Məhkəmə qərarları › İş №2(103)-8716/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8716/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8716/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı Maraqlı şəxs qarşı (Cavabdeh müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə hüququnun tanınması və s.” tələbinə dair ilkin, Maraqlı şəxs İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-377/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Maraqlı şəxs qarşı (Cavabdeh müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək onun ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2004-cü ildə el adəti ilə Cavabdeh ilə evlənmiş, iddia ərizəsində göstərilən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahlarından iki yetkinlik yaşına çatmamış uşaqları vardır. 29 sentyabr 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İddia tələbində göstərilən ev əvvəllər ərinin babası X7 mülkiyyətində olmuş, o, Cavabdehla evləndikdən bugünədək həmin evdə yaşamaqdadır. Ev 5 otaqlıdır, o, uşaqları ilə birlikdə evin 1 otağında yaşayırlar. Lakin cavabdeh onu evən məcburən çıxarmaq istəyir. Halbuki, onun başqa yaşayış yeri yoxdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. O, həmin evdə yaşadığı müddətdə evin yerləşdiyi həyətdə cavabdeh tərəfindən 2 ev tikilib satılmış, habelə cavabdehin də razılığı ilə birgə vəsaitləri hesabına yaşadıqları evdə əsaslı təmir işləri görülmüşdür. O, cavabdehin ailəsində gəlin olduğu müddətdə evdə işləmiş, malheyvan saxlamış, heyvanların südünü sağmış, gündə 100-150 banka yumuş, qatıq-pendir məhsulları hazırlamış, satış məqsədi ilə süd bişirmişdir. Bütün bunların əvəzində cavabdeh və keçmiş qaynanası ona heç bir ödəniş etməmişlər. Ən nəhayət o, bu qədər təhqir olunmağa, təzyiqlərə dözməyib Cavabdeh aliment alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, sözügedən fərdi yaşayış evi birgə nikahda olduqları dövrdə birgə vəsaitləri hesabına əsaslı təmir edilmiş, həyətdə kirayəşinlərin yaşaması üçün 1 və 2 otaqlı mənzillər tikilmiş, həmçinin, həyətyanı sahədə 2 ev tikilib başqa şəxslərə satılaraq qazanc əldə edilmişdir. Həmin işlərə onun tərəfindən 100000 manat xərc çəkilmişdir. Buna görə də o, çəkilmiş xərcin yarısının, yəni 50000 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını da tələb edir. Həmçinin, Maraqlı şəxs İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək sonuncunun ünvan 2 ünvanında yerləşən 227 nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddiasını Maraqlı şəxs onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ev əvvəllər onun atası X7 mülkiyyətində olmuş, 2020-ci ildən isə ev üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı onun keçmiş gəlini olmaqla sözügedən evdə qeydiyyatda belə deyil. Belə ki, İddiaçı ilə Cavabdeh ailə qurduqdan sonra müvəqqəti olaraq sözügedən evdə yaşamışlar. O, İddiaçı evi boşaldaraq təhvil verməsini dəfələrlə tələb etsə də, sonuncu bunlara məhəl qoymamışdır. Faktiki olaraq ailə münasibətləri pozulduğu halda isə tərəflərin eyni evdə yaşamaları mümkün deyildir. Çünki, İddiaçı onu ailəsini bilərəkdən təhqir edir, evdə söz-söhbət salır, beləliklə rahat yaşamağa imkan vermir. Tərəflər arasında hüquq münasibətləri 29 sentyabr 2007-ci il tarixdən yaranmışdır. Həmin dövrdə bu məzmunlu mübahisələrin həlli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsi ilə tənzimlənir ki, həmin maddənin tələblərinə əsasən, İddiaçı mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı tələb olunur. Hazırki halda isə belə bir razılıq mövcud deyildir. İddiaçı valideynlərinə məxsus ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Belə olan halda mübahisəli ev İddiaçı yaşayış yeri sayılmır və o, həmin evdən çıxarılmalı, ev öz mülkiyyətçisinə təhvil verilməlidir. Buna görə də, ilk iddia tamamilə əsassızdır. İlk iddia pul tələbi hissəsində isə ümumiyyətlə sübuta yetirilmir, buna görə də, həmin hissədə də rədd edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) İddiaçı Maraqlı şəxs qarşı “mənzildən istifadə hüququnun tanınması və s” tələbinə dair ilkin iddianın qismən təmin edilməsi, İddiaçı 06 avqust 2007-ci il təvəllüdlü X3 və 04 fevral 2009-cu il təvəllüdlü X4 adlı uşaqları ilə birlikdə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları tanınması, İddiaçı iddiası digər hissələrdə rədd edilməsi, Maraqlı şəxs İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Maraqlı şəxs aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Maraqlı şəxs vermiş olduğu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən və tərəflər arasında mübahisə doğurmayan halları ondan ibarətdir ki, İddiaçı Ali qızı ilə Cavabdeh 2004-cü ildə faktiki olaraq ailə qurmuş və 29 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı ailə qurduqdan sonra həmin dövrdə atası X7 mülkiyyətində olan mübahisəli evə köçmüş, 2005-ci ildə Emin Qurbanov vefat etmiş, 17 iyun 2020-ci il tarixdə ev onun adına qeydiyyata alınmışdır. 06 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə İddiaçı Ali qızı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. İddiaçı Ali qızı hazırki dövrədək mübahisəli evdə yaşamaqdadır. İddiaçı iddia tələbində göstərilən yaşayış sahəsinə köçərkən onunla mülkiyyətçi, yəni mərhum X10 arasında, habelə onunla mənzildən istifadə ilə bağlı yazılı notarial razılaşma mövcud olmamışdır. Evin hazırki mülkiyyətçisi və ailə üzvləri ilə İddiaçı arasında dəfələrlə mübahisələr olmuş, polisə şikayətlər edilmişdir. Hazırda onların münasibətləri münaqişəli vəziyyətdədir. İddiaçı heç vaxt mübahisəli evə qeydiyyata düşməmiş, hazırda öz atasına məxsus evdə qeydiyyatdadır. Lakin birinci instansiya məhkəməsi işin müəyyən edilmiş həqiqi halları üzrə maddi və prosessual hüquq normalarını pozaraq iş üzrə səhv nəticəyə gəlmişdir. Apelyator şikayətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 377/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsinin ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın tam rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən tələblərinə düzgün qiymət verildiyini bildirərək Binəqədi Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin ilkin iddia tələbinin təmin edilən hissəsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh Maraqlı şəxs qətnaməni qeyd edilən hissələrdə mübahisələndirmiş, iddiaçı isə qətnamə ilə razılaşaraq onu ümumiyyətlə mübahisələndirməmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 29 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar; doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X5 birdə nikahlarından 06 avqust 2007-ci il təcəllüdlü X3 və 04 fevral 2009-cu il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmamış uşağı vardır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)-2141/2020 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 29 sentyabr 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqların anaları ilə birlikdə qalmaları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu il tarixdə X7 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır, sonuncu dəfə şəxsiyyət vəsiqəsini 27 yanvar 2017-ci il tarixdə almışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi 17 iyun 2020-ci il tarixdə Maraqlı şəxs mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, iş materiallarından müəyyən edir ki, İddiaçı ilə cavabdehin oğlu Cavabdeh nikaha daxil olaraq qaynatasının atası, X7 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evinə gəlin köçmüş, cavabdehin oğlu ilə birgə nikahlarından 04.02.2009-cu il təvəllüdlü X4 və 06.08.2017-ci il təvəllüdlü X3 həmin evdə anadan olmuşdur. Mənzil 2020-ci il tarixdə iddiaçının qaynatası Maraqlı şəxs mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gələrək ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən sonra yarandığından həmin münasibətlərə yəni istifadə hüququnun əmələ gəlməsi və xitamına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair qərarında (27 may 2008-ci il) qeyd etmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının və Konstitusiya Məhkəməsinin norma şərhedici qərarından müəyyən edir ki, tərəflər arasında yaranan münasibətin rəsmiləşdirilməsi, yəni iddiaçını mənzildən istifadə hüququnun yaranması üçün, mülkiyyətçi ilə istifadə edən şəxs arasında notarial qaydada təsdiq edilmiş müqavilə olmalı və həmin müqavilə daşınmaz əmlakın dövlət reyrestrində qeydə alınmalıdır. Lakin xüsusi mülkiyyət hüququ ilə əvvəllər X8 (iddiaçının qaynatasının atası) sonradan isə Maraqlı şəxs (iddiaçının qaynatası) adına qeydə alınmış evə X11 qarşılıqlı iddiaçının oğlu Cavabdeh ilə rəsmi nikaha daxil olduqdan sonra gəlin köçərkən və orada yaşadığı zaman evin mülkiyyətçisi ilə hər hansı bir notarial qaydada təsdiq edilmiş razılaşma olmamışdır. Belə olan halda isə ilkin iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində istifadə hüququ yaranmadığından onun həmin evdə qalması mülkiyyətçi kimi cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Konstitusiyanın 13 və 29-cu maddələri) Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini hazırki mübahisəyə tətbiq edərək qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı notarial qaydada təsdiq edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış razılaşma olmadığından iddiaçının da cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində qalması cavabdehin mülkiyyət hüququnu məhdudlaşdırdığından qarşılıqlı iddia tələbi təmin edilməklə, iddiaçı həmin evdən çıxarılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-377/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi ilkin iddianın təmin olunan hissəsində və qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilsin. İlkin iddia tələbi həmin hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən 227 nömrəli fərdi yaşayış evindən çıxarılsın. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat və apellyasiya şikayətinin verilməsi ilə bağlı Maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat pul vəsaiti İddiaçı tutularaq Maraqlı şəxs ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar