Məhkəmə qərarları › İş №2(103)-8738/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8738/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8738/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)-2042/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə cavabdehlərdən müştərək qaydada 50000 ABŞ dolları məbləğində əsas borc və 5000 ABŞ dolları məbləğində faiz borcu, cəmi 55000 ABŞ dollarının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)-2042/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 50000 ABŞ dolları məbləğində pulun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin cavabdehin əmlakına tutmanın yönəldilməsi hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(103)-8738/2021 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının tələbi cavabdehlərdən müştərək qaydada 55000 ABŞ dollarının onun xeyrinə tutulmasıdır. İddiaçının tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 50000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh2 isə apellyasiya şikayətində qətnamənin cavabdehin əmlakına tutmanın yönəldilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Belə bir tələb isə nə iddia ərizəsində nəzərdə tutulmuş, nə də belə bir tələblə bağlı qətnamə çıxarılmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(103)-8738/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 avqust 2021-ci il tarixli 2(103)-8738/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(006)-2042/2021 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar