Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8741/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1612/2021 saylı 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət etmiş, daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 10a nömrəli fərdi yaşayış evinin satılmasına dair "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 15.01.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bunla da onlara aşkar olunmuşdur ki, həmin sahədə bank nümayəndəlirindən başqa olna şəxslər kimlərdir, onlar haməsı bank nümayəndələri hesab edirik. Onları sahiblikdən məhrum edən, həmin sahəyə buraxmayan şəxslər arasında Bank nümayəndələrindən başqa Nizaməddin adlı şəxs və onun yaxınları da var idi. İndi məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə cavabdeh bank və Cavabdeh2 tərəfindən qanunsuz olaraq sahiblik edilir, onlar tərəfindən qanuni və faktiki sahib olan onun və üçüncü şəxsin sahiblik hüquqları pozulur. Onlar həmin sahəyə yaxınlaşanda qapıları bağlayan və zorakılıqla onları sahəyə buraxmayanlar cavabdeh bankla birlikdə Cavabdeh2 və onun nümayəndəsi, yaxınları və qohumları olmuşdur. Onlar əlbir olaraq onların sahiblik və istifadə hüquqlarını qadağan edilmiş özbaşınalıqla, zorakılıqla pozmuşlar, onları sahiblikdən özbaşına məhrum etmişlər. Odur ki, Cavabdeh2 da cavabdeh kimi işə cəlb olunmalı və qanunsuz əməllərə son qoyulması ondan da tələb olunmalıdır. Cavabdehlərin hər ikisi əlbir hərəkət edərək onların əlindən sahəni alaraq evlə birlikdə onu satmaq və külli miqdarda qazanc əldə etmək iyyətindədirlər. X2 ona və cavabdeh banka borcu olmuşdur. O, Banka borcunu ödəyə bilmədiyinə görə ona məxsus girov qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evi (128,3 kv.m. ümumi sahə, 0,01634 ha torpaq sahəsi olmaqla) hərrac vasitəsilə cavabdeh bankın mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evi ümumi sahəsi 128,3 kv.m. olan tikililərdən ibarətdir, evin qabağında 0,075 ha torpaq sahəsi də evlə birlikdə uzun illərdir ki, X1 və istifadəsində olmuş, onun ata-baba evi və torpağı olmuşdur. E.Əliyev həmin torpaq sahəsini banka verməmişdir, bank da bu sahənin ona aid olmadığını bilmişdir. Ona olan 63000 (altmış üç min) manat borcunu da ödəyə bilməyən borclu (hazırki iş üzrə üçüncü şəxs) E.Əliyev yeganə sahib olduğu əmlak — həmin evin qabağındakı 0,075 ha torpaq sahəsinin 0.04 hektar hissəsini onun sahibliyinə və istifadəsinə vermiş, daha sonra da mülkiyyət sənədlərini düzəltdikdən sonra satılıb əldə edilən vəsaitin ona olan borcundan çıxılacağını, yaxud sahə münasib qiymətə satılmazsa borc məbləğinin müqabilində torpaq sahəsinin özünün mülkiyyətini onun adına rəsmiləşdirəcəyini öhdəsinə götürmüşdür. Bu şəkildə aralarında razılaşma olmuş və bu razılaşmanın təsdiqi kimi aralarında 16.10.2020-ci il tarixli “borcun ödənilməsinin tənzimlənməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin imzalanması tarixindən həmin sahə ona təhvil verilmişdir, sahə onun faktiki sahibliyində olmuşdur. E.Əliyev ona olan borcuna bütünlüklə xitam verilməsi üçün təkçə 0,04 ha (4 sot) deyil qalan sahəni də (7,5 sot) ona verəcəyini bəyan etmişdir, lakin 16.10.2020-ci il tarixli müqavilədə və təhvil-təslim aktında 0,04 ha və üzərindəki yardımçı tikili qeyd olunduğundan o həmin əmlakın sahibliyinə qaytarılmasını tələb edir. E.Əliyev zəbt edilmiş digər sahələr üçün ayrıca iddia qaldıracağını bəyan etmişdir. Beləliklə 16.10.2020-ci il tarixindən etibarən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin qabağında yerləşən 0,04 ha (4 sot) torpaq sahəsi və üzərindəki yardımçı tikili mənim qanuni olaraq faktiki sahibliyimdə və istifadəmdə olmuşdur. Həmin tarixdən evin qabağındakı ümumi torpaq sahəsinə E.Əliyev və mən birlikdə sahiblik etmişik, istifadə etmişik, istədiyimiz zaman getmişik, gəlmişik, satışla bağlı təklif olanda alıcılarla sahəyə getmişlər, baxmışlar, müxtəlif əmlak vastəçiləri ilə dəfələrlə sahədə olmuşuq, əmlakın satılması ilə bağlı danışıqlar, müzakirələr aparmışıq. O bu zaman ərzində düşünmüş ki, əgər münasib qiymətə satış mümkün olmazsa o zaman borcun əvəzində torpaq sahəsini adına rəsmiləşdriməklə əldə edər, necə ki E.Əliyevlə razılaşmışıq. E.Əliyev də sənədləşmə işini başa çatdırar və adına mülkiyyət sənədi hazırlanar, həmin torpaq sahəsini dəyəri həcmində də E.Əliyevin borcuna xitam verilər. Bu məzmunda tərəflər arasında tam razılıq və qarşılıqlı anlaşma olmuşdur. Lakin qəflətən, gözlənilmədən, 2021ci ilin fevral ayının sonunda, cavabdehlərin özbaşınalıqla ərazidəki onların əşyaları bayıra atdıqları və qapılar: bağlayaraq heç kimi sahəyə buraxmadıqları məlum olmuşdur. Bundan sonra onlar dəfələrlə sahəyə getsələr də, cavabdehlər onların qarşısını kəsmiş onları içəri buraxmayacaqlarını, lazım gəlsə zor işlədəcəklərini bəyan etmişlər. Bununla da cavabdehlər onun və üçüncü şəxs E.Əliyevin ünvan 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin qabağındakı torpaq sahəsi və üzərindəki yardımçı tikiliyə olan sahiblik hüquqları qadağan edilmiş özbaşınalıqla pozulmuşlar. Cavabdehlər sözün həqiqi mənasında sözügedən torpaq sahəsini zorakılıqla zəbt etmişlər. Cavabdehlərin həmin torpaq sahəsinə dair qüsuslarını təsdiq edən heç bir sənəd yoxdur. Cavabdehlərin təqdim etdikləri bütün sənədlərdə mülkiyyət sənədlərində, ipoteka girov və hərracla bağlı sənədlərdə məhkəmə sənədlərində notarial qaydada bağlanan daşınmaz əmlakın alqısatqısı müsaviləsi və ona əlavə edilən sənədlərdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda 128 3 kv.m ümumi sahə 0,01634 ha torpaq sahəsindən ibarət Xəzər rayonu Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsi döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayı evi qeyd olunub ümumi sahəsi 128,3 kv.m olan torpaq sahəsi 0,01634 ha. olan daşınmaz əmlak xaricində olan əmlaka cavabdehlərin heç bir hüquq yoxdur. Qalan sahəni — ümumilikdə 0,075 ha torpaq sahəsi və üzərindəki yardımçı tikililəri cavabdehlər zorakılıqla zəbt etmişlər. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin (128,3 kv.m. ümumi sahə, 0,01634 ha torpaq sahəsi olmaqla) qabağındakı torpaq sahəsinə yalnız torpağın və üzərindəki tikilinin qanuni sahibi və istifadəçisi olmuş, ilkin sənədlərə sahib olan X9 mülkiyyətinin qeydə alınma hüquqi imkanı mövcuddur, başqa şəxslərin belə bir hüququ yoxdur. Cavabdehlərin bu hüququ yoxdur. İddiaçı ilə üçüncü şəxs X14 məhz bunu nəzərdə tutaraq “borcun ödənilməsinin tənzimlənməsi barədə” müqavilə bağlamış, həmin müqaviləyə əsasən əmluk iddiaçıya təhvil verilmiş, onun sahiblik və istifadəsinə verilmiş, faktiki sahib İddiaçı olmuş, E.Əliyev həmin əmlaka dair hüquqi sənədlər, mülkiyyət sənədləri hazırlanmasını öz öhdəsinə götürmüşdür. E. Əliyev cavabdehlərin onu aldadaraq və zorakılıqla əmlakını zəbt etdiyini və əmlak hüquqlarını pozduğunu bəyan edir, həmçinin iddiaçının əmlak hüquqlarının pozulduğunu və iddia predmeti üzərində iddiaçının hüquqlarını təsdiq edir. Beləliklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin (128,3 kv.m. ümumi sahə, 0.01634 ha torpaq sahəsi olmaqla) qabağındakı 0,04 ha torpaq sahəsi və üzərindəki kiçik yardımçı tikilinin qanuni sahibi və istifadəçisi İddiaçıdır faktiki sahib odur əvvəllki faktiki sahib E.Əliyev olmuşdur cavabdehlərin həmin əmlakdan istifadə etməsi ona sahiblik etməsi habelə onun üzərində sərəncam verməsinin heç bir qüquqi əsası yoxdur və ola da bilməz. Cavabdehlər zorakılıqla iddiaçını həmin əmlaka sahiblikdən məhrum etmişlər. Qeyd edilənlərə əsasən qadağan edilmiş özbaşınalıq yolu ilə sahibliyin pozulmasına son qoyulması, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi (həmin ünvanda 10a nömrəli fərdi yaşayış evinin də yerləşdiyi ətrafı hasarlanmış olan ərazidə mişar daşları ilə işarələnib ayrılmış 400 kv.m. torpaq sahəsi) və üzərindəki yardımçı tikiliyə sahiblik və istifadəyə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1612/2021 saylı 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində tərəflərin izahatlarını, onların mövqelərini yanlış ifadə etmiş, hətta bəzi halları və tərəflərin izahatlarını fərqli şəkildə ifadə edərək onları təhrif etmiş, eləcə də həqiqəti təhrif etmişdir. Belə ki, məhkəmə qətnaməsində üçüncü şəxs qismində Eldar Əliyevin məhkəmədəki ifadəsindən, izhatlarından, onun mövqeyindən bəhs etməmişdir, hətta qətnamədə üçüncü şəxsin məhkəmədə iştirak etmədiyini qeyd etmişdir. Halbuki üçüncü şəxs Eldar Əliyev iddiaçı ilə birlikdə bütün məhkəmə iclaslarında iştirak etmişdir. X17 iddiaçının vəsatəti təmin olunaraq üçüncü şəxs kimi işdə iştiraka cəlb edilmişdir. O, məhkəmə iclaslarında iddiaçı tərəfdən iştirak etmiş və iddia tələblərini, istinad olunan faktları təsdiq etmişdir. Lakin məhkəmə bununla bağlı qətnaməsində heç bir kəlmə də qeyd etmir. Halbuki, üçüncü şəxs E.Əliyevin mövqeyi iş üçün olduqca əhəmiyyətlidir, mübahisələndirilən torpaq ona məxsusdur, onun ata ocağıdır, ata-baba torpağıdır, bütün həyatını, ömrünü orada keçirmişdir, torpağın real və faktiki sahibi o olmuşdur, O, azad iradəsi ilə torpağın faktiki sahibliyini iddiaçıya verərə< onunla birlikdə sahibliyi davam etdirmişlər. İşdə üçüncü şəxs Eldar Fətullayevin iddiaçı ilə bağladığı müqavilə və akt əmlaka olan faktiki sahibliyin iddiaçıya keçdiyini təsdiq edən əqddir. Burada məhkəmənin qeyd etdiyinin əksinə olaraq, qanunsuz olan, qanunla qadağan edilən, eləcə də qanuna zidd olan heç nə yoxdur. Torpağa faktiki sahiblik edən iddiaçı və üçüncü şəxs olmuşdur. Bunlar təkzibolunmayan faktlarla və sənədlərlə təsdiq olunub. Bu faktiki sahiblik zorakılıqla cavabdehlər tərəfindən pozulmuşdur, bu pozunutu qanunsuzdur, qanunla qadağandır. Məsələ budur, iddianın mahiyyəti budur, məhkəmə məhz buna hüquqi qiymət vermək əvəzinə, bundan bəhs etməyərək iddianın mahiyyətini və əsasını təhrif etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini, cavabdehin nümayəndəsi X11 isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Digər tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1612/2021 saylı 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 28.03.2007-ci il tarixli, seriya MH ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1-də istifadədə olan 0,02185 ha. torpaq sahəsində yerləşən 10 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 4182 nömrəli vərəqədə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli 2(003)-2247/2017 nömrəli qətnaməsindən görünür ki, X12 və X5 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 21.10.2014-cü il tarixli UM-31/14 saylı əsas kredit müqaviləsinin çərçivəsinda bağlanmış 23.10.2014-cü il tarixli 85/14 saylı əlavə kredit müqaviləsinə görə əsas Kredit borcu üzrə 23044.79 ABŞ dolları, faiz borcu üzrə 6075,27 ABŞ dolları, cərimə borcu üzrə 105,12 ABŞ dolları, cəmi 29225,18 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutulması, tələbin ipoteka predmeti olan X9 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə yönəldilsin. Bu əmlakın hərracda satılması və onun satışından əldə olunmu pul vəsaiti hesabına cavabdeh X15 21.10.2014-cü il tarixli UM-31/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.10.2014-cü il tarixli 85/14 saylı əlavə kredit müqaviləsi üzrə 29225,18 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X21, X17, X8 və X16 çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçılar X15, X13, və X3 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-yə qarşil : “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi, X12 ekspertiza tədqiqatının dəyəri hesabına 70 manat tutularaq, X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTR£E******************** hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticləri haqqında yekun Y-130 nömrəli Protokolun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2, ev 10 a saylı ev "xxxx" KB ASC tərəfindən alınmışdır. İş materiallarında olan seriya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 30.10.2019-cu il çıxarışın surətindən görünür ki, ünvan 1 ev 10 a "xxxx" KB ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan 15.01.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" KB ASC mülkiyyətində olan ünvan 1, 10 a saylı fərdi yaşayış evi Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 01.02.2021-ci il çıxarışın surətindən görünür ki, ünvan 1 ev 10 a Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin çıxarışda daşınmaz əmlakın ümumi sahəsinin 102,3 m2 olduğu, torpaq saəhisinin dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. Mülki işin materiallarında göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli 2(003)-2247/2017 nömrəli qətnaməsi ilə X12 və X5 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 21.10.2014-cü il tarixli UM-31/14 saylı əsas kredit müqaviləsinin çərçivəsinda bağlanmış 23.10.2014-cü il tarixli 85/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 23044.79 ABŞ dolları, faiz borcu üzrə 6075,27 ABŞ dolları, cərimə borcu üzrə 105,12 ABŞ dolları, cəmi 29225,18 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan X9 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə yönəldilsin. Bu əmlakın hərracda satılması və onun satışından əldə olunmu pul vəsaiti hesabına cavabdeh X15 21.10.2014-cü il tarixli UM-31/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.10.2014-cü il tarixli 85/14 saylı əlavə kredit müqaviləsi üzrə 29225,18 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, İpoteka predmetinin ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X21, X17, X8 və X16 çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçılar X15, X13, və X3 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-yə qarşil : “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qət edilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticləri haqqında yekun Y-130 nömrəli Protokola əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2, ev 10 a saylı ev "xxxx" KB ASC tərəfindən alınmış və əmlaka "xxxx" KB ASC-nin mülkiyyət hüququ qeydə alınmış, 15.01.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC mülkiyyətində olan ünvan 1, 10 a saylı fərdi yaşayış evi Cavabdeh2 satmışdır və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Çıxarışa əsasən mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan izahını nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyət hesab olunur. İşdən göründüyü kimi X9 mübahisələndirilən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmamış və onun torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmadan İddiaçı torpaq sahəsi ilə bağlı hər hansı hüquqların ötürülməsi ilə bağlı müqavilə bağlaması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Qeyd edilənlərə əsasən X17 ilə İddiaçı arasında daşınmaz əmlaka dair bağlanmış əqd notarial qaydada təsdiq olunmadınından iddiaçının mübahisəli torpaq sahəsi üzrəndə hüquqları əmələ gəlməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə (həmin ünvanda 10 a nömrəli fərdi yaşayış evinin də yerləşdiyi ətrafı hasarlanmış olan ərazidə mişar daşları ilə işarələnib ayrılmış 400 kv.m torpaq sahəsi) və üzərindəki yardımçı tikiliyə dair hüququ dövlət reyestrində qeydə alınmamışdir. Hazırkı halda isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Yuxarıda qeyd oluduğu kimi məhkəmə araşdırması zamanı müəyyən edilmiş hal olaraq mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu aşkar edilmişdir. Belə olan olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə müraciət etmək hüquq İddiaçı yox, dövlətin müstəsna səlahiyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə kollegiyasının ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı birinci instansiya məhkəməsənin sübutları və izahatları təhrif etdiyini bildirsə də bu faktla bağlı heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı razı olmadığı hissələrlə bağlı protokola qeydlər verməmiş, yalnız apellyasiya şikayətində belə mülahizələrlə çıxış etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1612/2021 saylı 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1612/2021 saylı 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8741/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8741/2021
08.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver