Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8721/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili X8 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2009-cu il tarixli 2(004)-1242/2009 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 "xxxx" X7 xeyrinə 10000 ABŞ dolları məbləğində kredit borcu, 2148,30 ABŞ dolları məbləğində faiz borcu və 1800 ABŞ dolları məbləğində cərimə, cəmi 13948,30 (on üç min doqquz yüz qırx səkkiz tam yüzdə otuz) ABŞ dolları məbləğində borcun və ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 31.01.2008-ci il tarixdə bağladığı 04L000000885 saylı kredit xətti müqaviləsinə əsasən borcluya 120 ay ərzində 40000 (qırx min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Borclu Cavabdeh1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 05.12.2008-ci il tarixdə bağlanmış 04R000003099 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.5% olmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borclu Cavabdeh1 kredit xətti müqaviləsinin 1.5 bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və ödəniş planı üzrə 09.01.2008-ci il tarixdə ödənilməsi planlaşdırılmış kredit borcu və faiz borcundan ibarət 809,89 ABŞ dolları məbləğində kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən yayınır. Kredit xətti müqaviləsinin 3.1.2 bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Borclu Cavabdeh1 götürdüyü kreditdən heç bir məbləğ qaytarmamış və onun hazırda 10000 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi və 1 saylı əlavəyə görə kreditdən istifadə üçün 15 ay ərzində Cavabdeh1 ödəməli olduğu 2148,30 ABŞ dolları faiz borcunu kreditora tam ödəməli olduğu halda o, faiz borcundan heç bir məbləğ ödəməmiş və onun hazırda 2148,30 ABŞ dolları faiz borcu qalmışdır. Kredit razılaşmasının 4.2.2. bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 100 ABŞ dolları cərimə ödəməlidir. 27.01.2009-cu il tarixə 18 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1800 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh2 05.12.2008-ci il tarixli 04S000000927 saylı Zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Borclular Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1 bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.02.2009-cu il tarixli məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 "xxxx" QSC-nin xeyrinə 10.000 ABŞ dolları məbləğində kredit borcu, 2148,30 ABŞ dolları məbləğində faiz borcu, 1800 ABŞ dolları məbləğində cərimə, cəmi 13948,30 (on üç min doqquz yüz qırx səkkiz tam yüzdə otuz) ABŞ dolları məbləğində borcun və ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tutulması əmr edilmişdir. 17.04.2009-cu il tarixdə Cavabdeh1 məhkəmə əmrinə qarşı etiraz verərək, məhkəmə əmrinin ləğv edilməsi və mülki işin ümumi iddia icraatına keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 23.04.2009-cu il tarixi qərardadı ilə 18.02.2009-cu il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2009-cu il tarixli 2(004)- 1242/2009 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 ilə bağlanan 31.01.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış, 10000 ABŞ dolları məbləğində kredit borcu, 2148,30 ABŞ dolları məbləğində faiz borcu və 1800 ABŞ dolları məbləğində cərimə, cəmi 13948,30 (on üç min doqquz yüz qırx səkkiz tam yüzdə otuz) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanılmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfdən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin739.1, 739.2, 385.1, 442, 445.1, 445.2.1, 445.3, 462.1-ci maddələrinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh1 tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472ci maddələrinə əsaslanaraq, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2008-ci il tarixli zaminlik müqaviləsinin tələblərinə əsasən hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli olaraq müddəalar müəyyən edilmədiyindən, iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu olan Cavabdeh1 ilə bərabər məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında gəldiyi nəticəyə görə Cavabdeh1 ilə bağlanan 31.01.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış, 10000 ABŞ dolları məbləğində kredit borcu, 2148,30 ABŞ dolları məbləğində faiz borcu və 1800 ABŞ dolları məbləğində cərimə, cəmi 13948,30 (on üç min doqquz yüz qırx səkkiz tam yüzdə otuz) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə ilə razılaşmayan kredit müqaviləsi üzrə zamin olan Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2009-cu il tarixli 2(004)-1242/2009 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməmiş, o, 31.01.2008-ci il tarixli kredit müqaviləsindən məlumatsız olmuş və həmin kredit müqaviləsi üzrə zamin durmamış və işdə olan zaminlik müqaviləsindəki imza ona məxsus deyil. Bu səbəbdən qətnamənin ləğv edilib, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2009-cu il tarixli 2(004)- 1242/2009 saylı qətnaməsindən iş üzrə Cavabdeh1 apelyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmşdır ki, işə baxılarkən ölkə xaricində olduğu üçün məhkəmə proseslərində iştirak etməmiş, hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanının ona münasibətdə tətbiqinə dair məhkəməyə qədər prosedurlar həyata keçirilmədiyindən qətnamə ləğv edilməli, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinin dəlillərini müdafiə etdi və eyni zamanda bildirdi ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, kreditin məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirməmiş və bu səbəbdən qəbul edilmiş qətnamə əsaslı olmamışdır. Ona görə də iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli, həmçinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanının Cavabdeh1 münasibətdə tətbiqi nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X9 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin göstərdi ki, hazırki iş üzrə zaminlik müqaviləsində olan imzanın təmsil etdiyi şəxsə məxsus olmasının müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilsə də, iddiaçı tərəfindən zaminlik müqaviləsinin əsli təqdim edilmədiyindən, ekspertizanın keçirilməsi mümkün olmamış, bu səbəbdən hesab edir ki, iddiaçı zaminlik müqaviləsinin əslini təqdim etmədiyindən, iddia tələbi zaminə münasibətdə təmin oluna bilməz, bu səbəbdən apelyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməli, iddia tələbi zaminə münasibətdə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 izahatında hər iki apelyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, həmçinin bildirdi ki, iş üzrə cavabdeh olan Cavabdeh1 kredit müqaviləsindən, borcun məbləğindən və bankın borcun tutulması üçün məhkəməyə müraciət etməsindən məlumatlı olmuş və bu fakt onunla təsdiq olunur ki, Cavabdeh1 çıxarılmış məhkəmə əmrini almış və ona etiraz verdiyindən, əmr ləğv edilərək, iş üzrə iddia icraatına keçirilmiş və işə iddia icraatı qaydasında baxılaraq yeni qətnamə çıxarılmışdır. Ona görə də cavabdehin kredit məbləğinin düzgün hesablanmaması və bu səbəbdən onun ekspertiza keçirilməsi barədə dəlili əsassızdır. İş materiallarından müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi üzrə hər hansı bir ödəniş etməmiş və ödəniş etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də Cavabdeh1 verdiyi apelyasiya şikayəti rədd edilməlidir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X4 eyni zamanda kredit müqaviləsi üzrə zamin olan Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, iş materiallarında zaminlik müqaviləsinin əslinin olmaması, həmin müqavilənin mövcud olmaması demək deyil. Zaminlik müqaviləsi olmasaydı onun surəti təsdiq edilib, iş materiallarına əlavə edilə bilməzdi. Kredit müqaviləsi 2008-ci ildə, zaminlik müqaviləsi də həmin vaxt bağlandığından, həmin vaxtdan uzun müddət keçdiyindən, müqavilənin əslini tapmaq mümkün olmamışdır. Hesab edir ki, Cavabdeh2 apelyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası iş materialları ilə aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarında olan “Azərbaycan Mikromaliyyələşdirmə X7 “Aeroport” filialı ilə Cavabdeh1 arasında bağlanmış 31.01.2008-ci il tarixli 04L000000885 saylı kredit xətti müqaviləsinə əsasən “Bank” borcluya 120 ay ərzində 40000 (qırx min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan Borclu Cavabdeh1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 05.12.2008-ci il tarixli 04R000003099 saylı kredit razılaşmasına əsasən borcalana aylıq faiz dərəcəsi 2.5% olmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Azərbaycan Mikromaliyyələşdirmə X7” “Aeroport” filialı ilə “Zamin” Cavabdeh2 arasında bağlanmış 31.01.2008-ci il tarixli zaminlik müqaviləsinə əsasən 31.01.2008-ci il tarixli 04L000000885 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklərinin yerinə yetirilməsini “Zamin” öz öhdəsinə götürür. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş 31.01.2008-ci il tarixli kredit xətt müqaviləsi üzrə Cavabdeh1 aid olan kredit və faiz borcu haqqında ödəniş planından görünür ki, cavabdehin banka olan əsas borcu 9448.44 (doqquz min dörd yüz qırx səkkiz tam yüzdə qırx dörd) ABŞ dolları, gecikdirilmiş borc 551.56 (beş yüz əlli bir tam yüzdə əlli altı) ABŞ dolları, gözlənilən faiz 2148.30 (iki min yüz qırx səkkiz tam yüzdə otuz) ABŞ dolları və gözlənilən xərclər 1800 (min səkkiz yüz) ABŞ dolları, cəmi 13948,30 (on üç min doqquz yüz qırx səkkiz tam yüzdə otuz qəpik) ABŞ dolları təşkil edir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin 31.08.2020-ci il tarixli qərardadı ilə müəyyən edilir ki, (i.v. 154) mülki işin 8-ci səhifəsində olan 31 yanvar 2008-ci il tarixli zaminlik müqaviləsindəki zamin yazısının altındakı imzanın Cavabdeh2 tərəfindən icra edilib-edilməməsi barədə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan ekspert vəsatətindən (i.v. 159) müəyyən edilir ki, ekspert əlavə tədqiqat aparılması üçün 31 yanvar 2008-ci il tarixli zaminlik müqaviləsinin əslini və Cavabdeh2 2000-2010-cu illər üçün sərbəst imza nümunələrinin təqdim edilməsi barədə vəsatət vermişdir. Vəsatətin verilmə səbəbi ekspertizaya təqdim olunmuş tədqiqat obyektinin kserosurəti çıxarılan zaman imzanın hərf və cizgilərinin aydın və dəqiq əks olunmaması və müqayisəedici tədqiqat aparmaq üçün Cavabdeh2 kifayət qədər imza nümunələri təqdim olunmamasıdır. İşdə olan (i.v. 167) 28 dekabr 2020-ci il tarixli məlumatdan görünür ki, ekspertin vəsatəti təmin edilmədiyindən, ekspertiza aparılmasından imtina edilmişdir. İşdə olan (i.v. 171) "xxxx" QSC-nin apelyasiya məhkəməsinə ünvanlanmış 04 aprel 2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, tələb olunan zaminlik müqaviləsi 13.02.2009-cu il tarixli “borcun tutulması üçün məhkəmə əmrinin verilməsinə dair” ərizəyə qoşma olaraq həmin dövrdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan apelyasiya məhkəməsinə təqdim edilmiş "xxxx" QSC-nin 05.10.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, 05.12.2008-ci il tarixli zaminlik müqaviləsinin əsli arxiv sənədlərinin içərisində aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayətləri qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Məhkəmə kollegiyası işdəki sübutları, apelyasiya şikayətinin dəlillərini, tərəflərin apelyasiya icraatındakı izahatlarını təhlil edib qiymətləndirərək hesab edir ki, iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 verdiyi apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilib, iddia tələbi ona münasibətdə rədd edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə qiymət verərək, aşağıdakıları qeyd edir: Cavabdeh1 apelyasiya şikayətinin dəlillərindən biri onun məhkəmə iclası barədə məlumatlı olmamasıdır. Bu dəlillə bağlı kollegiya qeyd edir ki, iddiaçı ilk növbədə məhkəmə əmrinin çıxarılması barədə məhkəməyə müraciət etmiş və məhkəmənin 18 fevral 2009-cu il tarixli əmri ilə borc tutulmuş və cavabdeh 17.04.2009-cu il tarixdə məhkəmə əmrinə etiraz təqdim edərək, iddia icraatına keçirilməsi barədə qərardad qəbul etdiyindən, məhkəmə əmri ləğv edilərək, iddia icraatına keçirilmişdir. İş üzrə iddia icraatına keçdikdən sonra məhkəmə cavabdehin məhkəmə əmrinə verdiyi etirazda göstərilmiş ünvana məhkəmə iclasının vaxtı barədə bildiriş göndərmişdir. Kollegiya qeyd edir ki, cavabdehin məhkəmə iclasında iştirak etməməsi onun özünün təqsiridir. Kollegiya hesab edir ki, cavabdehin məhkəmə iclası barədə məlumatı olmuş, işə baxan məhkəmə məhkəmə iclasının vaxtı barədə cavabdehə lazımi qaydada məlumat vermişdir. Bu səbəbdən cavabdehin məhkəmə iclası barədə məlumatsız olmasına dair apelyasiya şikayətinin dəlili əsaslı hesab edilmir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134, 135 və 185-ci maddələrinin tələblərinə əsasən) Cavabdeh1 nümayəndəsi və vəkili X1 apelyasiya icraatı zamanı kredit borcunun məbləği ilə razı olmadığı və bu səbəbdən də ekspertiza keçirilməklə borcun məbləğinin müəyyən edilməsi barədə dəlillərinə kollegiya qiymət verərək hesab edir ki, cavabdeh apelyasiya şikayətində ümumiyyətlə borcun məbləğini mübahisələndirməmiş, apelyasiya icraatında da həmin dəlili təsdiq edəcək hər hansı bir sübut təqdim etmədiyindən, cavabdehin nümayəndəsinin həmin dəlili də əsaslı deyil və formal mülahizədən ibarətdir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 78 və 97-ci maddələrinin tələblərinə əsasən) Cavabdeh1 apelyasiya şikayətini “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanının ona münasibətdə tətbiqinə dair məhkəməyə qədər prosedurlar həyata keçirilməyənədək qətnamənin ləğv edilməsi hazırki mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, mübahisələndirilən qətnamə 03 iyun 2009-cu il tarixdə qəbul edildiyindən, apelyasiya şikayətinin qeyd edilən dəlillərinin də təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Belə ki, hazırki apelyasiya baxışında mübahisələndirilən qətnamə 2009-cu ildə qəbul edilmiş və həmin vaxtda qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən Fərmanın icrası 31 dekabr 2019-cu il tarixə kimi müəyyən edilmişdir. Cavabdeh həmin Fərmanın ona münasibətdə tətbiq edilməsi üçün həmin vaxta kimi Banka müraciət etməli idi. Sonradan qeyd edilən məbləğlə bağlı isə Mərkəzi Banka müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə qanuni və əsaslı olduğundan, onun apelyasiya şikayəti təmin olunmamalı və qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: Cavabdeh2 apelyasiya şikayətində mübahisələndirilən zaminlik müqaviləsindən məlumatsız olduğunu, iş materiallarında olan zaminlik müqaviləsinin kserosurətindəki imzanın ona məxsus olmadığını bildirmişdir. Cavabdehin qeyd edilən dəlillərinin aydınlaşdırılması üçün apelyasiya icraatında məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilsə də, iddiaçı tərəf zəruri sübutları təqdim etmədiyindən, ekspertizanın aparılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi apelyasiya baxışında verdiyi izahatında, həmçinin bank tərəfindən təqdim edilmiş rəsmi məktubda arxiv sənədlərində zaminlik müqaviləsinin əslinin tapılmasının mümkün olmadığı bildirilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, zaminlik müqaviləsinin mövcud olması və həmin müqavilənin hazırki iş üzrə cavabdeh tərəfindən imzalanmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırki işdə zaminlik müqaviləsinin əsli mövcud deyil və müqavilənin əsli iddiaçı tərəfindən təqdim edilməmişdir. Kserosurətdən zaminlik müqaviləsindəki imzanın zaminə məxsus olmasını isə müəyyən etmək mümkün olmamışdır. Kollegiya hesab edir ki, iddiaçı zamin kimi Cavabdeh2 iddia tələbi üzrə məsuliyyət daşımasını sübuta yetirə bilmədiyindən (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 78-ci maddələrinin tələblərinə əsasən), iddia tələbini Cavabdeh2 münasibətdə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməklə, qətnamə ona münasibətdə ləğv edilərək, iddia tələbi zaminə münasibətdə rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2009-cu il tarixli 2(004)-1242/2009 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2009-cu il tarixli 2(004)-1242/2009 saylı qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilsin. İddiaçı "xxxx" QSC-nin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8721/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8721/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver