Məhkəmə qərarları › İş №2(103)-8751/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8751/2021

30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8751/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı QSC-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)- 1001/2021 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı QSC Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 5654.05 manat məbləğində zərərin, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat xərcin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5984.05 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı borcun silinməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5654.05 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 yanvar 2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 04 may 2016-cı il tarixdə Zenner markalı, G-4 mexanika tipli, **********2 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar aparılmış, “Təbii X1nın pozulması haqqında” aktlar tərtib edilmişdir. İstehlakçının ünvanına baxış keçirilərkən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş, cavabdehin təqsirli hərəkətləri nəticəsində ilk olaraq 30 mart 2018ci il tarixli 58/2345 nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı G-4 tipli qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən İTRON markalı G-4 tipli qaz sayğacına müdaxilə olunduğu, “çıxış plastmas borusunun deşildiyi” müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri hesablanaraq 30 mart 2018-ci il tarixli 58/2345 nömrəli akt əsasında 1209,60 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra cavabdehin ünvanına təkrar baxış keçirilərkən qaz xəttinin üzərində quraşdırılmış İTRON markalı G-4 tipli qaz sayğacına müdaxilə edildiyinə əsaslı şübhələr olduğundan, qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu, “çıxış plastmas borusunun deşildiyi” müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri hesablanaraq 30 avqust 2018-ci il tarixli ******* nömrəli akt əsasında 1598,40 manat məbləğində müəyyən olunmuşdur. Eləcə də, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 30.03.2018-ci il tarixli 58/2345 saylı akt əsasında 1209,60 manat; 30.08.2018-ci il tarixli ******* saylı akt əsasında 1598,40 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 23.03.2020ci il tarixli ******* saylı akt əsasında 226,30 manat, ümumilikdə 5831,50 manat dəymiş ziyan məbləği hesablanmışdır. Cavabdehin iddiaçıya ümumilikdə 5654.05 manat məbləğində qalıq borcu qalmaqdadır. (AGİS aktları üzrə borc 5831,50 manat + cari borc 109,20 manat – borca görə tutulma 287,10 manat = 5654.05 manat). Cavabdehə Birliyin işçiləri tərəfindən 5654.05 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, abonent hesabında 30.03.2018-ci il tarixdə sayğacdan kənar qaz xəttinin olduğu müəyyən edilmiş və buna görə də 1209,60 manat məbləğində cərimə borcu yazılmışdır. Daha sonra isə onun kənar qaz xətti ləğv edilsə də, iddiaçı dəfələrlə eyni akta istinad etmiş və onun abonent hesabına 5654,05 manat məbləğində borc hesablanmışdır. Halbuki, tərəfindən bir dəfə sayğacdan kənar qaz xəttindən istifadə edilmiş və müvafiq akt tərtib olunmuş və cərimə olunmuşdur. Lakin İddiaçı İB qanunsuz və əsassız olaraq ondan 5654,05 manat məbləğində borc tələb edir. Eyni fotoşəkilə istinad olunaraq İddiaçı İB tərəfindən aktlar yazılmış və cərimələr hesablanmışdır. Halbuki, o, bir dəfədən artıq sayğacdan kənar xəttdən istifadə etməmişdir. Amma cavabdeh əsassız olaraq bir neçə akt tərtib edərək borc məbləğini şişirtmişdir. Bundan başqa sayğacdakı qüsura görə də ondan borc tutulması qanunsuz və əsassızdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)-1001/2021 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 1209.6 manat və 15 manat məbləğində dövlət rüsumu, cəmi 1224.6 (bir min iki yüz iyirmi dörd manat altmış qəpik) manatın tutularaq İddiaçınə ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh **********10000 sayla qeydiyyata alınmış abonent hesabına hesablanmış 4444.45 (dörd min dörd yüz qırx dörd manat qırx beş qəpik) manat borcun silinməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdeh tərəfindən müqaviləyə əsasən quraşdırılmış sayğacdan kənar qaz istifadəsi baş versə də, məhkəmə bu faktı ümumiyyətlə araşdırmamışdır. Bu faktı sübut edən iyirmi akt onlar tərəfindən məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutlara heç bir qiymət verməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 17 yanvar 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, qaz paylayıcısı ünvan 2 ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********10000 sayla qeydiyyata alınmış abonent koduna 5654.05 manat borc hesablanmışdır. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” aktların təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 2 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu **********10000 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuş və həmin aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib olunaraq itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. Belə ki, 30.03.2018-ci il tarixli 58/2345 saylı akt əsasında 1209,60 manat; 30.08.2018-ci il tarixli ******* saylı akt əsasında 1598,40 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 31.01.2019-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 23.03.2020-ci il tarixli ******* saylı akt əsasında 226,30 manat hesablanmışdır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh 30.03.2018-ci il tarixli 58/2345 saylı akta dair hissədə iddia tələbini qəbul etməklə iddiaçını bu hissədə sübut etmə yükündən azad etmiş, digər aktlar isə tamamilə formal və həmin ünvanda yaşayan hər hansı bir şəxsin iştirakı təmin edilmədən tərtib edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında Cavabdeh itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktların doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür. Beləliklə, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən, həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Ona görə də, məhkəmə ilkin iddia tələbini yalnız bir akt - 30.03.2018-ci il tarixli 58/2345 saylı akt üzrə əsaslı hesab edərək həmin akt əsasında hesablanmış 1209.6 manat məbləğində hissədə ilkin iddia tələbini qismən təmin etmiş, eləcə də qarşılıqlı iddia tələbinə də həmin akt üzrə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. İddiaçı İstehsalat Biriliyi təbii X1nın pozulması barədə aktlarda qeyd edilən pozuntunun həqiqətən Cavabdeh təqsiri üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, bütün aktlarda onların abonentin iştirakı ilə tərtib edilməsi və abonentin onları imza etməkdən imtina etdiyi qeyd edilsə də, bu hal məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, məhkəməyə təqdim olunmuş aktlar onda əks olunmuş halların həqiqətən baş verib-vermədiyini tam və düzgün əks etdirmir, bu səbəbdən həmin aktlar cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş verməsini təsdiq edəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ilk iddiaçı 30.03.2018-ci il tarixli birinci aktdan fərqli olaraq sonrakı aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməlidir, məsələn, ilkin akt tərtib etdikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi və sair bu kimi sübutlar iş materiallarına əlavə edilməlidir. Lakin aktlarda yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır, bu isə özüözlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddia tələbində cavabdehdən tutulması tələb olunan 109,20 manat cari borcun olmasına dair isə məhkəmə kollegiyası göstərir ki, iddiaçı həmin borcun hansı dövrü əhatə etməsi və hansı əsaslarla əmələ gəlməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)-1001/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar