Məhkəmə qərarları › İş №2(103)-873/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-873/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-873/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Eyvazov Ayxan Eldar oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2507/2021 saylı 17 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2507/2021 saylı 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə 13 dekabr 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli məktubu ilə, mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Eyvazov Ayxan Eldar oğlu prosessual normanın tələbi baxımından mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil prosessual normanın tələbi baxımından mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, maraqlarına toxunan şəxs Əmralıyev Şahlar Bayram oğlu tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlarına toxunan şəxs Əmralıyev Şahlar Bayram oğlu tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar