Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8744/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, sayğacın göstəricilərinin etibarsız hesab edilməsi və sayğacın əvəzlənməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(003)-1322/2021 saylı qətnaməsindən tərəflərin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən elektrik enerjisindən istifadəyə görə hesablanmış 5117,93 manat məbləğində borcun, həmçinin iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh məcburi qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, abonent Cavabdeh son illərdə istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməmiş, nəticədə onun "xxxx" ASC-yə 5117,93 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunsa da, nəticəsi olmamışdır. Cavabdeh isə "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək "xxxx" ASCdən müqavilə bağlanması üçün çəkdiyi xərclərin əvəzi kimi 10807,15 manat, maddi ziyana görə 2600 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 13437,15 manat pulun tutulması, onunla "xxxx" ASC arasında məcburi surətdə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması, istismar müddətini 09.07.2011-ci il tarixdə başa vurmuş A440723984M59994 nömrəli, AMPY markalı 5219A-GTB tipli sayğacın göstəricilərinin etibarsız hesab edilməsi, həmin elektrik sayğacının avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrinə malik olan smartkart tipli elektrik sayğacı ilə əvəzlənməsi, MPM-in 120-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASC-dən onun xeyrinə məbləğin tutulması, MPMin 232-ci maddəsini rəhbər tutaraq "xxxx" ASC-dən tələb etdiyi məbləğin indeksləşdirilməsi, ona dəymiş mənəvi zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilərək "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 5 il ərzində "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsi onunla müqavilə bağlamaqdan imtina etmiş, ayda bir dəfə qanunsuz olaraq onun evinin elektrik xətlərini kəsmiş və xəttin bərpası üçün hər dəfə ondan 100 manat pul tələb olunmuşdur. 19.03.2013-cü ildə növbəti dəfə evinə gələn elektrik xətləri kəsilmişdir. Müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət ərizələrinin nəticəsi olaraq, 19.04.2013-cü ildə İdarəyə çağırılmış, alqı-satqı müqaviləsinin bağlanmasına zəmin yaradılması və kəsilmiş elektrik xətlərinin bərpası üçün razılaşma protokolunda göstərilən şərtləri qəbul etməsi və imzası ilə təsdiq etməsi ondan tələb olunmuşdur. Məcburiyyət qarşısında qalaraq razılaşma protokolunu imzalamış və 300 manat məbləğində pul ödəmişdir. Evində quraşdırılmış və 09.07.2008-ci il tarixində istismara buraxılmış AMPY markalı 5219A-GTB tipli 3x220/380V 5(125) elektrik sayğacının istismar müddəti 09.07.2011-ci il tarixində bitmişdir. Vaxtaşırı idarədən alqısatqı müqaviləsinin bağlanmasını tələb edərək, enerji təchizatı üçün 7681 manat pul köçürmüşdür. 2017-ci ilin aprel ayından hər ay elektrik xətlərinin kəsilməsi başlanılmış və o, xəttin bərpası üçün hər ay 100 manat ödəməyə məcbur olmuşdur. Bu hal 2019-cu ilin oktyabr ayınadək 31 ay ərzində davam etmiş, 31 ay ərzində 3100 manat pul ödəmişdir. 31 ay ərzində qanunsuz kəsintilər nəticəsində 2600 manat dəyərində ərzaq məhsulları xarab olmuşdur. "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ona qarşı törədilən hüquqazidd əməllər barəsində Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Baş prokuroruna və Xəzər rayon prokuroruna teleqramlarla müraciət etmiş və teleqramlara görə 26,15 manat pul ödəmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(003)-1322/2021 saylı qətnaməsi ilə ilk və qarşlılıqlı iddialar rədd edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. "xxxx" ASC apellyasiya şikayətində qətnamənin ilk iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməsini, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinə dair hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, apellyasiya şikayətini ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X4 təmsil etdiyi ASC-nin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Ceyhun Aslanov izahatında göstərdi ki, Cavabdeh elektrik enerjisindən istifadə etsə də, sonuncu ödənişi 25 aprel 2017-ci ildə etmiş, həmin tarixdən sonra elektrik enerjisindən istifadəyə görə pul ödəməmişdir. Ona elektrik enerjisindən istifadəyə görə müvafiq qəbz təqdim olunub elektrik enerjisindən istifadə haqqının ödənilməsi tələb olunsa da, nəticəsi olmamış, o müxtəlif dövlət orqanlarına əsassız şikayətlər etməklə və sayğacın göstəricilərinin oxunmasına imkan verməməklə "xxxx" ASC-nin əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törətmişdir. Cavabdeh evinə elektrik enerjisinin verilməsi dəfələrlə dayandırılsa da, o, xətti bərpa edib elektrik enerjisindən haqqı ödənilmədən istifadə etməkdə davam etmişdir. Cavabdeh evində istifadə olunan elektrik sayğacı 09 iyul 2008-ci ildə quraşdırılmaqla saz vəziyyətdədir və əgər sayğacda hər hansı nasazlıq aşkar olunarsa, "xxxx" ASC abonentin müraciəti əsasında sayğacı dəyişməyə hazırdır. Cavabdehla elektrik enerjisindən istifadə ilə bağlı müqavilə 2008-ci ildə bağlanmış və heç bir tərəf müqavilənin xitam olunması barədə müraciət etmədiyinə görə müqavilə hər il avtomatik olaraq uzadılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilənlər əsassız olmaqla yalnız elektrik enerjisindən istifadə haqqının ödənilməsindən yayınmağa xidmət edir. Buna görə də Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, evində quraşdırılmış elektrik sayğacının istifadə müddəti başa çatsa da, "xxxx" ASC həmin sayğacı yenisi ilə əvəz etməmişdir. Bundan əlavə, tərəflər arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə 2008-ci ildə bağlanmış, sonrakı illərdə yeni müqavilə bağlanmamışdır. 2017-ci ildən hal-hazırkı dövrə qədər elektrik enerjisindən istifadə haqqını ödəməmişdir. "xxxx" ASC-nin əməkdaşları dəfələrlə onun evinə elektrik enerjisinin verilişini dayandırmış, xətti bərpa etmək üçün o hər dəfə 100 manat olmaqla 31 ay ərzində 3100 manat pul ödəmişdir. Ödəniş qeyri-rəsmi olduğuna görə bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Bundan əlavə, evinə elektrik enerjisinin verilməsi kəsildiyinə görə 2600 manat dəyərində ərzaq məhsulları xarab olmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə dövlət orqanlarına teleqramlarla müraciət etmiş və 26,15 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmayaraq onun iddiasını əsassız olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının nümayəndəsi X3 məhkəmədən "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, Cavabdeh şikayətinin təmin edilib-edilməməsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(003)-1322/2021 saylı qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilməməsinə dair hissədə ləğv edilməli, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti isə təmin edilməməli, qətnamə Cavabdeh tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh adına olan abunə haqqında çıxarışdan və 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, onun tərəfindən 2020ci ilədək 7681 manat məbləğində ödənişlər aparılmış və 10 avqust 2008-ci il tarixdən hazırkı dövrə qədər 5117,93 manat məbləğində borcu qalmışdır. (i.v.57-62) İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 09.09.2020ci il tarixli məktubdan görünür ki, Cavabdeh müraciəti araşdılmış və "xxxx" ASC-nin informasiya məlumat bazasında **********17A01 saylı kod altında qeydiyyatda olan ona məxsus fərdi yaşayış evinə dair elektrik sayğacı üzrə istifadə edilən elektrik enerisinin alqısatqısı barədə müqavilənin 07.01.2020-ci il tarixində enerjitəchizatı müəssisəsi tərəfindən yeniləndiyi, Xəzər rayon Eneri Təchizatı və Satışı İdarəsi tərəfindən müqaviləni imzalamaq üçün dəfələrlə dəvət olunmasına baxmayaraq, onun idarəyə gəlmədiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, ona elektrik enerjisindən istifadəyə görə 23.12.2020-ci il tarixinə "xxxx" ASC-yə 5117,93 manat məbləğində borcun yarandığı bildirilmiş, həmin məbləğin 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş “İstifadə edilmiş elektrik enerjisi haqqının hissə-hissə ödənilməsi” barədə 19.04.2013-cü il tarixli 0049 saylı Razılaşma protokolunun surətindən görünür ki, 04.04.2013-cü il tarixə yaranmış 3859,82 manat borcun, 300 manat ilkin olaraq ödənilməklə qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılıq imzalanmışdır. İş materiallarına əlavə edilmiş 07.08.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış C-307/20 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 15.04.2021-ci il, 19.04.2021-ci il, 20.04.2021-ci il, 21.04.2021-ci il, 22.04.2021-ci il, 23.04.2021-ci il, 26.04.2021-ci il tarixli xidməti məlumatdan görünür ki, abonent Cavabdeh sayğacın qutusunu bağlayaraq sayğacın göstəricisinin kompyuter bazasına daxil edilməsinə maneçilik törətmiş, odur ki, sayğacın göstəricisini oxumaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Qaydaların 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qaydaların 8.5-ci maddəsinə əsasən, abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. Qaydaların 8.15-ci maddəsinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Qaydaların 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Qaydaların 9.13.2-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə dayandıra bilər. İş materiallarından və işin faktiki hallarından görünür ki, tərəflər arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə bağlanmış, sonrakı illərdə tərəflərin heç biri müqavilənin ləğvi barədə təşəbbüs göstərmədiyindən, müqavilə hər il avtomatik olaraq uzadılmışdır. Sonuncu dəfə tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə 07 yanvar 2020-ci il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən yenilənmişdir. Cavabdeh yaşadığı evdə elektrik enerjisindən istifadə etmiş, 25 aprel 2017-ci il tarixədək elektrik enerjisindən istifadə haqqını ödəsə də, həmin vaxtdan sonrakı dövrdə elektrik enerjisindən istifadə haqqını ödəməmişdir. Bu faktı Cavabdeh apellyasiya icraatı zamanı işə baxılarkən verdiyi izahatında da etiraf etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh elektrik enerjisindən istifadə haqqını ödəmədən elektrik enerjisindən istifadə etməsi müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilənin olmamasını əsas gətirərək ilk iddianı təmin etməmişdir. Qeyd olunduğu kimi, tərəflər arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə mövcuddur və Cavabdeh elektrik enerjisindən istifadə etsə də, 25.04.2017-ci ildən başlayaraq istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında müqavilənin olmaması əsasına görə ilk iddianı rədd etməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Kollegiya hesab edir ki, 25.04.2017-ci il tarixdən iddia qaldırılan dövrə qədər elektrik enerjisindən istifadəyə görə yaranmış borca görə 3252,62 manat pul (419,06+294,97+584,07+1954,52) Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilməlidir. (i.v.57) Məhkəmə bu nəticəyə gələrkən onu da əsas götürür ki, elektrik enerjisindən istifadəyə görə ödənişlər vaxtaşırı ödənişlərə aid olduğundan və vaxtaşırı ödəmələrə görə 5 il keçdikdən sonra öhdəliyə xitam verildiyindən, əvvəlki dövr üçün "xxxx" ASC tərəfindən Cavabdeh elektrik enerjisindən istifadə haqqı tələb oluna bilməz. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə olmasa belə, bu hal abonenti istifadə olunmuş elektrik enerjisinə görə haqqın ödənilməsi öhdəliyindən azad etmir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC-dən müqavilə bağlanması üçün çəkdiyi xərclərin əvəzi kimi 10807,15 manat, maddi ziyana görə 2600 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 13437,15 manat pulun tutulması, onunla "xxxx" ASC arasında məcburi surətdə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanması, istismar müddətini 09.07.2011-ci il tarixdə başa vurmuş A440723984M59994 nömrəli, AMPY markalı 5219A-GTB tipli sayğacın göstəricilərinin etibarsız hesab edilməsi, həmin elektrik sayğacının avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrinə malik olan smartkart tipli elektrik sayğacı ilə əvəzlənməsi, MPM-in 120-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASC-dən onun xeyrinə məbləğin tutulması, MPMin 232-ci maddəsini rəhbər tutaraq "xxxx" ASC-dən tələb etdiyi məbləğin indeksləşdirilməsi, ona dəymiş mənəvi zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilərək "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə tələb əsassız olduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Belə ki, Cavabdehla "xxxx" ASC arasında məcburi surətdə elektrik enerjisinin alqısatqısı müqaviləsinin bağlanması tələbi ilə bağlı kollegiya qeyd edir ki, əvvəla tərəflər arasında əvvəllər belə bir müqavilə bağlanmış və müqavilənin müddəti hər il avtomatik olaraq uzadılmışdır. Enerjitəchizatı müəssisəsi olan "xxxx" ASC tərəfindən abonent Cavabdeh elektrik enerjisi ilə təmin olunması və Cavabdeh elektrik enerjisindən istifadə etməsi də tərəflər arasında faktiki olaraq elektrik enerjisindən istifadə ilə bağlı münasibətlərin olmasını təsdiq edir. Həmin müqavilənin tərəflər arasında yenidən imzalanmaqla yeni müqavilənin bağlanmasına isə qanunvericilik heç bir məhdudiyyət qoymamışdır. Buna görə də Cavabdeh "xxxx" ASC-yə rəsmi qaydada müraciət etməklə aralarında yeni müqavilə bağlanması təklifini irəli sürə bilər. İş materiallarından görünür ki, Cavabdeh elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanması üçün məhkəmədən kənar qaydada "xxxx" ASC-yə müraciət etməmiş, əksinə "xxxx" ASC belə bir təkliflə Cavabdeh müraciət etsə də, o, müqavilə bağlamaq üçün gəlməkdən boyun qaçırmışdır. İstismar müddətini 09.07.2011-ci il tarixdə başa vurmuş A440723984M59994 nömrəli, AMPY markalı 5219A-GTB tipli sayğacın göstəricilərinin etibarsız hesab edilməsi, həmin elektrik sayğacının avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrinə malik olan smartkart tipli elektrik sayğacı ilə əvəzlənməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh evində quraşdırılmış sayğacın göstəricilərinin etibarsız hesab edilməsinə hər hansı əsas müəyyən edilməmişdir. Həmin sayğacın avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrinə malik olan smartkart tipli elektrik sayğacı ilə əvəzlənməsi ilə bağlı Cavabdeh enerjitəchizatı müəssisəsinə müraciət edə bilər. İş materiallarından Cavabdeh belə bir təkliflə enerjitəchizatı müəssisəsinə müraciət etməsi görünmür. Bundan əlavə, Cavabdeh evində quraşdırılmış elektrik sayğacının istismara yararsız olması barədə hər hansı sübut yoxdur. "xxxx" ASC-dən müqavilə bağlanması üçün çəkdiyi xərclərin əvəzi kimi 10807,15 manat, maddi ziyana görə 2600 manat pulun ödənilməsi barədə tələblər də əsassız olmaqla kifayət qədər əsaslandırılmamışdır. İş materiallarından görünür ki, Cavabdeh istifadə etdiyi elektrik enerjisinə görə cəmi 7681 manat pul ödəmişdir. Ödənilmiş pulun maddi ziyanın əvəzi kimi "xxxx" ASC-dən geri tələb edilməsi tamamilə əsassızdır. Bundan əlavə, Cavabdeh evinə çəkilmiş elektrik xəttinin bərpası üçün "xxxx" ASC-nin əməkdaşlarına hər ay 100 manat olmaqla 31 ay ərzində 3100 manat pul ödəməsi barədə Cavabdeh iddia ərizəsində, izahatında və apellyasiya şikayətində göstərilənlər iş materialları ilə sübuta yetirilməmişdir. Cavabdeh "xxxx" ASCnin əməkdaşlarına hər ay 100 manat məbləğində pul ödəməsi barədə məlumat prokurorluq orqanlarının apardığı araşdırma zamanı da təsdiq olunmamışdır. Evində elektrik enerjisinin kəsilməsi nəticəsində 2600 manat dəyərində ərzaq məhsullarının xarab olması barədə Cavabdeh göstərdikləri də məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. "xxxx" ASC-nin əməkdaşları barəsində təsdiqini tapmayan Cavabdeh şikayət xarakterli teleqramlarına görə ödədiyi 26 manat 15 qəpik pulun "xxxx" ASC-dən geri istənilməsi barədə tələb əsaslandırılmamış, bundan əlavə, "xxxx" ASC-nin əməkdaşları tərəfindən Cavabdeh mənəvi zərər vurulması müəyyən olunmamışdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh istər iddia ərizəsi, istərsə də apellyasiya şikayəti formal mülahizələrdən ibarət olduğundan, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İlk iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilə bilən məbləğ 3252,62 manat, iddiaçı tərəfindən mübahisələndirilə bilən məbləğ isə 5117,93-3252,62=1865,31 manat olmaqla 5000 manatdan az olduğundan, qətnamənin ilk iddianın qismən təmin olunmasına dair hissəsindən heç bir tərəf kassasiya şikayəti verə bilməz. Qətnamənin qarşılıqlı iddia tələbinə dair hissəsi isə Cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(003)-1322/2021 saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış borca görə 3252,62 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3282,62 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə Cavabdeh tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamənin qarşılıqlı iddianın təmin olunmamasına dair hissəsindən Cavabdeh tərəfindən qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8744/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8744/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver