC-nin digər səlahiyətli nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti isə Nərimanov rayon məhkəməsinə xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-404/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin rəsmi qaydada qəbzə xx xxxxxxxx 2020-ci il tarixdə şəxsən imza etməklə qəbul edilməsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı madəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmişolur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxslərə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, kollegiya hesab edir ki, hazırki mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 363.1.3, 363.3, 366, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin səlahiyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkünhesabedilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar